Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   36   37   38   39   40   41   42   43   44

 
172

Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda 
yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, 
hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə 
çatasınız. 

Sübhan olan Allahın bəndədən razılığının nişanəsi bəndənin 
Allah tərəfindən onun xeyrinə  və ziyanına təyin etdiyinə razı 
olmasıdır. 

Sədəqə verməklə ruzini yerə endirin. 

Sizdən qabaqkılar ona görə ölümə və pozğunluğa düçar oldular 
ki, xalqı öz haqlarından məhrum etmişdilər və insanlar (çarəsiz 
qalıb rüşvət verməklə) o haqqı aldılar. Onlar insanları batil 
əməllərə və əyintilərə vadar etdilər, insanlar da onların ardınca 
getdilər. 

Sağlamlıq nemətlərin ən yaxşısıdır. 

Sağlamlıqdan gözəl heç bir paltar yoxdur. 

Sağlamlıq on hissədir. Onun doqquz hissəsi Allahı xatırlamadan 
nəfəs almamaq, bir hissəsi isə ağılsızla yoldaşlığı tərk etməkdir. 

Sakitlik fərasətin ələməti və ağlın meyvəsidir. 

Sakitlik təfəkkürün bostanıdır. 

Salamın 70 savabı var: altımış doqquzu salam verənə biri də 
salam alana çatar. 

Sənin əməlinin savabı əməlin özündən üstündür. 

Səbr çətin müsibəti asan edər. 

Səbrlə ali məqamlara çatmaq olar. 

Səbr insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük 
göstərib öz qəzəbini udmasıdır. 


 
173

Səbr iki növdür: sənin xoşuna gəlməyən şeylərə səbr etmək və 
sevdiyin şeylərin müqabilində səbr edib özünü saxlamaq (haram 
ləzzətlərdən). 

Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk 
etməkdədir. Üçüncü növ əvvəlki iki növdən daha üstündür. 

Səbrin kökü Allaha həqiqi əminliyin olmasıdır. 

Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında 
görmək qədər daha ağır və xoşagəlməz bir mənzərə yoxdur. 
Belə ki, səcdə etmək ona əmr olunsa da əmrə itaət etmədi. 

Sədəqə Cəhənnəm odunun qarşısında bir sipərdir. 

Sədəqə faydalı dərmandır. 

Səfərdən qabaq öz yol yoldaşınla maraqlan və ev almamışdan 
qabaq bax gör, qonşun kimdir. 

Sən ona qarşı münasibətdə, onu özündən üstün bildiyin kimi, o 
da səni özündən üstün bilməyən şəxslə səfərə çıxma. 

Səxavət insanı    əleyhdarlarına da sevdirər, simiclik isə  hətta
övladlarında da ona qarşı nifrət oyadar. 
Sənin nadanlığın üçün öz biliyinə fəxr etməyin yetər. 

Son məqsədə yalnız yəqinliklə çatarlar. 

Səxavət alicənablıqdan irəli gəlir. 

Səxavət əsl başıucalıqdır. 

Səxavət Allaha və insanlara yaxınlaşmağın səbəbidir. 

Səxavət müdrikliyin meyvəsi və qənaət şərəfin dəlilidir. 

Səxavət məhəbbət toxumu səpər. 

Səxavət məhəbbət gətirər, əxlaqı və xasiyyəti bəzəyər. 

Səxavət öz malından bəxşiş, ehsan vermək və başqalarının 
sərvəti qarşısında zahidlik etməkdir. 


 
174

Sərvət və rifaha sevinmə, yoxsulluq və  çətinliyə görə  də 
kədərlənmə. Çünki qızıl od ilə əriyərək saflaşır, mömin isə bəla 
və çətinliklə.  

Sənin sirrin sənin  əsirindir.  Əgər onu faş etsən sən, onun əsiri 
olacaqsan. 

Sirr bilənlərin sayı  hər nə  qədər çox olarsa, onların faş olma 
ehtimalı bir o qədər artıq olar. 

Sənin sirrinin bilinməməsinin nə qorxusu var!? 

Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə. 

Siyasətin meyarı ədalətdir. 

Söz danışdınsa, həmin söz sənin sahibindir. Sözü saxlasan, o 
sənin ixtiyarında olar. 

Söz də dərman kimidir. Azı xeyirli olar, çoxu isə öldürər. 

Söz iki murdar xislətin arasındadır: çox danışmaq və az 
danışmaq. Çünki çox danışmaq boş danışmaqla nəticələnir, az 
danışmaq isə nitq söyləməkdə acizliyin göstəricisidir. 

Sənə vüqar bəxş edən sükut, sənə ar paltarı geydirəcək 
danışmaqdan yaxşıdır. 

Söz gəzdirməkdən çəkin. Çünki o kin-küdurət toxumu səpər və 
(insanı) Allahdan və camaatdan uzaqlaşdırar. 

Sənin abrın donmuş buzdur, ehtiyac istəmək isə onu damla-
damla əridər. Beləliklə, bax gör onu kimin yanında əridirsən. 

Sultanın yaxını  və sirdaşı olmaq şiri minmiş  şəxs kimidir. 
İnsanlar onun məqamına qibtə etsələr də, özü necə  təhlükəli 
vəziyyətdə olduğunu daha yaxşı bilir. 

Sultandan uzaq ol  ki, onun hiylə  və  məkrlərindən amanda 
qalasan. 


 
175

Sənin üçün bir şəhər digərindən üstün deyil. Şəhərlərin  ən 
yaxşısı  səni öz çiyinlrində aparandır (rifah və asayiş ilə 
yaşadığın şəhərdir). 

Siz, öldürülməsəniz də öləcəksiniz. And olsun Əlinin canı Onun 
qüdrət əlində olana  ki, başa min qılınc zərbəsinin endirilməsi, 
yataqda ölməkdən daha asandır. 

Sənə  əmin olduğundan yapışmağı  və  şəkkdən uzaqlaşmağı 
tövsiyə edirəm. Çünki insanın dini üçün, şəkkin onun 
əminliyinə qalib gəlməsi qədər məhvedici bir şey yoxdur. 

Sərxoş, Allahın görüşünə bütpərəst kimi gələcək. 

Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Onu öz 
qəlblərinizə yapışdırın və günahlarınızı onunla yuyun... Bilin! 
Təqvanı qoruyun və özünüz(də) onun vasitəsi ilə qorunun. 

Saleh əməl kimi ticarət, savab kimi qazanc yoxdur. 

Sınmamış etimad etmək, uzaqgörənliyə ziddir. 

Sənin ən yaxşı malın odur  ki, ehtiyacını ödəməkdə sənə kömək 
etsin. 

Sükutla vüqar artar. 

Sənə yaxşılıq olunduqda onu  yada sal, sən kiməsə yaxşılıq 
etdikdə isə yaddan çıxart. 

Sənin öz düşmən və  bədxahdarına yaxşılıq etməyin onlara 
pislik etməyindən daha təsirlidir və onların islah olunmasına 
səbəb olar. 

Sənin ən pis (din) qardaşın, sənin nəfsin ( nöqsanların) barədə 
yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir. 

Sağlamlığın zəkatı Allaha itaətdə çalışmaqdır. 

Sizlərdən hər biriniz onu ən yaxşı sifətdə görmək istədiyi yad 
bir insan üçün özünü bəzədiyi kimi, müsəlman qardaşının 
yanına  gedəndə də özünü elə bəzəməlidir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə