Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

71 
Web-texnologiyanın inkişafı  nəticəsində, FTP xidmə-
tinin hipermətn variantları yaradılmışdır. Lakin faylların 
alınması  və ötürülməsinin sadəliyi, fayl sistemlərində  iş-
ləməyin və naviqasiyanın rahatlığı, tam həcmdə axtarışın 
təşkilinin mümkünlüyü səbəbindən bu xidmətin web-
fəzaya keçirilməsi hələ tam reallaşdırılmamışdır. 
Eyni zamanda, internet şəbəkənin FTP arxivlərinin in-
formasiya ehtiyatları üzrə axtarışın təşkili üçün axtarış 
sistemləri yaradılmışdır. Belə sistemlərdən biri olan 
Archie qlobal axtarış sistemidir və ona web-xidmət vasi-
təsilə daxil olmaq mümkündür. Archie sisteminə qoşul-
maq imkanı verən web-serverlərdən birinin ünvanı be-
lədir: http://ftpsearch.com. 
FTP arxivlərin informasiya ehtiyatları üzrə axtarışın 
təşkili üçün, həmçinin, regional axtarış sistemləri də fəa-
liyyəti göstərir. Rusiya FTP ehtiyatları üzrə yaradılmış 
müvafiq axtarış sistemi aşağıdakı ünvana malikdir: 
http://ftpsearch.ru. 
Bu cür axtarış sistemlərində informasiya axtarışı fayl-
ların və kataloqların adlarına görə aparılır.  
2.3.4.  Gopher – iyerarxik menyu 
Gopher – internetdə sənədlərə giriş, onların paylanmış 
axtarışı və ötürülməsi üçün nəzərdə tutulmuş şəbəkə pro-
tokoludur. Gopher protokolu 1991-ci ildə Minnesot Uni-
versitetində  işlənib hazırlanmış  və 1993-cü ilədək inter-
netdə geniş istifadə olunmuşdur. 
Gopher sistemi iyerarxik menyu (ağacvari struktur) 
şəklində təqdim olunan və əsasən, mətn tipli məlumatları 
özündə saxlayan informasiya sistemidir. Onun ilkin kata-


72 
loqu iyerarxiyanın başlanğıcı (ağacın kötüyü), qalanları 
isə menyu və ya altmenyulardan ibarətdir. Gopher men-
yusunun hər bir bəndi ya altmenyuya, ya da konkret 
informasiyaya keçidi təmin edir. 
Hazırda, demək olar ki, Gopher sisteminin bütün infor-
masiya ehtiyatları hipermətn texnologiyasının köməyi ilə 
web mühitinə keçirilmişdir.  
2.3.5.  Telnet – uzaq məsafədən idarəetmə və 
sistemə daxilolma 
Telnet (ingiliscə Terminal NETwork sözlərindəndir) – şə-
bəkə vasitəsilə  mətn tipli interfeysin reallaşdırılması üçün 
nəzərdə tutulmuş şəbəkə protokoludur. 1983-cü ildə reallaş-
dırılmışdır. Telnetin təyinatı kifayət qədər ümumi, iki istiqa-
mətli, bayt-yönümlü səkkizbitlik rabitə vasitəsinin təqdim 
edilməsi ilə bağlıdır. Onun əsas funksiyası terminal qur-
ğularına (“terminal-terminal” rabitəsi) və terminal proses-
lərinə (paylanmış hesablama rabitəsi) bir-biri ilə qarşılıqlı 
işləmək imkanı yaratmaqdan ibarətdir.  
Telnet xidməti telnet protokolu əsasında qurulan və 
uzaq məsafədən kompüterlə qarşılıqlı əlaqəni təmin edən 
xidmətdir. Telnet vasitəsilə əlaqə yaratdıqdan sonra istifa-
dəçi uzaq məsafədə olan kompüterlə öz kompüteri kimi 
işləyir.  İstifadəçinin  kompüteri telnet vasitəsilə qoşulan 
kompüterin terminalına çevrilir. İstifadəçi həmin kompü-
terdə qurulmuş informasiya təhlükəsizliyi siyasətinə uy-
ğun olaraq icazə verilən bütün ehtiyatlara giriş əldə edir.  
İnternet  şəbəkəsində WWW, FTP, e-mail və digər xid-
mətlər daha geniş yayıldığından  telnet  protokolu (eləcə  də 
xidməti) çox az istifadə olunur. Lakin buna baxmayaraq, 


73 
yalnız telnet protokolu vasitəsilə giriş imkanı olan, əhəmiy-
yətli və faydalı  məlumatları özündə saxlayan unikal infor-
masiya sistemləri indiyə  qədər də  fəaliyyət göstərir.  Bu 
növ sistemlərə lokal şəbəkədə istifadə üçün nəzərdə tutul-
muş informasiya sistemləri, o cümlədən kitabxanaların 
elektron kataloqları, dövlət təşkilatlarının avtomatlaşdırıl-
mış informasiya sistemləri (kadrların uçotu, müəssisələrin 
fəaliyyətinin və istehsalatının idarə olunması), eləcə  də 
internetin elektron elan lovhələri (BBS)  və s. aid edilir.  
2.3.6.  BBS – elektron elan lövhələri 
BBS (ingiliscə Bulleten Board System – elektron elan 
lövhəsi) xüsusi proqram təminatı olan, modemlə telnet 
protokolu və ya internetdə IP protokolu vasitəsilə qoşul-
mağa imkan verən xidmətdir. Bu xidmət ayrıca kompü-
terin üzərində reallaşdırıla bilər. BBS ünsiyyət və fayl-
ların mübadiləsi üçün nəzərdə tutulmuşdur. BBS ilk dövr-
lərdə paylanmış kompüter şəbəkələri geniş yayılmadığı 
dövrdə telefon xətti və modem vasitəsilə nömrə  yığaraq 
(Dial-Up) qoşulmaqla həyata keçirilirdi. Lakin internet 
yayıldıqca BBS adını özündə saxlayan adi elektron elan 
lövhələrinə  və reklam qəzetlərinə oxşar saytlar meydana 
gəlməyə başladı. 
Bu gün elektron elan lövhələri kommersiya və ya qeyri-
kommersiya  əsaslı elanların və reklamların yerləşdirildiyi 
saytdır. Bu saytlarda bir sıra mövzu bölmələri yaradılır, rek-
lam və elanlar məzmunlarına uyğun olaraq müvafiq bölmə-
lərə yerləşdirilir. Bir qayda olaraq, elektron elan lövhələri 
qeyri-kommersiya xarakterli olur. Əksər elektron elan löv-
hələri mal və xidmətlərin alqı-satqısı haqqında elanların yer-


74 
ləşdirilməsi üçün nəzərdə tutulur, lakin başqa xidmətlər tək-
lif edən elan lövhələri də mövcuddur. 
Müasir elektron elan lövhələri mal və xidmətlərin  ət-
raflı təsvirini, şəkillərini, dəqiq qiymətini, yerləşdiyi yeri 
və çatdırılma  şərtlərini,  əlaqə kanallarını (ünvan, telefon 
nömrələri, e-mail ünvanı və s.) əlavə etməyə imkan verir. 
Elanın başlığında və mətnində açar sözlərin istifadəsi hə-
min elanların axtarış sistemləri tərəfindən emal olunma-
sını və axtarış bazasına düşməsini təmin edir. 
2.3.7.  Usenet – telekonfrans sistemi  
Usenet sistemi beynəlxalq aləmdə kompüterlər arasın-
da xəbərlərin yayılması üçün işlənib hazırlanmışdır. Son-
ralar Usenet internetin xidmətinə çevrilərək, onun bütün 
məlumatlarının yayılmasını  təmin edir. Usenet serverlə-
rində müəyyən mövzular üzrə telekonfransların keçiril-
məsi üçün imkanlar və vasitələr reallaşdırılır. 
Telekonfranslar iyerarxiya prinsipi əsasında təşkil olunur-
lar. Usenet sisteminin ən yuxarı  səviyyəsi üçün yeddi əsas 
rubrika (məsələn, “comp”, “sci”, “news”, “soc”, “talk” və s.) 
fəaliyyət göstərir. Bunlaradn əlavə, xüsusi və regional rubri-
kalar yaradıla bilər. Bu rubrikaların hər birində yüzlərlə böl-
mələr – Usenet qrupları mövcuddur. Onları çox vaxt xəbər 
qrupları adlandırırlar. Hər bir qrup unikal ada malik olur. Bu 
ad qlobal Usenet sistemi üçün açar söz rolunu oynayır. 
Hal-hazırda Usenet sisteminin xəbər qruplarının sayı 
on minlərlə ölçülür. Təbii ki, telekonfrans xidmətinin bü-
tün qruplarına xidmətin bir server tərəfindən həyata keçi-
rilməsi mümkün deyil, ona görə də bu xidmətlər internetə 
qoşulmuş müxtəlif serverlər üzrə paylanırlar.  


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə