Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

96 
dən obyektiv qeyri-müəyyənlik şəraitində informasi-
ya tələbatının formalaşdırılması üçün zəruri məlu-
matların hazırlanması ilə bağlı olur. 
-  Axtarış sistemlərində informasiya-axtarış dillərinin 
xüsusiyyətləri informasiya tələbatının sorğular  şək-
lində ifadə edilməsinin keyfiyyətinin, bunun nəticəsi 
olaraq axtarışın dəqiqliyinin  əhəmiyyətli dərəcədə 
aşağı düşməsinə səbəb olur. Belə ki, sorğuların for-
malaşdırılması zamanı leksik (terminlərin birqiy-
mətli olmaması), semantik (mövzunun məzmununun 
informasiya-axtarış dilində ifadəsinin qeyri-dəqiq-
liyi) və meta-informasiya qeyri-müəyyənliklərinin 
aradan qaldırılması zamanı obyektiv çətinliklər 
meydana çıxır. 
-  Müasir dövrdə informasiya ehtiyatlarının həcminin 
fasiləsiz artması, informasiyanın istehsalı və istehla-
kı sahəsində geniş imkanların yaranması bu sahədə 
mövcud problemlərə müasir ekoloji-informasiya və-
ziyyəti ilə bağlı olan kifayət qədər mürəkkəb prob-
lemlər əlavə edir. 
Qeyd edilməlidir ki, informasiya tələbatları bir çox 
aspektlərdən öyrənilə və ya tədqiq oluna bilər:  
-  informasiya tələbatlarının məzmunu; 
-  informasiya tələbatlarının dəyişmə dinamikası; 
-  informasiya tələbatlarının meydanagəlmə forması və 
səbəbi;  
-  informasiya tələbatlarının meydanagəlmə inten-
sivliyi və s. 
İS-in fondlarının formalaşdırılmasının  əsas amillərin-
dən biri onların cəmiyyətin informasiya tələbatlarına uy-
ğun olmasıdır. Başqa sözlə,  İS-in fondlarının həcminin
tərkibinin və  məzmununun optimal formalaşdırılması  və 


97 
qiymətləndirilməsi üçün əsas meyar qismində cəmiyyətin, 
onun üzvlərinin informasiya tələbatları çıxış edir. Təcrübə 
göstərir ki, bir qayda olaraq, İS-in fondu ilə onun istifadə-
çilərinin informasiya tələbatları arasında müəyyən qarşı-
lıqlı əlaqə mövcud olur. Belə ki, bir tərəfdən, İS-in fondu-
nun keyfiyyətcə  dəyişməsi (fondun genişləndirilməsi, 
fonda yeni informasiya ehtiyatlarının daxil edilməsi, eləcə 
də köhnəlmiş, praktiki və nəzəri əhəmiyyətini itirmiş ma-
terialların fonddan çıxarılması) onun istifadəçilərində ma-
hiyyətcə yeni informasiya tələbatlarının və sorğularının 
formalaşmasına gətirib çıxarır.  
Digər tərəfdən, fəaliyyət sahələrinin genişlənməsi, in-
formasiya potensialının artması, elm və texnikanın inkişa-
fı və s. səbəblərdən istifadəçilərdə yeni informasiya tələ-
batlarının və sorğularının yaranması  İS-in fonduna təsir 
göstərir, onun təkmilləşdirilməsi və genişləndirilməsi də-
yişməsi zərurətini yaradır, inkişafını təmin edir.  
Aydındır ki, İS-in  əsas məqsədi onun istifadəçilərinin 
informasiya tələbatlarının tam ödənilməsindən ibarətdir. 
Bu məqsədin reallaşdırılması üçün müvafiq fond, optimal 
struktur və fəaliyyət mexanizmi tələb olunur. Bu baxım-
dan  İS ilə onun istifadəçisi arasındakı qarşılıqlı  əlaqədə 
başlıca rolu onun informasiya tələbatı, marağı və sorğusu  
oynayır. Ona görə də “informasiya tələbatı”, “informasiya 
marağı” və “informasiya sorğusu” anlayışlarının qarşılıqlı 
təhlili və müqayisəsi maraq kəsb edir.  
Qeyd edilməlidir ki, istifadəçinin informasiya sorğusu-
na münasibətdə ilkin olan informasiya tələbatı müəyyən 
mərhələdə konkret informasiya ehtiyatına yönəlmiş olur 
və sonradan həmin ehtiyata tələbat kimi qiymətləndirilə 
biləcək sorğuya çevrilir.  


98 
İnformasiya tələbatı  – peşəkar fəaliyyətində və ya so-
sial-məişət təcrübəsində insanın qarşısında duran vəzifə-
lərin yerinə yetirilməsi və  məqsədin  əldə edilməsi üçün 
tələb olunan əlavə informasiyaya olan tələbatdır. Elmin, 
təhsilin, istehsalın, texnikanın və s. inkişafı və təkmilləş-
məsi nəticəsində  hər hansı informasiyaya, bu informasi-
yanı özündə saxlayan sənədlərə olan tələbat aradan qalxa 
və ya yeni informasiyaya tələbat yarana bilər. 
İnformasiya marağı dedikdə tələb olunan informasiya-
nın müəyyənləşdirilməsi, daxil olan informasiyaya seçici 
münasibət, informasiya tələbatını potensial ödəyə biləcək 
kanalların və  mənbələrin axtarılması başa düşülür. Bu 
amillər insanın informasiya potensialı ilə  sıx bağlı olub, 
təlim-tərbiyə, təhsil, peşəkar fəaliyyət, gündəlik həyat və 
məişət qayğıları nəticəsində formalaşır. Məhz informasiya 
marağı vasitəsilə insanın şüurunda informasiya tələbatının 
təzahür etməsi prosesi baş verir, nəticədə  dərk edilmiş 
informasiya tələbatı formalaşır. 
İnformasiya sorğusu – insana fəaliyyətini həyata ke-
çirmək üçün zəruri olan informasiya haqqında təsəvvürün 
(dərk edilmiş informasiya tələbatının) ifadəsidir. Təsəv-
vür kateqoriyasının həmişə subyektiv hal olduğunu nəzərə 
alaraq demək olar ki, bütün informasiya sorğuları, eləcə 
də dərk edilmiş informasiya tələbatları həmişə subyektiv 
xarakter daşıyır. Başqa sözlə, informasiya sorğusu istifa-
dəçi tərəfindən özünün informasiya tələbatını ifadə etmək 
üçün tərtib etdiyi sözlər toplusudur. İnformasiya sorğusu-
na zəruri məlumatların əldə olunması üçün müvafiq qay-
dada tərtib edilərək İS-ə təqdim edilən giriş məlumatı ki-
mi baxmaq olar.  
İstifadəçi sorğusunu formalaşdırarkən yalnız özünün 
informasiya tələbatından çıxış edir. Lakin zəruri olan 


99 
informasiya haqqında kifayət qədər bilik olmadan sorğu 
yarana bilməz.  İstifadəçinin lazım olan informasiya haq-
qında təsəvvürləri onun həmin anda müvafiq mövzu  sa-
həsi üzrə biliyindən, malik olduğu informasiya potensia-
lından bilavasitə asılı olur. Ona görə də informasiya sor-
ğusunu bəzən insanın fəaliyyətində meydana çıxmış  hər 
hansı  məsələnin həlli üçün lazım olan, lakin çatışmayan 
zəruri informasiyanın “məlum olması haqqında bilik” 
adlandırırlar. 
İS-in fondunun təkmilləşdirilməsinə  təsir edən amil-
lərdən biri də onun tərkibi və strukturu ilə bağlıdır. Ay-
dındır ki, müxtəlif mövzu sahələrində insanlara forma və 
məzmun baxımından müxtəlif məlumatlar lazım olur. 
Lakin, bir qayda olaraq, peşəkar tələbatlar oxşar struktura 
malik olur. İnformasiya tələbatlarının strukturunun təhlili 
nəticəsində onun aşağıdakı əsas növləri fərqləndirilir. 
Cari və retrospektiv informasiyaya tələbat. Peşəkar 
fəaliyyət sahəsində operativ qərarlar qəbul etmək, ixtisası 
üzrə və yaxın bilik sahələrində son nailiyyətlər səviyyəsin-
dən geri qalmamaq üçün mütəxəssisdə daima yeni infor-
masiyaya, yəni operativ cari məlumatlanmaya ehtiyac olur. 
Retrospektiv informasiyaya tələbat mütəxəssisin ixtisası və 
yerinə yetirdiyi vəzifələr ilə əlaqədar yaranır. Ona görə də 
bu növ tələbatlar nisbətən sabit olur və daim qüvvədə qalır. 
Bir çox hallarda təhlil aparmaq, verilmiş  məsələ ilə bağlı 
əsaslandırılmış fikir formalaşdırmaq üçün keçmiş dövrə 
aid olan (retrospektiv) informasiyaya ehtiyac yaranır. Bu 
halda  əvvəlki illərdə toplanmış  mənbələrə müraciət olu-
nur. Retrospektiv informasiyaya sorğular epizodik xarak-
ter daşıyır və onları birdəfəlik sorğular adlandırırlar.  
Dar və geniş mövzulu informasiyaya tələbat.  İnfor-
masiya fəaliyyəti prosesi daima tematik çərçivələrin 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə