Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

63 
tərəfindən redaktə edilməsinə qadağa qoyulması, yeni 
daxil edilən məqalələrin peşəkar redaktorlar tərəfindən 
rəy verildikdən sonra saytda nəşr edilməsi ideyası forma-
laşmağa başladı. Bu da yeni platformaya keçid zərurətini 
doğurdu. Beləliklə, 2007-ci ildə Web 3.0 termini barədə 
internetdə məlumatlar yayılmağa başladı. 
Web 3.0 – Web 2.0 texnoloji platforması bazasına peşə-
karlar tərəfindən yüksəkkeyfiyyətli məzmun və xidmətlər 
yaratmağa imkan verən platformadır. Başqa sözlə, Web 2.0 
mahiyyət etibarı ilə texnoloji platformadır, Web 3.0 isə bu 
texnoloji baza üzərindən peşəkarların köməyi ilə (istifadəçi-
lərin daxil etdikləri məlumatları peşəkarların süzgəcindən 
keçirməklə) yüksək keyfiyyətli, maraqlı və faydalı məzmun 
(kontent) yaratmağa imkan verən platformadır. 
Bloq – əsas məzmunu müntəzəm olaraq istifadəçilər tə-
rəfindən daxil edilən, mətn,  şəkil və mültimediya məlu-
matlarını özündə birləşdirən yazılardan ibarət web-sayt-
dır. Bloq sözü ingiliscə  “Web log” (Blog) sözlərindən 
əmələ gəlmişdir, internet gündəlik və ya hadisələrin inter-
net jurnalı  mənasını daşıyır. Bloqları yaradan və aparan 
şəxslər bloqçu (bloqqer) adlanır. 
Bloqlara, bir qayda olaraq, müvəqqəti əhəmiyyətə malik 
olan qısa yazılar  daxil edilir. Bu yazılar xronoloji baxımdan 
(daxil edilmə tarixinə görə) əks ardıcıllıqla nizamlanır. Ən 
son daxil edilmiş yazı birinci olur. Ənənəvi gündəlikdən 
fərqli olaraq,  bloqlarda olan yazılar ümumi (ictimai) istifa-
də təyinatlı olur və burada onların kənar istifadəçilər (oxu-
cular) tərəfindən oxunması imkanı  nəzərdə tutur. Kənar 
oxucular yazının müəllifi (bloqun sahibi – bloqqer) ilə mü-
zakirəyə (polmikaya) qoşula bilər. Ona görə  də bloqlarda 
müəyyən obyektlər, hadisələr, proseslər və s. haqqında 
məlumatlar, bilgilər toplanır. 


 
 
64 
 
Wiki layihə – məzmunu və strukturu istifadəçilər tərə-
findən müstəqil  şəkildə  dəyişdirilə bilən web-saytdır. 
Məzmunun və strukturun dəyişdirləməsi üçün alətlər hə-
min sayt tərəfindən təqdim olunur. Wiki saytlar istifadəçi-
lərə adi web-brauzerdən istifadə etməklə istənilən səhifəni 
redaktə etməyə və ya yeni səhifə yaratmağa imkan verir. 
Bu məqsədlə  mətnlərin strukturlaşdırılması, hiperistinad-
ların qoyulması, formatlaşdırılması  və s. imkanlar yara-
dan wiki nişanlama “dilindən” istifadə olunur. 
Wiki layihələr Web üzərindən olduqca böyük infor-
masiya massivlərinin formalaşmasına gətirib çıxarmışdır 
(məsələn, Wikipedia, WikiLeaks). Lakin wiki saytlarda 
toplanan məlumatların doğruluğuna və həqiqiliyinə zəma-
nət vermək mümkün deyil. Ona görə də rəsmi mənbə ki-
mi onlara istinad etmək tövsiyə olunmur. 
Sosial  şəbəkə – istifadəçilər arasında sosial qarşılıqlı 
əlaqələrin qurulması,  əks etdirilməsi və  təşkili üçün nə-
zərdə tutulmuş platforma, interaktiv (online) xidmət və ya 
web-saytdır. Sosial şəbəkələr aşağıdakı imkanların real-
laşdırılması ilə xarakterizə olunur: 
-  istifadəçi tərəfindən özünün açıq və ya yarımaçıq 
profilinin yaradılması və idarə edilməsi; 
-  istifadəçi müəyyən əlaqəsi olan digər istifadəçilərin 
siyahısını şəbəkəyə verə və ya dəstəkləyə bilər; 
-  müxtəlif üzvlük kriterilərinə uyğun olaraq istifadəçi 
qruplarının formalaşdırılması; 
-  sistem daxilində istifadəçilər arasında mövcud olan 
əlaqələrin baxılması və yoxlanması. 
Bu gün internetdə çoxlu sayda sosial şəbəkələr fəaliy-
yət göstərir. Daha məşhur sosial şəbəkələrin istifadəçilə-
rinin sayına görə statistik göstəricilər 2014-cü ildə belə 
olmuşdur:  


65 
-  Facebook – 1,4 milyard; 
-  YouTube – 1 milyard; 
-  WhatsApp – 600 milyon; 
-  Google+ – 540 milyon; 
-  Twitter – 500 milyon; 
-  Linkedin – 260 milyon; 
-  Vkontakte – 230 milyon; 
-  Instagram – 200 milyon; 
-  Odnoklasniki – 205 milyon və s. 
Web forum – web-saytın istifadəçilərinin qarşılıqlı ün-
siyyətinin təşkili məqsədilə reallaşdırılan web-proqram-
dır. Web-forum – saytın qonağı (istifadəçisi - sayta daxil 
olan) tərəfindən öz məlumatını daxil etməyə və saxlamağı 
imkan verən bölməsidir. Bu zaman saxlanılan məlumatlar 
digər istifadəçilər tərəfindən də oxuna bilər. 
Forumlar müzakirə üçün bölmələr toplusunu təqdim 
edir.  İstifadəçilər bu bölmələrdə mövzular yaradırlar və 
həmin mövzular çərçivəsində müzakirələr aparırlar. Hər 
bir mövzu tematik qonaq kitabını xatırladır. Yəni möv-
zuya daxil olan bütün istifadəçilər (qonaqlar) orada öz 
məlumatlarını yaza bilərlər.  
Ümumiyyətlə, web-forumun iyerarxiyası “bölmə - möv-
zu – məlumat”  şəklində olur. Burada hər bir məlumat 
“müəllif-mövzu-məzmun-tarix/vaxt” şəklində informasiya 
daşıyır. Məlumat və ona cavablar mövzunun qolunu (bu-
dağını) təşkil edir. Forumun ilkin müzakirə mövzusundan 
yayınma forumun qaydaları ilə qadağan olunur. Qaydala-
ra riayət olunmasına müəyyən bölmə və ya mövzu çərçi-
vəsində yad məlumatları redaktə etmək, başqa yerə daşı-
maq və pozmaq imkanlarına malik olan moderatorlar və 
administratorlar nəzarət edirlər. 


66 
Forumlarda məlumatlara girişin məhdudlaşdırılması 
əlahiddə dərəcədə çevik şəkildə həyata keçirilə bilər. Belə 
ki, bəzi forumlarda istənilən qonağa (iştirakçıya) yeni 
məlumatların oxunması  və yaradılması imkanları verilir, 
digər forumlarda isə qabaqcadan qeydiyyat tələb olunur. 
Bəzən qarışıq variant da tətbiq edilir. Əksər web-forumlar 
qeydiyyatdan keçmiş istifadəçilərə fərdi ünsiyyət qurma-
ğa imkan verən şəxsi məlumatlar sisteminə malik olurlar. 
Qeydiyyat zamanı  iştirakçılar öz profillərini yarada bi-
lərlər. İştirakçı profili – onun haqqında məlumatları özündə 
əks etdirən web-səhifədir. Burada iştirakçı özü haqqında 
məlumat verə, şəklini daxil edə, onun məlumatlarına əlavə 
olunan imza yarada bilər.  İmza mətn və ya qrafik (təsvir) 
şəklində ola bilər. 
Beləliklə, web-forumlarda bölmələr, mövzular, məlu-
matlar, onlara cavablar, eləcə  də mövzuların müəllifləri 
və  iştirakçılar (qonaqlar) haqqında məlumatlar (onların 
profilləri) toplanır.  
İnternet mağaza (ticarət)  – internetdə malların alqı-
satqısını həyata keçirən web-sayt olub istifadəçilərə sayt-
da təqdim olunan malların alınması üçün sifariş tərtib et-
məyə, ödəmənin və ünvana çatdırmanın formasını seç-
məyə imkan verir. İnternet mağazalar müxtəlif mağazalar, 
ticarət və kommersiya təşkilatları, yayım və satış mərkəz-
ləri və s. tərəfindən təqdim olunan məhsullar (qida, ge-
yim, kitab, mebel, texnika, proqram məhsulları və s.) haq-
qında geniş məlumatları özündə saxlayır. 
İnternet auksion – internet vasitəsilə  həyata keçirilən 
auksiondur.  İnternet auksion qiymətlər kütləvi və açıq 
ticarət zamanı sorğu və təkliflərə əsasən qoyulan internet 
ticarət sahəsidir. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə