Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

• 

sistemin  IBM  tipli  müxtəlif  kompyuterlərdə  işləməsini  təmin  etmək  üçün 

struktur modulludur; 

• 

sistemin  işləməsi  üçün  nisbətən  kiçik  ölçülü  əməli  yaddaş  (640  Kbayt) 



tələb edilir. 

MS-DOS  əməliyyat  sistemi  aşağıdakı  funksiyaları  yerinə  yetirən  kompleks 

proqramlara malikdir: 

• 

proqramların icrasının idarə edilməsi; 



• 

fərdi kompyuter resurslarının idarə edilməsi; 

• 

prosessorun  və  fərdi  kompyuterin  xarici  qurğularının  iştirakı  ilə 



informasiya emalının təşkili; 

• 

xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə 



yetirilməsi. 

DOS  ailəsindən  olan  əməliyyat  sistemlərinin  mühüm  çatışmazlığı  fərdi 

kompyuter  resurslarına  və  əməliyyat  sisteminə  icazə  olmadan  müraciətdən 

mühafizə vasitələrinin olmamasıdır. 

Bu  əməliyyat  sistemi  diskdə  saxlandığından,  disk  əməliyyat  sistemi  (DOS  – 

Disc Operation System) adını alıb. DOS proqramları lazım olduqda əməli yaddaşa 

yüklənir. 

 

41. Fayl və fayl sistemi 



Fayl.  nformasiya  disklərdə  fayl  şəklində  yadda  saxlanılır.  Fayl  disk  və  ya 

başqa  informasiya  daşıyıcısında  adlandırılmış  bir  sahədir.  Faylda  proqram  mətni, 

sənəd, şəkil, qrafik material, səs, video film və s. saxlana bilər. 

Fayllar  çox  vaxt  iki  kateqoriyaya  bölünür:  mətn  və  ikilik.  Mətn  faylları 

istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, DOS-un əmrlər faylı və 

s.  ola  bilər.  Mətn  faylları  ASCII  simvollarından  ibarət  olduğundan,  çox  vaxt  bu 

fayllara ASCII faylları da deyilir. 

Ə

məliyyat  sistemlərinin  və  başqa  proqramların    fayla  müraciəti  üçün  fayllar 



işarələnməlidır.  şarələmə  faylın  adını  təyin  edir.  DOS  əməliyyat  sistemlərində 

faylın adı iki hissədən ibarətdir: adın özü və genişlənməsi. Ad və genişlənmə bir-

birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvollardan, genişlənməsi isə 

0-dan 3-ə kimi simvollardan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük 

və kiçik latın hərflərindən istifadə oluna bilər, amma diskdə faylın adı yalnız kiçik 

latın  hərfləri  ilə  yazılır.  Faylın  ad  və  genişlənməsində  aşağıdakılardan  istifadə 

etmək olar: 

• 

latın əlifbasının böyük və kiçik hərfləri; 



• 

0-dan 9-a kimi rəqəmlər; 

• 

-, _, $, #, &, @, !, %, (, ), {, }, ‘, ~, ^  simvolları. 



Faylın ad və genişlənmə yazılışına nümunə kimi aşağıdakıları göstərmək olar: 

• 

command.com, 



• 

autoexec.bat, 

• 

prog_1.doc və s. 



Amma bəzi əməliyyat sistemlərində (Windows 95/98, OS/2 və Windows NT) 


uzun  adlı  fayllardan  istifadə  olunur.  DOS  əməliyyat  sistemindən  fərqli  olaraq, 

müasir  Windows  əməliyyat  sistemlərində,  OS/2  və  Windows  NT    əməliyyat 

sistemlərində  fayl  və  kataloqların  adlandırılmasında  uzunluğu  256  simvoldan 

ibarət  sətirdən  istifadə  etmək  olar.  Bu  adlara  uzun  adlar  deyilir.  Uzun  adlarda 

idarəedici  (kodu  31-ə  kimi  olan)  və  \  /  :  *  ?  ''  <>  |  simvollarından  başqa  bütün 

simvollardan istifadə etmək olar. 

Uzun  adlı  fayllarda 256 simvola kimi  istifadə  edilməsinə baxmayaraq,  60÷70 

sayda simvoldan istifadə etmək məsləhətdir. 

Windows  95/98,  OS/2  və  Windows  NT  əməliyyat  sistemlərində  uzun  adlı 

fayllarda  DOS-dan  istifadə  edərkən,  buradakı  boşluqlar  silinir  və  qısa  adlarda 

mümkün olmayan + , ; =[ ] simvollar isə _ simvolu ilə əvəz olunur. 

Hər  bir  proqramın  (əməliyyat  sistemlərindən  başqa)  tərkibində  bu  proqramı 

yükləyən  fayl  mövcuddur  ki,  bu  fayl  icra  olunan  fayl  adlanır.  cra  olunan  faylın 

genişlənməsi  .COM  və  ya  .EXE  olur.  Ümumiyyətlə,  bir  çox  proqramlar  faylın 

genişlənməsini  özü  təyin  edir  ki,  bununla  faylın    hansı  proqram  tərəfindən 

yaradıldığı  bilinir  və  bu  faylların  bir  çoxu  uyğun  proqramı  yükləyir.  Genişlənmə 

faylın tipini göstərir və onlardan əksəriyyəti standartdır. 

Məsələn: 

• 

.COM, .EXE – yerinə yetirilməyə hazır olan, yəni icra olunan fayllar; 



• 

.BAT– əmrlər (Batch) faylı; 

• 

.TXT – mətn faylı; 



• 

.MDB – Access VBIS-nin faylı; 

• 

.XLS – Excel  elektron cədvəl faylı; 



• 

.DOC – Microsoft Word  mətn faylı; 

• 

.PAS - Pascal dilinin proqram faylı; 



• 

.ASM – Assembler dilinin proqram faylı; 

• 

.ARJ və ZIP – sıxlaşdırılmış fayllar. 



MS-DOS  əməliyyat sistemində qrup fayllarını işarə etmək üçün şablonlardan 

(ingiliscə  pattern)  istifadə  etmək  olar.  Şablonda  qlobal  simvollardan  (şablonun 

simvolları)  istifadə  etməklə  faylın  adı  və  ya  genişlənməsi  işarə  olunur.  Bu  * 

(ulduz) və ? (sual işarəsi) simvollarıdır. 

Faylın  adında  (genişlənməsində)  ulduz  işarəsi  onu  göstərir  ki,  bu  mövqedən 

başlayaraq  adın  (genişlənmənin)  sonuna  kimi  ixtiyari  mümkün  işarə  yazıla  bilər. 

Məsələn,  *.DOC  –  genişlənməsi  .DOC  olan  bütün  fayllar,  METOD.*  -  adı 

METOD olan (METOD.DOC, METOD.EXE, METOD.TXT  və s.) istənilən fayl, 

AZ*.DOC  –  genişlənməsi  DOC  olan,  adı  AZ-lə  başlayan  fayllar,  *.*  -  bütün 

fayllar. 

Faylın  adında  (genişlənməsində)  sual  işarəsi  onu  göstərir  ki,  bu  mövqedə 

ixtiyari  (yalnız  bir)  mümkün  işarə  ola  bilər.  Faylın  adında  (genişlənməsində)  bir 

neçə  sual  işarəsi  yazıla  bilər.  Məsələn,  PROG?.EXE  –  PROG  ilə  başlayan  adın 

beşinci  mövqeyi  istənilən  simvol  ola  bilər  (PROG1.EXE,  PROGA.EXE, 

PROGD.EXE və s.) 

Qlobal simvollardan faylların axtarışında, yerdəyişməsində, köçürülməsində və 

silinməsində  çox  geniş  istifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki,  faylların  ad  və 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə