92
-
DVI/.tex (DeVice İndependent) –
kompüter tipoqra-
fiyasında səhifələmə üçün TeX nəşriyyat sistemi
tərəfindən istifadə olunan format;
-
PS (PostScript) – postskript formatı.
Elektron kitab formatları:
-
DJVU – kitabların skan surətini saxlanılması üçün
istifadə olunan format;
-
PDF (Portable Document Format) – Adobe Acrobat
proqramında yaradılmış sənəd, nəşr üçün kitabların
səhifələnməsi üçün istifadə olunan format.
Hipermətn faylları:
-
HTML/HTM (HyperText Markup Language) –
HTML dilində internet səhifələrin yaradılması üçün
istifadə olunan hipermətn formatı;
-
XML/XHTML (eXtensible Markup Language) –
XML dilində yaradılmış sənədlərin formatı.
-
MTML/MHT (MIME HyperText Markup Language)
– HTML dilində arxivləşdirilmiş internet səhifələrin
yaradılması üçün istifadə olunan hipermətn formatı;
-
CGI (Common Gateway Interface) – internetdə
proqram əlavələri üçün istifadə olunan format.
Proqram faylları:
-
EXE – MS DOS və Windows mühitində yerinə
yetirilən proqram faylları;
-
COM – MS DOS və Windows mühitində sistem
proqramları;
-
ASM – Assembler dilində proqramın
ilkin kodu;
-
C – “C” dilində proqramın ilkin kodu;
-
CPP/CXX – “C++” dilində proqramın ilkin kodu;
-
PAS – Pascal dilində proqramın ilkin kodu;
-
BAS – Basic dilində proqramın ilkin kodu.
94
3.1. İnformasiya tələbatı və onun məzmununa təsir
edən amillər
Məlum olduğu kimi, hər bir peşəkar və ya qeyri-peşə-
kar fəaliyyət zamanı insanlarda müəyyən informasiyaya
tələbat yaranır. İnformasiya tələbatının
məzmunu fəaliy-
yət sahəsindən, insanların şəxsi, peşəkar və işgüzar ma-
raqlarından və potensiallarından asılı olur. Belə ki, bir və
ya bir necə sahəni əhatə edən peşəkar fəaliyyətlə məşğul
olmaqla yanaşı, insanlar təhsil, ictimai-siyasi və idman
fəaliyyəti, məişət işləri, hobbi və s. sahələrlə maraqlana
bilər. Ona görə də onların ümumi informasiya tələbatı xa-
rakterinə və məzmununa görə bir-birindən
fərqlənən çox-
lu sayda komponentlərdən ibarət olur.
Bir çox hallarda informasiyaya olan tələbat ailə, ətraf
mühit, məktəb, ali təhsil müəssisələri, təşkilatlar və s. tə-
rəfindən bu və ya digər dərəcədə təmin edilir, lakin bu bi-
liklər real həyatda və praktiki fəaliyyətdə heç də həmişə
kifayət etmir. Bəzən konkret məsələlərin həlli, o cümlə-
dən problemlərin dərk olunması və aradan qaldırılması,
qərarların
qəbul edilməsi, yeni biliklərin alınması üçün
mövcud məlumatlarla yanaşı əlavə, yeni məlumatlara eh-
tiyac yaranır.
Müxtəlif fəaliyyət sahələrində informasiya təminatı
sistemlərinin fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmaq
məqsədilə həyata keçirilən tədbirlər kompleksində istifa-
dəçilərin peşəkar maraqlarının təmin olunmasına yönəl-
miş informasiya ehtiyatlarının və xidmətlərinin spektrinin
inkişaf etdirilməsi əhəmiyyətli yer tutmalıdır. İlk baxışda
elə görünə bilər ki, müasir dövrdə informasiya təminatını
reallaşdırılan ehtiyat və xidmətlərin spektri kifayət qədər
95
genişdir və mövcud informasiya tələbatının və ya müxtə-
lif istifadəçilər qruplarının peşəkar maraqlarının kifayət
qədər əhatəli və dəqiq təmin edilməsinə imkan verir. La-
kin təcrübə göstərir ki, istifadəçilərin
informasiya tələbat-
larının təmin edilməsi problemi indiyə qədər həll edilmə-
miş qalır.
Müasir dövrdə insanların (istifadəçilərin və ya abo-
nentlərin) zəruri informasiya ilə keyfiyyətli və səmərəli
şəkildə təmin edilməsində informasiya xidmətləri, o cüm-
lədən kitabxana-informasiya sistemləri tərəfindən onların
informasiya tələbatlarının öyrənilməsi böyük əhəmiyyət
kəsb edir.
Ona görə də informasiya xidmətlərinin təşkili zamanı
aşağıdakı amillər nəzərə alınmalıdır:
- Psixososial və psixoloji fenomen olan informasiya
tələbatını təsvir etmək, xüsusilə də ölçmək çox çə-
tindir. Çox vaxt istifadəçilər öz tələbatlarını forma-
laşdırmaqda çətinlik çəkir
və ya kifayət qədər dəqiq
müəyyən edə bilmirlər. Axtarış sorğularında yol ve-
rilən leksik və ya semantik qeyri-müəyyənliklər ta-
pılan məlumatların (axtarışının nəticəsinin) dəqiqliyi
və dolğunluğuna əhəmiyyətli dərəcədə təsir edir.
- Müasir dövrdə informasiya tələbatı çoxaspektliyi və
tez-tez dəyişməsi ilə xarakterizə olunur. Məsələn,
alimlərin və mütəxəssislərin informasiya tələbatları
mövzu baxımından və həcmcə kifayət qədər müx-
təlif olur, elmi-texniki nailiyyətlərdən asılı olaraq
dəyişir.
- İnformasiya tələbatları haqqında dəqiq məlumatın
alınmasında çətinlik onların proqnoz xarakterli ol-
ması ilə əlaqədar olur. Çox vaxt problem istifadəçi-
nin məlumatlılıq səviyyəsinin aşağı olması səbəbin-