Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

funksiyalarını  –  servis  xidməti,  hazır  məhsulun    və  marketinqin  paylanmasına 

nəzarət funksiyalarını da yerinə yetirirlər. 

kincisi, onlar kliyent-server arxitekturası, çoxməsələli, çoxistifadəçi əməliyyat 

sistemləri  və  relyasiya  verilənlər  bazası  əsasında  yaradılır,  qrafiki  istifadəçi 

interfeysinə malik olur və Case - texnologiyasından geniş istifadə olunur. 

Üçüncüsü,  müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar. 



 

 

39. Əməliyyat sistemlərin təsnifatı 

Ə

məliyyat  sistemi  (ƏS)  kompyuter  resurslarını  idarə  edən,  tətbiqi 

proqramların  işə  salınmasını,  onların  xarici  qurğular  və  digər  proqramlarla 

qarşılıqlı  əlaqəsini,  həmçinin,  istifadəçi  ilə  kompyuter  arasındakı  dialoqu  təmin 

edən proqram vasitələrinin məcmusudur. 

Ə

məliyyat  sistemi  kompyuterin  işə  qoşulması  ilə  yüklənir  və  istifadəçiyə 



hesablama  sistemi  ilə  rahat  və  əlverişli  ünsiyyət  üsulu  (interfeys)  təqdim  edir. 

Funksiyalarına görə interfeysin  aşağıdakı növləri var. 



Proqram  interfeysi  hesablama  sistemi  çərçivəsində  proqramların  qarşılıqlı 

ə

laqəsini təmin edən vasitələr məcmusudur. 



stifadəçi  interfeysiistifadəçinin kompyuterlə qarşılıqlı  əlaqəsi üçün proqram 

və aparat vasitəsidir. Öz növbəsində  istifadəçi interfeysiəmrli və obyektyönlü ola 

bilər. 

Ə

mrli  interfeys  istifadəçiyə  kompyuter  resurslarının  idarə  olunması  üçün 



ə

mrləri klaviaturadan daxil etməyə imkan verir. 



Obyektyönlü  interfeys  obyektlər,  yəni  fayl,  kataloq  (qovluq),  disk  sürücüsü, 

proqram,  sənəd  və  s.  üzərində  əməliyyatları  bilavasitə  həyata  keçirən  hesablama 

sisteminin resurslarını idarə edir. 

Resurs dedikdə kompyuterin istənilən komponenti - mərkəzi prosessor, əməli 

və ya xarici yaddaş, xarici qurğular, proqram və s. başa düşülür. 

Ə

məliyyat  sisteminin  yeni  modifikasiyasının  adı  dəyişilmir,  amma  versiya 



(variant)  adını  alır.  Əməliyyat  sisteminin  versiyası  6.00,  3.11,  2.1  və  s.  şəklində 

işarə  olunur.  Nöqtədən  soldakı  rəqəmin  artması  sistemdə  mühüm  dəyişikliyin, 

nöqtədən  sağdakı  rəqəmin  artması  isə  sistemdə  cüzi  dəyişikliyin  edilməsini 

göstərir.  Versiya  nömrəsinin  böyük  olması,  sistemin  daha  çox  imkanlara  malik 

olmasını əks etdirir. 

Ə

məliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: 



• 

sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçi üçün, 



çoxistifadəçi üçün; 

• 

sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına 



görə: birməsələli, çoxməsələli

• 

prosessorların sayına görəbirprosessorluçoxprosessorlu



• 

prosessorun  mərtəbələrinin  sayına  görə:  8-mərtəbəli,  16-mərtəbəli,  32-



mərtəbəli, 64-mərtəbəli; 

• 

interfeysin tipinə görəəmrli və obyektyönlü




• 

informasiya  emalı  rejiminə  görə:  paket  emallı,  vaxt  bölgülü,  real  vaxt 



miqyaslı; 

• 

resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal



Birinciəlamətə görə, biristifadəçi üçün əməliyyat sistemlərindən fərqli olaraq, 

çoxistifadəçi  üçün  əməliyyat  sistemləri  kompyuterdə  eyni  vaxtda  müxtəlif 

terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir. 

kinciəlamətə  görə,  çoxməsələlik  anlayışı  mövcud  hesablama  sistemi 

çərçivəsində  eyni  vaxtda  bir  neçə  proqramın  paralel  yerinə  yetirilməsidir. 

Birməsələli  əməliyyat  sistemləri  isə  eyni  vaxtda  yalnız  bir  proqramın  yerinə 

yetirilməsinə imkan verir. 

Üçüncü  əlamətə  görə,  bir  prosessorludan  fərqli  olaraq,  çoxprosessorlu 

ə

məliyyat  sistemləri  bu  və  ya  digər  məsələnin  həlli  üçün  bir  neçə  prosessor 



resurslarının paylanması rejiminə imkan verir. 

Dördüncüəlamətə  görə,  əməliyyat  sistemləri  8,  16,  32  və  64  mərtəbəlilərə 

bölünürlər.  Əməliyyat  sisteminin  mərtəbəliliyi  prosessorun  mərtəbəsi  ilə  təyin 

olunur. 


Beşinciəlamətə  görə,  əməliyyat  sistemi  istifadəçi  interfeysinin  tipinə  görə 

obyektyönlü  (qrafiki  interfeysli)  və  əmrli  (mətn  interfeysli)  kimi  iki  hissəyə 

bölünür. 

Altıncıəlamətə uyğun olaraq, əməliyyat sistemləri aşağıdakı növlərə bölünür: 

• 

paket emalı: kompyuterdə yerinə yetirilməli olan proqramlara uyğun olaraq 



tapşırıqlar  paketi  formalaşdırılır  və  mümkün  üstünlük  dərəcəsini  nəzərə  almaqla 

növbəli yerinə yetirilir; 

• 

vaxt  bölgülü:  müxtəlif  terminallardan  bir  neçə  istifadəçinin  eyni  vaxtda 



kompyuterə  dialoq  (interaktiv)  rejimində  müraciətini  yerinə  yetirmək  üçün 

ə

məliyyat sistemi xidmət tapşırıqlarına uyğun maşın resurslarını növbə ilə seçir; 



• 

real  vaxt    miqyaslı:  kompyuterə  nəzərən  bu  və  ya  başqa  dərəcədə  ondan 

xaricdə  baş  verən  hadisə,  proses  və  ya  obyektlərlə  idarə  olunan  istifadəçi 

sorğularına müəyyən olunmuş vaxt ərzində kompyuterin cavabını təmin edir. 



 

40.MS DOS əməliyyat sistemi 

Ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System - Microsoft 

firmasının disk əməliyyat sistemi) sistemidir. Sistem IBM PC kompyuterləri üçün 

1981-ci ildə yaradılmışdır. 

MS-DOS əməliyyat sistemi aşağıdakı əsas hissələrdən ibarətdir: 

• 

fayl sistemi; 



• 

xarici qurğuların drayverləri; 

• 

ə

mrlər prosessoru. 



DOS  ailəsinin  əməliyyat  sistemləri  birməsələlidir  və  aşağıdakı  xarakterik 

xüsusiyyətlərə malikdir: 

• 

istifadəçi  tərəfindən  daxil  edilən  əmrlərin  köməyi  ilə  interfeys  həyata 



keçirir; 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə