Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

88 
əlavə edilməlidir. Üçüncü mərhələdə növbəti 30 məqalə 
(web-səhifə) üçün siyahıya daha 10*k
2
 sayda (yəni 250) jur-
nal əlavə edilməlidir. 
Göründüyü kimi, əvvəlcə 10 jurnaldan (saytdan) 30 
məqalə (sənəd) tapılmışdırsa, ikinci mərhələdə yalnız 50 
jurnaldan (saytdan) 30 məqalə, üçüncü mərhələdə isə 250 
jurnaldan (saytdan) 30 məqalə tapılar. 
Beləliklə, ilk 10 jurnalın (saytın) baxılması mövzu sa-
həsi üzrə əsas məqalələri əldə etməyə imkan verir. 
2.5.4.  Pareto qanunu 
Pareto müəyyən etmişdir ki, tənasübsüzlük (uyğunsuz-
luq) səbəblə (sərf olunan əməklə, kapital qoyuluşu ilə) nə-
ticə (əldə olunan nəticə, qazanılan gəlir) arasındakı müna-
sibətin əsas ayrılmaz xassəsidir.  
Belə ki, mütəxəssislərin fikrinə görə, nəticənin əhəmiy-
yətli dərəcədə böyük hissəsi (təxminən 80%-i) səylərin 
çox kiçik hissəsinin (təxminən 20%-nin) hesabına  əldə 
olunur. Səylərin əhəmiyyətli dərəcədə böyük hissəsi (təx-
minən 80%-i) nəticənin yalnız qalan az hissəsinin (təxmi-
nən 20%-nin) əldə olunması təmin edir. 
Məsələn, hər hansı  fəaliyyətə  həsr olunmuş  əməyin 
20%-i  əldə edilmiş  nəticənin 80%-ni verir, qalan 80% 
əmək isə 20% nəticənin  əldə olunmasına sərf olunur. 
Müştərilərin 20%-i gəlirin 80%-ni, qalan 80% müştəri isə 
yalnız 20% verir. Dünya əhalisinin 80%-i böyük şəhər-
lərin 20%-də toplanmışdır,  əhalinin yalnız 20%-i dünya 
şəhərlərinin qalan 80%-i üzrə paylanmışdır. 
Məhz 20 və 80 tərs mütənasibliyindən irəli gələrək, Pareto 
qanunu çox vaxt “20/80 prinsipi” adlandırırlar. Lakin, nəzərə 


89 
alınmalıdır ki, burada 20 və 80 ədədləri dəqiq deyil, təxmini 
götürülür, yəni təxminən 20% və ya təxminən 80%. 
Pareto qanunu müxtəlif sahələrə tətbiq olunur. Bu qa-
nunauyğunluq internet ehtiyatları  və xidmətləri üçün öz 
doğruluğunu saxlayır. Məsələn, konkret mövzu sahəsi üz-
rə informasiya ehtiyatlarının 80%-i yalnız 20% saytda 
toplanmışdır.  İnternet istifadəçilərinin 80%-i yalnız 20% 
saytdan istifadə edirlər. İnternetdə həyata keçirilən infor-
masiya axtarışının 80%-i yalnız 20% axtarış sistemləri tə-
rəfindən həyata keçirilir. 
2.6.  İnternetdə istifadə olunan əsas fayl formatları 
Məlumdur ki, internet saytlarda müxtəlif növ məlumat-
lara rast gəlmək mümkündür. Təbii ki, web-səhifələrdə bu 
məlumatlar ayrı-ayrı formatlara malik fayllar və ya veri-
lənlər  şəklində  təqdim olunurlar. Web-səhifələrin istifadə-
çinin kompüterində normal əks olunması və sonradan onla-
rın istifadəsi üçün internetdə tətbiq olunan formatlar və bu 
formatları reallaşdıran proqram təminatları barədə ilkin bi-
liklərin olması zəruridir. Belə ki, informasiya-axtarış sistem-
ləri istifadəçinin sorğusuna uyğun məlumatları tapıb ona 
təqdim edir, lakin müvafiq format istifadəçiyə  bəlli olma-
dıqda və kompüterə aidiyyəti proqram yüklənmədikdə  hə-
min məlumatın istifadəsi mümkün olmur. Bununla əlaqədar 
olaraq, internetdə istifadə olunan əsas (ən çox rast gəlinən) 
fayl formatları barədə aşağıda məlumat verilir. 
Arxiv faylları: 
-  RAR – Rar vasitəsilə sıxılmış fayl və ya fayllar qrupu
-  ZIP – Zip vasitəsilə sıxılmış fayl və ya fayllar qrupu; 
-  ACE, ARJ, BZIP (.bz2), GZIP (.gz), LHA, TAR, 
ZOO – MS DOS, MS Windows və Unix əməliyyat 
sistemləri mühitində reallaşdırılan arxiv faylları. 


90 
Video fayllar: 
-  AVI (Audio Video Interleave) – Windows platfor-
masında dəstəklənən standart video format; 
-  MPEG/MPG  (Motion Picture Experts Group) – 
Filmlərin və videokliplərin axınla ötürülməsi üçün 
standart MPEG standartı vasitəsilə sıxılmış format; 
-  SWF (ShockWare Flash) – Macromedia Flash 
proqramı vasitəsilə yaradılan video fayllar. 
Qrafik faylların formatları: 
-  AI (Adobe Illustrator) – Adobe Illustrator proqra-
mının istifadə etdiyi vektor tipli qrafik format
-  BMP (Bitmap) – MS Windows və ya OS/2 mühi-
tində isitfadə olunan rastr tipli qrafik format
-  CDR (Corel Draw) – Corel Draw proqramının isti-
fadə etdiyi vektor tipli qrafik format; 
-  GIF (Graphics Interchange Format ) – internetdə 
daha geniş yayılmış qrafik verilənlərin mübadiləsi 
üçün rastr tipli qrafik format; 
-  JPEG/JPG/JPE (Joint Photographic Experts Group) – 
əsasən rastr tipli təsvir (foto, şəkil və s.) üçün istifadə 
olunan və internetdə geniş yayılmış format; 
-  MAX –  3D Studio Max proqramının qrafik formatı; 
-  PCX  – PaintBrush proqramı  tərəfindən istifadə 
olunan rastr tipli qrafik format; 
-  PNG (Portable Network Graphics) – GIF faylların 
əvəzinə istifadə üçün nəzərdə tutulmuş fayl formatı; 
-  PSD – Photoshop təsvirlərin formatı; 
-  TIFF/TIF (Tagged Image File Format) – yüksək key-
fiyyətli təsvir fayllarının teqləşdirilmiş rastr tipli qrafik 
formatı; 
-  WDP/HDP (Windovs Media Photo) - Windovs Me-
dia Photo proqramı  tərəfindən istifadə olunan rastr 
tipli qrafik format; 


91 
-  WMF (Windows Metafile) – Windows meta-fayl-
ları üçün nəzərdə tutulmuş format. 
Səs faylları: 
-  MIDI/MID (Musical Instrument Digital Interface) – 
daxili sintezatorun idarə olunması üçün istifadə olunan 
proqramın formatı; 
-  MP3 (MPEG Layer 3) – yüksək səviyyədə sıxılmış 
musiqi fayllarının saxlanması üçün istifadə olunan 
format; 
-  RAM (Real Audio Movie) – audio və video məlu-
matların axınla ötürülməsi üçün yaradılmış real 
audio-film formatı; 
-  WAV  (WAVe sound file) – Microsoft şirkətinin 
musiqi faylları formatı; 
-  WMA (Windows Media Audio) – audioinformasi-
yanın saxlanılması və translyasiyası üçün Microsoft 
şirkəti tərəfindən təklif olunmuş format. 
Sənəd və mətn faylları: 
-  DOC/DOCX/DOCM – Microsoft Word proqramın-
da yaradılmış sənəd formatları; 
-  RTF (Rich Text Format) – nişanlar qoyulmuş mətn 
sənədlərinin saxlanılması üçün Microsoft şirkəti 
tərəfindən təklif olunmuş format; 
-  TXT – standart (ASCII) mətn sənədi formatı; 
-  XLS/XLSX/XLSM – Microsoft Excel proqramında 
yaradılmış elektron cədvəl formatı; 
-  PPT/PPTX – Microsoft Poüer Point proqramı tərə-
findən yaradılan təqdimatların formatı. 
Sənədlərin təsviri formatları: 
-  EPS  (Encapsulated PostScript) – Kapsullaşdırılmış 
postskript formatı; 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə