75
İstifadəçilər Usenet sistemində mövcud olan mövzular
üzrə müvafiq xəbərlər qrupuna yazıla, yəni orada qey-
diyyatdan keçə bilərlər. Usenet sistemində qeydiyyatdan
keçmiş istənilən istifadəçi müvafiq xəbərlər qrupuna daxil
olan mövzular üzrə məlumatlardan istifadə etməklə yana-
şı, bu mövzular üzrə öz informasiyasını da orada yerləş-
dirə bilər. İnformasiya daxil edilən kimi həmin qrupun
bütün istifadəçilərinə ötürülür. Usenet sistemində işləyər-
kən əsas çətinlik lazım olan mövzunu, yəni xəbərlər qru-
punu saxlayan serverin tapılması ilə bağlı olur.
Bir qrupa daxil olan bütün istifadəçilər ümumi marağa
malik olduğuna görə imkan daxilində bir-birlərinə kömək
etməyə çalışırlar. Hər hansı məlumat barəsində sorğu alan
və ya həmin informasiyaya malik olan istənilən istifadəçi
onu bilavasitə ehtiyacı olan istifadəçiyə göndərə bilər.
Usenet sistemi, əsasən, hər hansı konkret məsələ üzrə mə-
lumatın, şəxsi və ya qeyri-rəsmi informasiyanın alınması
üçün çox əlverişlidir.
2.3.8. İnternetin interaktiv informasiya xidmətləri
İnternetin interaktiv xidmətləri internetdə xüsusi ser-
verlərin köməyi ilə insanlar arasında real zaman kəsiyində
bilavasitə ünsiyyətin qurulmasını həyata keçirən texnolo-
giyalardır. İnformasiya mübadiləsi xüsusi müştəri proq-
ram təminatlarının köməyi ilə mətnlərin yazılması, qrafik
təsvirlərin çəkilməsi, multimediyalı səs və video imkan-
ları olan web-kameraların istifadəsi yolu ilə reallaşdırılır.
İnternetdə interaktiv informasiya mübadiləsini həyata
keçirən xidmətlər qismində ICQ (Internet Relay Chat),
Skype, NetMeeting, MUD (Multi-User Dungeon), MOO
76
(MUD Object-Oriented) və digər xüsusi serverlərin kö-
məyi ilə real zaman kəsiyində (interaktiv) iki və daha çox
internet istifadəçisi arasında informasiya mübadiləsinin
həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Bu sistemin xidmətlərindən istifadə etmək istəyən isti-
fadəçilər öz kompüterində müvafiq müştəri proqramını
quraşdırmalı, uyğun serverə qoşularaq qeydiyyatdan keç-
məlidirlər. Qeydiyyatdan keçmiş hər bir istifadəçiyə uni-
kal ad, yəni identifikator nömrəsi verilir. Bundan sonra,
həmin seansın gedişində istifadəçi bu identifikatorla ta-
nınır və yazışmalar aparır.
Yuxarıda sadalanan interaktiv xidmətlərlə yanaşı, son
illərdə internet-telefon, internet-televiziya, internet-radio
və s. kimi yeni texnologiyalar meydana gəlmişdir.
İnternet-telefon – internet və ya istənilən IP-şəbəkə
vasitəsilə səs siqnallarının ötürülməsini təmin edən kom-
munikasiya protokol, üsul və vasitələrini özündə birləş-
dirən texnologiyadır. İnternet-telefon termini əvəzinə IP-
telefon və ya VoIP (Voice over IP) terminlərindən istifadə
olunur.
İnternet-televiziya – genişzolaqlı qoşulma yolu ilə in-
ternet vasitəsilə televiziya siqnallarının ikitərəfli rəqəmsal
ötürülməsinə əsaslanan texnologiyadır. Ona bəzən “on-
line TV” deyirlər. İnternet-televiziya dünyanın istənilən
nöqtəsindən internet vasitəsilə televiziya verilişlərinə
interaktiv (online) rejimdə baxmağa imkan verir. İnternet-
televiziya yenicə inkişaf etməyə başlayan və çox geniş
miqyas alan texnologiyadır. Onun istifadəçiləri yaxın
vaxtlaradək mümkün olmayan televiziya kontentini tətbiq
etmək üçün geniş imkanlar əldə edirlər.
İnternet-radio – internet vasitəsilə audioverilənlər axı-
nının ötürülməsi texnologiyasıdır. İnternet-radio dedikdə
77
radioverilişin yayılması üçün internetdə verilənlər axını-
nın ötürülməsi texnologiyasını istifadə edən radiostansiya
başa düşülür. Bu zaman səs verilənləri ilə yanaşı qəbul-
edicidə əks olunması üçün nəzərdə tutulan mətn informa-
siyası (radiostansiya və müsiqi haqqında) da göndərilir.
Burada radiostansiya qismində adi audio-pleyer proqramı
və ya xüsusi proqram təminatı, eləcə də analoq siqnalını
rəqəmsal verilənlərə çevirən aparat qurğusu çıxış edə bilər.
2.4. İnternet şəbəkəsinin informasiya
ehtiyatlarının xüsusiyyətləri
Qeyd olunduğu kimi, internetin informasiya xidmətləri-
nin yaradılması texnologiyası istənilən informasiyanın şəbə-
kədə yerləşdirilməsi, saxlanılması, alınması və ötürülməsi
üçün çox rahat və əlverişli imkanları təqdim edir. Lakin, di-
gər tərəfdən internetdə informasiya ehtiyatlarının, massiv-
lərinin, arxivlərinin həcminin və sayının kəskin artması və s.
ilə əlaqədar lazım olan məlumatların tapılması getdikcə da-
ha çətin və problemli məsələyə çevrilmişdir.
Lazım olan məlumatların əldə olunması üçün istifa-
dəçilər hər dəfə müxtəlif informasiya sistemləri ilə əlaqə
yaratmalı, ardıcıl olaraq bir informasiya ehtiyatından di-
gərinə keçməli, beləliklə də, bütün şəbəkəni "gəzməli"
(araşdırmalı) olurlar. Bu zaman istifadəçilər informasiya
axtarışına külli miqdarda vaxt, eləcə də müəyyən infor-
masiya, şəbəkə və maddi resurslar sərf etmək məcburiy-
yətində qalırlar. Nəicədə şəbəkəni izafi yükləmiş olurlar.
Belə sistemlər zəruri informasiyanın axtarılmasına və
seçilib çıxarılmasına əhəmiyyətli kömək edə, bəzən isə
(hətta çox vaxt) əksinə, əbəs yerə vaxt itkisinə səbəb ola
78
və sonsuz sayda web-qovşaqlar labirintində istifadəçinin
"azmasına" gətirib çıxara bilər.
Qeyd etmək lazımdır ki, internetin informasiya fəzası
öz təbiətinə görə paylanmış informasiya sistemidir. Lakin
lokal və ya korporativ şəbəkələrin məlumat bazalarında
(hətta məlumat bazasının müstəqil olması mümkündür)
yerləşən və şəbəkə administratorunun nəzarəti altında
olan ənənəvi informasiya sistemlərindən fərqli olaraq, in-
ternetin informasiya fəzası bir sıra spesifik xüsusiyyətlərə
malikdir. Bu xüsusiyyətlər internetdə reallaşdırılan texno-
logiyalardan irəli gələn, üstünlük və çatışmazlıqlara səbəb
olan amillərlə xarakterizə olunur:
- İnformasiya fəzasının ölçüsü. İnternetin yüz mil-
yonlarla saytlarında və qovşaqlarında yerləşən infor-
masiyanın həcmi olduqca böyükdür. İnformasiya
ehtiyatları internetin müxtəlif qovşaqları üzrə payla-
nır, yəni onların bir hissəsi bir serverdə, digər hissə-
si isə başqa serverdə yerləşmiş olur. Ona görə də in-
formasiya massivinin bütün ehtiyatlarının axtarış
sistemləri tərəfindən tamamilə əhatə olunmasında
problemlər mövcud olur.
- Xaotiklik. İnternetin informasiya ehtiyatlarının ya-
radılması, toplanması və saxlanılmasında hər hansı
vahid qanunauyğunluq olmur, onlar qovşaq və ser-
verlər üzrə paylanmasına görə xaotik olurlar. Başqa
sözlə, informasiya ehtiyatları dünyanın müxtəlif yer-
lərində olan müxtəlif şəbəkə qovşaqları üzrə əhə-
miyyətli dərəcədə dağınıq formada səpələnirlər və
nəticədə şəbəkə xaosu yaranır.
- Sistemsizlik. Yeni informasiyanın yaradılmasının, köh-
nə informasiyanın dəyişdirilməsinin və məhv edilmə-
sinin çox asan olması səbəbindən internet şəbəkəsinə
Dostları ilə paylaş: |