147
Mədə şirəsi də onlara təsir etmir. Bu səbəbdən nərə-
kimilərin emalında xırda və iri sümük pulcuqları
təmizləmək vacibdir.
Balığın bədəninin səthi selikli maddə ilə örtülüdür.
Balığın həyatında selikli maddənin əhəmiyyəti olduqca
böyükdür və bu haqda yuxarıda lazımi izahatlar
verilib.
Selikli maddə balığın bədəninə bakteriyaların,
göbələklərin və parazitlərin daxil olmasının qarşısını
almaqla bərabər, eyni zamanda selikdə 40 formadan
çox mikroorqanizmlər və zəhərli maddələr yığılır.
Selikli maddədə sporlu və sporsuz çöplər,
mikrokokklar, sarsinlər, qıcqırma və kif göbələkləri
B.lignefaciens, B.proteus, B.vulgaris, B.Coli
və s.
vardır.
Bəzi balıqlarda zəhərli maddələrin selikdə
yığılmasına səbəb balığın öz dərisində olan xüsusi
hüceyrənin zəhər ayırması ilə bağlıdır. Belə balıqlar-
dan biri də, qeyd etdiyimiz kimi ilanbalığıdır.
Balıqların qəlsəməsində külli miqdarda mikro-
orqanizm olur. Onlar qəlsəməyə su və təbii lil ilə
düşürlər. Balıq öləndən sonra onlar intensiv surətdə
inkişaf edir və qəlsəmələrdən balığın daxilinə keçirlər.
Balığın mədə-bağırsaq mötəviyyatında spordaşı-
yıcı formalı (balığın bağırsağındakı 1 q möhtəviyyatda
bir mindən bir neçə milyona qədər hüceyrə vardır)
anaerob mikroorqanizmlər vardır ki, bunlardan
Cl.Sporogenes,
Cl.putrificus,
Cl.amilobacters,
Escherichia, Coli qrupunu
, eləcə də zəhərlənmə
törədicilərindən – Salmonella və Cl.botulinum (botuli-
nus) göstərmək olar. Balığın mədəsinə xəstəlik törədən
mikroblar qida, su və lil ilə daxil olur.
148
Tədqiqatlar göstərir ki, cənubi, orta və şimali
Xəzərdə 1 ml suda mikroorqanizmlərin miqdarı
100000-dən 300000-ə qədərdir. Dənizin 100 m və
ondan artıq dərinliyində suda mikroorqanizmlərin
miqdarı bir neçə dəfə azdır.
Balığın yaralanmış yerlərindən və mədəsindən
onun ətinə eyni zamanda anaerob bakteriyalar da daxil
olur, bu da ətdə çürümə əməliyyatının şiddətli surətdə
getməsinə səbəb olur. Aerob mikrobların təsiri altında
balığın əti yumşalır, rəngi dəyişir və o iy verməyə
başlayır, mühitdə reaksiya qələviləşir.
Insan orqanizmini zəhərli maddələri ilə zəhərləyən
mikrobların ən qorxulusu botulinus və stafilokokkdur.
Botulinus zəhəri ilə ən ağır zəhərlənməyə botulizm
deyilir. Botulinus sporyaradıcı batsilli anaerobudur və
onun optimal inkişafı 23-27
0
C temperaturda olur.
Sporlar yüksək temperatura davamlıdır. Onlar 100
0
C
hərarətdə 5-6 saat və 125
0
C-də 12 dəqiqə
davamlıdırlar.
Cl.botulinum
zəhəri təbiətdə məlum olan zəhər-
lərin ən qüvvətlisidir. Insan qəbul etdiyi qidada onun
miqdarı milliqramın yüz milyonda bir hissəsi qədər
olması ölümlə nəticələnir. Balıqdan botulizm xəstə-
liyinə düçar olanlar Yaponiya, ABŞ, Kanada, Isveç,
Daniya və keçmiş SSRI-də qeydə alınmışdır.
Botulinus zəhəri balığı dondurmada, marinadlaş-
dırmada və hisləmədə məhv olmur. Duzlama botuli-
nusun inkişafını və zəhər törətmə qabiliyyətini dayan-
dırır, lakin onları məhv etmir. Balıq ətində duzun miq-
darı 6-10% olduqda botulinusun inkişafı və çoxalması
dayanır. Təbiətdə Cl.botulinum geniş yayılmışdır. Ən
çox torpaqda, su hövzələrində və lildə müşahidə edilir.
149
Botulinusun mikrobları balığın mədəsində müşa-
hidə olunur. Əlverişli şəraitdə o tez çoxalır və əhatə
olduğu mühitə zəhər ayırır. Qida ilə insan orqanizminə
düşən zəhər ürək-damar sistemini və mərkəzi sinir
sistemini zəhərləyir.
Cl.botulinum
zəhəri ilə zəhərlənmədə xüsusən
nərəkimilərdə müşahidə olunur. Bu da nərəkimilərin
qidalanması ilə bağlıdır.
Nərəkimilərin ağzı başının altındadır. Bu səbəbdən
onlar qidasının mühüm bir hissəsini su hövzəsinin
dibində yaşayan xərçəngkimilər, ilbizlər və xırda
balıqlar təşkil edir. Əlbəttə, onlar suyun üst qatında
yaşayan xırda balıqlarla da qidalanırlar. Su hövzəsinin
dibində olan qida ilə birlikdə lili də ağzına alır.
Sonradan lili su ilə birlikdə xaricə buraxır, qida isə
onun ağzında qalır. Lakin qida ilə birlikdə balığın
mədəsinə su ilə lil də daxil olur. Bu səbəbdən çox vaxt
nərəkimilərin kürüsü – «qara kürü» lil dadı verir.
Cl.botulinum
yuxarıda qeyd edildiyi kimi, su
hövzəsində, lildə olur. Buradan da o nərəkimilərin
qidalanma vaxtı mədəsinə daxil olur.
Dünyada bəzi su hövzələrində balıqlarda müşahidə
edilən Cl.botulinum 57% və hətta 82%-ə çatır.
Ilanbalığıkimilər Avropada, Şimali Asiya, Şimali
və Cənubi Amerika, Atlantik okeanının şimal , Yeni
Zellandiya, Avstraliyada yayılmışdır. Dünyada ildə
300 tondan çox ilanbalığı ovlanılır. Ilanbalıqlarının bir
hissəsi ancaq şirin suda yaşayır, bir hissəsi isə keçicidir
– dənizdə yaşayır, çoxalmaq üçün çaylara keçirlər.
Ilanbalığıkimilər fəsiləsinə 10-a qədər cins
daxildir. Bunlardan Sakit okean, Baltika və Xəzər
ilanbalıqlarını qeyd etmək olar.
Dostları ilə paylaş: |