384
990 Sətəlcəm olmuş qız. Padşahın qızı sətəlcəm olur, onu öl-
müş bilib dəfn edirlər. Qıza aşiq olmuş oğlan onu sağaldır və qızla
evlənir.
Qarabağ, III kitab, s.276-281, kont.1651
991* Tacir xəsisliyi tərgidir. Xəsis kişi cinlər padşahının oğlunu
çaqqalın ağzından xilas edir, əvəzində cinlər padşahından malının
ixtiyarının özünə qaytarılmasını istəyir. Cinlər padşahı onun istəyini
yerinə yetirir, ondan sonra kişi xəsisliyini tərgidir.
Qarabağ, VI kitab, s.258-259; VIII kitab, s.174-176
995* Ölünün qulağına söz demək. Məzuniyyətə çıxan padşah
öz yerinə başqasını qoyur. Zəngilan variantında isə səyahətə çıxan şah
yerinə Bəhlul Danəndəni qoyur. Bəhlul Danəndə hakimiyyətdə olduğu
müddətdə bir qadına bir kisə qızıl verir, qəssabın boynunu vurdurur,
ölünün qulağına nəsə pıçıldayır. Daha sonra etdiyi hərəkətin səbəbini
padşaha izah edir.
Qarabağ, IV kitab, s.274-275; s.288-289; V kitab, s.236-237
996* Hər keçən gün ömürdən gedir. Ona görə də tacir nə
qədər qazanc əldə edirsə, yenə də özünü ziyanda sayır.
Qarabağ, I kitab, s.258-259
996*** Belə də qalmaz. Müflisləşmiş tacir əlinə maya salmaq
üçün qulu satmaq məcburiyyətində qalır. Nökər əvvəl öküz yerinə
cütə qoşulur, sonra dəyirman daşını fırladır, ölən padşahın yerinə
seçilir, axırda dünyasını dəyşir. Vəsiyyətinə uyğun olaraq baş daşının
üstünə “belə də qalmaz” yazırlar. Sel qəbirstanlığı yuyub aparır, qulun
qəbrindən əsər-əlamət qalmır.
Qarabağ, V kitab, s.212-214
[996**** Belə də qalmaz]: Padşah üzüyün üstünə elə söz yaz-
dırmaq istəyir ki, onu yasda oxuyanda təskinlik tapsın, xeyirdə oxu-
yanda kədərlənsin. Vəzir çobanın köməyi ilə padşahın tapşırığını
yerinə yetirir və üzüyün üstünə “belə də qalmaz” yazmağı məsləhət
görür.
Qarabağ, IV kitab, s.255-259, kont.922F*
997* İnsan nəslinə çəkər. Padşah evləndiyi qızın, yaxud oğluna
aldığı gəlinin hərəkətlərini izləyir. Gəlin a) çörəyi tikələrə bölüb qab-
lara qoyur, daha sonra bir-bir qablara vurub pul tələb edir; b) söyüd
385
çubuğunu görəndə ondan yaxşı sağanaq çıxacağını deyir; c) əlinə
qaşıq alıb “hay it, hay it” deyə-deyə süfrənin başına dolanır. Həmin
hərəkətlərinə görə onun qaraçı qızı olduğu məlum olur.
Qarabağ, I kitab, s.285-287; s.288; IX kitab, s.223-224
[997*** Özünü lallığa vurmuş oğlan]. Padşah oğlunun nə iş tut-
duğunu öyrənmək üçün üstünə nəzarətçi qoyur. Nəzarətçi oğlanın ov-
çunun vurduğu quşa dediyi sözləri eşidir. Məlum olur ki, oğlan danışa
bilirmiş, sadəcə dünyaya küskün olduğundan özünü lallığa vurub.
Qarabağ, I kitab, s.268-269
AXMAQ ŞEYTAN HAQQINDA
1000 Hirslənməmək sazişi.
Qarabağ, II kitab, s.259-267, kont.1132 +1120+1537
1060 Qorxaq Əhməd. Divlə gücünü yoxlayır: a) Kimin qoltu-
ğunun tükü uzun olar? Qəhrəman sicimi qoltuğunun tükü kimi qələmə
verir. d) Kimin bədəninin biti böyük olar? Qəhrəman cibində gizlət-
diyi qurbağanı bit kimi qələmə verir. Div ondan qorxur.
Qarabağ, III kitab, s.305-308, kont.1149A*
1120 Ağa arvadı ilə əlbir olub keçəli çaya atmaq istəyir.
Bundan xəbər tutan keçəl ağanın arvadı ilə öz yerini dəyişir. Ağa onun
yerinə arvadını çaya atır.
Qarabağ, II kitab, s.259-267, kont.1000+1132+1537
1132 Nökərdən qaçma. Ağa nökərdən qaçıb canını qurtarmaq
istəyir. Farmaşın arasında gizlənən nökəri də özləri ilə götürürlər.
Qarabağ, II kitab, s.259-267, kont.1000+1120+1537
1149A* Tülkünün borcu. İnsan divləri onun üstünə gətirən
tülküdən xilas olmağı bacarır. Yontaladığı çubuqla divlərin gözünü
çıxardacağını deyir. Divlər ondan qorxub qaçırlar.
Qarabağ, III kitab, s.305-309, kont.1060
LƏTİFƏVARİ NAĞILLAR
[1202 Naşı biçinçi]. Taxılı kəməndlə boğazından tutub baltayla
dibindən vurur.
Qarabağ, I kitab, s.289-293, kont.1618*
386
[1341A = AT 1341A* Tövlədən qaçış]. İki nəfər qoyun oğurlu-
ğuna gedir. Oğrulardan biri ev yiyəsinin gəldiyini görüb aradan çıxır,
o biri tövlədə qalır. Ev yiyəsi tövlənin qapısını açanda oğru onu içəri
salıb özü aradan çıxır.
Qarabağ, I kitab, s.316-319
1358B Arvad aşnasını küpün içində gizlədir. Küpü satmaq
üçün bazara aparan ər başqa bir gəlinin öz aşnasını yunun altında
gizlətdiyini görür. Gəlinin əri onun küpünü sındırır, o da yükü dağıdır.
Hər iki aşna qaçıb xilas olur.
Qarabağ, IX kitab, s.224-227
1381 Qarının toyu. Qardaşlar oğurluq dəvəni kəsib anaları üçün
toy edirlər. Arvaddan dəvəni xəbər alanda onu toyunda kəsdiklərini
deyir. Dəvə sahibi bunun çoxdan baş verdiyini zənn edir.
Qarabağ, V kitab, s.248-249, kont.1398+1381*
1381A Arvad şəri. Arvad ərinin şumdan tapdığı balıqları gizlə-
dir və camaatı inandırır ki, əri dəli olub.
Qarabağ, IV kitab, s.276-279, kont.1531B
1381* Arvadın şahidliyi. Ərinin padşahın dəvəsini oğurladığını
yasavullara xəbər verir. Kişini tutub saraya aparırlar, gedərkən arvada
qapı-bacadan muğayat olmağı tapşırır. Arvad qapını çiyninə alıb saraya
gəlir. Padşah arvadın dəli olduğuna əmin olub onun ərini azad edir.
Qarabağ, IV kitab, s.299; V kitab, s.248-249, kont.1381+1381*
1398* Arvad ərindən küsür. Əri onu evdən qovur. Qarşısına
çıxan heyvanları ərinin göndərdiyini zənn edir və dəvə ilə geri qayıdır.
Qarabağ, V kitab, s.248-249, kont.1381+1381*
1406A* Təsbeh kimə çatmalıdır. Padşah, vəzir və dəllək yoldan
tapdıqları təsbeh üstündə mübahisə edirlər. Razılaşırlar ki, hərə bir
əhvalat söyləsin, kimin əhvalatı daha inandırıcı olsa, təsbeh ona çatsın.
Qarabağ, II kitab, s.202-206, kont.514*+449+976*B
1426 Sandıqda saxlanılan arvad. Bu süjetin indiyə qədər ayrı-
ayrı bölgələrdən qeydə alınmış 4 variantı məlumdur. Kəlbəcərdən isə
belə bir süjet ilk dəfə yazıya alınır. Ənənəvi variantlardan fərqli olaraq,
həmin süjet burada “Şıx Səyadın qadınların əməlindən kitab yazması”
adlı məşhur lətifə süjeti ilə kontaminasiya olunmuşdur.
Qarabağ, VIII kitab, s.133-136
Dostları ilə paylaş: |