Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   ...   26   27   28   29   30   31   32   33   34

genişlənməsində  böyük  və  kiçik  hərflər  eyni  qəbul  olunur,  yəni  adna.txt  və 

ADNA.TXT eyni faylı təyin edir. 

Qeyd  etmək  lazımdır  ki,  DOS  əməliyyat  sistemində  DOS  qurğularını  işarə 

etmək  üçün  adlardan  istifadə  olunur  ki,  faylları  adlandırarkən  bunlardan  istifadə 

etmək  olmaz.  Bu  adlardan  DOS-un  əmrlərində  informasiyanın  kompyuterin 

qurğuları ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur. Məsələn, PRN adı 

printeri  göstərir,  buna  görə  də  DOS-un  əmrlərində  faylın  adı  yerinə  PRN 

göstərdikdə uyğun verilənlər çapa çıxır. 

Bu  adlara hər hansı genişlənmə  əlavə  etdikdə  DOS  bunu   qurğulara  müraciət 

kimi başa düşür. Məsələn, CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə 

eynidir.  Ona görə də  CON.TXT-dən  disk  faylının adı kimi  istifadə  etmək  olmaz. 

Amma  faylların  adlarının  genişlənməsində  .PRN,  .AUX,  .CON  və  .NUL-dan 

(Məsələn, ALFA.PRN faylından) istifadə etmək olar. 

Faylın atributları. Faylın aşağıdakı atributları mövcuddur. 

R  (Read-only)  –  "yalnız  oxunan".  Bu  faylları  sistem  vasitələri  ilə 

yeniləşdirmək və ya silmək mümkün deyil. 



H (Hidden) – "gizli fayl". Faylları gizli saxlamaq üçün istifadə olunur. 

S (System) – "sistem faylı". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur. 

A (Archive) – "arxivləşdirilmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında 

təyin olunur. 



KataloqKataloq digər fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi 

fayldır.  Kataloq  həmçinin  direktoriya  da  (ingiliscə  directory  –  arayış,  göstərici) 

adlanır.  Faylların  adı  diskdə  kataloqlarda  (və  ya  direktoriya)  qeyd  olunur. 

Windows 95/98 – də kataloqlar qovluq adlanır. Kataloq faylların tam adı, ölçüsü, 

yaradılma və ya sonuncu düzəliş vaxtı və tarixi, atributu və s. məlumatlardan ibarət 

olur. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, buna altkataloq deyilir. 

Kataloqun  adına  olan  tələbat  fayllardakı  kimidir,  amma  burada  genişlənmədən 

istifadə olunmur. 

Hər  bir  diskdə  bir  baş  kataloq  olur.  Bu  kataloqda  fayl  və  altkataloqlar  qeyd 

olunur.  Diskdə  kataloqlar  ağacvari  -  iyerarxik  struktura  malikdirlər.  stifadəçi 

işləyən  kataloq  cari  kataloq  adlanır.  Yeni  formatlaşdırılmış  diskdə  sadəcə  bir 

kataloq var – baş kataloq (root directory) və bu proqram vasitələri ilə silinə bilməz. 



 

42. Windows  səməliyyat sistemi 

MS-DOS-da  idarəetmə  sisteminin  sadəliyi,  əmrlər  interfeysinin  narahatlığı, 

disketlərdə  olan  fayl  və  kataloqların  proqramları  işə  salan  ləvazimatlarla  idarə 

olunması və s. bəzi proqramçıları onlara lazım olan ləvazimatları (qrafik interfeysi 

yaratmaq,  menyu,  sorğu  və  pəncərə  yaratmaq,  müxtəlif  displey  və  printerləri 

ə

laqələndirmək,  proqram  tərtib  edən  köməkçi  proqramlar  və  s.)  tərtib  etməyə,  ya 



da  müxtəlif  proqramlar  kitabxanasından  istifadə  etməyə  məcbur  edirdi.  Digər 

tərəfdən müxtəlif proqramlara müraciət etməyin özü də müəyyən çətinlik törədirdi 

stifadəçi  və  tətbiqi  proqramlar  tərtib  edən  proqramçılar  tərəfindən  istifadə 

edilən Windows proqramı müəyyən üstünlüklərə malikdir: 




PROQRAMIN XAR C  QURĞULARDAN ASILI OLMASI 

Windows və MS-DOS arasında əsas fərq ondan ibarətdir ki, MS-DOS (DOS-a 

ehtiyac  olmadan)  kompyuter  avadanlığı  (displey,  klaviatura,  printer  və  s.)  ilə 

birbaşa  işləyə  bilir.  Windows  mühitində  işləyən  proqramlar  isə  xarici  qurğulara 

Windows-un köməyi ilə müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret 

xarici  qurğularla  uzlaşma  problemini  öz  üzərinə  götürdüyü  üçün  istifadəçinin 

konkret  xarici  qurğularla  birgə  işləməsinin  təmin  olunması  problemi  aradan 

götürülmüş  olur.  Nəticədə  Windows  proqramı  konkret  xarici  qurğulardan  asılı 

olmur  və  qurğularla  o  zaman  əlverişli  işləyir  ki,  bu  qurğular  müstəqil  olaraq 

Windows-la işləyə bilirlər.  ş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların 

işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir. 

Ümumiyyətlə,  drayverlər  (qurğuların  işini  təmin  etmək  üçün  lazım  olan 

proqramlar)  yazılan  disk  (həm  Windows,  həm  də  MS-DOS  üçün  drayverlər) 

avadanlıqlar və ya qurğularla birlikdə satılır. 



ST FADƏÇ   NTERFEYS N N YARADILMASI ÜÇÜN AVADANLIQ 

Windows-a  istifadəçi  interfeysinin  yaradılmasına  lazım  olan  funksiyalar: 

pəncərələr, menyular, sorğular, siyahılar və s. daxildir. Buna görə də Windows-un 

istifadəçi interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər 

proqramlar Windows-un funksiyalarından istifadə edir. 

PROQRAMLAR K TABXANASININ D NAM K QURULUŞ

Windows-da proqram tərtib edərkən, proqramlar kitabxanasından Windows-un 

köməyi ilə istənilən proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı 

kompyuterin yaddaşına yükləmək mümkündür. 

Bəzən  iş  prosesində  istifadə  edilən  proqram  müəyyən  zamandan  sonra 

istifadəçiyə  gərək  olmur.  Belə  olan  halda  istifadəçi  istifadə  etmədiyi  proqramı 

kompyuterin  yaddaşından  silə  bilir.  Bütün  bu  prosesləri  Windows  öz  üzərinə 

götürərək  istifadəçinin  işini  asanlaşdırır  və  onun  işinə  maneçilik  etmədən  həyata 

keçirir. 

VAH D  ST FADƏÇ   NTERFEYS  

Windows istifadəçi interfeysini yaratmaq üçün proqramçıları lazım olan bütün 

ləvazimatlarla təmin etdiyindən, iş prosesi zamanı proqramçılar bu ləvazimatlardan 

tam  istifadə  edirlər.  Belə  geniş  imkanların  onlara  verilməsi  istifadə  üçün  anoloji 

ləvazimatlar  yaratmağa  sövq  etmir.  Nəticədə  Windows  proqramının  istifadəçi 

interfeysi müəyyən dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar 

arasında  əlaqə  yaratmağa  imkan  verir.  Bundan  əlavə,  istifadəçi  kompyuterdə 

istifadə edilən hər bir proqramı ayrıca öyrənməyə ehtiyac duymur. 



ÇOX SAYDA MƏSƏLƏLƏR N EYN  ANDA HƏLL  

Windows müxtəlif sayda proqramların eyni zamanda həll edilməsinə və onlar 

arasında məlumat mübadiləsinə imkan yaradır. Bundan istifadə edən istifadəçi bir 

proqramı  işlədərkən  (və  ya  bir  məsələni  həll  edərkən)  birindən  digərinə  keçmək 

imkanı  əldə  edir.  Bunlarla  yanaşı  Windows  elə  qurulmuş  sistemdir  ki,  onunla 

işləyərkən  DOS  proqramlarına  müraciət  etmək  və  ya  DOS  proqramı  ilə  işləmək 

lazımdırsa,  bu  işləri  Windows-dan  çıxmadan  həyata  keçirmək  mümkündür  (DOS 

proqramları Windows-un təsiri altında icra olunarkən onlar aşağı sürətlə işləyirlər). 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə