214
üçün interfeys, xüsusi axtarış mexanizmləri (açar sözlərə
görə axtarış və ya mövzü kataloqları üzrə axtarış) olan
proqram kompleksidir. Bu sistemlər axtarışın nəticəsi ola-
raq istifadəçiyə onların sorğusuna relevant olan sənədlərin
siyahısını təqdim edir. Həmin siyahıda təqdim olunan sə-
nədlərin müəyyən hissəsi (bəzən əksəriyyəti) əslində isti-
fadəçiyə lazım olmur. Ümumiyyətlə, nəticədə verilən sə-
nədlərin diqqətlə araşdırılması lazım gəlir. İnternetin in-
formasiya-axtarış sistemləri növbəti bölmələrdə ətraflı
baxılacaqdır.
İnternetdə lazımi informasiyanın axtarılması və əldə
olunması üçün yuxarıda göstərilən üsullardan əlavə prak-
tikada tez-tez istifadə olunan daha iki yanaşmanı qeyd et-
mək olar:
- yeni informasiya ehtiyatlarının təhlili;
- xüsusi proqramların tətbiqi yolu ilə zəruri informa-
siya ehtiyatının axtarılması.
İnternetdə yeni yaranmış informasiya ehtiyatlarının ba-
xılması və təhlili təkrar axtarışların aparılması, ən yeni in-
formasiyanın tapılması və ya haqqında informasiya lazım
olan obyektin inkişaf tendensiyasının izlənməsi zamanı
çöx əlverişli olur. Bu zaman həmin mövzu sahəsi ilə bağlı
bütün informasiya ehtiyatlarının baxılmasına ehtiyac ol-
mur, istifadəçini yalnız internetdə yeni dərc olunmuş mə-
lumatlar maraqlandırır.
İnformasiyanın ilkin axtarışının aparılması üçün xüsusi
proqramların tətbiqi effektiv və avtomatlaşdırılmış üsul he-
sab edilir. Yuxarıda ikinci yanaşmada təklif olunan əl ilə hə-
yata keçirilən hiperistinadlar üzrə hərəkət burada avtomat-
laşdırılır. Konkret mövzu sahəsi üzrə verilmiş sözlər (termin-
lər) üzərində qoyulmuş hiperistinadların göstərdiyi web-sə-
hifələrin baxılması spayder adlanan xüsusi proqramlar vasi-
215
təsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə proq-
ramlar üçüncü yanaşmada təqdim olunan informasiya-axta-
rış sistemlərinin robot proqramlarının xüsusi formasıdır. Bu
yanaşmaya, həmçinin, dar mövzu sahəsində informasiya ax-
tarışını həyata keçirən xüsusi proqramlar da aid edilir. Təbii
ki, bu yanaşma nəticəsində təqdim olunan sənədlərin də is-
tifadəçi tərəfindən dəqiq emalı tələb olunur.
Ümumiyyətlə, internetdə informasiya axtarışı dedikdə
mövcud informasiya-axtarış sistemləri, eləcə də hər hansı
saytın və ya informasiya sisteminin axtarış mexanizmləri
vasitəsilə lazım olan məlumatın axtarılıb tapılması nəzərdə
tutulur. Bu halda istifadəçi ona hansı informasiyanın lazım
olduğunu bilir, lakin bu informasiyanın harada, hansı in-
ternet saytında və ya informasiya sistemində yerləşdiyini
bilmir. İnternetdə axtarış aparmaq üçün istifadəçi zəruri
axtarış sorğusunu formalaşdıraraq müvafiq informasiya-
axtarış sisteminə və ya axtarış mexanizmi olan informasi-
ya sisteminə ötürür. İstifadəçi sorğusunun cavabında axta-
rış sistemi tərəfindən tapılmış informasiya ehtiyatlarının
siyahısını (adları və ya ünvanları göstərilməklə) alır.
Əvvəlki URL-ünvanın daxil edilməsi yolu ilə lazım
olan saytın açılması, hiperistinadlar üzrə hərəkət etməklə
zəruri informasiya ehtiyatına keçid və yeni informasiya
ehtiyatlarının təhlili kimi yanaşmaları isə sadəcə internet-
də naviqasiya adlandırmaq olar.
8.2. İnternetin informasiya-axtarış sistemləri
İnternetin informasiya-axtarış sistemi – axtarış mexa-
nizmləri ilə təchiz olunmuş və yalnız verilmiş sistem
(sayt) daxilində deyil, eləcə də şəbəkə vasitəsilə internet
216
informasiya fəzasında mövcud olan bütün saytlar, sistem-
lər, məlumat bazaları və digər informasiya ehtiyatlarında
axtarışının aparılması üçün nəzərdə tutulmuş informasiya
sistemidir. Sadəlik naminə gələcəkdə informasiya-axtarış
sistemi anlayışında istifadə edəcəyik.
Ümumiyyətlə, İAS-a internetin informasiya fəzasında
informasiya xidmətlərinin istifadəçiləri üçün bələdçi kimi
baxmaq olar. Adətən, istifadəçilər özlərinə hansı informa-
siyanın lazım olduğunu yaxşı bilir, lakin bu informasiya-
nın şəbəkədə mövcud olmasına baxmayaraq, onu harada
və necə tapmağın mümkün olduğunu bilmirlər. Məhz belə
problemin həlli və istifadəçilərin informasiyaya olan tələ-
batının ödənilməsində onlara yardım göstərən bələdçi ro-
lunu oynayan vasitəçi proqram sistemlərindən, yəni İAS-
dan istifadə olunur. İAS müxtəlif yollarla (informasiya eh-
tiyatlarının tematik kataloqlarını və ya avtomatik indekslə-
rini yaratmaq, onların sahiblərindən, o cümlədən serverlər-
dən zəruri informasiyanı sifariş etmək yolu ilə və s.) inter-
net şəbəkəsində olan informasiya ehtiyatlarının kontenti,
yəni məzmunu haqqında "bilikləri" öz bazasına toplayırlar.
İnternetin müasir informasiya xidmətlərinin, o cüm-
lədən İAS-ın əsasında ənənəvi İAS-ın yaradılması və isti-
fadəsi sahəsindəki təcrübə durur.
İnternetin informasiya ehtiyatlarının xüsusiyyətlərini
nəzərə alaraq, yaradılan informasiya axtarışı vasitələrinə,
o cümlədən İAS-a qoyulan əsas tələblər aşağıdakılardır:
- İnternetin informasiya ehtiyatlarının maksimal dərə-
cədə dolğun əhatə olunması;
- İnternetdən alınmış (götürülmüş) informasiyanın
doğruluğunun təmin edilməsi və ziddiyyətliliyinin
aradan qaldırılması;
217
- informasiya ehtiyatlarının avtomatik indeksləşdiril-
məsi və tematik kataloqlarının yaradılması üçün in-
tellektual üsulların reallaşdırılması;
- istifadəçiyə vaxtında və dolğun cavab vermək üçün
onun sorğusuna uyğun olaraq axtarış sistemi tərəfin-
dən yüksəksürətli axtarışın aparılmasının təmin
edilməsi;
- axtarışın nəticəsinin dəqiqliyinin və pertinentliyinin,
yəni alınmış nəticələrin istifadəçinin tələbatına tama-
milə uyğun olmasının təmin edilməsi;
- istifadəçi ilə əks əlaqənin qurulması imkanlarının
reallaşdırılması;
- təbii dilə yaxın olan istifadəçi interfeysinin
reallaşdırılması.
Qeyd olunan tələblərin ödənilməsi üçün İAS tərəfindən
aşağıdakı əsas məsələlərin həlli təmin edilməlidir:
- sənədlərin (informasiya ehtiyatlarının) indeksləşdiril-
məsi, onların axtarış obrazlarının yaradılması və
İAS-ın indekslər bazasında təqdim olunması, saxla-
nılması və yenilənməsi;
- terminlərin, sinonimlərin, tezaurusların və assosiativ
sözlərin tələb olunan rubrikatorlarının, lüğətlərinin, so-
raqçalarının, eləcə də məlumat bazalarının yaradılması;
- sənədlərin tematikalarının müəyyənləşdirilməsi, on-
ların tematik kataloqlarının yaradılması, eləcə də
müəyyən olunmuş rubrikatora görə sənədlərin müva-
fiq tematik kataloqlar üzrə paylanması;
- strukturlaşdırılmış indekslər bazasının və meta-veri-
lənlər bazalarının yaradılması;
- istifadəçi ilə axtarış sistemi arasında intellektual in-
terfeysin qurulması;
Dostları ilə paylaş: |