Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

 
 
48 
 
2.1.  İnternet – qlobal informasiya şəbəkəsi 
İnternet – transmilli kompüter şəbəkələrinin birləşməsi 
olub, IP-protokolu və verilənlərin paketlərinin marşrut-
laşdırılması bazasında qurulmuş beynəlxalq  şəbəkədir. 
İnternet müxtəlif protokollarla işləyir, bütün növ mümkün 
kompüterlərin birləşməsini təmin edir, telefon naqilləri, 
optik kabellər, radiomodemlər və sputniklər vasitəsilə 
məlumatların ötürülməsini həyata keçirir.  
Eyni zamanda qeyd edilməlidir ki, internet – müxtəlif 
növ kompüter şəbəkələrini özündə birləşdirən qlobal in-
formasiya şəbəkəsidir. Başqa sözlə, internet – ən yeni tex-
nologiyalara  əsaslanan, geniş spektrdə informasiya və 
kommunikasiya ehtiyatlarına malik olan qlobal informa-
siya fəzasıdır.  İnternet çox böyük həcmdə  məlumatları 
özündə saxlayır, WWW və digər verilənlərin mübadiləsi 
sistemləri üçün fiziki baza rolunu oynayır. İnternet şəbə-
kəsini bəzən beynəlxalq şəbəkə, bəzən qlobal şəbəkə, bə-
zən isə sadəcə şəbəkə adlandırırlar. 
Hazırda internet dedikdə fiziki kompüter şəbəkəsi yox, 
dünya hörümçək toru (WWW) üzərində formalaşmış in-
formasiya fəzası nəzərdə tutulur. 
İnternetin yaranma tarixi 2 sentyabr 1969-cu il hesab 
olunur. Həmin tarixdə ABŞ-ın Pespektiv müdafiə elmi-
tədqiqat işləmələri üzrə Agentliyin (DARPA) təklifinə 
əsasən ABŞ Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə hə-
yata keçirilən layihə çərçivəsində ARPANET  (Advanced 
Research Projects Agency Network) adlanan ilk kompüter 
şəbəkəsi istifadəyə verilmişdi. Bu layihə kritik şəraitlərdə 
informasiyanın mühafizəsini təmin etmək məqsədilə  hə-
yata keçirilmişdi. Həmin vaxt bu şəbəkə layihənin işti-


49 
rakçıları olan ABŞ-ın 4 elmi təşkilatını birləşdirmişdi. 
ARPANET şəbəkəsinin ilk serveri (əməli yaddaşı 24 Kb 
olan Honeywell DP-516 kompüteri) həmin tarixdə Kali-
forniya Universitetində quraşdırılmışdı. Bundan sonra 
ARPANET çox fəal  şəkildə inkişaf etməyə  və genişlən-
məyə başladı. Onun imkanlarından müxtəlif elm sahələ-
rində fəaliyyət göstərən alimlər istifadə edirdilər.  
Aparılan tədqiqatların nəticəsində 1971-ci ildə şəbəkə ilə 
elektron poçtun göndərilməsi üçün ilk proqram təminatı 
işlənib hazırlandı və beləliklə, qısa zamanda çox məhşurlaşan 
elektron poçtu xidməti meydana gəldi. 1970-ci illər ərzində 
bu şəbəkə əsasən elektron poçtun göndərilməsi üçün istifadə 
olunurdu. Məhz həmin dövrdə poçt göndərilməsi siyahıları, 
xəbər qrupları və elanlar lövhələri yarandı.  
1973-cü ildə transatlantik telefon kabeli vasitəsilə Bö-
yük Britaniya və Norveçdən olan ilk xarici təşkilatlar bu 
şəbəkəyə qoşuldular. Beləliklə, o, beynəlxalq şəbəkə sta-
tusu qazandı. 
1970-ci illərin sonuna döğru verilənlərin ötürülməsi pro-
tokolları inkişaf etməyə başladı. Bu protokollar 1982-83-cü 
illərdə standartlaşdırıldı. 1983-cü ildə ARPANET NCP 
protokolundan TCP/IP protokoluna keçdi. Həmin ildən 
ARPANET  şəbəkəsi internet adlanmağa başladı. TCP/IP 
indiyə  qədər internetdə kompüter şəbəkələrinin birləşməsi 
üçün uğurla tətbiq olunur. Bir il sonra domen adlar sistemi 
(Domain Name System – DNS) işlənib hazırlandı. 
1984-cü ildə ABŞ Milli elm fondu (National Science 
Foundation – NFS) tərəfindən NFSNet adlanan universi-
tetlərarası geniş  şəbəkə yaradıldı. NFSNet şəbəkəsi 
ARPANET  şəbəkəsinə nisbətən daha böyük buraxıcılıq 
qabiliyyətinə  və sürətə malik idi. Sonradan 1990-ci ildə 
ARPANET şəbəkəsi fəaliyyətini dayandırdı. 


50 
1988-ci ildə IRC (Internet Relay Chat) protokolu işlə-
nib hazırlandı  və internetdə real vaxtda ünsiyyətə imkan 
verən internet-söhbət xidməti reallaşdırıldı. 
1990-cı ildə internetə telefon xətti vasitəsilə nömrə 
yığmaqla (dial-up access) ilk qoşulma həyata keçirildi. 
İnternetin əsl çiçəklənməsi WWW (World Wide Web – 
dünya hörümçək toru) xidmətinin yaranması ilə başlandı. 
Bu xidməti sadəlik naminə çox vaxt web adlandırırlar. 
WWW konsepsiyasının  əsası CERN (fransızca: Conseil 
Europee pour Recherche Nucleaire – Nüvə  Tədqiqatları 
üzrə Avropa Şurası) mərkəzində 1989-cu ildə britaniyalı 
alim Tim Berners-Li tərəfindən qoyulmuş, sonrakı iki il 
ərzində isə HTTP protokolu, HTML dili və URI iden-
tifikatoru işlənib hazırlanmışdır. Beləliklə, 1991-ci ildə 
WWW xidməti, 1993-cü ildə isə NCSA Mosaic adlanan 
məşhur web-brauser proqramı internetdə ümumi istifa-
dəyə verildi və bu xidmət məhşurlaşmağa başladı. 
Hazırda internet həm informasiya mənbəyi, həm də in-
formasiya mübadiləsi vasitəsi rolunda çıxış edir. 1995-ci ildə 
WWW internetin əsas informasiya təchizatçısına çevrildi.  
Bu gün internet istifadəçilərinin sayı astronomik sürət-
lə artır. Açıq informasiya mənbələrinin statistik məlumat-
larına görə, hazırda internet dünyanın 200-ə yaxın ölkə-
sini əhatə edir. İnternet şəbəkəsinə 1998-ci ildə təxminən 
143 milyon, 2010-cu ildə 1 milyard 600 milyon istifadəçi 
qoşulmuşdusa, 2013-cü ilin sonunda bu göstərici 2,8 mil-
yardı (dünya əhalisinin 39 faizini) ötüb keçmişdir.  
2013-cü ilin dekabrına olan məlumatlara görə dünyada 
qitələr üzrə internet istifadəçilərinin sayı  aşağıdakı kimi 
olmuşdur: 
- Asiyada – 1,27 milyard (əhalinin 31,7%-i); 
- Avropada – 566 milyon (əhalinin 68,6%-i); 


 
 
51 
 
- Latın Amerikasında – 302 milyon (əhalinin 49,3%-i); 
- Şimali Amerikada – 300 milyon (əhalinin 84,9%-i); 
- Afrikada – 240 milyon (əhalinin 21,3%-i); 
- Avstraliyada – 24,8 milyon (əhalinin 67,5%-i).  
Dünya ölkələri arasında internet istifadəçilərinin sayına 
görə müəyyən edilmiş siyahıda ilk on yeri aşağıdakı ölkə-
lər tutur: 
- Çin – 620 milyon (əhalinin 45,8%-i); 
- ABŞ – 268,5 milyon (əhalinin 84,2%-i); 
- Hindistan – 195 milyon (əhalinin 15,8%-i); 
- Braziliya – 109,8 milyon (əhalinin 54,2%-i); 
- Yaponiya – 109,6 milyon (əhalinin 86,2%-i); 
- Rusiya – 87,5 milyon (əhalinin 61,4%-i); 
- Almaniya – 69,8 milyon (əhalinin 86,2%-i); 
- Nigeriya – 67,3 milyon (əhalinin 38%-i); 
- Böyük Britaniya – 57,3 milyon (əhalinin 89,8%-i); 
- Fransa – 55,2 milyon (əhalinin 83,3%-i).  
Statistik məlumatlara görə Azərbaycan Respublikasın-
da internet şəbəkəsinin xidmətlərindən istifadə edənlərin 
sayı artıq 5,7 milyonu (əhalinin 58,7%-i) ötüb keçmişdir.  
İnternetdə mövcud olan müxtəlif növ şəbəkələrin qarşı-
lıqlı fəaliyyətinin, şəbəkə qovşaqları arasında əlaqənin və 
informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bu 
gün onlarla prtokol reallaşdırılmışdır. Bütövlükdə interne-
tin protokollar sistemi “TCP/IP protokolları” adlanır.  
İnternetin protokolları açıq sistemlərin qarşılıqlı  əlaqə 
(OSI) modelinin müxtəlif səviyyələrində  işləyir, onları 
daha çox istifadə olunan protokolları OSI modelinin sə-
viyyələri üzrə  aşağıdakı kimi təsnif etmək olar: tətbiqi sə-
viyyəsi – FTP, HTTP, HTTPS, SMTP, POP3, Telnet, DNS, 
IMAP, LDAP, BGP, SNMP, SSH;  seans və  təqdimat sə-
viyyələrində – SSL, TLS; nəqliyyat səviyyəsində – TCP, 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə