Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə43/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   39   40   41   42   43   44   45   46   ...   119

 

137


daha az məruz qaldığını göstərən çox əhatəli məlumat-

lar vardır. Buna görə də balıq müalicəvi bir qida kimi 

də tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək xəstəliyi 

üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də 

qidalanma  üzrə  mütəxəssislərin  tövsiyə  etdiyi  əsas 

maddələrdən biri kimi hesab edilir. 

Balığın  ümumi  şəkildə  göstərdiyimiz  faydalı 

cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın 

faydalarını  ortaya  çıxarmaq  alimlərin  inkişaf  etmiş 

texnoloji  imkanlarla  təchiz  olunmuş  tədqiqat  mərkəz-

lərindən  istifadə  etməsi  ilə  mümkün  olub.  Bu  cür 

dəyərli  qida  mənbəyinə  Quranda  işarə  edilməsi  və 

«Kəhf» surəsində  yorğunluğu aradan qaldıran bir qida 

kimi  təqdim  olunması  da,  əlbəttə,  çox  hikmətlidir. 

Balıqdan  əldə  edilən  bütün  faydalar  Rəbbimizin  bizə 

verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi, 

balıqdakı  üstün  quruluşu  da  bizim  üçün  yaradan 

aləmlərin Rəbbi olan Allahdır. 

 

Təptəzə balıq 

 

Nə  üçün  təptəzə  balıq?  Olmaz  ki  soyudulmuş, 



dondurulmuş, duzlu və başqa üsullarla konservləşdiril-

miş balıq olsun? Bunların arasında olan əsl fərqi ancaq 

Allah bilir. Biz Allahın icazəsi ilə bu suala cavabın cü-

zi dərəcədə anlaşılmasına səy göstərmək arzusundayıq. 

Balıq  sudan  çıxdıqdan  sonra  tez  bir  vaxtda  orqa-

nizmə  oksigenin  az  daxil  olmasından  boğulur  (asfik-

siya), əsəb sistemi iflic olur və ölür. Oksigenin çatma-

masından  balığın  qanında  və  bədənində  həddən  artıq 

süd turşusu və maddələr mübadiləsində oksidləşməmiş 

başqa maddələrin yığılması nəticəsində balıq ölür. 

Balıq  öləndən  sonra  onun  bədənində  mühüm 



 

138


fiziki-kimyəvi  və  biokimyəvi  dəyişikliklər  gedir.  Ilk 

növbədə,  balığın  səthində  həddən  artıq  selikli  maddə 

yığılır,  sonradan  balığın  bədəni  quruyur,  əti  yumşalır 

və nəhayət, balıq çürüyərək xarab olur. 

Selikli  maddənin  əhəmiyyəti  böyükdür.  Ilk  növ-

bədə,  selikli  maddə  balığın  bədəninə  bakteriya,  göbə-

ləklər və parazitlərin daxil olmasının qarşısını alır; ba-

lığın dərisinin zədələnmiş sahəsində qanın laxtalanma-

sında iştirak edir; balığın dərisindən suyun, duzların və 

başqa  maddələrin  keçməsinin  osmotənzimləmə  prose-

sində iştirak edir; balığın bədənindən maddələr  müba-

diləsi  sonunda  alınan  müxtəlif  metobolitlərin  xaric 

olunmasında  iştirak  edir;  selikli  maddə  balığın  suda 

sürtünmə  müqavimətini  azaldır  və  hərəkətini  sürət-

ləndirir. 

Balıq  sudan  çıxdıqdan  və  öləndən  sonra  bir  müd-

dət selik ayrılması davam edir və həmin maddə balığın 

səthində  yığılır.  Ayrılmış  seliyin  miqdarı  balığın  nö-

vündən  və  saxlama  şəraitindən  (temperatur,  müddət, 

yığılmış  balıqların  hündürlüyü  və  s.)  asılı  olaraq 

müxtəlifdir. 

Onun  miqdarı  Azərbaycan  sularında  ovlanan 

pulcuqlu  balıqlar  üçün  orta  hesabla  2%-dən  çoxdur. 

Pulcuqsuz  balıqlarda  (naqqa,  ilanbalığı)  selikli  maddə 

daha çox ayrılır. Selikli maddənin 85-90%-ni su və 10-

15%-ni  quru  maddələr  təşkil  edir.  Quru  maddələrin 

tərkibinin  60-75%-ni  kükürd  və  fosfor  tərkibli 

nukleoproteidlər,  15-25%-ni  xolesterin,  lipofosfatidlər 

və 10-15%-ni mineral duzlar təşkil edir. 

Göründüyü  kimi,  selikli  maddə  mikroblar  üçün 

yaxşı qida mühitidir. Ümumiyyətlə, balığın səthində 40 

formadan  çox  aerob  mikrobların  olması  qeydə 




 

139


alınmışdır. 

Ə

lverişli  şəraitdə  selikli  maddədə  intensiv  bakte-



rioloji  əməliyyat  keçir.  Nəticədə  selikli  maddə  çürük 

iyə malik olur. Özü-özlüyündə balığın səthində selikli 

maddənin yığılması balığın keyfiyyətsizliyinə sübut ol-

masa da, bu lazımsız əməliyyatdır. Çünki selikli mad-

dədə  külli  miqdarda  toplanmış  mikroblar  balığın  anus 

dəliyindən və qəlsəmələrindən onun daxilinə keçirlər. 



Balığın  bədəninin  quruması.  Balıq  öldükdən 

sonra  onun  tərkibində  mürəkkəb  biokimyəvi  dəyişik-

liklər  gedir  və  əzələlərin  yığılması  və  gərginliyindən 

balığın bədəni bərkiyir (quruyur). Məlum olduğu kimi, 

balıqda  enerji  mənbəyi  qlikogendir.  Qlikogen  əzələ-

lərin  tərkibinə  daxil  olan  azotsuz  birləşmələr  arasında 

xüsusi  yer  tutur.  Onun  ehtiyatı  qida  hesabına  olur. 

Qlikogenin  orqanizmdə  dəyişməsi  belədir.  Ferment 

fosforilazanın  təsirindən  qlikogen  süd  turşusuna  çev-

rilir  və  bu  əməliyyatda  enerji  alınır.  Həmin  enerji 

orqanizmin həyati funksiyalarına sərf olunur. 

Tənəffüs  ilə  orqanizmə  daxil  olan  oksigen,  süd 

turşusunun bir hissəsini karbon qazına və suya çevirir. 

Bu  əməliyyatda  əmələ  gəlmiş  enerji  isə  orqanizmdə 

qalmış süd turşusunu yenidən qlikogenə çevirir. 

Yuxarıda  göstərildiyi  kimi,  sudan  çıxmış  balıq 

oksigen  çatışmamazlığından  ölür.  Oksigenin  olmama-

sından əmələ gəlmiş süd turşusu oksidləşmir və enerji 

yaranmır.  Beləliklə,  orqanizmdə  qlikogen  sintez  olun-

mur.  Qlikogen  ancaq  fermentativ  parçalanmaya  uğra-

yır, yəni süd turşusu və enerji alınır. 

Balıqda  gedən  bu  əməliyyatlar  nəticəsində  ətin 

tərkibində  iki  zülal-aktin  və  miozin  birləşərək  yeni 

zülal-aktomiozin əmələ gətirir. Qlikogenin fermentativ 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə