Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   2   3   4   5   6   7   8   9   ...   34

biliyin  artmasına  səbəb  olur.  Dərketmə  prosesi  çevrədirsə,  dairə  bilik,  çevrədən 

kənar  biliksizlikdir.  Biliksizlik  tərəddüd  yaradır.  Tərəddüd  qeyri-müəyyənlik 

ə

lamətidir.  Odur  ki,  biliyin  artması  qeyri-müəyyənliyin  azalmasına  səbəb  olaraq 



tərəddüdü yox edərək qərarlılıq yaradır.  

 

3.   nformasiya, onun əsas xassələri və növləri 

Bizi əhatə edən aləm  müxtəlif obrazlarla, səslərlə, iylərlə doludur və onların 

hər  biri  informasiya  mənbəyidir.  Bütün  bu  informasiyaları  insana  onun  duyğu 

üzvləri çatdırır.  nsanın beş duyğu üzvü var: görmə, eşitmə, iybilmə, dadbilmə və 

toxunma.  nsanın nə haqqında hansı informasiyanı aldığına gəldikdə, ilk növbədə, 

həmin  informasiyanın  nə  dərəcədə  faydalı  olduğunu  aydınlaşdırmaq  lazımdır. 

nformasiya bizi əhatə edən aləmin bir hissəsidir, yəni onun obyektidir. Buna görə 

də,  hər  bir  obyekt  kimi,  informasiya  da,  onu  başqa  obyektlərdən  fərqləndirən 

müəyyən xassələrə malik olmalıdır. nformasiyanın əsas xassələri aşağıdakılardır: 

1) Obyektivlik 

2) Tamlıq 

3) Dəqiqlik 

4) Adekvatlıq 

5) Aktuallıq 

nformasiyanın  obyektivliyi  onun  obyektiv  gercəkliyə  uyğun  olmasıdır. 

Obyektivlik çox az hallarda mütləq olur. Bu onunla bağlıdır ki, verilənlər öz təbiəti 

etibarilə  həmişə  obyektiv  olsa  da,  informasiya  metodları,  adətən,  subyektiv  olur. 

Məsələn, “Hava istidir” subyektiv informasiyadır. “Havanın temperaturu Selsi ilə 

25°-dir” – isə obyektiv informasiyadır.  nformasiyanın tamlığı obyekt və ya hadisə 

haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. 

nformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır.  nformasiya bilərək-dən, 

yaxud  bilməyərəkdən  təhrif  oluna  bilər.  Birinci  halda  deyirlər  ki,  “informasiya 

yalandır”, ikinci halda isə deyirlər ki, “informasiya tam dəqiq deyil”.  

nformasiyanın  adekvatlığı  obyekt  haqqında  informasiyanın  bu  obyektdən 

istifadənin  məqsəd  və  vəzifələrinə  nə  dərəcədə  uyğun  gəldiyini  əks  etdirir.  Hər 

hansı obyektin  modeli qurularkən dəqiqlik və obyektivlik  deyil,  modelin obyektə 

adekvatlığı tələb olunur.  

nformasiyanın  aktuallığı  onun  mövcud  zaman  anına  uyğunluq  dərəcəsini 

ifadə  edir.  nformasiya  köhnələ  bilir.  Bunu,  xüsusilə,  idarəetmədə  nəzərə  almaq 

vacibdir. Dünən aktual olan informasiya bu gün aktual olmaya bilər. 

  nformasiyanın  anlaşıqlığı  dedikdə,  onu  qəbul  edənin  bu  informasiyanı 

anladığı dildə ifadə olunması başa düşülür. 

 

4.   qtisadi informasiya və onun quruluş

Son illər iqtisadi informasiya anlayışı geniş yayılmışdır. Idarəetmə sahəsində 

məsələlərin  maşında həll  edilməsi sistemlərinin  yaradılması  zamanı ondan xüsusi 

ilə çox istifadə olunmağa başlamışdır. 




Hər cür predmetin maşında işlənməsini informasiya, əgər həmin predmet xalq 

təsərrüfatının  idarə  edilməsi  sahəsi  ilə  məhdudlaşdıqda  isə  iqtisadi  informasiya 

adlandırmaq əlverişli və məqsədəuyğun olmuşdur. 

Bununla da informasiya, praktiki olaraq əvvəllər mövcud olan tərifdən fərqli 

yeni, spesifik tərif almışdır. 

“ nformasiya”  termini  çox  tutumludur,  ondan  müxtəlif  elm  sahələrində 

istifadə olunur və ona müəyyən, özünəməxsus məna verilir. 

Idarə  işçiləri özlərinin  əmək  prosesində müxtəlif  məlumatlar (ədədlər, sözlər 

və  s.)  üzərində  əməliyyatlar  aparırlar,  onların  yığılması  və  işlənməsi  ilə  məşğul 

olurlar. 

Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  xalq  təsərrüfatının  və  onun  ayrı-ayrı 

obyektlərinin  idarə  funksiyalarını  həyata  keçirmək  üçün  istifadə  olunan 

məlumatların məcmusuna iqtisadi informasiya deyilir. 

Iqtisadi  informasiya  xalq  təsərrüfatının  bütün  səviyyələrində  idarəetmə 

obyektlərinin  (bütövlükdə  xalq  təsərrüfatı,  sahələr,  müəssisə  və  təşkilatlar, 

firmalar,  şirkətlər,  ayrı-ayrı  sexlər  və  s.)  istehsal  –təsərrüfat  və  maliyyə 

fəaliyyətinin vəziyyətini əks etdirir və ya onun gələcəkdə necə olacağını göstərir. 

Iqtisadi informasiya yalnız maddi istehsal sferasında deyil, həm də qeyri-istehsal, 

dövlət  idarə  orqanları  və  digər  ictimai  təşkilatların  fəaliyyətində  də  dövr  edir  və 

istifadə olunur. 

Iqtisadi  informasiya  iqtisadi  prosesləri  səciyyələndirir.  Iqtisadi  informasiya 

iqtisadi  sistemlərdə  dövran  etməklə,  onların  fəaliyyətini  təmin  edən,  daxili  və 

xarici  təsirlər  kompleksinin  universal  ifadəsidir.  Iqtisadi  informasiya  bir  sıra 

hallarda  idarəetmə  informasiyası  ilə  eyniləşdirilir.  Lakin  bu  düzgün  hesab  edilə 

bilməz. Idarəetmə informasiyası öz tərkibinə görə zəngindir və ona sosial, texniki 

hüquqi və digər informasiya növləri də aiddir. 

Iqtisadi informasiyanın əsas xassələri aşağıdakılardan ibarətdir: 

-iqtisadi  informasiya  iqtisadi-təsərrüfat  fəaliyyətini  natural  və  dəyər 

göstəriciləri ilə əks etdirir; 

-iqtisadi informasiyanın əsas kütləsi diskreditdir, başqa sözlə fasilələrlə qəbul 

və işlədilir; 

-müxtəlif  maddi  daşıyıcılarda:-sənədlərdə  perfokatlarda  və  maqnit 

daşıyıcı¬la¬rın¬¬da əks oluna bilər; 

-iqtisadi informasiya sonlu nəticələr şəklində ifadə olunur; 

-iqtisadi  informasiya  əsasən  xətti  şəklində  ifadə  olunur  və  sənədlər  adətən 

sətirbəsir və ya sütunlar üzrə yazılır; 

-iqtisadi  informasiya  çox  böyük  həcmə  malikdir.  Iqtisadi  proseslərin  baş 

vermə məkanı genişləndikcə iqtisadi informasiyanın artım tempi bu genişlənməni 

həmişə qabaqlayır əksər hallarda çox böyük həddə baş verir; 

-iqtisadi  informasiya  kütləvi  və  təkrarlanandır.  Bu  xassə  iqtisadi  sistemin 

dinamikliyi  və  mürəkkəbliyindən,  dövri  baş  verən  proseslərin  mövcudluğundan 

irəli gəlir; 

-iqtisadi  informasiyanın  xeyli  hissəsi  bilavasitə  işlənilir  və  sadəcə  olaraq  bir 

sənəddən digərinə köçürülür; 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə