Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə18/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

67 
Push texnologiya – istifadəçinin müəyyən etdiyi para-
metrlərə uyğun olaraq server tərəfindən informasiyanın ona 
təqdim olunması (göndərilməsi) yolu ilə web-saytların kon-
tentinin yayılması texnologiyasıdır. Bir sıra ixtisaslaşmış 
web-serverlərdə müəyyən mövzular üzrə informasiya kanal-
larına yazılış təşkil olunur. Serverin mövzuları, server tərə-
findən baxılan problemlər və ya təqdim olunan informasiya 
ehtiyatları ilə maraqlanan istifadəçilər bu serverdə qeydiy-
yatdan keçə bilərlər. Bundan sonra, server onun informasiya 
sisteminə daxil olan bütün xəbərlərı  və yeni məlumatları 
müntəzəm olaraq həmin istifadəçinin ünvanına göndərir. 
Baner sistemləri – saytlar arasında banerlərin mübadi-
ləsini həyata keçirən web-saytlardır.  Baner – üzərində 
basmaqla reklam səhifəsinə keçidi təmin edən qrafik təs-
virlər və ya mətn blokudur. Banerlər web-saytlarda kom-
mersiya və ya qeyri-kommersiya əsasında yerləşdirilir.  
Banerlər istifadəçi tərəfindən açılan web-səhifələrdə 
avtomatik şəkildə peyda olur. Adətən, banerlərin əsas sə-
hifənin məzmununa heç bir aidiyyəti olmur, lakin burada 
qoyulmuş hiperkeçidlər istifadəçini banerdə reklam 
olunan informasiyanın web-səhifəsinə  və ya reklamçının 
serverinə aparıb çıxarır. Baner əlaqələri olan saytlar top-
lusunu baner şəbəkələri adlandırırlar. 
İnformasiya-axtarış sistemləri – internetdə infor-
masiya axtarışını  həyata keçirməyə imkan verən web-
interfeysli proqram-texniki kompleksidir.  
2.3.2.  E-mail – elektron poçtu 
Elektron poçtu  (e-mail  və ya email – ingiliscə 
“electronic mail” sözlərindən) – paylanmış, o cümlədən 


68 
qlobal (İnternet) kompüter şəbəkəsində elektron məlumat-
ların göndərilməsi və alınması texnologiyası  və xid-
mətidir. Elektron poçtu internetin ilk informasiya xidmə-
tidir. O, yüksəksürətli və keyfiyyətli rabitə  xətlərinin ol-
masını mütləq şəkildə tələb etmir. 
Elektron poçtun yaranması tarixi kimi 1965-ci ili qeyd 
edirlər. Həmin ildə Massaçuset Texnoloji Universitetinin 
əməkdaşları Noel Morris və Tom Van Vlek IBM 
7090/7094 kompüterində quraşdırılmış CTSS əməliyyat 
sistemi üçün MAIL proqramını yazmışdılar. 
Elektron poçtu adi poçta uyğun olaraq məlumatların 
şəbəkənin (İnternetin) bir nöqtəsindən (qovşağından) di-
gər nöqtəsinə (qovşağına) ötürülməsini təmin edir.  Elek-
tron poçtu vasitəsilə ötürülən məlumatlar “elektron mək-
tub” və ya sadəcə “məktub” adlanır. 
Lakin elektron poçtun adi poçt xidmətindən bir sıra 
üstünlükləri vardır. Elektron poçtu vaxtdan asılı olmur və 
ötürülən kimi ünvana çatır. Elektron məktuba mətnlə ya-
naşı qrafik, audio-video məlumatlar, hətta ikilik kodda 
fayllar (proqramlar) da əlavə edilə bilər. Elektron mək-
tublar eyni zamanda bir neçə ünvana göndərilə bilər. 
Daxil olan elektron məktub başqa ünvana ötürülə bilər. 
İnternetin istifadəçisi olan hər bir şəxs internetdə olan 
poçt serverlərindən birində (çox vaxt provayderə məxsus 
olan poçt serverində) özü üçün poçt qutusu aça və ya 
açdıra bilər. İstifadəçinin göndərdiyi və aldığı bütün mək-
tublar onun özü tərəfindən pozulmayanadək həmin poçt 
qutusunda saxlanılır. 
Elektron poçtunun reallaşdırılması üçün SMTP, POP3, 
IMAP, MIME və digər protokollardan istifadə olunur. 
Qeyd edildiyi kimi, elektron məktub, bir qayda olaraq, 
adi mətndən ibarət olur. Məktuba poçt proqramları  tərə-


 
 
69 
 
findən müəyyən xidməti məlumatlar əlavə edilir. Məktu-
ba, həmçinin, onu göndərən istifadəçi tərəfindən  qrafik
audio-video fayllar, şəkillər, Excel cədvəllər və s. qoşula 
(attachment) bilər. 
Müasir dövrdə şəbəkədə ayrı-ayrı şəxslərin və təşkilat-
ların identifikasiyası (tanınması) üçün onların elektron 
poçt ünvanlarından istifadə olunur. Bu ünvanlar informa-
siya-axtarış sistemlərində axtarış maşınları  tərəfindən 
sərbəst olaraq indeksləşdirilə və sonradan informasiyanın 
axtarılması prosesində istifadə oluna bilər. Alta Vista sis-
teminin hesabatında göstərilir ki, axtarış sistemi tərəfin-
dən indeksləşdirilmiş  hər üç sənəddən ikisində elektron 
poçt ünvanlarına rast gəlinir.  
Son statistik məlumatlara görə dünyada e-mail istifadə-
çilərinin sayı 3 milyarda, müştərilərin elektron poçtlarının 
(ünvanlarının) sayı isə 5 milyarda yaxındır. Statistik mə-
lumatlara  əsasən, hazırda internet istifadəçilərinin 87%-i 
elektron poçt xidmətindən istifadə edir. 
Adətən, ayrı-ayrı  şəxslər və  təşkilatlar özlərinin web-
səhifələrinə “mailto” əmrinin köməyi ilə elektron poçt ün-
vanlarına hiperistinadları daxil edirlər. Zərurət yarandıqda 
istifadəçi belə istinadın üzərinə basır və bu zaman açılan 
elektron poçtunun müştəri proqramı vasitəsilə müvafiq ün-
vana məktub göndərir. Bundan əlavə, bir sıra interaktiv (on-
line) internet xidmətlərində, o cümlədən sosial şəbəkələrdə, 
telekonfrans sistemlərində  işləmək üçün istifadəçinin elek-
tron poçt ünvanı zəruri rekvizit kimi tələb olunur.  
Xüsusi olaraq adamların və  təşkilatların axtarılması 
üçün nəzərdə tutulmuş informasiya-axtarış sistemlərində 
onların web-fəzadan əldə edilməsi mümkün olan elektron 
poçt ünvanları toplanır. Lakin bu zaman nəzərə alınmalı-
dır ki, informasiya sistemlərində, xüsusən də pulsuz xid-


70 
mət göstərən poçt serverlərində  və digər xidmətlərdə 
istifadəçilər elektron poçt ünvanı əvəzinə öz təxəllüslərini 
(psevdonimlərini) istifadə etməklə qeydiyyatdan keçə  və 
ya elektron poçt ünvanlarını dəqiq göstərməyə bilərlər. 
Məlumatların göndərilməsi siyahıları – məktub  əla-
qəsi olan şəxslərə  məlumatların kütləvi göndərilməsi 
məqsədi ilə yaradılan elektron poçt ünvanları siyahısıdır. 
Elektron poçtun göndərilməsi siyahıları – elektron poçtu 
istifadəçilərinin kütləvi məlumatlandırılması, qruplar şək-
lində ünsiyyəti, reklam üçün istifadə olunur və elektron 
poçtun əvvəlcədən tərtib edilmiş siyahıya uyğun ünvanlar 
qrupuna avtomatik göndərilməsini təmin edir.  
2.3.3.  FTP – faylların ötürülməsi protokolu 
FTP (ingiliscə File Transfer Protocol – faylların ötü-
rülməsi protokolu) – TCP şəbəkələri (o cümlədən inter-
net) vasitəsilə faylların ötürülməsi üçün nəzərdə tutulmuş 
standart protokoldur. 
FTP faylların saxlandığı və istifadə olduğu nəhəng fayl ar-
xivi – informasiya saxlancıdır. Web-texnologiyanın meydana 
gəlməsi ilə əlaqədar FTP xidməti öz əhəmiyyətini itirməmiş-
dir və indiyə qədər istifadəçilər tərəfindən stabil olaraq istifa-
də edilir. Belə ki, hələ də FTP serverlərdə olduqca çox böyük 
həcmdə qiymətli informasiya ehtiyatları, proqram məhsulları, 
xüsusi məlumat bazaları və s. toplanmışdır.  
Hazırda internetdə on minlərlə FTP serverlər fəaliyyət 
göstərir ki, onlarda yüz milyonlarla müxtəlif növ fayllar – 
proqramlar, qurğuların drayverləri, qrafik, audio-video 
fayllar və s. saxlanılır.  İnternet istifadəçilərinin 42%-i 
FTP xidmətindən istifadə edirlər.  


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə