Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

36 
1980-ci illərin sonuna doğru  İS-lərin istifadəsi kon-
sepsiyası yenidən dəyişdi. İS informasiyanın strateji mən-
bəyinə çevrilərək istənilən profilli təşkilatlarda bütün sə-
viyyələrdə istifadə olunurdu. Həmin dövrlərdə İS təşkilat-
lara lazımi informasiyanı vaxtında təqdim etməklə xidməti 
fəaliyyətlərin, o cümlədən kommersiya fəaliyyətinin həya-
ta keçirilməsinə, yeni mal və xidmətlərin yaradılmasına, 
satış bazarının və  dəyərli tərəfdaşların axtarılmasına, 
məhsulların aşağı qiymətə istehsalına və s. yardım edirdi. 
İS-də aşağıdakı informasiya prosesləri yerinə yetirilir: 
-  daxili və xarici mənbələrdən informasiyanın daxil 
edilməsi; 
-  sonradan istifadə olunması üçün informasiyanın 
saxlanılması; 
-  istifadəçinin sorğusuna görə informasiyanın axtarılması; 
-  giriş informasiyasının emalı və istifadəçi üçün rahat 
formada təqdim edilməsi; 
-  istifadəçiyə  təqdim etmək və digər sistemə ötürmək 
üçün informasiyanın çıxarılması; 
-  yeni giriş informasiyasının korreksiyası üçün veri-
lənlərin mütəxəssislər tərəfindən emalı (əks əlaqənin 
təşkili). 
İS aşağıdakı əsas xassələrlə xarakterizə olunur: 
-  isətinilən  İS sistemlərin qurulmasının ümumi prin-
sipləri  əsasında təhlil oluna, qurula və idarə edilə 
bilər; 
-  İS dinamik və inkişaf edən sistemdir; 
-  İS-in qurulması zamanı sistemli yanaşmadan istifadə 
olunur; 
-  İS kompüterdən, telekommunikasiya qurğularından 
ibarət olan, müasir texnologiyalar əsasında reallaş-
dırılan informasiya emalı sistemidir; 


 
 
37 
 
-  İS-in çıxış  məhsulu  əsasında qərar qəbul edilən 
informasiyadır; 
-  İS-in işində insanın iştirakı sistemin mürəkkəbliyin-
dən, verilənlərin növündən və toplusundan, həll edilən 
məsələlərin formallaşdırılma dərəcəsindən asılıdır. 
İstənilən İS-in strukturuna bir sıra təminat altsistemləri 
daxil ola bilər. Təminat altsistemlərinə aşağıdakılar aid et-
mək olar: 
-  informasiya təminatı altsistemi; 
-  texniki təminat altsistemi; 
-  riyazi təminat altsistemi; 
-  proqram təminatı altsistemi; 
-  təşkilati təminat altsistemi; 
-  hüquqi təminatı altsistemi.  
İnformasiya təminatı – informasiyanın təsnifatlandırıl-
ması və kodlaşdırılmasının vahid sistemi, unifikasiya edil-
miş  sənədləşdirmə sistemləri, təşkilatda dövr edən infor-
masiya axınları sxemləri, eləcə  də verilənlər bazalarının 
qurulması metodologiyası məcmusudur. 
Texniki təminat – İS-in işi üçün nəzərdə tutulmuş tex-
niki vasitələr, eləcə də bu vasitələr əsasında reallaşdırılan 
müvafiq sənədlər və texnoloji proseslər kompleksidir. 
Riyazi və proqram təminatı – İS-in məqsəd və vəzifə-
lərinin reallaşdırılması, eləcə də texiki vasitələr komplek-
sinin normal fəaliyyəti üçün zəruri olan riyazi üsullar, mo-
dellər, alqoritmlər və proqramlar toplusudur. 
Təşkilati təminat – İS-in işlənib hazırlanması  və istis-
marı prosesində əməkdaşların texniki vasitələrlə və öz ara-
larında qarşılıqlı  fəaliyyətini nizamlayan üsullar və vasi-
tələr toplusudur. 
Hüquqi təminat – İS-in yaradılması, hüquqi statusu və 
fəaliyyətini müəyyən edən, informasiyanın alınması, çev-


38 
rilməsi və istifadəsi qaydalarını nizamlayan hüquqi nor-
malar toplusudur. 
1.5.  İnformasiya sistemlərinin təsnifatı 
Emal olunan informasiyanın növünə görə informasiya 
sistemlərini iki sinfə bölmək olar: 
-  faktoqrafik informasiya sistemləri; 
-  sənədli informasiya sistemləri. 
Faktoqrafik informasiya sistemləri (FİS) xüsusi 
formada təşkil edilən və formalaşdırılan verilənlər şəklin-
də  təqdim olunan faktoqrafik informasiya ilə  işləyirlər. 
Yuxarıda qeyd olunduğu kimi, belə informasiya faktiki 
məlumat xarakteri daşıyır və verilənlər adlanırlar. 
Faktoqrafik İS-in funksional bazasını verilənlər bazala-
rının idarə edilməsi üçün nəzərdə tutulmuş sistemlər təşkil 
edir. Ona görə  də faktoqrafik informasiya sistemlərini, 
ənənəvi olaraq, verilənlər bazalarının idarə edilməsi sis-
temləri (VBİS) adlandırırlar.  
VBİS-də verilənlər xüsusi strukturlaşdırılmış fayllarda 
– verilənlər bazalarında (VB) ayrı-ayrı yazılar – verilənlər
toplusu şəklində saxlanılır. VB-də hər bir yazı konkret bir 
obyekti təsvir edir, həmin obyektin konkret xarakteristika-
sı və ya parametri haqqında məlumatı özündə saxlayan bir 
və ya bir neçə hissədən, yəni sahədən ibarət olur. 
Obyektlərin faktoqrafik təqdimatı onun xarakteristika-
larının sadalanmasını, göstəricilərin müəyyən edilməsini, 
obyektin və ya prosesin vəziyyətinin faktiki təsvirini və s. 
nəzərdə tutur. 
Ümumiyyətlə, faktoqrafik informasiya sistemləri məlu-
mat-sorğu funksiyalarının reallaşdırılması  və verilənlərin 


39 
emalı  məsələlərinin həlli üçün istifadə olunur. Məlumat-
sorğu funksiyaları dedikdə sorğu edilmiş informasiyanın 
dəqiqləşdirilməsi və ya konkretləşdirilməsi, habelə obyek-
tlə bağlı daha çox məlumatın əldə olunması, rekvizitlərin, 
xarakteristikaların və göstəricilərin dəqiqləşdirilməsi və s. 
başa düşülür. Verilənlərin emalı məsələləri isə onların da-
xil edilməsi, dəyişdirilməsi, saxlanılması, istifadə üçün ak-
tuallaşdırılması, seçilib götürülməsi ilə bağlı olan və kom-
püterlərin bazasında həyata keçirilən məsələləri özündə 
birləşdirir. 
FİS-də toplanılan və emal edilən verilənlər, adətən, cid-
di strukturlaşdırılmış olur, yəni kompüterdə saxlanılması, 
emalı  və istifadəsi onlar xüsusi şəkildə  təşkil edilmiş 
struktura malik olurlar. Bu sistemlərdə verilənlər, əsasən, 
informasiya obyektlərinin parametrləri, göstəriciləri və di-
gər xarakteristikaları haqqında məlumatların  ədədi qiy-
mətlərlə və ya sözlə konkret təsvirini özündə ehtiva edir.  
Verilənlərin emal edilməsi və onlar üzərində tələb olu-
nan əməliyyatların yerinə yetirilməsi üçün belə sistemlər-
də bütün zəruri funksiyalar reallaşdırılır. Bu funksiyalara 
verilənlərin daxil edilməsi, dəyişdirilməsi, pozulması, ax-
tarılması, seçilməsi, müqayisəsi, nizamlanması, çıxış (he-
sabat) formalarının tərtib edilməsi və s. daxildir.  
Belə sistemlərə nümunə qismində kadrların qeydiyyatı, 
əməkhaqqının hesablanması, maddi qiymətlilərin və malların 
uçotu, bank hesablaşmaları və digər məsələlərin həlli üçün nə-
zərdə tutulmuş informasiya sistemlərini göstərmək olar. 
Faktoqrafik sistemlərdə verilənlər dəqiq strukturlaş-
dırılmış və qabaqcadan müəyyən edilmiş formatda təqdim 
edildiyi üçün axtarışın aparılması  məqsədilə sorğular də-
qiq tərtib olunur, verilənlər və  çıxış hesabatları baxış  və 
istifadə üçün istifadəçilərə təsbit olunmuş formalarda təq-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə