Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

83 
tezliklərinə görə qruplaşdırılır. Tezlikləri eyni olan sözlərin 
hamısı bir qrupda birləşdirilir. Bütün qruplar onlara daxil 
olan sözlərin tezliklərinin qiymətinə görə azalan sıra ilə dü-
zülür və ardıcıl olaraq nömrələnirlər. Qrupların sıra nömrəsi 
onların ranqı adlanır. Belə ki, ən çox rast gəlinən sözlər qru-
punun ranqı 1, ondan sonrakı 2 və s. olur.  
Zipf sübut etmişdir ki, sənədə daxil olan sözlərin ranqları 
ilə onların rastgəlinmə tezlikləri arasında asılılıq mövcuddur.  
Tutaq ki, 
j
f
 –  j sözünün sənədin mətninə daxilolma 
tezliyi, 
d
f
 – sənədin mətnindəki sözlərin ümumi sayıdır. 
Onda sözün mətndə rast gəlinməsi ehtimalı  aşağıdakı 
kimi olar: 
d
j
j
f
f
p

.  
Zipf “ranq-tezlik” asılılığını  aşağıdakı  şəkildə ifadə 
etmişdir: sözlərin mətndə rastgəlinmə ehtimalı onların 
ranqları ilə düz mütənasibdir. Başqa sözlə, sözlərin 
mətndə rast gəlinmə ehtimalının onların ranqına hasili 
nəticəsində alınan qiymət təxminən sabit qalır: 
d
j
j
j
j
f
r
f
r
p
c





Burada 
j
r
 –  j  sözünün ranqı,  c – empirik sabitdir. Bu
sabit müxtəlif dillər üçün fərqli ola birər, lakin onlar təx-
minə yaxın olur. Məsələn, bu sabit ingilis dili üçün 0.1, 
rus dili üçün 0.06-0.07, Azərbaycan dili üçün təxminən 
0,09 qiymətlərini alır. 
Zipfin I qanununa əsasən, sözlərin rastgəlinmə tez-
likləri ilə ranqları arasındakı asılılıq hiperbola şəklində 


84 
olur və sənəd üçün daha çox məna kəsb edən, yəni termin 
kimi qəbul oluna biləcək sözlər qrafikin orta hissəsində 
yerləşir (şək.2.4).  
Daha çox rast gəlinən (rastgəlinmə tezliyi daha böyük 
olan) sözlər əsasən əvəzliklər, bağlayıcı və s. kimi xidməti 
sözlərdir. Ən az rast gəlinən sözlər isə fellər və digər xidmə-
ti, eləcə də təsadüfi istifadə olunan sözlər olur. Ona görə də 
həddən artıq çox və həddən artıq az rast gəlinən sözlər, adə-
tən, mətnin məzmununa yaxınlıq baxımından  əhəmiyyət 
kəsb etmirlər. Açar sözlərə  və terminlərə isə,  əsasən, orta 
rastgəlmə tezliyinə malik olan sözlər aid olurlar. 
Burada hər şey sözlərin rastgəlinmə tezliyi intervalının 
necə seçilməsindən asılı olur. Belə ki, bu interval çox 
r

Şək.2.4. Zipfin I qanunu: “ranq-tezlik” asılılığı
Tezlik
 
Ranq 


85 
geniş götürülərsə, onda köməkçi və xidməti sözlər termin 
qismində  sənədin axtarış obrazına düşə bilər ki, bu da 
sonradan axtarış prosesini çətinləşdirər.  Əgər bu interval 
çox kiçik seçilərsə, onda əhəmiyyət kəsb edən terminlər 
diqqətdən kənarda qala bilərlər. Praktika göstərir ki, bu 
interval  əsasən ranqlar siyahısının ortasında yerləşən bir 
zolaqdan ibarət olur. 
Nümunəyə baxaq. Tutaq ki, mətndə “Azərbaycan”, 
“respublika”, “ölkə” və s. sözlər təxminən 30 dəfə 
(f
1
=30), “müstəqil”, ”bayraq”, “müdafiə” və s. sözlər 15 
dəfə (f
2
=15) dəfə, “əsgər”, “torpaq”, “sərhəd” və s. sözlər 
təxminən 10 dəfə (f
3
=10) dəfə, “düşmən”, “müharibə” və 
s. sözlər isə 8 dəfə (f
4
=8) dəfə rast gəlinmişdir. Onda
c=30
1=152=103=84=...≈ 30 olar. 
2.5.2.  Zipfin II qanunu – “say-tezlik” asılılığı 
Zipfin I qanununda müxtəlif sözlərin mətnə eyni 
tezliklə daxil olması amili diqqətdən kənarda qalmışdır. 
Sözlərin mətnlərə daxilolmalarının statistik göstəriciləri 
üzərində  təhlilini davam etdirən Zipf müəyyən etmişdir 
ki, sözlərin mətnlərə daxilolma tezlikləri ilə həmin tezliyə 
mailk sözlərin sayı arasında da asılılıq mövcuddur. 
Belə ki, insanlar tərəfindən yaradılmış bütün mətnlər 
üçün tezlik və həmin tezliyə malik sözlərin sayı arasındakı 
asılılıq hiperbola şəklidə olur. Bu qanunauyğunluq bütün 
dillər üçün öz qüvvəsini saxlayır. Yalnız əyrinin meyilliyini 
müəyyən edən əmsal cüzi fərqlənə bilər (şək.2.5).  
Qeyd edilməlidir ki, Zipfin qanunları universal olub bir 
çox sahələrdə doğruluğunu saxlayır. Məsələn,  şəhərlərdə 


 
 
86 
 
yaşayan əhalinin sayı ilə həmin sayda əhalisi olan şəhərlərin 
sayı arasındakı asılılıq, varlı insanların (şirkətlərin) kapital-
ları ilə həmin həcmdə kapitala malik insanların (şirkətlərin) 
sayı arasındakı asılılıq və s. Zipf qanununa cavab verir. 
Nümunəyə baxaq. Tutaq ki, “Azərbaycan”, “respublika”, 
“ölkə” və s. cəmi 20 söz hərəsi 30 dəfə, “müstəqil”, “bayraq”, 
“müdafiə” və s. cəmi 40 söz hərəsi 15 dəfə, “əsgər”, “torpaq”, 
“sərhəd” və s. cəmi 60 söz hərəsi 10 dəfə, “düşmən”, “mü-
haribə” və s. cəmi 80 söz hərəsi 8 dəfə və s. rast gəlinmişdir. 
Onda c=30
20=1540=1060= =880=...≈ 600 olar. 
Şək.2.5. Zipfin II qanunu: 
“sözlərin sayı – tezlik” asılılığı
Sözl
ərin say
ı 
Tezlik 
İngilis dili 
Azərbaycan dili 
Rus dili 


87 
2.5.3.  Bredford qanunu 
Elmi jurnalların məzmunlarının, o cümlədən hər hansı 
mövzu sahəsi üzrə  məqalələrin elmi jurnallar üzrə paylan-
masının tədqiqi zamanı Bredford elmi jurnalların sayı ilə bu 
və ya digər mövzu sahəsi üzrə həmin jurnallarda dərc olun-
muş  məqalələrin sayı arasında qanunauyğunluq müəyyən 
etmişdir.  
Belə ki, əgər elmi jurnallar hər hansı mövzu sahəsi üzrə 
çap olunmuş  məqalələrin sayına görə azalan sıra ilə düzü-
lərsə, onda onları elə zonalara bölmək olar ki, hər bir zonda 
həmin mövzu sahəsi üzrə məqalələrin sayı eyni olsun. 
Tutaq ki, N
1
N
2
N
3
N
4
,... – uyğun olaraq 1-ci, 2-ci, 3-
cü, 4-cü və s. zonalarda olan jurnalların sayı, – bir zona-
dakı jurnalların sayının növbəti zonadakı jurnalların sayı-
na nisbətini göstərən kəmiyyətdir. Onda  
N
1
 : N
2
 : N
3
 : N
4
 : ... = 1 : k : k
2
 : k
3
 : ... 
olar. 
Bredford qanunu internetin saytlarının və saytlarda 
dərc olunan web-səhifələrin sayı arasındakı münasibət 
üçün də doğrudur.  
Bu qanunauyğunluq informasiya fəzasında (o cümlə-
dən internetin web-fəzasında) çox böyük ehtimalla məhz 
istifadəçini maraqlandıran mövzu sahəsinə uyğun olan 
məqalələri (web-səhifələri) mövzu özündə saxlayan nəşr-
ləri (web-saytları) seçməyə imkan verir. 
Nümunəyə baxaq. Tutaq ki, bizi maraqlandıran mövzu sa-
həsi üzrə məqalələrin sayına görə ilk on yeri tutan cəmi 10 
jurnal (sayt) müəyyən edilmişdir. Əgər bu zonada məqalələ-
rin (web-səhifələrin) cəmi sayı 30 olarsa, onda daha 30 mə-
qalənin (web-səhifənin) tapılması üçün mövcud jurnalların 
sırasına əlavə 10*k sayda (əgər k=5 olarsa, 50) jurnal (sayt) 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə