Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

21 
uyğunluqları barədə informasiyanı, qərarların qəbul edil-
məsi üçün bu informasiyanın istifadə olunması qaydalarını 
özündə saxlayan toplu başa düşülür. 
Biliklər təbii və süni dillər vasitəsilə  təsbit olunur və 
saxlanılır. Təbiətinə görə biliklər deklarativ və prosedur 
bilikləri kimi iki kateqoriyaya bölünür. Deklarativ biliklər 
özündə yalnız müəyyən anlayışların strukturu haqqında 
məlumatları saxlayır. Onlar verilənlərə və ya faktlara daha 
yaxındır. Prosedur biliklər isə yeni biliklərin alınması, 
biliklərin yoxlanılması vasitələri və yolları haqqında mə-
lumatları müəyyən edir. 
Özündə bilikləri saxlayan verilənlər bazalarına biliklər 
bazaları qeyilir. Biliklər bazası (BB) – biliklərin idarə 
edilməsi, toplanması, saxlanılması, axtarılması  və  təqdim 
edilməsi üsul və vasitələrini reallaşdıran xüsusi növ veri-
lənlər bazasıdır. Başqa sözlə,  biliklər bazası dedikdə in-
formasiyanın dərk edilmiş (şüurlu) emalına və məntiqi nə-
ticə  çıxarılmasına imkan verən faktlar (biliklər) və qay-
dalar toplusu başa düşülür. 
Süni intellektin biliklər bazalarını və biliklərlə iş üsul-
larını öyrənən bölməsi biliklər mühəndisliyi adlanır.  
1.2.  İnformasiyanın kodlaşdırılması və təsvir 
edilməsi  
Müasir dövrdə kompüter elmlərinin başlıca vəzifəsi 
informasiya texnologiyaları  və sistemləri vasitəsilə infor-
masiyanın qəbulu, emalı, saxlanması  və ötürülməsindən 
ibarətdir. Bu baxımdan informatika elmində informasiya 
iki yerə bölünür: analoq və rəqəmsal informasiya.  


22 
Bu cür bölgünün aparılması informasiyanın təbiətindən 
irəli gəlir. Belə ki, təbiətdə və həyatda baş verən, insanın 
vizual müşahidə (görmə) və qulaqasma orqanları  tərəfin-
dən qəbul edilən, eləcə də klassik telefon, televiziya, radio 
və digər qurğular vasitəsilə ötürülən məlumatlar analoq 
informasiyadır.  
Hesablama texnikasında, o cümlədən kompüterlərdə, 
kompüter  şəbəkələrində  və sistemlərində, müasir rabitə 
vasitələrində  məlumatlar rəqəmsal informasiya şəklində 
yaradılır, saxlanılır, emal olunur və ötürülür.  
Analoq informasiya ilə  rəqəmsal informasiya arasında 
əlaqəni göstərmək üçün aşağıdakı nümunəyə baxaq. 
Ətrafda görünən təbiətin (məsələn, dağın, gölün) rəssam 
tərəfindən çəkilən və insanların görmə orqanları (gözləri) 
tərəfindən qəbul edilən  şəkil, peyzaj analoq informasi-
yadır. Lakin həmin  şəklin (və ya təbiətin) rəqəmsal foto-
aparatla (müasir mobil telefonla) çəkilmiş variantı, foto-
aparatın, telefonun və ya kompüterin yaddaşına yazılmış 
rəqəmsal informasiya olur. Beləliklə, analoq informasiya 
rəqəmsal informasiyaya çevrilmiş olur. 
Analoji olaraq, mətn, şəkil, audio və video məlumatlar 
da kompüterə daxil edilərkən kodlaşdırılır və siqnallara 
çevrilir, yəni rəqəmsal informasiyaya çevrilmiş olur.  
Analoq informasiya kəsilməz olur, yəni bu informasiyada 
hadisənin bütün məqamları öz əksini tapır, lakin rəqəmsal 
informasiya baş vermiş hadisənin reallığını itirməmək  şərti 
ilə onu ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu 
baxımdan, rəqəmsal informasiyaya diskret informasiya 
deyirlər. Analoq informasiyanın rəqəmsal informasiyaya 
çevrilməsi prosesinə analoq-rəqəm çevrilməsi deyilir.  
İnsanın hissiyyat orqanları yalnız analoq informasiyanı 
qəbul və emal edə, saxlaya və ötürə bilir. Qeyd olunduğu 


23 
kimi, analoq informasiyanın qəbulu, ötürülməsi və emalı 
funksiyalarını yerinə yetirən bir çox texniki analoq qurğu-
ları və vasitələri (məsələn: televizor, radio, maqnitafon, te-
lefon) mövcuddur. Lakin müasir dövrdə analoq qurğular 
yeni nəsil rəqəmsal qurğularla  əvəz olunur. Hazırda rə-
qəmsal informasiya ilə  işləyən qurğulara misal olaraq 
kompüter texnikasını, rəqəmsal televizorları, rəqəmsal ra-
dionu, DVD və BluRay qurğularını, rəqəmsal telefonları 
və s. misal göstərmək olar. Belə qurğular yalnız rəqəmli 
informasiyanın qəbulu, emalı, saxlanması  və ötürülməsi 
üçün nəzərdə tutulmuşdur.  
Qeyd olunduğu kimi, informasiya siqnallar formasında 
qəbul olunur, emal edilir və ötürülür. Hər növ siqnalın öz 
qəbuledicisi olmalıdır. Məsələn, qulaq səs siqnallarını, göz 
işıq siqnallarını və s. qəbul edir. İnformasiyanın saxlanma-
sı üçün isə onun kodlaşdırılması  tələb olunur. İnsan dü-
şüncəsinin və fikirlərinin mətnlər şəklində yazılmasını in-
formasiyanın xüsusi siqnallarla kodlaşdırılması kimi qəbul 
etmək olar. İnformasiyanın yazı şəklində saxlanması üçün 
qəbul edilmiş siqnallar hərflərdir. Yazının kodlaşdırılması 
sisteminə əlifba deyilir. Əlifbalar müxtəlif olduğundan ey-
ni bir informasiyanı müxtəlif sistemlərdə (dillərdə) kodlaş-
dırmaq mümkündür. Bəzən yazıların kodlaşdırılıması 
üçün daha mürəkkəb kodlaşdırma sistemlərindən – heroq-
liflərdən istifadə edirlər.  
Rəqəmsal informasiyanın elektron qurğuların, o cümlə-
dən kompüterlərin köməyi ilə saxlanması, emalı, qəbulu 
və ötürülməsi üçün onlar da kodlaşdırılmalıdır. Kompü-
terdə  məlumatlar 0 və 1 rəqəmlərinin ardıcıllığı  şəklində 
ifadə edilir, yəni rəqəmsal informasiyanın verilməsi (təq-
dim və təsvir olunması) üçün istifadə olunan siqnallar 0 və 
1 rəqəmləri ilə  işarə olunur. Məsələn, qurğulardan asılı 


24 
olaraq impulsun, işıq selinin, elektrik cərəyanının və s. 
olması 1, olmaması isə 0 rəqəmi ilə verilir.  
Kompüterdə informasiya ayrı-ayrı simvolların toplusu 
şəklində emal edilir. İnformasiyanın verilməsi üçün tələb 
olunan bütün simvollar müəyyən olunmuş kodlarla – ədəd-
lərlə işarə olunur. Hər hansı söz  kompüterə daxil edilərkən 
və ya rabitə  xətti ilə ötürülərkən o, ayrı-ayrı  hərflərinin 
(simvollarının) kodlarına, yəni  ədədlərə çevrilir və  ədədlər 
şəklində saxlanılır və ya ötürülür. Kompüterlərdə, eləcə  də 
digər rəqəmsal texnologiyalarda audio, video, qrafika, şəkil 
və s. növ məlumatlar da analoji qaydada kodlaşdırılır, emal 
olunur və saxlanılır. Bu kodlar da (ədədlər) iki rəqəmin – 0 
və 1 rəqəmlərinin vasitəsilə ifadə olunur.  
İnformasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə 
olunması sistemi ikilik say sistemi adlanır. İkilik say sis-
temi ingiliscə "binary digit" adlanır.  
İnformasiya texnologiyalarının xüsusiyyətlərindən irəli 
gələrək, informasiyanın həcminin ölçülməsi üçün bit  və 
bayt baza vahidlərindən istifadə edilir. Digər ölçü vahid-
ləri baytdan törəmə ölçü vahidləridir.  
Bit (ingiliscə binary digit sözlərindən) – informasiyanın 
saxlanması üçün istifadə olunan ən kiçik ölçü vahidi olub 
yaddaş qurğularının fiziki texnologiyasından irəli gəlmiş və 
informasiyanın saxlanması üçün nəzərdə tutulmuş element-
lərlə müəyyən olunmuşdur. Məlum olduğu kimi, 1 bit bir 
ikilik simvola, yəni 0 və ya 1 rəqəmlərinə uyğun gəlir.  
İnformasiyanın emalı zamanı bitlərin istifadəsi əlverişli 
olmur. Bu məqsədlə baytlardan istifadə olunur. Bayt – ve-
rilənlərin və ya kompüterin yaddaşının ünvanlana (müra-
ciət oluna) bilən  ən kiçik vahididir. 1 bayt 8 bitdən iba-
rətdir.  İlk baxışdan elə yanlış  təsəvvür yarana bilər ki, 
baytda saxlanılan informasıyanın miqdarı onun hər hansı 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə