Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   74

25 
bitindəki informasiyanın həcmindən 8 dəfə çoxdur. Əslin-
də baytda informasiyanın həcmi üçün bitlərin sayı deyil, 
eyni zamanda onların sıradakı mövqeyi də əhəmiyyət kəsb 
edir. Belə ki, 00000001, 00001000, 10000000 baytları 
bitlərin, yəni 1 və 0 rəqəmlərinin sayının eyni olmasına 
baxmayaraq, müxtəlif ölçülü məlumatları (uyğun olaraq, 
1, 8 və 128 ədədlərini) ifadə edirlər. 
Onluq say sistemində olan ədədlərin ikilik say siste-
mində ekvivalentinin tapılması,  ədədlərin bir sistemdən 
digərinə çevrilməsi qaydaları ilə müəyyən edilir. Aydındır 
ki, 1 baytın, yəni 8 bitin köməyilə 256 (0-dan 255-ə qədər) 
ədədi ifadə etmək mümkündür: 
1. 0000 0000=0
8.
0000 0111=7
2. 0000 0001=1
9.
0000 
1000=9
3. 0000 0010=2

4. 0000 0011=3
253.  1111 1100=252 
5. 0000 0100=4
254.  1111 1101=253 
6. 0000 0101=5
255.  1111 1110=254 
7.
0000 0110=6
256.  1111 1111=255 
Ümumiyyətlə, praktikada aşağıdakı informasiya ölçü 
vahidlərindən istifadə olunur: 
Bit – bir ikilik rəqəmdən (0 və ya 1 rəqəmindən) ibarət 
ən kiçik ölçü vahidi olub impulsun daxil olmasını (1) və 
ya olmamasını (0) bildirir. 
Bayt – (b kimi işarə olunur) kompüterdə istifadə edilən 
simvolların (rəqəmlərin, hərflərin və digər işarələrin) 
ikilik say sistemində  təsvir edilməsi üçün istifadə olunan 
və 8 bitdən ibarət olan ölçü vahididir:  
1 bayt = 8 bit. 


26 
Məsələn, 210 ədədi ikilik say sistemdə "11010010" 
kimi 1 bayt şəklində ifadə olunur ki, bu da 8 ikilik rəqəm-
dən, yəni 8 bitdən ibarətdir. 
Kilobayt – (Kb kimi işarə olunur) adından göründüyü 
kimi ("kilo" sözü burada "ikilik min"i bildirir) təxminən 
min bayt ölçüsünə uyğun gəlir. Lakin ikilik say sisteminin 
xüsusiyyətlərdən asılı olaraq, kilo 1000-ə deyil, 1024-ə (1 
kilo = 2
10
) bərabərdir. Beləliklə, 
1 Kb = 2
10 
b = 1024 b. 
Meqabayt – (Mb kimi işarə olunur) aşağıdakı kimi 
qiymətləndirilir: 
1 Mb = 2
10 
kb
 
= 2
20 
b = 1048576 b. 
Qiqabayt – (Gb kimi işarə olunur) vahidinin qiyməti 
belədir: 
1 Gb = 2
10 
Mb = 2
30 
b = 1073741824 b. 
Terrabayt – (Tb kimi işarə olunur) aşağıdakı qiymətə 
malikdir: 
1 Tb = 2
10 
Gb = 2
40 
b. 
Bod – rabitə xətti vasitəsilə ötürülən zaman informasiya 
bodlarla ölçülür və 1 saniyədə ötürülən bitlərin miqdarını 
göstərir: 
1 bod = 1 bit/san.  
Aydındır ki, 1 bit vasitəsilə yalnız iki qiymət – 1 və ya 
0 qiymətləri kodlaşdırıla bilər. 2 bitlə dörd (0-dan 3-ə qə-
dər - 00, 01, 10, 11), 3 bitlə səkkiz müxtəlif qiymət (0-dan 
7-yə kimi) kodlaşdırılır. Ona görə  də, kodlaşdırma üçün 
istifadə olunan bitlərin sayı artdıqca, daha böyük həcmdə 
informasiyanın kodlaşdırılması mümkün olur. 


 
 
27 
 
Ümumiyyətlə, müasir kompüterlərdə 256 simvoldan is-
tifadə edilir. Yuxarıda qeyd olunduğu kimi, bu 256 sim-
volun təsvir olunması üçün maksimum 8 bit kifayət edir. 
Onlardan 128 simvol standart, 128 simvol isə  dəyişən 
olur. Standart hissəyə idarəedici simvollar, rəqəmlər, he-
sab əməlləri, böyük və kiçik ingilis hərfləri, durğu işarələri 
daxildir. Dəyişən hissədə isə milli şriftlər (milli stan-
dartlar), mətnlərdə istifadə olunan müxtəlif işarələr, psev-
doqrafika və s. əksini tapır. 
Qeyd olunduğu kimi,  kompüterlər yalnız rəqəmlərlə iş-
ləyə bilir. Ona görə də  kompüterlərin yaddaşında hərfləri 
saxlamaq üçün hər bir simvola, o cümlədən hərf və ya rə-
qəmə müəyyən bir ədəd (kod) qarşı qoyulur. Əvvəllər sim-
volların kodlaşdırılması üçün müxtəlif simvollar çoxluğun-
dan (standartlarından) istifadə olunurdu. ASCII, DOS, ISO, 
KOI, Windows və s. kodlarını belə standartlara misal olaraq 
göstərmək olar. ASCII standartı kompüterlərdə istifadə 
olunan ilk simvollar toplularından biridir. ASCII standartı 
kompüterlər üçün "əlifba" hesab olunur. Burada  kompü-
terdə istifadə olunan simvollar, onların  şəkilləri, kodları 
(nömrələri) müəyyən edilir.  
Lakin bu standartlardan heç biri  kompüter sistemlərin-
də və digər hesablama texnikasında istifadə olunan bütün 
simvolları təsvir etməyə imkan vermir. Bu baxımdan müx-
təlif sistemlərdə (Windows, Unix, Macintosh və s.) ayrıca 
bir dil üçün müxtəlif kodlaşdırmalardan istifadə olunurdu. 
Elə bir standart kodlaşdırma sistemi yox idi ki, o, bütün 
hərfləri, rəqəmləri, simvolları, işarələri və texniki simvol-
ları özündə cəmləşdirsin. Eyni zamanda bir neçə dildə iş-
ləmək problem yaradırdı.  
Bundan əlavə, çox vaxt bu kodlaşdırma standartları ara-
sında uyğunluq olmurdu. Məsələn, mövcud iki müxtəlif 


28 
kodlaşdırma sistemində müxtəlif iki simvola eyni bir kod 
və ya eyni simvola iki müxtəlif kod verilirdi. Bu da  kom-
püterlərdə, əsasən də server  kompüterlərində müxtəlif kod-
laşdırma sistemlərinin saxlanmasını tələb edirdi. Bu halda 
informasiyanın bir platformadan digər platformaya ötürül-
məsi və ya digər kodlaşdırmaya çevrilməsi müəyyən çə-
tinliklər törədirdi.  
Məhz bu baxımdan Unicode standartının qəbul olun-
ması qeyd olunan problemləri həll etdi. Unicode ISO/IEC 
10646 standartının rəsmi reallaşdırılmasıdır. Unicode stan-
dartı istifadə olunan dildən,  kompüterlərin platformasın-
dan, proqram təminatından asılı olmayaraq bütün simvol-
lara unikal kod mənimsədir. Unicode Apple, HP, İBM, 
JustSystem, Microsoft, oracle, SAP, Sun, Sybase, Unisys 
və s. kimi böyük  kompüter şirkətləri tərəfindən kodlaşdır-
ma standartı kimi qəbul edilmişdir.  
XML, Java, ECMAScript (JavaScript), LDAP, CORBA 
3.0, WML və digər müasir texnologiyalar tərəfindən yalnız 
Unicode standartı istifadə olunur. Eyni zamanda qeyd olun-
malıdır ki, bu standart bütün əməliyyat sistemləri (platfor-
maları), internet proqramları və müxtəlif proqram təminatları 
tərəfindən dəstəklənir. Unicode standartının dəstəklənməsi 
və istifadəsinin təmin edilməsi müasir proqram təminatları-
nın inkişafının ən vacib aspektlərindən biridir.  
Müştəri-server texnologiyasında olan şəbəkə proqram-
larında və əlavələrində, eləcə də internet şəbəkəsində istifadə 
olunan proqram sistemlərində informasiyanın təqdim edil-
məsi üçün Unicode standartının tətbiqi proqram məhsulları-
nın hazırlanmasına və  dəstəklənməsinə  çəkilən xərclərin 
azaldılmasına gətirib çıxarır. Belə ki, Unicode müxtəlif plat-
formalarda istifadə oluna biləcək vahid proqram təminatını 
və ya web-səhifəni hazırlamağa imkan verir.  


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə