Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 

Sistem proqram təminatı 

Ə

məliyyat  sistemləri(ƏS)  –  informasiyanın  işlənməsinin  idarə  olunması  ilə 

yanaşı aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas 

funksiyalarından 

biri 

informasiyanın 



daxiletmə/xaricetmə 

prosesinin 

avtomatlaşdırılması,  istifadəçi  tərəfindən  yerinə  yetirilən  tətbiqi  proqramın  idarə 

edilməsidir.  ƏS  lazım  olan  proqramı  kompyuterin  yaddaşına  yükləyir  və  onun 

yerinə yetirilməsinə nəzarət edir. 

Ə

məliyyat sistemləriyerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür: 



•  Birməsələli (bir istifadəçi üçün); 

•  Çoxməsələli (çox istifadəçi üçün); 

•  Şəbəkə. 

Birməsələli  əməliyyat  sistemləri  müəyyən  anda  konkret  bir  məsələ  ilə  bir 

istifadəsinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sistemlərinə nümumə 

kimi  Microsoft  firması  tərəfindən  yaradılan  MS-DOS  əməliyyat  sistemini 

göstərmək olar. 



Çoxməsələli  əməliyyat  sistemləri  kompyuterdə  mültiproqram  rejimdə  vaxt 

bölgüsü  ilə  kollektiv  istifadəni  təmin  edir.  Bu  tip  əməliyyat  sistemlərinə  UNIX, 

OS/2, Windows 95/98/2003 və s. misal göstərmək olar. 

Şə

bəkə  əməliyyat sistemləri lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə 

ə

laqədar  yaranmışdır  və şəbəkənin bütün resurslarına istifadəçi  müraciətini təmin 



edir.  Bu  əməliyyat  sistemlərinə  Novell  Net  Ware,  Windows  NT,  Banyan  Vines, 

IBM LAM, UNIX, Solaris və s. misal göstərmək olar. 



Servis proqramlaradi kompyuterlə işləyən zaman ona əlavə xidmətlər göstərir 

və əməliyyat sisteminin imkanlarını genişləndirir. 

Servis proqramları yerinə yetirilərkən əsas funksiyalar aşağıdakılardır: 

SİSTEM PROQRAM TƏMİNATI 

Birməsələli 

ƏS 


Əməliyyat 

sistemləri 

Çoxməsələli 

ƏS 


Şəbəkə 

ƏS 


Test proqramları 

Texniki xidmət 

proqramları 

Xüsusi nəzarətçi 

Örtüklər 

Servis 


proqramlar 

Utilitlər 

Antivirus 

vasitələri 

Kompilyatorlar 

Proqramlaşdırma 

sistemləri 

İnterpretatorlar 

Assemblerlər 



•  stifadəçi interfeysinin təkmilləşdirilməsi; 

•  Məlumatların (verilənlərin) mühafizəsi; 

•  Məlumatların bərpası; 

•  Xarici  yaddaşla  əməli  yaddaş  arasındakı  informasiya  mübadiləsinin 

sürətləndirilməsi; 

•  Arxivləşdirmə və ya sənədi arxivdən açmaq; 

•  Kompyuter virusları ilə mübarizə. 

Servis  proqramlarının  təşkilinə,  reallaşdırma  üsullarına  və  yerinə  yetirdikləri 

funksiyalara görə aşağıdakı qruplara bölünür: 

•  Örtük proqramları; 

•  Utilitlər; 

•  Antivirus proqramları. 



Örtük  proqramlar  əməliyyat  sistemləri  üzərində  quraşdırılaraq,  istifadəçiyə 

keyfiyyətcə yeni interfeysi təqdim edir və istifadəçini əməliyyat sistemlərinin əmr 

və əməliyyatlarını dərindən bilməsindən azad edir. 

MS-DOS  mühitində  olan  əksər  örtüklərin  funksiyası  fayl  və  kataloqlarla  işə 

ə

saslanır.  Bu  örtük  proqram  fayllarının  sürətli  axtarışını,  mətn  fayllarının 



yaradılmasını,  baxışını  və  redaktəsini,  diskdə  yerləşən  fayllar  haqqında 

məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında 

məlumatların verilməsini təmin edir. 

stifadə  olunan  bütün  örtük  proqramları  müəyyən  dərəcədə  istifadəçi 

səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfi korlanma ehtimalını da 

azaldır. 

MS-DOS mühitindəki örtük proqramlardan ən çox yayılanı və istifadə olunanı 

NORTON COMMANDER proqramıdır. 



Utilitlər  disk  və  fayl  sisteminə  xidmətə  əsaslanaraq,  istifadəçilərə  əlavə 

imkanlar yaradırlar. 

Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər: 

•  Disklərə xidmət etmək (formalaşdırma və s.); 

•  nformasiya  mühafizəsinin  təmini,  nasazlıq  hallarında  bərpanın 

mümkünlüyü və s.; 

•  Fayl və kataloqlara xidmət etmək; 

•  Arxivlərin yaradılması və yeniləşdirilməsi; 

•  Kompyuter resursları, disk sahəsi, proqramların əməli yaddaş qurğularında 

paylanması haqqında informasiyanın verilməsi; 

•  Müxtəlif rejim və formatlarda olan mətn və digər faylların çapı; 

•  Kompyuteri viruslardan mühafizə. 

         Texniki xidmət proqramları kompyuterin düzgün işləməsinə nəzarət etməklə 

yanaşı nasazlıqları da aşkar etmək üçün istifadə olunur. Kompyuterin işinə nəzarət 

etmək  üçün  müxtəlif  üsullar  mövcüddür.  Bu  üsullardan  bəziləri  kompyuterin 

aparat  vasitələri  ilə,  bəziləri  aparat-proqram  vasitələri  ilə,  bəziləri  isə  proqram 

vasitələri ilə həyata keçirilir. Proqrama nəzarət test proqramları və xüsusi nəzarət 



proqramları vasitəsilə həyata keçilirir. Testlə yoxlama kompyuterin və onun ayrı-

ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir. 

Test  proqramları  adətən  kompyuterin  daimi  yaddaş  qurğusnda  saxlanılır  və 

kompyuter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür. 

Xüsusi  nəzarət  proqramları  kompyuterdə  məsələlərin  həlli  üçün  tətbiq  olunan 

proqramların  icrası  zamanı  əvvəlcədən  müəyyənləşdirilmiş  vəziyyətlərin, 

asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallarda 

nasazlıqların  xarakteri,  mənbəyi  və  bəzən  də  səbəbi  haqqında  ekrana  və  ya  çapa 

məlumat xaric edilir (ötürülür). 

 

38. Tətbiqi proqram təminatı 

Tətbiqi  proqram  paketləri  (TPP)  istifadəçi  tərəfindən  həll  edilən  məsələnin 

avtomatlaşdırılması  üçün  çox  güclü  alətdir  və  praktiki  olaraq  onu informasiyanın 

işlənməsində kompyuterin bu və ya digər funksiya və proseduralarının necə yerinə 

yetirilməsini  bilməkdən  azad  edir.  Hal-hazırda  öz  funksional  imkanlarına  və 

reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli tətbiqi proqram paketləri 

mövcuddur. 

Tətbiqi proqram paketləri müəyyən olunmuş sinif məsələlərin həlli üçün təyin 

olunmuş kompleks proqramdır. 

Bir-birindən fərqli tətbiqi proqram paketləri mövcuddur: 

• 

ümumi təyinatlı (universal); 



• 

üsulyönlü; 

• 

problemyönlü; 



• 

qlobal kompyuter şəbəkələri; 

• 

hesablama prosesinin təşkili. 



Üsulyönlü  tətbiqi  proqram  paketləri  riyazi-iqtisadi  məsələlərin  müəyyən 

üsullarla həllini reallaşdırır. Bura aşağıdakı tətbiqi proqram paketləri aiddir: 

• 

riyazi  proqramlaşdırma  (xətti,  dinamik,  statik  və s. ); 



• 

şə

bəkə planlaşdırma və idarəetmə; 



• 

riyazi statistika. 

Bunlara misal olaraq müasir fərdi kompyuterlərdə reallaşdırılan Math Cad, Mat 

Lab, Derive, TK Solver  və s paketlərini göstərmək olar. 

Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. Praktiki olaraq, 

elə  tədqiq  sahəsi  yoxdur  ki,  burada  heç  olmasa  bir  tətbiqi  proqram  paketləri 

olmasın. Problemyönlü tətbiqi proqram paketləri elə proqram məhsuluna deyilir ki, 

burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur. 

Problemyönlü  tətbiqi  proqram  paketləri  sənaye,  qeyri-sənaye  və  xüsusi 

sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir. 



Sənaye  sahələri  üçün  problemyönlü  tətbiqi  proqram  paketləri  aşağıdakı 

xüsusiyyətlərə malikdirlər. 

Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, 

həmçinin  iş  planının  yerinə  yetirilməsinə  nəzarət,  texnoloji  kartanın  tərtibi, 

maliyyə  və  əmək  ehtiyatlarının  idarə  olunmasına,  bir  sıra  «qeyri-istehsal» 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə