102
Odur ki, Tanrı qanununa bənzər qanunlar yaratmalı olduğumun
məsuluyyətini anlayırdım. Qoy, sözlərimə görə kimsə məni mə-
zəmmət etməsin. Nadanlar ibrət alsın,
elmdə güclü olanlarsa səhv
tapsalar onu düzəltsinlər.”
***
Bundan sonra Oksent oğlu Xaçeresin qoyduğu başlıq gəlir:
“Üçüncü, nişanı kücününq barça törələninq”
“Üçüncü. Qanunların gücü barədə”
Sonra Xaçeres davam edir:
“Dağı da yazar surp Mikayıl vardaped Törə bitikininq xuvatı
üçün köp türlü yalbarmaq der Sdepannos qatoğiğosğa:”
“Daha sonra müqəddəs vardapet Mikayıl (Mxitar Qoş – B.T.)
katalikos Stepannosa müraciətlə “Törə bitiki”nin gücü barədə
yazır”
Sonra yenə də orijinal mətn gəlir. Burada sadəcə ilk cümləyə
kobud redaktor müdaxiləsi olmuş və mətnə Xurşudyan tərəfindən
“bütün erməni kilsələrinin başçısı” sözləri əlavə edilmişdir:
“Xolarmen sendən, haybatlı ata da barça ermenilik yıxövlə-
rininq başı, bolmağay ki, heç tə yenqil sağışlağaysen can sartın
kerəkli işni, xaysın ki, menim üstümə beripsen. Zera tiyəsidir man-
qa ki, körgüzgəymen sanqa köptən az ki, nedir xuvatı Törə
bitikininq, xaysını ki, xolumuzga alıpbiz. Zera Törə bitikininq oğşa-
şı bar ganonkta, zera tiyişlidir bizgə tüzməgə törəni u ganonknı ki,
biri birinə oxşağay. Xaytıp bu türlü bardır oxşaşı biri birinə. Zera
ganonk cannı toğru etər, da törə tenni, həlbət, egər biri birindən
ayrlıp esələr, yoxsa köp yerdə birikirlər. Necik can u ten ki,
tarbiyat bilə 2-dirlər, ol türlü ayırılmas, xatışıp biri biri bilə,
bolurlar bir da köp neməni bir erk bilə xılınırlar, ol türlü ganunkta
törələr. Anınq üçün, egər ki yoluxsa xatışılmağa eksinə, biri birini
sındırmastır...”
103
TƏRCÜMƏSİ:
“Səndən xahiş edirəm, müqəddəs ata,
bütün erməni kilsə-
lərinin başçısı, üzərimə yüklədiyin mənəvi
məsuliyyətin çox asan və
yüngül olduğunu sanma. Bu səbəbdən də sənə “Törə bitiki”nin ma-
hiyyətini qısaca anlatmaq istəyirəm. Qanun və qaydaları ard – arda
düzməli olduğumuzdan bunu elə etməliyik ki, onlar bir – birinə uy-
ğun gəlsin. Onlar arasındakı uyğunluq isə belədir: Qaydalar ruhu is-
lah etdiyi kimi, qanunlar da cismi kamilləşdirirlər. Əlbəttə ki, onlar
fərqli olduqları kimi, eynilikləri də çoxdur. Ruh və bədən təbiətən
fərqli olsalar da, birləşərək bir vahid təşkil etdikləri, bir – birilərini
tamamladıqları kimi, qanunlar və qaydalar da bir –
birini tamamla-
yır. Bu üzdən də onlar bəzən birləşir, fəqət biri digərini təxrib
etmirlər...”
***
Sonrakı cümləyə məzmuna xələl gətirməyəcək qədər cüzi bir
redaktor müdaxiləsinin olduğu hiss edilir:
“...Da ne türlü ganonknu bilicilər tüzüptürlər, ol türlü törəni
də; da ne türlü yanqılğanlarğa ganonkta pokuta u xorxu bar, ol
türlü törədə bar; da ne türlü törədə zından u baylamaq bar egrilər-
gə, ol türlü ganonk‘ta zından u baylamaq xarğamaqtır; da ne türlü
yazıxsız adəmilər üsnə ganonk nemə bağ xoymastır, ol türlü törə də
anınqkibiklərninq üsnə, kimlər ki toğrudurlar dünyada; da ne türlü
ari kişi xorxmastır köktəgi yarğucıdan, ol türlü anmeğ adam
xorxmastır dünya yarğucusundan…”
TƏRCÜMƏSİ:
“...Qanunlar da müdriklər tərəfindən tərtib edilmiş qaydalar
kimidir. Qanunlarda da qaydalarda
olduğu kimi tövbəyə də yer var,
cəzaya da. Qanunlarda cinayətkarlar üçün zindan və qandallar
nəzərdə tutulub, qaydalarda isə zindan və qandalın oynadığı rolu
dindən xaric etmə oynayır. Qaydalar günahsızlara heç bir məhdu-
diyyət qoymadığı kimi qanunlar da dünyəvi işlərdə eyni mövqe
tutur. Əməlisaleh insan səmavi məhkəmədən qorxmadığı kimi,
günahsız adam da dünyəvi məhkəmədən çəkinmir...”
104
***
Orijinal mətnin davamı:
“...Xaytıp dağı da yaxşılıx beriliptir bizgə ki, barça ari
bitiklərni anınq üçün tüzdülər ki, adəmilərni yazıxtan tartkaylar, ol
türlü Törə bitiki cəht etər tıymağa yamanlarnı u egrilərni ki, sövük
bilə u yaxşı könqül bilə tirilgəylər biri biri bilə. Dağı da aruvluq
bilə tirilmək artarlıqtır, bu da törədə bolmaq kerək. Bu türlü
manilərni berip uslularğa ki, tanığaylar ki, neçə türlü yaxşılıx bar
munda havasar barça adəmilərgə ki, talaşnı, öpkəni kötürür da
eminlikni u yaxşılıxnı toxtatır adəmilər arasına. Da xayda ki törə
eksiktir, anda talaş köptür, da xayda törə u könülük bolsa, eminlik
artıxtır ol ulusta, dünyada u yıxövlərdə, zera bir ülüşü Tenqrininq
şnorhkundan berilgən yıxövlərgə eminliktir.”
TƏRCÜMƏSİ:
“...(Bu kitabın) bir xeyri də odur ki, bütün müqəddəs kitablar
insanları günahlardan çəkindirməyə xidmət etdiyi kimi, “Törə bi-
tiki” də qəddar və ürəyi mərəzli adamların qarşısını kəsir ki, in-
sanlar sevgi və hörmət içində yaşaya bilsinlər. Təmiz həyat
əməlisalehlikdədir, qanunlar da buna xidmət etməlidir. Biz bu
sözləri ağıl sahibləri üçün söylədik ki, burada nə qədər yaxşı şeylər
olduğunu bilsinlər, məhkəmənin mübahisələri aradan aparmağa
xidmət etdiyindən agah olsunlar. Qanunların əskik
olduğu yerdə
münaqişələr çox olar, qanunların təkmil və ədalətli olduğu ölkə-
lərdə isə həm həyatda, həm də kilsədə sülh bərqərar olur. Sülh isə
Tanrının bizə ən böyük lütfü və mərhəmətidir.”
***
Xaçeresin qoyduğu növbəti başlıq gəlir:
“Törtünçü, dağı da yazar, kimlərdir yarğuçılar, ayırır biri –
birindən könülərini, oxşaşlarını”.