168
verməsin və gözünü həmin qadından döndərsin. Əgər arvadı
yoxdursa iki rükət namaz qılsın, Allaha çoxlu zikr etsin.
Peyğəmbərə və onun əhli-beytinə salavat göndərsin və sonra
Allahdan ona öz fəzlindən əta etməsini istəsin. Allah öz
mehribanlıq və mərhəmətilə onun ehtiyacını aradan
qaldıracaqdır.
Səxavətli insan ağalığa çatar, varlı isə rəyasətə.
Səbr kimi başucalığ yoxdur.
Səbrsizliyin bəlası xarlıqdır.
Sözün bəlası yalan danışmaqdır.
Sözün bəlası çox danışmaqdır.
Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm, mallarınız,
canlarınız və dillərinizlə Allah yolunda cihad edin.
Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.
Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün
işləməkdə sənə kömək edən şəxs, elə həmin qayğıkeş
dostundur.
Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o elmin
səmərəsidir.
Sənə dua etməyi tövsiyə edirəm. Çünki onda hər dərdin şəfası
iar.
Sizin bu dünyanız mənin nəzərimdə bir keçinin burnunun
suyundanda dəyərsizdir.
Sizi dünyadan çəkindirirəm. Çünki dünya şirin, təravətli və
nəfsi istəklərin mühasirəsindədir.
Sənin qardaşın sənin dinindir. Belə isə bacardığın qədər,öz
dinindən muğayat ol.
Sizin zinətiniz ədəbdir.
169
Sözündə düz olmaq ( verdiyi əhdə sadiq qalmaq) imandandır.
Salam vermək gözəl əxlaqdan irəli gəlir.
Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki
onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən
uzaqlaşın, çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və
alicənablığı aradan götürər.
Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o
sənə xəyanət etmiş olsa belə. Onun sirrini faş etmə, hətta əgər o
sənin sirrini faş etmiş olsa belə.
Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının
rəftarını ən gözəl tərzdə qəbul et. Onun ağzından çıxan sözə
yaxşı yozum tapıncaya qədər ona bəd güman olma.
Sizin yaxşılarınız pəhrizkar olanınızdır.
Sənə halaldan istifadə etməyi, ailənə yaxşılıq etməyi və bütün
hallarda Allahı yad etməyi tövsiyə edirəm.
Sizə hədisi dərk etməyi tövsiyə edirəm, rəvayət etməyi yox!
Sübhan olan Allah bəndəyə dünya və axirət xeyirlərindən hər
bir şeyi, yalnız onun gözəl əxlaqına və pak niyyətinə görə bəxş
etmişdir.
Sənin xəsis adama ehtiyacın buzdan da soyuqdur.
Səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq
xəyanətin zirvəsidir.
Səmaların və yerin mələkutu barədə düşünmək ixlaslı
bəndələrin ibadətidir.
Siz bir-birinizin din qardaşısınız, sizin aranızda ayrılıq salanı
batini çirkin və əxlaqı pisdir. Buna görə, bir-birinizin yükünü
götürmür, xeyirxahlıq etmir və bir-birinizə səxavətli deyilsiniz,
bəxşişlər vermirsiniz və məhəbbət bəsləmirsiniz.
170
Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya
sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.
Sizin imanı daha kamil olanınız əxlagi daha gözəl olanınızdır.
Sanki Əcəmi Küfə məscidində çadır qurmuş və Quranı camaata
nazil olduğu kimi öyrədən görürəm.
Səxavətli ol, amma israfçı olma; qənaətçi ol amma bərk olma.
Sözgəzdirənə qulaq asan dostunu əldən verər.
Sənin yaxşılıqlarını ört-basdır edib nöqsanlarını yayan kəslə
qardaşlıq etmə.
Sənin həqiqi qardaşın səni bağışlayan, ehtiyacını təmin edən,
üzrünü qəbul edən eyblərinin üstünü örtən, qorxunu səndən
uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir.
Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tək qoymasın,
günah zamanı səndən xəbərsiz olmasın və bir şey soruşanda
səni aldatmasın.
Sənin ən yaxşı qardaşın sənə kömək edən, ondan yaxşısı sənə
kifayət edən və sənə möhtac olanda səndən keçəndir.
Sənin ən yaxşı qardaşın o kəsdir ki, yaxşı işlər görməyə tələsər
və səni də xeyirxahlığa çəkər, sənə yaxşı olmaq göstərişi verər
və onun yerinə yetirilməsində sənə kömək edər.
Sənin ən yaxşı qardaşın səni haqq yolda ən çox
qəzəbləndirəndir.
Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bilən
zaman kömək edənizdir (ağız və ya əl açmadan zəhmətini onun
çiynindən götürsün).
Siz əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb,
dəhşət içində olar, sözə baxan və itaətcil olardınız. Ancaq
onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də
yaxındadır.
171
Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Məbada,
başqaları Qurana əməl etməkdə sizdən qabağa keçsinlər.
(qabaqcıl olsunlar)
Siz bağışladığınız şeydən, onu əldə etmiş şəxsdən daha çox
xeyir qazanırsınız.
Səni sevən kəs, səni pisliklərdən çəkindirər.
Sizin əcdadlarınızın məhvolma səbəbi, əslində onların günah
etmələri yox Allahpərəst alimlərin, rahiblərin onları
çəkindirməmələri idi.
Sizinlə öyüd arasında xəbərsizlik və qəflət pərdəsi asılmışdır.
Sənin cəmiyyət və kütlənin yanında nəsihət etməyin məzəmmət
və qaxıncdır.
Sizin boynunuzda olan ən kiçik vəzifə Allahın nemətlərindən
ona qarşı itaətsizlik yolunda istifadə etməməyinizdir.
Sizə nəfsi istəklərdən uzaq durmağı tövsiyə edirəm. Çünki nəfsi
istək insanı korluğa çağırır, dünya və axirətdə azğınlığa səbəb
olur.
Siz ölümün (təqib etdiyi) fərarilərisiniz. Dayansanız sizi tutar,
ondan qaçsanız da sizə çatar. O, sizin kölgənizdən sizə daha
bitişikdir. Ölüm sizin alnınıza düyünlənmişdir.
Sən həyata arxa çevirsən və ölüm sənə üz tutsa, görüş necədə
tez müyəssər olar.
Səni nə vaxt yaxalayacağını bilmədiyin işdə, layiqlisi budur ki,
səni yaxalamamış özünü ona hazırlayasan.
Sənin ömrün çəkdiyin nəfəslərin sayı ilə hesablanır və bu
nəfəsləri bir gözətçi sayır.
Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan
ömrünüzün növbəti gününün pişvazına çıxmır.
Dostları ilə paylaş: |