Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   26   27   28   29   30   31   32   33   34

Ş

N TOPOLOG YASI 

Ş

in topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada 



bütün  kompyuterlər  paralel  olaraq  şinə  qoşulurlar.  Şin,  kompyuterləri  biri-birinə 

bağlayan  kabel  sistemidir.  nformasiya  paketlər  şəklində  şinlə  hər  iki  tərəfə 

ötürülür. 

 

Ş



in topologiyalı lokal şəbəkə 

nformasiya  göndərmək  istəyən  kompyuter  (şəbəkə  adapteri)  şinin  boş  olub-

olmamasını, 

yəni 


ş

inlə 


digər 

kompyuterlərin 

informasiya 

göndərib-

göndərməməsini  yoxlayır.  Əgər  şin  boşdursa,  onda  kompyuter  paketləri  şinlə 

ötürür. 


Paket bir neçə hissədən ibarətdir: 

• 

informasiyanın ünvanlandığı kompyuterin ünvanından; 



• 

informasiyanı göndərən kompyuterin ünvanından; 

• 

göndərilən informasiyadan; 



• 

xidməti sahələrdən. 

Hər  bir  kompyuter  şinlə  ötürülən  paketlərin  ünvan  hissəsinə  baxır  və  ona 

ünvanlanmış  paketləri  özündə  qeyd  edir.  Əgər  iki  kompyuter  eyni  zamanda 

paketlərini  şinə  ötürərsə  bu  zaman  şində  toqquşma  baş  verir.  Toqquşmaya  səbəb 

olan  kompyuterlər  qısa  bir  müddət  ərzində  informasiya  göndərmək  hüququnu 

itirirlər. 

Ş

in topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 



• 

hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir; 

• 

şə

bəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır; 



• 

şə

bəkə kartları (adapterləri) ucuzdur; 



Ş

in  topologiyalı  lokal  şəbəkələrdə  şinin  (kabel  sisteminin)  etibarlığı  yüksək 

olmalıdır.  Şin  topologiyalı  lokal  şəbəkələr  IEEE  802.3  standartı  əsasında 

qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 

10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) 

göstərir. 




HALQAVAR  TOPOLOG YA 

Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter (işçi stansiya) biri-

biri  ilə  halqavari  şəkildə,  yəni  birinci  kompyuter  ikinci  ilə,  ikinci  kompyuter 

üçüncü ilə, üçüncü kompyuter dördüncü kompyuter ilə və s., sonuncu kompyuter 

isə birinci kompyuterlə birləşdirilir (şəkil 1.). 

 

Halqavari topologiyalı lokal şəbəkə 

Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar 

müəyyən  bir  istiqamətdə  (məsələn,  saat  əqrəbi  istiqamətində)  bir  kompyuterdən 

qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana (kompyuterə) çatdırılır. Bu tip 

şə

bəkələrdə  əsasən  markerprinsipindən  istifadə  edilir.  Markeri  əldə  edən 



kompyuter  məlumat  göndərmək  hüququna  malik  olur.  Markeri  əldə  etmiş 

kompyuterin,  digər  kompyuterlərə  göndərəcəyi  məlumatı  varsa,  bu  məlumatları 

markerə  yerləşdirərək  onu  paket  şəklinə  çevirir,  məlumatın  gedəcəyi  ünvanı  və 

digər  lazımi  informasiyaları  paketə  qeyd  edərək,  qonşu  kompyuterə  göndərir. 

Paketi  almış  kompyuter,  onun  ünvan  hissəsinə  baxır  və  əgər  paket  ona 

ünvanlandırılmışsa,  paketi  özünə  qeyd  edir,  əks  halda  paketi  özündən  sonrakı 

kompyuterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş 

kompyuter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) 

göndərir.  Əgər  göndərməyə  informasiya  yoxdursa,  onda  markeri  bir  sonrakı 

kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də  monitorinq 

funksiyasını  həyata  keçirir  (şəbəkə  işə  qoşularkən  markerin  generasiya  edilməsi, 

itən markerin bərpası və s.). 

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 

• 

hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır; 



• 

hər  bir  kompyuterin  məlumat  göndərə  bilməsi  üçün  ona  müəyyən  vaxt 

verilir. 

Halqavari  topologiyalı  lokal  şəbəkələrin  əsas  çatışmayan  cəhətləri 

aşağıdakılardır: 

• 

hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də 



hər hansı bir kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur; 

• 

şə



bəkə adapteri daima işçi vəziyyətdə olmalıdır. 

Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulur. 

Halqavari  topologiyalı  lokal  şəbəkələrə  nümunə  olaraq  Token  Ring  şəbəkəsini 

göstərmək olar. 

 



ULDUZVAR  TOPOLOG YALI LOKAL ŞƏBƏKƏLƏ

Ulduzvari  topologiyalı  lokal  şəbəkələr  mərkəzi  qovşaq  üzərində  qurulur.  Hər 

bir kompyuter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir (şəkil 2.). Kompyuterlər 

arasında  informasiya  mübadiləsi  mərkəzi  qovşaq  vasitəsi  ilə  həyata  keçirilir. 

Mərkəzi  qovşaq  kimi  hub,  kommutator  və  ya  xüsusi  server  kompyuteri  istifadə 

oluna bilər. 

 

 

 



 

Ulduzvari topologiyalı lokal şəbəkə 

Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompyuterlərarası 

mübadilənin  sadə  olmasıdır.  Bu  şəbəkələrin  çatışmayan  cəhəti  isə  şəbəkənin 

etibarlığının  mərkəzi  qovşağın  etibarlığından  asılı  olmasıdır.  Ulduzvari 

topologiyalı  lokal  şəbəkəyə  nümunə  olaraq  Ethernet  10  BASE-T,  100  BASE-T 

şə

bəkələrini  göstərmək  olar.  Burada  10  və  100  -  şəbəkənin  sürətini  (Mbit/san) 



göstərir. 

Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər. 

Bu  və  ya  digər  topologiyanın  seçilməsi  kompyuter  şəbəkəsinin  tətbiq 

sahəsindən,  kompyuterlərin  coğrafi  yerləşməsindən  və  bütövlükdə  şəbəkənin 

ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, 

qiymət, etibarlıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir. 

Hal-hazırda  kabelsiz  lokal  kompyuter  şəbəkələri  də  tətbiq  edilir.  Bu 

şə

bəkələrdə  radio  modemlərdən  (adapterlərdən)  istifadə  edilir.  Bu  zaman 



kompyuterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə 

həyata keçirilir. 



 

45. Lokal Kompyuter şəbəkələrində istifadə olunan avadanlıqlar 

Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur: 

• 

Koaksial kabellər; 



• 

Burulmuş cütlü kabellər; 

Mərkəzi 

qovşaq 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə