Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

50 

 

Bu bitkinin yayıldığı sahələr 1-ci dərəcəli otlaqlar sayılır. Ətirşah (Geranium) - bu 



cinsin 2-3 növü yay otlaqlarında çox geniş yayılmışdır. Mal-qara tərəfindən 

həvəslə yeyilir. 

     Müəyyən edilmişdir ki, Böyük Qafqazın yüksək dağlıq zonasında bu və ya 

digər dərəcədə eroziyaya uğramış sahələr 45%-ə qədərdir. Antropogen amillərin 

təsiri, xüsusilə sistemsiz otarma nəticəsində otlaqlarda ot örtüyü xeyli 

seyrəkləşmişdir. Mal-qaranın yemədiyi bəzi bitkilər otlaq sahələrində qalır və 

inkişaf edir. Hazırda mövcud çəmənliklərin 50-60%-i tam yararlı vəziyyətdədir, 

qalan yerlərin isə bu və ya digər dərəcədə fitomeliorativ tədbirlərə ehtiyacı var. Bu 

tip sahələrdə 1 hektar çəmənlikdə 5-8 baş davarın otarılması normal hal hesab 

olunur, lakin buna riayət olunmadıqda yamacdakı çim qatı dağılır və nəticədə 

eroziya prosesinin genişlənməsi üçün əlverişli şərait yaranir. 

    


  2.4.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında sürüşmə  

proseslərinə səbəb olan amillər. Torpağın eroziyası mürəkəb bir proses olub, 

onun əmələ gəlməsi və inkişafına təbii-tarixi amillər, eləcə də insanların bir sıra 

düzgün olmayan təsərrüfat fəaliyyəti halları böyük təsir göstərir. Təbiətdə insanlar 

intensiv təsərrüfat fəaliyyətinə başlayana qədər torpaq eroziyası normal şəkildə 

getmişdir. Eroziya prosesinin əmələ gəlməsinə və inkişafına təbii-tarixi amillərdən 

– relyef, iqlim, sahənin geoloji-geomorfoloji quruluşu, torpaq əmələgətirən 

suxurların litoloji tərkibi, torpaq-bitki örtüyü böyük təsir göstərir. 

Yerin relyefi – yerin səthi düzən olmayıb, burada müxtəlif dağlara, relyef 

tiplərinə, yamaclara rast gəlinir. Belə ki, Böyük və Kiçik Qafqazda şiş zirvələrə, 

dərin dərələrə, şiddətli parçalanmış dağ yamacları və suayırıcılara rast gəlinir. 

Eroziya prosesinin əmələ gəlməsində sahənin relyefi böyük rol oynayır. 

Sahənin relyefi eroziya prosesinin əmələ gəlməsinin əsas amilidir. Relyefin eroziya 

prosesinin şiddətli getməsinə təsirini ətraflı izah etmək üçün axar suların işi və 

onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. 

Məlum olduğu kimi, kütlənin sərbəst düşməsinin sürəti düşmə hündürlüyünün 

kvadrat kökü ilə düz mütənasibdir:  

ܸ = ඥ2 ݃ℎ 

Burada v – sürət 

– cazibə sürəti = 9,8 m/san. 



h

 – düşmə hündürlüyü. 

 

Ona görə də eyni şəraitdə məhəlli eroziya bazisinin dərinliyi dörd dəfə 



artdıqda səthi su axınının sürəti təxminən ikiqat atrır. 

  Məlum olduğu kimi, sahənion meylliyi 

݅  =  





   düsturu ilə təyin olunur. 

Burada i – meyllik, h – artım və l – yamacın uzunluğu. Burada h = il onda 

ܸ =

ඥ2 ݃ℎ = ܸ = ඥ2 ݃ ݈݅ eyni zamanda ܸ = ܴ√݅ (burada r - əmsaldır); yəni eyni 



şə

raitdə sürət meylliyinin böyüklüyünün kvadrat kökü ilə mütənasibdir (Şezi 

qanunu). Eyni zamanda 

ܸ = ݉√݁  (m - əmsaldır), yəni sürət yamacın 

uzunluğunun kvadrat kökü ilə mütənasibdir. Buna görə də eyni torpaq-iqlim 



51 

 

şə



raitində sahənin meylliyi dörd dəfə artarsa, onda səthi su axınının sürəti iki dəfə 

artar; yamacın uzunluğu dörd dəfə artsa, bu axının sürəti iki dəfə artar. 

Səthi su axınının sürətinin artması öz-özlüyündə torpağın şiddətli yuyulub 

dağılmasına təsir göstərir. Belə ki, su axınının sürəti ikiqat artarsa, axının torpağı 

dağıdıcı qüvvəsi təxminən dörd dəfə artır; çünki kinetik enerji sürətin kvadratı 

qədər proporsional sürətdə artır. 

Yuxarıda gətirilən qanunlar su eroziyasının əmələ gəlməsi və inkişafı 

mexanizmini müəyyən şəkildə izah etməyə imkan verir. Çünki təbiətdə torpağın 

yuyulub dağılması çox mürəkkəb bir proses olub, bir sıra amillərin təsiri 

nəticəsində əmələ gəlir. Ümumiyyətlə, bitki örtüyü eroziya prosesinin qarşısını 

alır. Ancaq bitki örtüyünün vəziyyətindən, təkibindən, növündən asılı olaarq 

eroziya prosesinin intensivliyi dəyişir. 

V.V.Dokuçayevin dediyi kimi, “Əgər təbiət də riyaziyyat olsa idi, onda fiziki 

qanunlar təbiəıtdəki müşahidələri düzgün təhlil edərdi. Amma təbiət riyaziyyatdan 

xeyli mürəkkəbdir” və torpağn yuyulub dağılma prosesi göstərilən düsturlarda çox 

çətin əks olunur və bir-birilə qarşılıqlı əlaqədə olan kompleks amillərlə (ana 

suxurun xarakteri, suyun sızma sürəti, təbii və mədəni bitkilərin xüsusiyyətləri və 

vəziyyəti, becərmənin xüsusiyyəti, torpağın fiziki-kimyəvi, mexaniki tərkibi və s.) 

olduqca mürəkkəbləşir. 

Sahənin relyefi eroziyanın şiddətlənməsinə təsir göstərərək özü də eroziyanın 

təsirindən tədricən dəyişir. Belə ki, hazırda təsadüf etdiyimiz relyef və onun 

müxtəlif formaları – qobular, dərələr suyun dağıdıcı qüvvəsi təsirindən torpaqların 

tədricən yuyulması nəticəsində əmələ gəlmişdir. 

Eroziyanın şiddətli getməsinə yamacların meylliyi, uzunluğu, forması böyük 

təsir göstərir. 

Tədqiqatlar göstərir ki, meylliyi 15

0

 olan bitkisiz yamacda hər hektardan 280 



ton torpaq yuyulduğu halda, meylliyi 7

0

 olan yamacda hər hektardan 140 ton 



torpaq yuyulub aparılmışdır. 

 

                                                                                                                 Cədvəl  9 



Tədqiqat 

aparılan yer 

Sahənin 

vəziyyəti 

Suayırıcıdan 

ölçü 

meydançasına 

olan məsafə  

(m-lə

Meyllik dərəcəsi 

(

0



Yuyulmuş 

torpağın 

miqdarı 

(hektardan m

3

Şə

ki, cənub-şərq 



yamacı 

Örüş 


50 

120 


240 

350 


24 

13 


284,0 



138,4 

42,8 


16,5 

Şə

ki, cənub-şərq 



yamacı 

Tütün əkini 

100 

200 


300 

400 


500 





58,2 

45,3 


34,2 

18,5 


17,8 

Ismayıllı, şərq 

yamacı 

Buğda əkini 



100 

200 


300 

28 


25 

15 


210 

183,6 


140,8 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə