Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

75 
İstifadəçilər Usenet sistemində mövcud olan mövzular 
üzrə müvafiq xəbərlər qrupuna yazıla, yəni orada qey-
diyyatdan keçə bilərlər. Usenet sistemində qeydiyyatdan 
keçmiş istənilən istifadəçi müvafiq xəbərlər qrupuna daxil 
olan mövzular üzrə məlumatlardan istifadə etməklə yana-
şı, bu mövzular üzrə öz informasiyasını da orada yerləş-
dirə bilər.  İnformasiya daxil edilən kimi həmin qrupun 
bütün istifadəçilərinə ötürülür.  Usenet sistemində işləyər-
kən əsas çətinlik lazım olan mövzunu, yəni xəbərlər qru-
punu saxlayan serverin tapılması ilə bağlı olur. 
Bir qrupa daxil olan bütün istifadəçilər ümumi marağa 
malik olduğuna görə imkan daxilində bir-birlərinə kömək 
etməyə çalışırlar. Hər hansı məlumat barəsində sorğu alan 
və ya həmin informasiyaya malik olan istənilən istifadəçi 
onu bilavasitə ehtiyacı olan istifadəçiyə göndərə bilər. 
Usenet sistemi, əsasən, hər hansı konkret məsələ üzrə mə-
lumatın, şəxsi və ya qeyri-rəsmi informasiyanın alınması 
üçün çox əlverişlidir. 
2.3.8.  İnternetin interaktiv informasiya xidmətləri 
İnternetin interaktiv xidmətləri internetdə xüsusi ser-
verlərin köməyi ilə insanlar arasında real zaman kəsiyində 
bilavasitə ünsiyyətin qurulmasını həyata keçirən texnolo-
giyalardır.  İnformasiya mübadiləsi xüsusi müştəri proq-
ram təminatlarının köməyi ilə mətnlərin yazılması, qrafik 
təsvirlərin çəkilməsi, multimediyalı  səs və video imkan-
ları olan web-kameraların istifadəsi yolu ilə reallaşdırılır. 
İnternetdə interaktiv informasiya mübadiləsini həyata 
keçirən xidmətlər qismində ICQ (Internet Relay Chat), 
Skype, NetMeeting, MUD (Multi-User Dungeon), MOO 


 
 
76 
 
(MUD Object-Oriented) və digər xüsusi serverlərin kö-
məyi ilə real zaman kəsiyində (interaktiv) iki və daha çox 
internet istifadəçisi arasında informasiya mübadiləsinin 
həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.  
Bu sistemin xidmətlərindən istifadə etmək istəyən isti-
fadəçilər öz kompüterində müvafiq müştəri proqramını 
quraşdırmalı, uyğun serverə qoşularaq qeydiyyatdan keç-
məlidirlər. Qeydiyyatdan keçmiş hər bir istifadəçiyə uni-
kal ad, yəni identifikator nömrəsi verilir. Bundan sonra, 
həmin seansın gedişində istifadəçi bu identifikatorla ta-
nınır və yazışmalar aparır. 
Yuxarıda sadalanan interaktiv xidmətlərlə yanaşı, son 
illərdə internet-telefon, internet-televiziya, internet-radio 
və s. kimi yeni texnologiyalar meydana gəlmişdir.  
İnternet-telefon  – internet və ya istənilən IP-şəbəkə 
vasitəsilə səs siqnallarının ötürülməsini təmin edən kom-
munikasiya protokol, üsul və vasitələrini özündə birləş-
dirən texnologiyadır.  İnternet-telefon termini əvəzinə IP-
telefon və ya VoIP (Voice over IP) terminlərindən istifadə 
olunur. 
İnternet-televiziya – genişzolaqlı qoşulma yolu ilə in-
ternet vasitəsilə televiziya siqnallarının ikitərəfli rəqəmsal 
ötürülməsinə  əsaslanan texnologiyadır. Ona bəzən “on-
line TV” deyirlər.  İnternet-televiziya dünyanın istənilən 
nöqtəsindən internet vasitəsilə televiziya verilişlərinə 
interaktiv (online) rejimdə baxmağa imkan verir. İnternet-
televiziya yenicə inkişaf etməyə başlayan və çox geniş 
miqyas alan texnologiyadır. Onun istifadəçiləri yaxın 
vaxtlaradək mümkün olmayan televiziya kontentini tətbiq 
etmək üçün geniş imkanlar əldə edirlər. 
İnternet-radio – internet vasitəsilə audioverilənlər axı-
nının ötürülməsi texnologiyasıdır.  İnternet-radio dedikdə 


77 
radioverilişin yayılması üçün internetdə verilənlər axını-
nın ötürülməsi texnologiyasını istifadə edən radiostansiya 
başa düşülür. Bu zaman səs verilənləri ilə yanaşı  qəbul-
edicidə əks olunması üçün nəzərdə tutulan mətn informa-
siyası (radiostansiya və müsiqi haqqında) da göndərilir. 
Burada radiostansiya qismində adi audio-pleyer proqramı 
və ya xüsusi proqram təminatı, eləcə  də analoq siqnalını 
rəqəmsal verilənlərə çevirən aparat qurğusu çıxış edə bilər. 
2.4.  İnternet şəbəkəsinin informasiya 
ehtiyatlarının xüsusiyyətləri 
Qeyd olunduğu kimi, internetin informasiya xidmətləri-
nin yaradılması texnologiyası istənilən informasiyanın şəbə-
kədə yerləşdirilməsi, saxlanılması, alınması  və ötürülməsi 
üçün çox rahat və əlverişli imkanları təqdim edir. Lakin, di-
gər tərəfdən internetdə informasiya ehtiyatlarının, massiv-
lərinin, arxivlərinin həcminin və sayının kəskin artması və s. 
ilə əlaqədar lazım olan məlumatların tapılması getdikcə da-
ha çətin və problemli məsələyə çevrilmişdir. 
Lazım olan məlumatların  əldə olunması üçün istifa-
dəçilər hər dəfə müxtəlif informasiya sistemləri ilə əlaqə 
yaratmalı, ardıcıl olaraq bir informasiya ehtiyatından di-
gərinə keçməli, beləliklə  də, bütün şəbəkəni "gəzməli" 
(araşdırmalı) olurlar. Bu zaman istifadəçilər informasiya 
axtarışına külli miqdarda vaxt, eləcə  də müəyyən infor-
masiya,  şəbəkə  və maddi resurslar sərf etmək məcburiy-
yətində qalırlar. Nəicədə şəbəkəni izafi yükləmiş olurlar. 
Belə sistemlər zəruri informasiyanın axtarılmasına və 
seçilib çıxarılmasına  əhəmiyyətli kömək edə, bəzən isə 
(hətta çox vaxt) əksinə, əbəs yerə vaxt itkisinə səbəb ola 


78 
və sonsuz sayda web-qovşaqlar labirintində istifadəçinin 
"azmasına" gətirib çıxara bilər. 
Qeyd etmək lazımdır ki, internetin informasiya fəzası 
öz təbiətinə görə paylanmış informasiya sistemidir. Lakin 
lokal və ya korporativ şəbəkələrin məlumat bazalarında 
(hətta məlumat bazasının müstəqil olması mümkündür) 
yerləşən və  şəbəkə administratorunun nəzarəti altında 
olan ənənəvi informasiya sistemlərindən fərqli olaraq, in-
ternetin informasiya fəzası bir sıra spesifik xüsusiyyətlərə 
malikdir. Bu xüsusiyyətlər internetdə reallaşdırılan texno-
logiyalardan irəli gələn, üstünlük və çatışmazlıqlara səbəb 
olan amillərlə xarakterizə olunur: 
-  İnformasiya fəzasının ölçüsü. İnternetin yüz mil-
yonlarla saytlarında və qovşaqlarında yerləşən infor-
masiyanın həcmi olduqca böyükdür. İnformasiya 
ehtiyatları internetin müxtəlif qovşaqları üzrə payla-
nır, yəni onların bir hissəsi bir serverdə, digər hissə-
si isə başqa serverdə yerləşmiş olur. Ona görə də in-
formasiya massivinin bütün ehtiyatlarının axtarış 
sistemləri tərəfindən tamamilə  əhatə olunmasında 
problemlər mövcud olur. 
-  Xaotiklik.  İnternetin informasiya ehtiyatlarının ya-
radılması, toplanması  və saxlanılmasında hər hansı 
vahid qanunauyğunluq olmur, onlar qovşaq və ser-
verlər üzrə paylanmasına görə xaotik olurlar. Başqa 
sözlə, informasiya ehtiyatları dünyanın müxtəlif yer-
lərində olan müxtəlif  şəbəkə qovşaqları üzrə  əhə-
miyyətli dərəcədə dağınıq formada səpələnirlər və 
nəticədə şəbəkə xaosu yaranır.  
-  Sistemsizlik. Yeni informasiyanın yaradılmasının, köh-
nə informasiyanın dəyişdirilməsinin və  məhv edilmə-
sinin çox asan olması  səbəbindən internet şəbəkəsinə 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə