Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

52 
UDP; şəbəkə səviyyəsində – EIGRP, ICMP, IGMP, IP, IS-
IS, OSPF, RIP; kanal səviyyəsində – Arcnet, ATM, Ether-
net, Frame relay, HDLC, PPP, L2TP, SLIP, Token ring. 
Verilənlər  şəbəkədə hissələrə bölünərək ötürülür. İn-
ternet vasitəsilə ötürülə bilməsi üçün həmin hissəyə alan 
kompüterin ünvanı, paketin sıra nömrəsi və digər məlu-
matlardan ibarət olan idarəedici informasiya (başlıq) əla-
və edilir. İdarəedici informasiya (başlıq) əlavə edilmiş ve-
rilənlər paket adlanır.  
Paketlərin formatı və həcmi, eləcə də onların internetdə 
ötürülməsi və yığılması ardıcıllığı TCP/IP (Transmission 
Control Protocol/Internet Protocol – ötürmənin idarə 
edilməsi protokolu / şə bəkələrarası protokol) protokolları 
ilə müəyyən edilir. TCP protokolu şəbəkədə iki kompüter 
arasında rabitə seansının təşkilini, IP isə marşrutlaşmaya
yəni paketlərin lazımi ünvana çatdırılmasını təmin edirlər. 
Hazırda internet şəbəkəsi IP (Internet Protocol) proto-
kolunun və verilənlər paketlərinin marşrutlaşdırılması tex-
nologiyasının köməyi ilə müxtəlif arxitekturaya və to-
pologiyaya malik olan minlərlə korporativ, elmi, hökümət, 
özəl və fərdi kompüter şəbəkələrini özündə birləşdirir.  
2.2.  İnternet ünvanlar 
Verilənlərin ötürülməsi zamanı problemlərin yaranma-
ması üçün internetdə qoşulmuş  hər bir kompüter unikal 
IP-ünvana malik olmalıdır. IP-ünvan bir-birindən nöqtə ilə 
ayrılan dörd ədəd ardıcıllığından ibarət olur. Bu ədədlərin 
hər biri bir bayt uzunluğunda olur və 0-dan 255-dək qiy-
mət ala bilər. Ən soldakı ədəd ən yüksək ranqlı şəbəkənin 
nömrəsi olur. Sonrakı iki ədəd nisbətən aşağı ranqlı 


53 
şəbəkələrin hissələrini, sonuncu ədəd isə konkret şəbəkə 
kompüterini (hostu) müəyyən edir (şək.2.1).  
Ümumi halda, host dedikdə digər avadanlıqlarla ünsiy-
yət üçün TCP/IP protokollarını istifadə edən istənilən 
qurğu başa düşülür. 
IP-ünvanlar çətin yadda saxlanıldığı üçün onların əvəzinə 
şərti simvolik adlardan istifadə olunması təklif olunmuşdur. 
Belə adlara domen adlar deyirlər. Domen adlar da bir-birin-
dən nöqtələrlə ayrılan hissələrdən ibarət olur. Bu hissələrin 
sayı müxtəlif ola bilər. IP-ünvanlarda yüksək ranqlı hissə 
solda, domen adlarda isə sağ  tərəfdə yerləşir. Domen adın 
ən sağında yerləşən hissəsi birinci səviyyəli domenin adı və 
ya identifikatoru adlanır. Bu hissə, bir qayda olaraq, ölkələrin 
domen adları (ru – Rusiya, pl – Polşa, tr – Türkiyə, az –Azər-
baycan və s.) və ya istifadə üçün ABŞ-a məxsus olan və bey-
nəlxalq səviyyədə istifadə edilən domen adlar (com – kom-
mersiya təşkilatları, edu – təhsil müəssisələri, gov – dövlət 
təşkilatları, mil – hərbi təşkilatlar, net – fəaliyyəti şəbəkə ilə 
      156 . 71 . 243 . 5 
Ən yüksək ranqlı 
şəbəkənin nömrəsi
Şəbəkə kompüterinin, 
hostun nömrəsi 
Aşağı ranqlı şəbəkələrin 
hissələrinin nömrələri 
Şək.2.1. IP-ünvan 


 
 
54 
 
bağlı olan təşkilatlar, org – qeyri-kommersiya təşkilatları, 
int – beynəlxalq təşkilatlar və s.) olur. 
İnternetdə  işləyən zaman istifadəçilərin daxil etdiyi 
simvolik ünvan (domen ad) DNS (Domain Name System 
– Domen adlar sistemi) adlanan xüsusi xidmət tərəfindən 
IP-ünvana çevrilir. 
2014-cü ilin əvvəlinə olan məlumata görə yuxarı səviy-
yəli domenlərin sayı 400-ü, yuxarı domen səviyyəsində 
qeydiyyatdan keçmiş domen adların sayı 280 milyonu, 
yuxarı domen səviyyəsi ölkə kodları olan qeydiyyatdan 
keçmiş domen adların sayı 150 milyonu ötüb keçmişdir. 
Qeyd olunduğu kimi, internetə qoşulmuş hər bir kom-
püter IP-ünvan və ya simvolik ünvan şəklində  təqdim 
olunan unikal ünvana malik olur. Lakin internetə qoşul-
muş kompüterdə olan konkret informasiya ehtiyatını (mə-
lumatı, sənədi və s. saxlayan faylı) əldə etmək üçün onun 
yerləşdiyi tam marşrutu və adını göstərmək lazımdır.  
Bununla yanaşı, internet vasitəsilə  həmin informasiya 
ehtiyatına müraciət etmək üçün əlavə olaraq ona daxil 
olmaq üçün zəruri olan protokol da göstərilməlidir. İnfor-
masiya ehtiyatının adını, kompüterdəki marşrutunu, 
həmin komüterin internet ünvanını və müvafiq protokolun 
adını özündə birləşdirən simvollar ardıcıllığı həmin ehti-
yatın internetdə bilavasitə göstəricisi kimi müəyyən olu-
nur. Bu göstərici informasiya ehtiyatının İnternedə unikal 
ünvanı olub URL (Universal Resource Locator – ehtiyat-
ların universal göstəricisi) adlanır. Ona bəzən URL-ün-
van,  bəzən ehtiyatın internet ünvanı, bəzən isə sadəcə ün-
van deyirlər. Tam URL-ünvan aşağıdakı  şəkildə olur: 
protokol://serverin-ünvanı/marşrut/faylın adı (şək.2.2). 
 
 


55 
Qeyd olunmalıdır ki, elektron poçtu ünvanı URL-ün-
vanlardan fərqlənir. Belə ki, elektron poçt ünvanı “@” işarəsi 
ilə ayrılan iki hissədən ibarət olur. Bu simvoldan sol tərəfdə 
istifadəçinin (elektron poçtunun abonentinin) adı, sağ tərəfdə 
isə onun “poçt qutusunun” yerləşdiyi poçt serverinin domen 
adı (ünvanı) göstərilir: username@serverin adı (şək.2.3).  
İstifadəçinin adı serverdə qeydiyyat zamanı onun özü 
tərəfindən seçilən və daxil edilən  şərti addır. Məsələn, 
tofiq_musayev@gmail.com. 
tofiq_musayev@gmail.com 
Poçt serverinin 
ünvanı 
Şək.2.3. Elektron poçtu ünvanı
İstifadəinin 
adı 
http://www.science.gov.az/az/branches/physic.html 
Protokol
İnformasiya ehtiyatının 
(faylın) kompüterdə marşrutu
Faylın adı
Şək.2.2. URL-ünvan
Serverin 
(kompüterin) ünvanı


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə