Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
1   2   3   4   5   6   7   8   9   ...   34

-iqtisadi  informasiyanın  tərkibindəki  nisbi  sabit  informasiyanın  xüsusi  çəkisi 

yüksək olur; 

-iqtisadi  informasiyada  sabit  informasiyanın  xüsusi  çəkisi  yüksəkdir,  insanın 

dərk  edə  biləcəyi  formada  sənədləşdirilir,  işlənəcək  ilk  məlumatların  həcmi  çox 

olur.  

nformasiyanın  işlənməsinin  avtomatlaşdırılmış  sistemi  yaradılarkən  iqtisadi 



informasiyanın  qeyd  edilmiş  xassələri  nəzərə  alınmalıdır.  Iqtisadi  informasiya 

quruluş  etibarı  ilə  ümumiyyətlə  informasiyanın  quruluşuna  yaxındır. 

nformasiyanın  quruluşu  dedikdə  müəyyən  məna  daşıyan  informasiya 

elementlərinin  müəyyən  məcmusu  başa  düşülür.  Informasiyanın  quruluşuna 

müxtəlif  yönümlərdən  yanaşmaq  mümkündür.  Məsələn,  məntiqi,  fiziki  meyarları 

fərqləndirmək  lazımdır.  Fiziki  baxımdan  informasiyanın  quruluş  əlamətləri  kimi 

informasiya  daşıyıcılarının  müxtəlif  formaları  və  müxtəlif  texniki  qurğular  çıxış 

edir.  qtisadi informasiyanın quruluşu adi dildəki sintaksisin rolunu yerinə yetirir. 

Ə

gər  adi  dildə  hərflərdən  sözlər,  cümlələr  və  digər  sintaksis  quruluşlar, 



riyaziyyatda  isə  rəqəmlərdən  ədədlər  yaranması  öyrənilirsə  və  s.  iqtisadi 

informasiya nəzəriyyəsində informasiyanın quruluşca əmələ gəlməsi və dəyişməsi 

öyrənilir. 

Informasiyanın quruluş elementlərinə ayrılmasında bir çox hallarda iyerarxik 

prinsipinə üstünlük verilir. Hər hansı idarəetmə obyektinin (müəssisə, firma, şirkət, 

sahə,  region  və  i.a.)  ən  yüksək  informasiya  quruluş  vahidi-informasiya  sistemi 

sayılır. 

Iqtisadi  sistemlərdə  idarəetmə  obyektlərinin  fəaliyyətinin  bütün  cəhətləri, 

orada  baş  verən  əməliyyatlar,  proseslər  öz  əksini  bütünlükdə  informasiya 

sistemində  tapır.  Informasiya  sistemi  öz  növbəsində  daha  aşağı  səviyyəli  quruluş 

vahidlərinə ayrılır.  

qtisadi informasiyanın quruluş sxemini aşağıdakı kimi göstərmək olar. 

Informasiyanın  quruluşu  dedikdə  onun  ayrı-ayrı  elementlərə  (hissələrə) 

bölünməsi nəzərdə tutulur. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə 

və  mürəkkəb  olur.  Sadə  informasiya  vahidlərini  hissələrə  ayırmaq  olmur.  Lakin 

mürəkkəb  informasiya  vahidləri  bir  neçə  sadə  və  ya  mürəkkəb  informasiya 

vahidlərinin birləşməsi nəticəsində yaranır.   

qtisadi informasiyanın  quruluşu iki prinsip üzrə yaradıla bilər: çoxsəviyyəli 

(iyerarxik) və birsəbiyyəli. Iqtisadi informasiyanın quruluşunda iyerarxik üstünlük 

təşkil  edir.  Burada  ən  aşağı  səviyyəli  informasiya  vahidi  rekvizitlərdir.  Rekvizit 

sadə  və  bölünməyən  informasiya  vahidinə  deyilir.  Rekvizitlər  sözlərdən  və  ya 

ə

dədlərdən ibarət olur. 



Rekvizitlər  obyektin,  yaxud  baş  verən  hadisələri  kəmiyyət  və  ya  keyfiyyət 

cəhətdən  xarakterixə  edir.  Obyektin  vəziyyətini  keyfiyyət  cəhətdən  xarakterizə 

edən rekvizitlər əlamət rekvizitləri, kəmiyyətcə xarakterizə edən rekvizitlər isə əsas 

rekvizitlər adını almışdır. 

Ə

lamət  rekvizitləri  bir  qayda  olaraq  sözlərdən,  söz  birləşmələrdən  və  onları 



ə

vəz  edən,  lakin  mətnin  mahiyyətini  dəyişməyən  rəqəm  kodlarından  ibarət  olur. 

Ə

lamət  rekvizitlərinə  misal  olaraq  müəssisə,  təşkilat  firma  və  şirkətlərin  adını, 



vergilərin növünü və s. göstərmək olar. 


Ə

sas rekvizitlər yalnız konkret ədələr şəklində ifadə olunur. Məsələn, miqdar-

cinsi  ölçü  vahidlərində,  dəyər-manat  və  qəpiklə,  əmək  tutumlu-norma  saatla  və 

adam-günlə ifadə edilir. 

Ə

n  yüksək  səviyyəli informasiya  quruluş vahidi  olan informasiya  sistemi  ilə 



ə

n  aşağı  səviyyəli  quruluş  vahidləri  olan  rekvizitlər  arasında  digər  informasiya 

quruluş elementləri mövcuddur. Həmin quruluş vahidlərinə göstəriciləri, xəbərləri 

massivləri aid etmək olar. 

Göstəricilər  əsas  və  əlamət  rekvizitlərinin  məntiqi  məcmusudur.  Göstəricilər 

iqtisadi prosesləri və əməliyyatları keyfiyyət və kəmiyyət baxımından xarakterizə 

etməklə, onlar haqqında təsəvvür yaradır. 

Göstərici bir əsas rekvizit, bir neçə əlamət rekvizitinə malik ola bilər. Iqtisadi 

proseslərin  təsvirində  və  xarakterizə  olunmasında  göstərici  müstəsna  rola  malik 

olduğuna görə, onu iqtisadi informasiyanın əsas quruluş vahidi hesab etmək olar. 

Informasiya  sistemi  öz  tərkibində  müstəqil  quruluş  vahidləri  kimi  idarəetmə 

obyektinin  funksiyalarına  və  quruluşuna  uyğun  olaraq  bir  sıra  informasiya 

altsistemlərini  birləşdirir.  Bu  informasiya  altsistemlərinin  hər  biri  müəyyən 

informasiya  massivlərindən  ibarətdir  və  onların  tərkibi  bu  altsistemdə  həll  edilən 

məsələlərdən asılıdır. Kompüterlərdə informasiyanın quruluşu tətbiq edilən xüsusi 

qaydalardan asılıdır ki, bu da yeni informasiya vahidlərinin baytlar, maşın sözləri, 

sahə və i.a. yaranmasına səbəb olmuşdur. 

Informasiyanın  təşkili  avtomatlaşdırılmış  sistemlərin  tələbləri  nəzərə 

alınmaqla  müxtəlif  prinsiplər  və  qaydalar  əsasında  yerinə  yetirilir.  Bu  isə  öz 

növbəsində  informasiyanın  yeni  quruluşunun  meydana  gəlməsinə  səbəb  olur  və 

nəticədə  məlumat  bazaları,  informasiya  fondu,  məlumatlar  kataloqu  və  lüğəti 

adlandırılan  yeni  quruluş  vahidləri  təşəkkül  tapır.  Avtomatlaşdırılmış  sistemlərdə 

tətbiq  olunan  proqramlaşdırma  dillərindən  asılı  olaraq  informasiyanın  müvafiq 

quruluş vahidləri-fayllar, cədvəllər yaranır. 

Massivlər      müxtəlif  əlamətlərə  görə  birləşdikdə  informasiya  axını  yaranır. 

nformasiya axınları isə birləşib informasiya sistemlərini təşkil edir. 

 

5.   nformasiya sistemləri 

əyyən qrup obyektlərin vəziyyətini əks etdirən informasiyanın formalaşma-

sı,  yığılması,  saxlanması,  axtarışı,  işlənməsi  və  ötürülməsi  proseslərini  yerinə 

yetirən sistemə informasiya sistemi deyilir. 

Informasiya 

sisteminin  yaradılmasında

  məqsəd  istifadəçiləri  lazımi 

informasiya  ilə  təmin  etməkdən  ibarətdir.  Informasiya  sistemləri  elementləri 

məzmunu  və  reallaşdırılması  əlamətinə  görə  idarəetmə  sistemləri,  o  cümlədən 

iqtisadi,  texniki,  sosial,  bioloji  və  s.  sistemlərə  ayrılırlar.  Idarəetmə  sistemlərində 

idarəetmə  obyektləri  ilə  qarşılıqlı  əlaqə  yolu  ilə  idarəedici  elementlərin 

reallaşdırılması  həyata  keçirilir.  Bu  sistemlər  içərisində  iqtisadi  sistemlər  daha 

geniş yer tutur. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə