Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   26   27   28   29   30   31   32   33   34

VER LƏNLƏR N 

MÜBAD LƏS  

BUFER NDƏ

(CLIPBOARD) 

ST FADƏ 

Windows-un müxtəlif proqramları arasında verilənlərin dəyişməsini aşağıdakı 

üsullarla təşkil etmək olar

• 

müəyyən  proqramın  verilənlərini  buferə  yerləşdirib,  digər  proqram  üçün 



verilənlər lazım olarsa, buferdəki verilənlərdən istifadə etmək olar; 

• 

verilənlərin  dinamiki  dəyişməsi  (Dynamic  Data  Exchange,  DDE),  yəni 



başqa  proqram  üçün  hazırlanmış  verilənlər  digər  proqram  üçün  də  istifadə  edilə 

bilər. Orijinal proqramda olan verilənləri həmişə “təmizləmək” mümkündür; 

• 

ə

laqə mexanizmi, yəni bir proqramdan digərinə keçmək çox asanlıqla başa 



gəlir.  Məsələn,  qrafik  redaktor  vasitəsilə  displeydə  alınmış  şəkli  mausun    sol 

düyməsini iki dəfə basmaqla başqa lazımi proqrama keçirmək olar. 

Beləliklə,  Windows-dan  istifadə  etməklə  istifadəçi  mürəkkəb  məsələlərin 

həllini  asanlaşdırır  və  belə  məsələlərin  həlli  üçün  tələb  olunan  çoxlu  sayda 

proqramların əvəzinə bir proqramdan istifadə edir. 

M QYASLAŞDIRILMIŞ ŞR FTLƏR N ƏLDƏ ED LMƏS  

Təcrübədə  müxtəlif  işləri  görməkdən  ötrü  müxtəlif  ölçülü  şriftlərdən  istifadə 

etmək  lazım  gəlir.  Windows-un  əvvəlki  versiyalarında  belə  işlərin  həyata 

keçirilməsi  çoxlu  sayda  problemlər  ilə  bağlı  idi  və  çətinliklə  başa  gəlirdi. 

Windows-da  bu  problem  True  Type  və  Unicode  şriftlər  formatlarından  istifadə 

etməklə  həddindən  artıq  asanlaşmışdır.  Onların  köməyi  ilə  istənilən  forma  və 

ölçüdə  şriftləri  displeyin  ekranına  çıxarmaq  və  nəhayət,  printerdə  çap  etmək 

mümkündür. 

Ə

LAVƏ QURĞULARLA ƏLAQƏN N SADƏL Y  

DOS-dan  fərqli  olaraq  Windows-da  istənilən  xarici  qurğunu  həmin  qurğunun 

drayveri  vasitəsilə  kompyuterə  qoşmaq  mümkündür  (DOS-da  bu  işləri  yerinə 

yetirmək üçün hər bir qurğunun qoşulma proqramını DOS-a sazlamaq tələb olunur 

ki, bu da istifadəçi üçün müəyyən çətinliklər əmələ gətirir). 

MULT MED A  MKANLARI 

 

43. Kompyuter şəbəkələrinin təyinatı 

Kompyuter  şəbəkəsi  kompyuter  və  bu  tip  sistemlər  (printer  və  s.)  arasında 

müəyyən  protokolların  köməyi  ilə  informasiya  mübadiləsinə  imkan  verən  bir 

sistemdir. Kompyuterlər biri-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə 

adapterləri,  modemlər  və  s.)  ilə  birləşirlər.  Protokol  kompyuter  şəbəkəsində 

informasiya  mübadiləsinin  aparılma  qaydalarını  müəyyənləşdirir.  Bu  qaydalar 

alqoritmləşdirilir,  proqramlaşdırılır  və  şəbəkə  qurularkən  kompyuterlərə 

instalizasiya edilir. Kompyuterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas 

səbəbi vardır: 

• 

istifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi; 



• 

iş yerini tərk etmədən məlumatların (e-poçt və s.) qəbulu və ötürülməsi; 

• 

lazımi  informasiyanın  dünyanın  istənilən  nöqtəsindən  ani  alınmasının 



mümkünlüyü; 


• 

müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan 

kompyuterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və sairə; 

Hər  bir  şəbəkənin  özünə  uyğun  texnologiyaları,  standartları  və  protokolları 

vardır. 

Fərdi  kompyuterin  və  digər  texniki  vasitələrin  şəbəkəyə  birləşdirilməsi 

müxtəlif  avadanlıqlardan,  yəni  böyük  tutuma  malik  disklərdən,  printerlərdən, 

yaddaşlardan,  eləcə  də  ümumi  proqram  vasitələrindən  və  informasiya  bazasından 

səmərəli istifadə olunması üçün əlverişli şərait yaradır. 

Kompyuter şəbəkəsinin başlıca təyinatı hesablama resurslarına istifadəçilərin 

müraciətinin  sadələşdirilməsini,  əlverişliliyini,  etibarlığını  təmin  etməklə  yanaşı, 

şə

bəkənin  istifadəçiləri  arasında  informasiya  mübadiləsinin  də  yüksək  səviyyədə 



həyata keçirilməsinin təmin olunmasından ibarətdir.  

Şə

bəkədə  məlumatların  yığılması,  saxlanması,  informasiya  resurslarına 



müraciət edilməsi, məlumatların mühafizəsinin təmin edilməsi vacib şərtlərdir. 

Müasir şəbəkələr bir sıra əlamətlərinə görə aşağıdakı kimi təsnif olunurlar: 

• 

kompyuterlər arasında olan məsafəyə görə; 



• 

topologiyaya görə; 

• 

təyinatına görə; 



• 

göstərdiyi xidmətlər sayına görə; 

• 

mərkəzləşdirilmiş idarə prinsiplərinə görə; 



• 

kommutasiyasız,  telefon  kommutasiyalı,  dövrələr  kommutasiyası, 

məlumatların,  maketlərin  və  s.  kimi  kommutasiya  üsullarına,  ötürmə  mühitinin 

növlərinə görə. 

Bu  baxımdan  kompyuter  şəbəkələrini  lokal,  regional  və  qlobal  şəbəkələrə 

ayırmaq olar. 



Qlobal hesablama şəbəkələri dünyanın istənilən yerində yerləşməsindən asılı 

olmayaraq  peyk-rabitə  kanallarından  istifadə  olunmasına  əsaslandığına  görə  biri-

birindən  10÷15  000  km  məsafəyədək  aralıqda  yerləşən  kompyuterlər  və  rabitə 

vasitələrini  birləşdirməyə  imkan  verir,  yəni  istifadəçilər  arasındakı  məsafənin 

yaxın və ya uzaqlığından asılı olmayaraq istifadəçilər arasında zəruri informasiya 

mübadiləsini həyata keçirir. 



Regional  kompyuter  şəbəkəsində  şəhər,  vilayət  və  respublika  səviyyəsində 

biri-birindən  10÷1000  km  məsafədə  yerləşən  istifadəçilər  arasında  telefon  rabitə 

kanalları vasitəsilə zəruri informasiya mübadiləsi təşkil edilir. 

Lokal  kompyuter  şəbəkəsi  isə  biri-birilə  nisbətən  yaxın  məsafədə  yerləşə

idarə və təşkilatları, abonentləri əlaqələndirir. 

 

44. Lokal Kompyuter şəbəkələrinin topologiyası 

Lokal kompyuter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir 

otaq,  bir  bina,  bir  müəssisə  və  s.  daxilində)  qurulan  şəbəkədir.  Bu  şəbəkələrdə 

kompyuterlər  arası  məsafə  adətən  1÷2  km-dən  çox  olmur.  Lokal  kompyuter 

şə

bəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə