Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

79 
aidiyyəti olub-olmamasından asılı olmayaraq, hər bir 
arzu edən istifadəçi özünün şəxsi səhifəsini yaratmaq, 
bu səhifəyə istənilən informasiyanı daxil etmək, onu 
internetdə yerləşdirmək və ya oradan çıxarmaq imka-
nına malikdir. Beləliklə, internet şəbəkəsində istənilən 
informasiya təsadüfi şəkildə meydana gələ və yox ola 
bilər. Ümumiyyətlə, informasiya ehtiyatlarının, o cüm-
lədən web-səhifələrin və ya saytların informasiya təmi-
natının təşkili prinsipləri serverlərin sahiblərinin arzu-
sundan asılı olaraq seçilir və həyata keçirilir. Məhz bu 
baxımdan web-fəzada informasiya ehtiyatlarının sis-
temliliyini təmin  etmək mümkün olmur.  
-  Natamamlıq, izafilik, ziddiyyət, doğruluq, adek-
vatlıq.  Yuxarıda göstərilən səbəbdən, habelə infor-
masiya ehtiyatları internetdə müstəqil  şəkildə, bir-
birindən asılı olmadan, müxtəlif vaxtlarda və yerlər-
də yaradıldığından, təbii ki, onların bir-biri ilə uzlaş-
dırılmaması problemi meydana çıxır. Bu baxımdan 
web-fəzada informasiya ehtiyatlarında natamamlıq 
və ya izafilik (həddən artıq bolluq), doğru olmamaq 
və qeyri-adekvatlıq, eləcə də onlar arasında qarşılıq-
lı ziddiyyət hallarının olması mümkündür. 
-  Müxtəlif dillər və kodlar. İnformasiya ehtiyatları ayrı-
ayrı adamlar tərəfindən müxtəlif yerlərdə  (şəhərlərdə 
və ölkələrdə) müxtəlif məqsədlər üçün bir-birindən 
fərqlənən kompüterlərdə  və sistemlərdə yaradılması 
səbəbindən informasiya ehtiyatlarının dillərinin və 
kodlarının (xüsusən də milli informasiya ehtiyatları 
üçün) müxtəlifliyi ilə bağlı əlavə problemlər yaranır.  
-  Terminologiyanın müxtəlifliyi. Müəlliflər tərəfin-
dən istifadə olunan terminologiya informasiya ehti-
yatlarının hazırlanması tarixindən, yaranma şəraitin-


80 
dən və  təyinatından, hazırlanmasına elmi-metodiki 
yanaşmadan, müəlliflərin fərdi qabiliyyətlərindən və 
bacarıqlarından və s. asılı olaraq dəyişir. Buna görə 
də informasiya axtarışı  və  sənədlərin tematik pro-
fillər üzrə  təsnifatı zamanı problemlər yaranır və 
sorğu lüğətləri, tezaurus, assosiativ sözlər kimi əlavə 
aparatın tətbiq edilməsi zərurətini yaradır. 
-  İnformasiyanın qiymətliliyi və  həyat dövrü (yaşa-
ma qabiliyyəti).  İnternetə daxil edilən və müəyyən 
qiymətliliyi ilə seçilən informasiya ehtiyatları müəy-
yən müddətdən sonra öz əhəmiyyətini itirə  və ya 
köhnələ bilər. Bəzən internetə daxil edilən informa-
siya ehtiyatları onların müəllifindən başqa heç kəs 
üçün maraq və əhəmiyyət kəsb etmir. Bəzən isə in-
formasiya ehtiyatları internetdə peyda olduğu anda 
artıq qeyri-aktual və köhnəlmiş olur. Eyni zamanda 
qeyd olunmalıdır ki, web-səhifələr və serverlər ayrı-
ayrı adamlar və  təşkilatlar tərəfindən yaradılsa da, 
sonradan onlara xidmət göstərilmir, yəni saytda və 
səhifədə olan məlumatlar yenilənmir, tamamlanmır, 
dəyişdirilmir və s. Başqa sözlə, onlar atılmış "infor-
masiya zibillərinə" çevrilirlər. 
-  Hiperistinadların istifadəsinin üstün və çatışmayan 
cəhətləri. Hipermətn texnologiyasının tətbiqi bir tə-
rəfdən tematika üzrə yaxın olan bir serverdən digə-
rinə keçidi təmin etməklə işi xeyli asanlaşdırır, digər 
tərəfdən o, düzgün olmayan istiqamətə («dalana») 
yönəldə və ya tamamilə lazım olmayan yerə göstər-
məklə  çıxılmaz vəziyyətə  gətirib çıxara bilər. Belə 
ki, hiperistinadlar müəlliflərin subyektiv fikirlərinə 
əsasən qoyulur. Ona görə də onlar lazımsız, heç bir 
qiymətə malik olmayan, çoxdan köhnəlmiş, dəyişdi-


 
 
81 
 
rilmiş, pozulmuş və başqa yerə köçürülmüş səhifələ-
rə və ya saytlara istinad edə bilərlər  
İnternetdə olan informasiya sistemləri arasındakı fərq-
ləri nümayiş etdirmək məqsədilə informasiya ehtiyatla-
rının aşağıdakı növlərini sadalamaq kifayətdir: 
-  elektron nəşrlər – dövri elektron qəzetlər və jurnal-
lar, dissertasiyalar, avtoreferatlar, monoqrafiyalar, 
icmallar, bülletenlər, konfrans, seminar və simpo-
zium materialları və s. 
-  elektron kitabxanalar və kataloqlar – ənənəvi kitab-
xanalara analoji olan elektron kitabxana fondları, 
eləcə də hər iki növ (həm ənənəvi, həm də elektron) 
kitabxana fondlarının elektron kataloqları və s. 
-  İnternetin informasiya massivi – web, FTP arxivlər, 
Gopher ehtiyatları, Usenet xəbərlər sistemi və digər 
informasiya sistemləri. 
-  xüsusi təyinatlı informasiya ehtiyatları – xidməti 
məqsədlərlə kompüterə daxil edilmiş  məlumatlar, 
hesabatların mətnləri, elmi tədqiqatların nəticələri
məqalələr, müxtəlif sənədlər və s. 
2.5.  İnformasiya ehtiyatlarının məzmunlarının təh-
lilinə əsaslanan empirik paylanma qanunları 
İnsanlar tərəfindən hazırlanmış informasiya ehtiyatları-
nın (sənədlərin) məzmununun statistik tədqiqi nəticəsində 
müəyyən edilmişdir ki, mətnlərində sözlərin istifadəsi və 
paylanması ilə bağlı olan, müəyyən bibliometrik prin-
sipləri özündə ehtiva edən bir sıra qanunlar mövcuddur. 
Bu qanunlara Şennon, Zipfin I və II, Bredford, Pareto, 
Parkinson qanunlarını aid etmək olar. 


82 
İnformasiya axtarışı baxımından Zipf və Bredford qa-
nunları bilavasitə maraq kəsb edir.  
Tədqiqatlar göstərir ki, insanlar tərəfindən yaradılmış 
mətnlər bioloji və psixoloji amillərdən asılı olaraq müəy-
yən xüsusiyyətlərə malik olurlar. Belə ki, onlar mətn ha-
zırlayarkən özlərindən asılı olmadan müəyyən çərçivədən 
kənara çıxa bilmirlər.  
Zipf müəyyən etmişdir ki, mətnlərdə böyük uzunluğa 
malik olan sözlər kiçik uzunluğa malik olan sözlərə nisbə-
tən daha az istifadə edilir, eləcə də terminlərin mətnlərdə 
rast gəlinmə tezliyi ilə sənədlərin məzmununa uyğunluğu 
arasında asılılıq mövcuddur. Bu postulat əsasında Zipf iki 
universal mülahizə irəli sürmüşdür.  
İnformasiya ehtiyatlarının məzmunlarının (mətnləri-
nin) statistik təhlili üçün irəli sürülmüş Zipf qanunları 
mətnlərdə rast gəlinən sözlər çoxluğundan termin kimi 
qəbul oluna biləcək daha yığcam altçoxluğu müəyyən et-
məyə, ümumiyyətlə, mətnlərin xarakteristikalarını aydın-
laşdırmağa imkan verir.  
Bredford isə  sənədlərin (məqalələrin, web-səhifələrin 
və s.) məzmunları ilə onların müəyyən mənbələr (jurnal-
lar, web-saytlar və s.) üzrə paylanması arasında qanuna-
uyğunluq aşkar etmişdir. 
2.5.1.  Zipfin I qanunu – “ranq-tezlik” asılılığı 
Zipfin I qanunun mahiyyəti aşağıdakından ibarətdir. Sənə-
din mətninin statistik təhlili aparılır. Mətndə rast gəlinən bü-
tün sözlərin sənədə daxilolma tezlikləri (sözlərin mətndə rast-
gəlinmələrinin sayı) müəyyən edilir. Aydındır ki, bir sıra söz-
lər eyni tezliyə malik ola bilərlər. Sözlər mətndə rastgəlinmə 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə