Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

40 
dim edilir. Bu formalar sistemdə əvvəlcədən tərtib edildiyi 
üçün onların quruluşu məhdudlaşdırılmış olur.   
Son illərdə təbii dildə olan mətn tipli sənədlərin, qrafik, 
audio-video və başqa formalarda olan verilənlərin işlən-
məsini, informasiyanın intellektual emalını yerinə yetirən 
avtomatlaşdırılmış informasiya sistemləri meydana gəl-
mişdir. Belə sistemlər strukturlaşdırılmış və formallaşdırıl-
mış verilənlərlə deyil, strukturlaşdırılmamış, zəif struktur-
laşdırılmış, hətta sistemləşdirilməmiş mətnləri, cədvəlləri, 
qrafikləri və audio-video verilənləri və s. özündə saxlayan 
mürəkkəb sənədlərlə işləyir. İS-in ikinci əsas sinfini təşkil 
edən bu sistemləri  sənədli informasiya sistemləri (SİS) 
adlandırırlar. 
Müasir sənədli informasiya sistemləri çox vaxt ayrı-ayrı 
müəlliflər tərəfindən müxtəlif formatlarda və kodlarda 
ayrı-ayrı  məqsədlər üçün yaradılan və çox böyük həcmə 
malik olan informasiya ehtiyatlarını özündə birləşdirir. 
SİS-in verilənləri (ehtiyatları) və ya məlumatları qismində 
ASCII, Win, KOI, UNICODE və s. formatlarda, müxtəlif 
dillərdə hazırlanmış  mətnlər, hipermətnlər, GIF, JPG, 
Photoshop, Corel, Paint formatlarında olan şəkillər, audio-
video məlumatlar, Access, Oracle, Foxbase, Paradox sis-
temlərinin köməyi ilə yaradılmış verilənlər bazaları, Excel 
sistemində qurulmuş elektron cədvəllər, MS Word və ya 
Adobe Acrobat sistemlərində hazırlanmış mətnləri, qrafik-
ləri, şəkilləri, cədvəlləri və s. özündə birləşdirən mürəkkəb 
sənədlər ola bilər.  
SİS kitablar, dərsliklər, monoqrafiyalar, dissertasiyalar, 
avtoreferatlar, elmi məqalələr, qanunlar, kommersiya tək-
lifləri, təsvirlər, təlimatlar və s. şəklində təbii dildə hazır-
lanmış  sənədlərin tam mətnləri ilə  işlədikləri üçün çox 


41 
vaxt onlara tammətnli informasiya sistemləri (TİS) 
deyirlər.  
SİS-də  məlumatlar daha mürəkkəb struktura və xüsu-
siyyətə malik olduğuna görə bu sistemlərdə məlumatların 
təqdim olunması, saxlanılması, emalı, seçilib götürülməsi, 
habelə axtarış sorğularının tərtib olunması  və lazım olan 
informasiyanın axtarılması prinsipləri, üsul və mexanizm-
ləri ənənəvi FİS-də reallaşdırılan üsul və mexanizmlərdən 
köklü surətdə fərqlənirlər. 
Belə informasiya sistemləri ötən  əsrin 70-ci illərindən 
inkişaf etməyə başlamışdır. O dövrlərdə yaradılmış INIS, 
INSPEC, STN, NTIS, MEDLAR kimi axtarış sistemləri 
geniş istifadə olunmuşdur. Rusiyada VİNİTİ  tərəfindən 
təqdim olunan referativ verilənlər bazaları da öz praktiki 
əhəmiyyətinə görə bu gün də seçilir.  
Strukturuna və paylanma dərəcəsinə görə  də informa-
siya sistemlərini iki qrupa ayırmaq olar:  
-  lokal informasiya sistemləri; 
-  korporativ (paylanmış) informasiya sistemləri.  
Tarixən ilk olaraq bir müəssisənin və ya təşkilatın 
faktoqrafik məlumatlarını özündə saxlayan lokal infor-
masiya sistemləri meydana gəlmişdir. Onlar bir kompüte-
rin bazasında qurulur, serverlə və ya digər qurğu ilə qarşı-
lıqlı əlaqəsi olmayan informasiya sistemləridir. Lokal fak-
toqrafik informasiya sistemlərinə, bir qayda olaraq, əmək-
daşlar, istehsal göstəriciləri, statistik məlumatlar, perspek-
tiv planlar və s. haqqında verilənlər bazaları, yəni bütöv-
lükdə müəssisənin fəaliyyəti haqqında məlumatlar daxil 
edilir. Lokal sənədli informasiya sistemlərinə isə müəssisə 
daxilində sənədlərin dövriyyəsi sistemlərini, yerinə yetiri-
lən işlər haqqında hesabatları, əməkdaşların əsərlərini, el-


42 
mi tədqiqatların nəticələrini və s. özündə saxlayan sistem-
ləri aid etmək olar.  
İnkişaf prosesində lokal informasiya sistemlərinin  ək-
səriyyəti tədricən genişlənərək, onları yaradan, yəni onla-
rın sahibi olan bir müəssisənin çərçivəsindən kənara çıx-
mışdır. Bu onunla əlaqədar olmuşdur ki, belə sistemlərdə 
toplanan, həddən artıq böyük həcmə malik olan həmin 
müəssisənin fəaliyyəti ilə bağlı olan və ya bu fəaliyyət 
nəticəsində yaranan informasiya ehtiyatları eyni zamanda 
bu müəssisəyə aidiyyəti olmayan başqa şəxslərin və digər 
müəssisələrin maraq dairəsinə daxil olurdular. Beləliklə, 
informasiya sisteminin kənar  şəxslər və  təşkilatlar tərə-
findən birgə istifadəsi zərurəti yaranırdı. 
Məhz bu səbəbdən  korporativ (paylanmış) informasiya 
sistemləri yaranmağa başlamışdır. Korporativ informasiya 
sistemləri bir müəssisə  tərəfindən deyil, ümumi maraqları 
olan çoxlu sayda təşkilatların birgə  iştirakı ilə yaradılır, 
yeniləşdirilir və istifadə olunur. Adətən, belə sistemlər elmi-
texniki, iqtisadi, hüquq və s. sahələrdə informasiyanı özündə 
saxlayırlar. Aydındır ki, korporativ informasiya sistemlərinin 
inkişafına kompüter şəbəkələrinin, o cümlədən internetin ya-
ranması əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 
İS-i, həmçinin, aşağıdakı  əlamətlərə görə  də  təsnif 
etmək olar. 
İS-in qarşısında qoyulmuş vəzifələrə görə:  
-  idarəetmə hesabatlarını hazırlayan  İS – əsasən veri-
lənlərin emalına yönəlmiş olur; 
-  qərar qəbul edən İS – mümkün alternativ qərarlar iş-
ləyib hazırlayır. Qərarın qəbil edilməsi prosesi sis-
tem tərəfindən təklif olunan alternativ qərarlardan 
birinin seçilməsi ilə  nəticələnir. Belə  İS-ə  ekspert 
sistemləri deyirlər. 


43 
Avtomatlaşdırılma dərəcəsinə görə:  
-  əl ilə işləyən İS – informasiya emalının müasir tex-
niki vasitələrinin tamamilə olmaması və bütün əmə-
liyyatların insan tərəfində yerinə yetirilməsi ilə xa-
rakterizə olunur; 
-  avtomatik  İS – informasiyanın emalı üzrə bütün 
əməliyyatlar insanın iştirakı olmadan yerinə yetirilir; 
-  avtomatlaşdırılmış İS – informasiyanın emalı prosesin-
də həm insanın, həm də texniki vasitələrin iştirakını nə-
zərdə tutur, lakin bu prosesdə əsas rolu kompüter oy-
nayır. Texniki vasitələrin, o cümlədən kompüter texni-
kasının bazasında reallaşdırılan, informasiya proseslə-
rini avtomatlaşdırmağa, informasiya ehtiyatlarını daşı-
yıcılarında saxlamağa və emal etməyə imkan verən in-
formasiya sisteminə ənənəvi olaraq avtomatlaşdırılmış 
informasiya sistemi (AİS) deyirlər.  
Hazırda bütün informasiya sistemlərində (faktoq-
rafik və ya sənədli, lokal və ya korporativ) informa-
siya ehtiyatlarının yaradılması, toplanması, saxlanıl-
ması  və emal olunması  işləri müasir texniki vasitə-
lərin, o cümlədən kompüter texnikasının köməyi ilə 
yerinə yetirilir və avtomatlaşdırılmış olur. Ona görə 
də müasir anlamda “informasiya sistemləri” dedikdə 
“avtomatlaşdırılmış informasiya sistemləri” nəzərdə 
tutulur.  
Tətbiq sahəsinə görə:  
-  təşkilati idarəetmə  İS – idarəetmə personalının fəa-
liyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulur; 
-  texnoloji proseslərin idarə edilməsi İS – istehsal perso-
nalının fəaliyyətinin avtomatlaşdırılmasına xidmət edir; 
-  avtomatlaşdırılmış layihələndirmə  İS – yeni texnika 
və texnologiyanın yaradılması zamanı mühəndis-la-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə