Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   26   27   28   29   30   31   32   33   34

lazım gəlir və s. Çatışmazlığı aradan qaldırmaqdan ötrü universal üsuldan – MIME 

(Multipurpose  Internet  Mail  Extensions  –  nternet  Poçtunun  Çoxməqsədli 

Genişlənməsi)  istifadə  edilir.  MIME  elektorn  poçtu  vasitəsilə  göndərilən  bütün 

faylları  kodlayır.  Əks  tərəfdə  isə  alınmış  informasiya  dekodlanır  və  istifadəçi 

proses zamanı informasiyanı əvvəlki şəkildə alır. 

elm@iit.ab.az  informasiya  fraqmenti  yazılışını  araşdıraq.  Yazılışda  istifadəçi  @ 

qovşaq kompyuteri, altdomen, I səviyyəli domen kimi əks edilir. 

stifadəçi  -  bu  istifadəçinin  adıdır.  Məsələn,  elm@  -  kommersiya  işarəsi 

istifadəçinin adını qovşaq kompyuterin adından ayırır. Ünvanın ikinci hissəsi, yəni 

@  işarəsindən  sonrakı  yazılış  istifadəçinin  nternetə  qoşulduğu  kompyuterin 

ünvanını göstərir.  

FTP  (File  Transfer  Protocol)  –  faylların  çox  asanlıqla  ötürülməsinə  imkan  verən 

protokoldur. Protokoldan faylların  nternetdən ötürülməsi üçün istifadə edilir. FTP 

serverləri özlərində müəyyən miqdar informasiyanı fayllar formasında saxlayırlar. 

FTP serverlərində saxlanılan fayllara  nternetdən istifadə etməklə müraciət etmək 

olar. Bəzi hallarda baxış üçün fayllara birbaşa müraciət etmək olmur. Ona görə də, 

belə faylları FTP serverlərindən lokal serverlərə köçürmək lazım gəlir.  

Gopher  (fayl  mübadiləsinin  daha  mükəmməl  sistemi)  serverləri  kimi  FTR 

serverləri  də  indiki zamanda ancaq universitetlərdə istifadə  edirlər.  Bundan  əlavə 

bəzi  kommersiya  firmaları  özlərinə  aid  olan  proqram  təminatlarını  yazmaq  üçün 

FTP  serverlərdən  istifadə  edirlər.  FTP  və  Gopher  serverlərinə  müraciət  standart 

Web – brauzerlərinin köməkliyi ilə həyata keçirilir. 

NNTP  (Network  News  Transfer  Protocol  –  Şəbəkə  Xəbər  Ötürmə  Protoklu)  - bu 

xəbərlər  (məqalələr) yaymaq  və  qəbul  etmək,  telekonfranslar keçirmək,  şəbəkədə 

diskusiya  etmək,  elanlar  vermək  və  s.  üçün  işlənib  hazırlanmış  standart  nternet 

protokoludur. 

UseNet  (hazırda  dünyada  ən  qlobal  hesab  edilən  telekonfranslar  sistemi)  NNTP 

protokolunun tətbiq edildiyi sistemlərdəndir. 

Məlum olduğu kimi hazırda hər bir dəqiqə ərzində dünyada minlərlə konfranslar, 

görüşlər  keçirilir,  diskusiyalar  edilir,  müəyyən  problemlər  ətrafında  fikir 

mübadiləsi  aparılır,  onlar  barəsində  müəyyən  məqalələr  çap  edilir  və  s.  Məhz 

nternetin  xəbər  xidməti  vasitəsilə  belə  fəaliyyətlər  bir  yerə  yığılaraq 

sistemləşdirilir  və  müəyyən  mövzuya  marağı  olan  istifadəçilərə  bu  yığıncaqlarda 

interaktiv iştirak etmək imkanı yaradılır. 

UseNet gündə 24 saat, ildə 365 gün fəaliyyət göstərən bir sistemdir. O gün ərzində 

təxminən 5 minə yaxın mövzunu əhatə edən görüşlərin keçirilməsinə imkan verir. 

UseNet sistemi vasitəsilə müəyyən mövzunu seçmək, gedən «söhbətləri» izləmək 

və  hətta  həmin  mövzuya  aid  məqalə  də  göndərmək  olar.  Bəzi  qrupları  (adətən 

müəyyən  elmi  məqalələri)  «idarəedən»lər  vardır  və  onlar  daimi  olaraq  müəyyən 

mövzu  ətrafında  gedən  söhbətləri  və  məqalələri  diqqət  mərkəzində  saxlayırlar. 

Ə

gər  göndərilən  məqaləni  həmin  görünüş  mövzusunda  uyğun  hesab  etmirlərsə, 



onu UseNet sistemində dərc etmirlər və ya müəyyən vaxt məhdudiyyəti qoyurlar. 

 

48. WWWxidməti 


WWW ümumdünya hörümçək toru olub, bütün Veb serverlərini özündə birləşdirir. 

Veb  keçidlərdə  saxlanılan  sənədlər  Veb  –  səhifələr  nternet  xidmətinin  ən  çox 

yayılmış informasiya növü sayılır. 

Bu gün insanlar  nternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Web 

nternet  xidmətlərindən  biridir.  nternetdə  ilk  xidmətlərindən  fərqli  olaraq  Veb 

özündə mətn, görüntü, səs, videoklip, animasiya kimi multimedia elementlərini və 

hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. WWW  nternetin 

ə

sas  xidmətlərindən  biridir.  Monitorun  seçilmiş  sahəsində  mausun  düyməsini 



sıxmaqla bir sənəddən və ya kompyuterdən digərinə keçməyə imkan verir. WWW-

nin  proqram  təminatından  istifadə  edərək  kompyuterlərin  manitorunda  mətnlər, 

qrafiki  təsvirlər,  video-audio  informasiya  görüntüləri  alınır.  Web- nternetin  geniş 

resurslarına,  şəkil,  musiqi  kliplərinə  və  filmlərə  müraciəti  təmin  edir.  Web  digər 

sistemlərdən  fərqi  olaraq  iki  xüsusiyyətə  malikdir.  Bu  multimedia  hiper-

müraciətinin  interaktiv  vasitəsidir.  Başqa  sözlə  desək,  «multimedianın  interaktiv 

vasitəsi» - Web sistemi sənədlərə, qrafiklərə, fotoşəkillərə, audio və video yazılara 

və  s.  müxtəlif  resurslara  müraciəti  təmin  edərək,  onların  kompyuterə,  stereo  səs 

gücləndiricilərinə ötürülməsini təmin edir. 

Hipermüraciət -  nternetin müxtəlif resursları arasında müraciətdir. 

Veb  -  qlobal  multimedia  kommunikasiya  sistemi  olaraq,  informasiyanın 

ötürülməsinin yeni üsuludur. Hipermətn - hipermüraciətləri istifadə edən elektron 

sənəddir. 

Veb səhifələrində informasiya hipermətnlərlə yaradılır. Hipermətn müəyyən sayda 

mətn  sənədlərinin  istinad  edilməklə  birləşdirilməsi  texnologiyasıdır.  Hipermətn 

özlüyündə  mətn  sənədidir.  Onun  tərkibi  digər  sənədlərdə  saxlanılan  materiallara 

müraciət etməklə toplanmış mətnlər toplusundan ibarətdir. 

Hipermətn  sənədlərinə  istinad  hipermüraciət  adlanır.  Hipermüraciət  sənədi  adicə 

mətn  sənədidir.  Onlar  digər  mətn  sənədlərindən  rənglərinə  və  altlarından  xətt 

çəkilmələrinə görə seçilirlər. 

Xüsusi hazırlanmış brauzer proqramları (Web mühitində və  nternetdə axtarışa və 

baxışa  imkan  yaradan,  həmçinin  istifadəçinin  kompyuterində  işləyən  xüsusi 

proqramlar)  var.  Bu  proqramlara  brauzerlər  deyilir.  Müxtəlif  şirkətlər  tərəfindən 

yaradılmış bir çox brauzer proqramları mövcuddur. Lakin daha çox istifadə olunan 

Microsoft  şirkətinin  Internet  Explorer  və  yaxud  Netcape  şirkətinin  Netcape 

Communicator proqramlarıdır. 

Brauzerlərin  köməkliyi  ilə  istifadəçi  Web  səhifələrinin  birindən  digərinə  təkcə 

Web keçidlərinin əhatəsində deyil, başqa yerlərdə də keçməklə Web səhifələrində 

hipermüraciətin  daxilindəkilərə  baxış  keçirə  bilər.  Buradan  belə  alınır  ki,  Web 

səhifələri  biri-biri  ilə  nternet  daxilində  ixtiyari  şəkildə  əlaqəlidirlər.  Odur  ki, 

informasiyanın  bu  şəkildə  təqdimi  WWW,  hipermətndə  informasiyanı  təqdim 

etmək üçün istifadə edilən dil isə HTML (Hyper Text Markup Language) adlanır. 

Web səhifələrində hiperistinad mətnlərindən başqa digər formalarda da (qrafik, səs, 

video  və  multiplikasiya)  informasiya  təqdim  olunur.  Bu  hipermediya  adlanır. 

Hipermediya  qlobal  nternet  şəbəkəsində  məlumatın  işlənməsini  və  təqdimini 

həyata  keçirən  texnologiya  hesab  edilir.  Bu  məqsədlə  HTML  dilinin  imkanlarını 

artırmaq lazımdır. 



Hipersənədlərin ötürülməsi üçün HTTP (HyperText Trasnfer Protocol – Hipermətn 

Ötürülmə Protokolu) adlanan protokol işlənib hazırlanmışdır. 

Veb-serverə  müraciət  edərək  istənilən  səhifəni  tapmaq  və  onu  ekrana  çıxarmaq 

mümkündür.  Lazım  olan  informasiyanı  nternetdən  almaq  üçün  ən  sadə  üsul 

axtarılan resursun ünvanını göstərməkdir.  nformasiyanı  nternetdə saxlamaq üçün 

URL (Uniform Recource Locator - Universal ünvanlar)ından istifadə edilir. URL- 

ünvanı iki hissədən ibarətdir: sol hissə istifadə olunan protokolu göstərir, sağ hissə 

isə şəbəkənin (uyğun serverin adı) hansı yerində resursların verildiyini bildirir. Bu 

hissələr biri-birindən iki nöqtə ilə ayrılır: 

http://serverin adı/yol/fayl 

Ünvanların  sol  tərəfindəki  http://  yazılışı  WWW-də  http://WWW  müraciəti 

göstərir.  Bu  Hyper  Text  Transfer  Protocol  -  hipermətn  ötürmə  protokolu  kimi 

oxunur. 

nternetdə axtarış. Veb – sənəd tərkibində mətn, digər sənədlərə, qrafiklərə audio 

və video təsvirlərə hiperistinad olan sənədi özündə əks etdirir. Veb səhifələrə baxış 

keçirmək  və  bir  səhifədən  digərinə  keçid  brauzerlərdən  istifadə  edilir.  Brauzer  – 

tətbiqi  proqram  olub,  WWW  ilə  qarşılıqlı  əlaqədədir  və  şəbəkədən  müxtəlif 

sənədlərin  açılmasına,  onlara  baxış  keçirməyə  və  məzmununu  redaktə  etməyə 

imkan verir. Brauzer tərkibində mətn və multimedia informasiyası olan sənədlərdə 

işləməyə imkan yaradır. Hiperistinad üzərində mausun düyməsini sıxdıqda, ünvanı 

göstərilən sənədə və ya audio/video təsvirlərə keçid yerinə yetirilir. 

Axtarış sistemləri vasitəsi ilə  nternetdə istifadəçiyə lazım olan informasiyanı əldə 

etmək  olar.  nternetdə  işləməyin  əsasını  istifadəçinin  kompyuterini  nternet 

serverlərinə  qoşmaq,  məlumatı  axtarmaq  və  tapılan  məlumatı  kompyuterdə 

oxumaq  təşkil  edir.  nternetdə  işi  asanlaşdırmaq  üçün  xüsusi  axtarış  serverləri 

yaradılır. 

nternet  serverlərdə,  saytlarda  yerləşən  məlumatlar  haqqında  verilənlər  bazası 

toplanır.  Bu  proqramlar  axtarış  sistemləri  (Yandex,  Rambler,  Google,  AltaVista, 

Toema,  WiseNut,  Euroseek,  Yahoo  və  s.)  adlanır.  stifadəçi  nternetin  bir  sıra 

axtarış proqramlarından (axtarış serveri, axtarış sistemləri) istifadə edə bilər. Belə 

sistemlər  müntəzəm  olaraq  işləyirlər.  Xüsusi  proqramların  köməyi  ilə  Web 

serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır. 

Aşağıda populyar axtarış serverlərin bəzilərinin ünvanları verilir: 

 http://www.rambler.ru 



 http://www.yahoo.com 

 http://www.excite.com 



 http://www.google.com 

stifadəçi  nternetdə hər hansı bir informasiyanı axtarırsa axtarış sistemlərinə açar 

sözləri daxil etməlidir. Axtarış bir söz, bir neçə söz və ya ifadə üzrə icra olunur. 



 

49. MS EXCELL proqramı 

Excel -də yaradılmış hər bir fayl Excel  məntiqi ilə bir işçi Workbook (Книга-

Kitab)  kitabdır.  ş  kitabının  adını  proqram  pəncərəsinin  Title  Bar  (Заголовок-

Başlıq  Paneli)nda  görə  bilərsiniz  (Microsoft  Excel-Книга1-  Microsoft  Excel-




Book1 - Microsoft Excel-Kitab1). Yeni bir fayl yaratdığınız zaman faylı yaddaşa 

yazana  qədər  bu  faylın  adı  Book1  (Книга1-Kitab1)  olacaqdır.  Əgər  bu  adda  bir 

fayl  artıq  mövcuddursa  və  açıqdırsa,  bu  halda  yeni  bir  fayl  yaratmaq  istədiyiniz 

zaman onun adı Book2 (Книга2-Kitab2) olacaqdır və s.. 

Digər Office proqramlarında olduğu kimi Microsoft Excel -də də eyni zamanda 

bir neçə iş vərəqi aça bilər və paralel olaraq onlarla işləyə bilərsiniz. 

ş

 səhifələri yığımı iş kitabı təşkil edir. Excel  - də görəcəyiniz işlər, başqa sözlə,  



Bildiyiniz  kimi,  cədvəllər  sətir  və  sütunlardan  ibarət  olur.  Excel  -də 

görəcəyiniz işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan 

ibarət geniş bir sahə vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər xanalardır. 

Microsoft  Excel    iş  vərəqlərinin  hər  birində  65536  sətir  və  256  sütun  vardır. 

Sətir  və  sütunların  sayının  hasili  (16777216),  bir  iş  vərəqində  yerləşən  xanaların 

sayını göstərir. 

ş

 səhifəsində hər bir sətrin nömrəsi və hər bir sütunun adı vardır və bunlar sətir 



və  sütun  başlıqları  adlanır.  şçi  sahə  parametrlərini  dəyişdirməklə  sətir  nömrələri 

və sütun adları əvəzinə başqa adlardan da istifadə edə bilərsiniz. 

Sətir  nömrələri  və  sütun  adları  olmadan  işinizi  planlaşdırmağınız  və  nəzarət 

altına  almağınız  mümkün  deyildir.  Hər  hansı  bir  məlumatın  səhifənin  harasında 

olduğunu  müəyyən  etmək  və  digər  məlumatlarla  əlaqələndirmək  üçün  bunlardan 

mütləq istifadə etmək məcburiyyətindəsiniz. 

Sütunlar hərflərlə adlandırılır.  lk sütun A, sonrakı B, daha sonrakı C və s. kimi 

adlandırılır.  Z  sütunundan  sonrakı  sütunlar  iki  hərflə:  AA,  AB,  AC  və  s.  kimi 

adlandırılır.  AZ  sütunundan  sonra  BA,  BB,  BC,  ...,  BZ  kimi  davam  edir  və  bu 

qayda ilə sonuncu sütunun adı IV olur. 

Sətirlərin nömrəsi isə rəqəmlərlə 1, 2, 3 və s. göstərilir. Axırıncı sətrin nömrəsi 

65536-dır. 

Xana  Excel  -nin  əsas  kompanentlərindən  biri  sayılır  və  sətirlərlə  sütunların 

kəsişməsində  yerləşən  sahələrə  deyilir.  Hər  iş  vərəqində  16777216  ədəd  xana 

vardır.  Ümumiyyətlə  255  səhifədən  ibarət  bir  iş  kitabında  4278190080  xana  ola 

bilər. 


Xanalar üzərində aşağıdakı əməliyyatları aparmaq olar: 

•  Bir xanadan digərinə asanlıqla keçmək olar; 

•  Klaviaturadakı  [Delete]  düyməsini  sıxmaqla  xana  içərisində  yazılanları  silmək 

olar; 


•  Bir xanadakı məlumatları digərlərinə köçürmək olar; 

•  Bir xanadakı məlumatı asanlıqla digərinə daşımaq olar; 

•  Bir neçə xanaya eyni vaxtda eyni məlumatı daxil etmək olar; 

•  Qonşu xanalara ardıcıl sıralanmış məlumatlar (rəqəmlər, tarixlər və s.) daxil etmək 

olar; 

•  Xana içərisindəki məlumatların yerini təyin etmək olar; 



•  Xana içərisindəki məlumatı gizlətmək olar; 

•  Xanalara izahlı qeydlər vermək olar; 

ki cür xana vardır: aktiv (current) və aktiv olmayan xana. Şəkildə solda aktiv 

olmayan xana, sağda isə aktiv xana göstərilmişdir (şəkil 3.). 




 

 Aktiv və aktiv olmayan xanalar 

Aktiv xananın kənarları qalın xətlərlə çərçivəyə alınır. Bu çərçivənin aşağı sağ 

küncündəki  kiçik  “+“  işarəsinə  diqqətlə  baxın.  Düymədən  xana  içərisindəki 

məlumatları digər xanalara müxtəlif formada köçürmək üçün istifadə edilir. 



 

 

50. Verilənlən bazası 

nformasiyanın  qorunub-saxlanılması  kompyuterlərin  ənənəvi  xidmət 

növlərindən  biridir.  nformasiyanın  kompyuterlərdə  qorunub-saxlanılması  üçün 

verilənlər bazasından (VB) geniş istifadə olunur. 

Verilənlər  bazası  kompyuterdə  xüsusi  formatlı  fayllarda  saxlanan 

informasiyadır. 

Verilənlər bazası biri-biri ilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə təsvir 

olunan,  saxlanan  və  idarə  olunan,  müxtəlif  istifadəçilər  tərəfindən  müxtəlif 

məqsədlər üçün istifadə olunan strukturlaşdırımış verilənlər toplusudur. Verilənlər 

adətən  fayllarda  (cədvəllərdə)  saxlanılır.  Verilənlər  bazası  konsepsiyasının  əsas 

prinsipləri aşağıdakılardır: 

1. Saxlanan  verilənlərdə  təkrarlanmaların  aradan  qaldırılması.  Eyni 

verilənlər bir neçə faylda aşkar edildikdə həmin verilənlər bir faylda saxlanmaqla, 

digər  fayllardan  çıxarılır  və  fayllar  arasında  əlaqələr  yaratmaqla  onlara  müraciət 

təmin olunur; 

2. Verilənlərin  mərkəzləşdirilmiş  idarə  olunma.  Faylların  fərdi  emalından 

fərqli  olaraq,  mərkəzləşdirilmiş  idarə  olunma  verilənlərin  bazaya  daxil  edilməsi, 

dəyişdirilməsi,  silinməsi  və  axtarışı  əməliyyatlarının  verilənlər  bazası  daxilində 

eyni üsul və vasitələrlə (proqramlarla) aparılmasını nəzərdə tutur; 

3. Verilənlərin  müstəqilliyi.  Verilənlərin  tətbiqi  proqramlardan  və  ya  əksinə, 

tətbiqi  proqramların  verilənlərdən  asılı  olmaması  çox  vacib  məsələdir.  Verilənlər 

bazasında  bu  məsələ  verilənlərin  çoxsəviyyəli  müstəqil  təsviri  və  bu  təsvirlərin 

yaradılma  mexanizmlərinin  müstəqilliyi  ilə  əldə  edilir.  Nəticədə  verilənlərin 

məntiqi  və  fiziki  səviyyələrdə  dəyişdirilməsinin  tətbiqi  proqramlara  təsiri  aradan 

qaldırılır; 

4. Verilənlərin  tamlığının  təmin  edilməsi.  Təkrarlanmaların  aradan 

qaldırılması  eyni  verilənlərin  müxtəlif  fayllarda  yol  verilən  uyğunsuzluqlarını 

aradan  qaldırmağa  imkan  verir.  Lakin  bəzi  hallarda  təkrarlanmaları  tam  aradan 

qaldırmaq  mümkün  olmur.  Bu  halda  eyni  verilənlərin  müxtəlif  fayllardakı 

qiymətləri  arasında  uyğunluğun  təmini  üçün  verilənlər  bazasında  lazımı  vasitələr 

nəzərdə tutulur; 

5. Verilənlərin  təhlükəsizliyinin  təmin  edilməsi.  Verilənlərin  təhlükəsizliyi 

dedikdə  bir  tərəfdən  onların  təhriflərdən  və  zədələnmələrdən  qorunması,  digər 

tərəfdən  səlahiyyətsiz  müraciətlərdə  mühafizə  edilməsi  nəzərdə  tutulur.  Bunun 

üçün verilənlər bazasında lazımı metodlar və vasitələr nəzərə alınır; 




6. Verilənlərdən  müxtəlif  məqsədlərlə  istifadə  olunması.  Mərkəzləşdirilmiş 

idarə olunma verilənlərin müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün 

istifadə olunmasına zəmin yaradır; 

7. Optimallaşdırma  və  standartlaşdırma  imkanları.  Müasir  proqramlaşdırma 

texnologiyaları 

yaddaş 


sərfini 

və 


informasiya 

axtarış 


vaxtının 

minimallaşdırılmasını  təmin  edən  strukturların  və  metodların  seçilməsinə  və 

tətbiqinə imkan yaradır. Verilənlərin və sorğuların təsviri üçün standart üsullardan 

və  dillərdən  istifadə  olunduğundan,  informasiya  sistemlərinin  istismarı  və  digər 

sistemlərə  verilənlər  mübadiləsi  sadələşir,  verilənlərin  yoxlanması  və  bərpası 

ə

məliyyatları asanlaşır; 



8. Xərclərin minimumlaşdırılması.  Verilənlər  bazası  konsepsiyası  ilə  qurulan 

informasiya sistemləri faylların fərdi emalı ilə qurulan sistemlərdən 1.5 dəfə ucuz 

başa gəlir. 

Verilənlər  bazasının  strukturu,  onların  kompyuterdə  saxlanılması  üsuludur  və 

o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. 

Faylın verilənlər bazasının olması üçün onda olan informasiya struktura malik 

olmalıdır  və  elə  formatlaşdırılmalıdır  ki,  sahələr  biri-birindən  asanlıqla 

fərqlənsinlər. 

Verilənlər bazası struktura görə üç cür ola bilər: 

• 

iyerarxik; 



• 

səbəkə; 


• 

relyasion. 



yerarxikverilənlər bazasında verilənlər arasındakı tabeçilik münasibətlərindən 

asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da 

deyirlər. Budaqlanan struktur şəkildə verilmişdir (şəkil 4.). 

 

 



Verilənlər bazasının iyerarxik strukturu 

Verilənlər  bazasının  şəbəkə  modelində  verilənlərə  müraciət  ona  gələn  yollar 

vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman 



2

1

 

2

2

 

2

3

 






hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr 

iyerarxik olmaya da bilər. Model aşağıdakı şəkildə göstərilmişdir (şəkil 5.). 

 

 

Verilənlər bazasının şəbəkə strukturu 

Relyasion  strukturlu  verilənlər  bazası  cədvəl  şəkilində  təqdim  olunur  və 

onlarda  verilən  sətir  və  sütunların  kəsişməsi  ilə  müəyyən  olunur.  Verilənlər 

bazasında sütunlar sahələr, sətirlər isə yazı (kortej) adlanır. 



Relyasiya  strukturlu  verilənlər  bazasının  əsas  cəhətləri.  Relyasiya  strukturlu 

verilənlər bazasında sahələr verilənlər bazasının strukturunu yaradırlar, yazılar isə 

verilənlər bazasında olan informasiyanı ifadə edirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 1



 

 2

 



 3

 

 4



 

 5

 



 6

 

 7



 

 8

 



 9

 

 



10

 

 



11

 



 

 

 



 

 

 



 

 

 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə