Microsoft Word Qasimov-ias docx


  İnternetin informasiya ehtiyatları



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

56 
2.3.  İnternetin informasiya ehtiyatları 
Yeni informasiya texnologiyalarının kütləvi tətbiqi 
illərlə toplanmış ənənəvi informasiya ehtiyatlarının geniş 
miqyasda elektron formaya keçirilməsinə  və tamamilə 
yeni şəkildə olan (o cümlədən multimediyalı) informasiya 
ehtiyatlarının yaranmasına gətirib çıxarmışdır.  İnforma-
siya ehtiyatlarının elektron formada təqdim olunması on-
ların daha geniş yayılmasına,  əlverişli və səmərəli istifa-
dəsinə imkan yaradır. 
Hazırda beynəlxalq aləmdə informasiya fəzasında həm 
ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı informasiya 
sistemlərinin yaradılmasında internet texnologiyanın is-
tifadəsi üstünlük təşkil edir. 
Məlumdur ki, strukturuna görə internet nəhəng, lakin 
kifayət qədər çevik informasiya şəbəkəsidir. O, müxtəlif 
növ informasiya ehtiyatlarının yerləşdirilməsi üçün geniş 
imkanlar açır və bu ehtiyatlara olduqca sadə giriş inter-
feysi təqdim edir. Bu gün internet şəbəkəsinin bazasında 
onun istifadəçilərinə müxtəlif informasiya xidmətləri tək-
lif edən çoxsaylı informasiya sistemləri müvəffəqiyyətlə 
fəaliyyət göstərir.  
Müasir cəmiyyətin başlıca informasiya mənbələrindən və 
təchizatçılarından biri olan internet şəbəkəsinin  əsas infor-
masiya və telekommunikasiya xidmətləri aşağıdakılardır:  
-  WWW (World Wide Web) – dünya hörümçək toru; 
-  E-mail (Electronic mail) – elektron poçtu, məlumat-
ların göndərilməsi siyahıları; 
-  FTP (File Transfer Protocol) – faylların ötürülməsi 
protokolu;   
-  Gopher – iyerarxik menyu; 


57 
-  Telnet –uzaq məsafədən idarəetmə  və sistemə 
daxilolma; 
-  BBS (Bulletin Board System) – elektron elan lövhələri 
-  Usenet – telekonfrans (xəbərlər) sistemi; 
-  İnternetin interaktiv informasiya xidmətləri; 
-  İnternet-telefon, internet-radio və internet-televiziya. 
Növbəti bölmələrdə internetin yuxarıda adları  çəkilən 
xidmətləri haqqında məlumat verilir. Qeyd olunmalıdır ki, 
burada həmin xidmətlər proqram-texniki və texnoloji ba-
xımdan deyil, internet mühitində informasiya təminatını 
həyata keçirən xidmət kimi baxılırlar. 
2.3.1.  WWW – dünya hörümçək toru 
WWW – internetə qoşulmuş müxtəlif kompüterlərdə 
yerləşən və bir-biri ilə hiperəlaqələrə malik olan sənədlərə 
girişi təqdim edən paylanmış informasiya sistemidir. 
WWW abreviaturası ilə yanaşı, W3 yazılışına da rast 
gəlinir. 
İlk hipermətn layihəsi 1989-cu ildə CERN-də proqram 
təminatı üzrə  məsləhətçi olan Tim Berners-Li tərəfindən 
təklif olunmuşdur. O, həmçinin HTTP, URI/URL və 
HTML texnologiyalarının da müəllifidir.  
WWW (onu çox vaxt web-texnologiya adlandırırlar) 
hipermətn texnologiyası üzərində qurulmuş geniş və rən-
garəng imkanlara malik informasiya xidmətidir. İnternetin 
digər xidmətləri arasında web-texnologiya başlıca yer 
tutur. Belə ki, internet istifadəçilərinin təxminən 79%-i bu 
xidmətdən istifadə edir. Bu xidmətin imkanları, eləcə  də 
onun informasiya ehtiyatlarının həcmi astronomik sürətlə 
artır. 


58 
Hazırda dünya hörümçək toru yüz milyonlarla web-ser-
verlərdən, milyardlarla web-səhifədən ibarətdir. 2014-cü ilin 
sentyabrına olan məlumata görə dünyada web-serverlərin 
sayı 1 milyardı ötüb keçmişdir. 
Web-texnologiya istifadə üçün çox rahat və  əlveriş-
lidir. O, adi mətnlərin, hipermətnlərin, cədvəllərin, qrafik 
və audio-video multimediyalı  məlumatların, proqram 
kodlarının və digər informasiya ehtiyatlarının internet şə-
bəkəsində yerləşdirilməsinə, saxlanılmasına, istifadəsinə, 
alınmasına və ötürülməsinə imkan verir.  
Web-texnolgiyanın reallaşdırılmasında dörd əsas kom-
ponentdən istifadə olunur: 
-  HTML (Hyper Text Markup Language) – hiper-
mətnlərin təqdim edilməsi dili;  
-  URL (Universal Resource Locator) – ehtiyatların 
(ehtiyatların) internetdə ünvanlarının müəyyənləş-
dirilməsinın universal üsulu;  
-  HTTP (Hyper Text Transfer Protocol) – hitermətnli 
məlumatların mübadiləsi protokolu; 
-  CGI (Common Gateway Interface) – şlüzlərin uni-
versal interfeysi. 
Web-serverlərdə informasiya ehtiyatları öz aralarında hi-
permətn istinadları ilə əlaqəli olan sənədlərdən ibarət olurlar. 
Hipermətn texnologiyası  əsasında hazırlanan belə  sənədlər 
web-səhifə adlanır. İnternet şəbəkəsinin bir qovşağında yerlə-
şən və hiperistinadlarla əlaqəli olan web-səhifələr toplusu 
web-server və ya web-sayt adlanır. Hipermətn – özündə di-
gər mətnlərə, qrafik, audio-video və s. informasiyaya əlaqələ-
ri (hiperistinadları) saxlayan mətndir. 
Web-səhifələrin yaradılması üçün istifadə olunan 
HTML dili web-səhifələrə istənilən növ məlumatı daxil 
etməyə, səhifənin bir hissəsindən digər hissəsinə, eləcə də 


 
 
59 
 
bir web-səhifədən digər web-səhifəyə istinadlar (hiperis-
tinad və ya hiperkeçidlər) qoymağa və digər funksiyaları 
yerinə yetirməyə imkanı verir.  
Hiperistinadlar web-səhifələrdə hər hansı sözə, sözlərə, 
qrafik elementlərə,  şəkillərə  və digər növ elementlərə 
bağlanır və həmin element haqqında daha geniş məlumatı 
əks etdirən hissəyə və ya digər web-səhifəyə keçidi təmin 
edir. Web-səhifələr arasında bu cür əlaqələr yalnız eyni 
bir saytda olan sənədləri deyil, həmçinin, müxtəlif sayt-
larda, hətta dünyanın müxtəlif ölkələrində yerləşən sayt-
larda olan məlumatları bir-biri ilə  əlaqələndirə bilər. Bu 
cür yaradılmış "əlaqə telləri" son nəticədə hörümçək toru-
na oxşar web-əlaqələr torunu əmələ gətirir. Məhz bu ba-
xımdan web-fəzanı dünya hörümçək toru adlandırırlar. 
Belə hiperəlaqələr üzrə bir informasiya ehtiyatından digə-
rinə keçid web-fəzada naviqasiyanı, yəni informasiya 
ehtiyatları üzrə "gəzintini" təmin edir. 
Web-saytlara qoşulmaq, saytlarda olan web-səhifələrə 
baxmaq və onlar arasında naviqasiyanı  həyata keçirmək 
üçün brauzer (browser) adlanan xüsusi proqramlardan is-
tifadə olunur. Brauzer proqramları bir sıra funksiyaları 
yerinə yetirir. Əvvəla, brauzer web-serverin müştəri proq-
ramı funksiyasını yerinə yetirir. O, web-serverlə əlaqə ya-
radır və ondan web-səhifəni tələb edir. İkincisi, brauzer 
kompüterdə web-fəzanın pəncərəsi rolunda çıxış edir, in-
ternetdən alınmış  sənədləri müəyyən olunmuş qaydada 
ekranda  əks etdirir. Brauzerlərin digər funksiyaları qis-
mində açılmış səhifələrin siyahısının saxlanılması, axtarı-
şın sadələşdirilməsi, faylların yüklənməsi və s. göstərmək 
olar. Bu gün Microsoft Internet Explorer, Netscape Navi-
gator, Opera, Google Chrome, Mozilla və s. kimi brauzer-
lərdən daha çox istifadə olunur. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə