390
1625* Vəzir zurna çalmağı öyrənir. Kasıb vəziri inandırır ki,
padşaha zurna çalmağı öyrədir. Vəzir də həmin sənəti öyrənmək istə-
yir. Padşah həqiqəti biləndən sonra vəziri saraydan qovur, onun yerinə
kasıbı təyin edir.
Qarabağ, VI kitab, s.261-265
1645B = AT 1645B* Allah, sən mənə yetir. Qoca Şah Abbas-
dan dilək diləmək üçün saraya gedir. Görür ki, Şah Abbas səhər nama-
zından sonra üzünü Allaha tutub deyir: «Ay Allah, sən mənə yetir,
mən də millətimə verim». Geri qayıdıb o da Allaha yalvarır, tapdığı
qızıl küpü hesabına varlanır.
Qarabağ, I kitab, s.251-252
1651 Bahalı pişik. Qəhrəman siçanların çox olduğu ölkədə pişiyi
baha qiymətə satır.
Qarabağ, III kitab, s.276-281, kont.990
1654 Keçəllə kosa qəbirstanlıqda. Özlərini ölülüyə vururlar,
quldurları qorxudub onların qənimətlərinə sahib olurlar.
Qarabağ, I kitab, s.303-308, kont.1920+1892+1960D; III kitab,
s.314-317, kont.1920+1960D+1892
1667*
Cəsarətli bostançı. Bostanın məhsulundan Şah Abbasa
nübar aparan bostançı yolda onun özü ilə qarşılaşır, amma onu tanı-
mır. Şah qarpızı götürməsə, eşşəyi yük qarışıq onun gözünə soxa-
cağını deyir. Həmin sözləri şahın hüzurunda da təkrarlayır, cəsarətinə
görə şah onu mükafatlandırır. (Müqayisə et: AT 1689).
Qarabağ, I kitab, s.236-242, kont.922A*; IV kitab, s.270-274,
kont.922A*; VI kitab, s.249-250
1681A Hillilim və Güllülüm. Ər-arvad qızı evinə qonaq gedir.
Qazları qaynar suda çimizdirib öldürürlər. Qızı onlara şal, yağ, ayaq-
qabı pay qoyub evə yola salır. Şalı üşüməsin deyə sünbüllərə bağlayır-
lar, qarğanın ayağı üşüməsin deyə ayaqqabını ona verirlər, yağı torpağın
çatına tökürlər.
Qarabağ, V kitab, s.238-239
1696 Döyülən axmaq. Düzgün ifadələr işlətmir. Yasda deyir: «Bi-
ri min olsun», toyda: «ölən bu olsun» və s. Hər dəfə də onu döyürlər.
Qarabağ, I kitab, s.312-314; II kitab, s.387-389; V kitab, s.246-
248, kont.1713
391
1713* Az tökərsən bir ovuc, çox tökərsən iki ovuc. Qəhrəman
misgərdən təzə qazan alır. Qazana az bişirəndə bir ovuc, çox bişirəndə
iki ovuc duz tökdüklərini öyrənir. Hər ikisini sınaqdan keçirir, yemək
duzlu alınır.
Qarabağ, V kitab, s.246-248, kont.1713
1716 = AT 1716* Uç qardaşın ov macərası. Hədi-hüdü, Koroğ-
lu və Əbülqasım zurnaçı ova çıxır. Lüləsiz tüfəylə dovşan vurmaları,
ağzıyox bıçaqla onu kəsmələri kimi motivlər iştirak etmir. Altı deşik
qazanda bişirirlər. Palanın içindən Quran çıxır. Oxuyurlar ki, hamısı
yalandı.
Qarabağ, VI kitab, s.269
1736A Taxtaya dönmüş xəncər. Padşah hər gün kef məclisi
düzəldən pinəçini saraya cəllad təyin edir. Pinəçi xəncərin tiyəsini
satıb onun puluna kef məclisi düzəldir. Padşah ona oğrunun boynunu
vurmağı tapşırdıqda öz ağlı sayəsində vəziyyətdən çıxmağı bacarır.
Qarabağ, IX kitab, s.204-212; s.212-215
1739 Qazının uşaq doğması. Molla yuxuda ikən arvad yeni
doğulmuş uşağı onun yatağına qoyur və ərini uşaq doğduğuna inandırır.
Molla biabır olacağını görüb kəndi tərk edir. Bir müddətdən sonra yeni-
dən geri qayıtmaq istəyir, amma həmin hadisənin unudulmadığını görüb
həmişəlik oranı tərk edir.
Qarabağ, V kitab, s.234-236
1862E* Ürəyə sarınmış tük. Loğman tükü çıxartmaq üçün
xəstəyə südlü aş yedizdirir və onu şortağ ata mindirir. Xəstə yediyini
sifraq edir, ürəyinə sarınmış tük çıxır.
Qarabağ, I kitab, s.268
1862G* Yeddi il su içməmiş ilanın zəhəri, qısır buludun
yağışı və beş il qısır qalmış keçinin südü. Bu üç şey xəstəyə dərman
deyilir. Xəstə təsadüfən bu şeylərin üçünü də bir arada tapır və onu
içib sağalır.
Qarabağ, I kitab, s.265-266; II kitab, s.392-394; VI kitab, s.268-269
1862*H Hər insana dərman onun qidasıdır. Loğman nə qədər
dəva-dərman edirsə, oğlunu sağalda bilmir və biabır olacağını görüb
evi tərk edir. Şəyird uşağın çobandan olduğunu öyrənib onu süd-qatıq-
la müalicə edir.
392
Qarabağ, I kitab, s.266-268
1863*A Kim daha güclü zəhər hazırlayar? Şəyird loğmanın
verdiyi zəhəri içdikdən sonra süddə çimir, zəhər ona təsir etmir. Bu dəfə
şəyird zəhər hazırlayır: həvəngdəstənin içinə keçə qırığı atıb səhərə
qədər döyür. Şəyirdin daha güclü zəhər hazırladığını zənn edən Loğ-
manın qorxudan ürəyi partlayır.
Qarabağ, I kitab, s.261-263; s.264-265, kont.1863**
1863*D Əl aman. Xəstə Loğmanın ağzından çıxan ilk sözə
əməl edib şəfa tapır.
Qarabağ, II kitab, s.394; IX kitab, s.242-243
1892 Xoruzun belində qoz ağacı bitir.
Qarabağ, III kitab, s.314-317, kont.1920+1960D+1654
1920 Yalan yarışı. Kosa ilə keçəl şərikli kökə bişirirlər. Şərt kə-
sirlər ki, hərə bir yalan desin, kimin yalanı böyük olsa, kökəni o yesin.
Keçəl mərci udur.
Qarabağ, I kitab, s.303-308, kont.1654+1892+1960D; III kitab,
s.314-317, kont.1960D+1892+1654
1960D Nəhəng meyvə (kələm, qarpız). a) Kələm o qədər iri
olur ki, adamlar yağışdan qorunmaq üçün onun yarpağının altında
gizlənirlər; b) qarpız o qədər böyük olur ki, içində yeddi qatar dəvə
itir; c) nəhəng göbələk: yağışdan qorunmaq üçün onun altına sığınırlar
Qarabağ, I kitab, s.303-308, kont.1920+1892+1654; III kitab,
s.314-317, kont.1920+1892+1654
KUMİLYATİV NAĞILLAR
2022* Qız doğulmamış uşağının taleyi üçün ağlayır. Guya ərə
gedəcək, qızı olacaq, qızı ağacdan tut yeyəndə yıxılıb öləcək. Bacı da,
ana da ona qoşulub ağlayır, ata dananı kəsib doğulmamış nəvəsi üçün
ehsan verir.
Qarabağ, III kitab, s.327-328
Dostları ilə paylaş: |