Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə54/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   50   51   52   53   54   55   56   57   ...   137

 
133
Totem həm də  əcdad atanın konkret və vahid bir şəxs kimi təsəvvür 
edilməsi idi. Bu da qədim insan sürülərində  təbii seçmə qanununun 
hökmran olduğunu və tayfa qadınlarını bir pəhləvan atanın mayalandır-
dığını və erkəklərlə dişilər arasında nizamsız seksual əlaqənin olmadığını 
təsdiq edir. Folklordakı müsbət pəhləvan surəti də bunun qalığıdır: fiziki 
cəhətdən hamıdan güclü olmaq sosial dəyər idi. Müharibələrdə ordudan 
qabaq pəhləvanların döyüşməsi  ənənəsi də buradan gəlirdi. Hərbi 
demokratiya deyilən şey də elə bununla bağlıdır və bu Orta əsrlərə qədər 
əksər cəmiyyətlərdə hakimiyyət yaradıcılığının  əsas forması olmuşdur. 
Yəni tayfa və sürü daxilində hakimiyyət hüququ qadınları  təkbaşına 
mayalandırmaq hüququ ilə eyniyyət təşkil edirdi (Monoqam ailə çox 
güman ki, qullara məxsus kollektivlərdə  və  cəmiyyətlərdə meydana çıx-
mışdır. Bunu İbrahim kimi qədim peyğəmbərlərin də həm əsas arvadları, 
həm də hərəmxanası olması təsdiq edir). 
Lakin ən qədim zamanlardan söz hakimiyyəti güc hakimiyyətindən 
davamlı  və sabit olmuşdur. Belə ki, pəhləvanların oğlanları mütləq pəh-
ləvan ola bilmirdi və atalarının yerini tuta bilmirdilər. Lakin kahinlər 
yazının sirlərini öz varislərinə ötürə bilirdilər. Ona görə hakimiyyətdə 
varislik prinsipi söz hakimiyyəti sayəsində meydana gəlmiş  və dünyəvi 
hakimiyyətin də irsi ötürülməsi prinsipi söz hakimiyyətindən alınmadır. 
 
 
2.11. Qədim dillər və xalqlar haqda 
 
Qədim yazılı dillər. Başlıqdan göründüyü kimi, biz dilləri xalqlar-
dan  əvvələ qoymuşuq. Bu o deməkdir ki, dillər xalqlardan əvvəl forma-
laşıb və biz irəlidə bu barədə müəyyən qeydlər demişik. Hər xalq özünə 
dil yarada bilməzdi, çünki indiki xalqların çoxu sivilizasiyanın yaranması 
prosesində bilavasitə  iştirak etməyib və bu prosesə sonradan qoşulublar. 
Lakin romantizm erasından başlayaraq xalqlar tarixin subyekti kimi qəbul 
olunur və onlar öz dillərinin yaradıcısı hesab edilir. Lakin bu belə deyildir. 
Dillərin yaranması  qədim quldar dövlətlərində yazıda fonetik söz işarə-
sinin tətbiqindən doğmuşdur. Misir, Şumer, Babil və başqa dövlət-siviliza-
siyaların etnik-milli mənsubiyyəti yox idi və ola da bilməzdi, çünki o 
zaman qullar əsas kütlə idi, onların isə etnik mənsubiyyəti sosial bir fərq 
kimi hələ mövcud deyildi. Ona görə  də bu gün qədim mədəniyyətləri: 
Şumer, Misir, Babil, Yunan və s. mədəniyyətləri milli baxımdan lokallaş-
dırmaq cəhdlərinin elmlə heç bir əlaqəsi yoxdur və bunu ancaq məişət 
millətçiliyinin bir şəkli saymaq olar. 


 
134
Qədim dillərin hamısı söz yazısından istifadənin nəticələri olan 
tarixi epizodlar idi. Yazıdan istifadə  mədəniyyəti isə  tək-tək sənətkarlar, 
maarifçilərlə bağlı idi və bu peşədə etnik mənsubiyyət yox idi. Sosial söz 
yazısının dünyada iki variantı var: biri Uzaq şərqdəki fonetik sözü səslərə 
parçalamadan onu bütövlükdə heroqliflə  işarə edən yazıdır. Bu yazı 
ancaq sözləri görmə ilə identifikasiyaya əsaslanır, eşitmə ilə identifikasiya 
ilə isə heroqlif-sözlər dolayısı ilə, ancaq şifahi nitqdə bağlı olur. 
İkinci yazı növü isə Yaxın  Şərqdə yaranan və elmdə finikiyalılara 
aid edilən fonetik yazıya  əsaslanan sistemidir. Fonetik yazıda  söz—bir 
neçə fonemlik səs sırası sayılır  və belə sözü tanıma görmə  və  eşitmə 
qabiliyyəti ilə bir-birini tamamlayır. Bunun nəticəsi olaraq bu yazı siste-
mindən doğmuş hind-Avropa dilləri arasındakı leksik yaxınlıq indiyə 
qədər aşkar şəkildə qalmışdır. Lakin heroqlifik yazıda səs identifikasiyası-
nın yazı ilə birbaşa bağlı olmaması bir kökdən olan yazı sistemlərini və 
şifahi dilləri bir-birindən uzaqlaşdırmış  və dialektlər arasında tanınmaz 
yadlaşma yaratmışdır. Hind-Avropa dillərində dialektləşmə belə  dərin 
getməmişdir. 
Bu iki yazı sistemini ən qədimlərdən  yazının bir-birindən ayrı 
olan iki müstəqil sivilizasiya ocaqlarında yaranmasının nəticəsidir. 
Fonemlərdən istifadə ilə bağlı yazının bizə məlum tarixi formaları barədə 
nə qədər fərqli elmi təsəvvürlər yayılmış olsa da, onlar bir kökdəndir. Ona 
görə Yaxın  Şərqdəki qədim yazı  mədəniyyətlərini, Misir, Akkad və 
Suriya, hətta Yunan mədəniyyətlərini bir-birindən ayrı  və müstəqil 
mədəniyyətlər kimi təqdim etmək  ənənəsi böyük bir səhvdir və dillərin, 
təfəkkürün inkişaf tarixini düzgün təsəvvür etməyə mane olur. Ən azı yazı 
sisteminin vahidliyi, söz yaradıcılığının və bazasının ümumiliyi ilə bu 
yazılı  mədəniyyətlər ayrılmazdır. Leksik bazanın eyniliyi bütün hind-
Avropa dillərində isimlərin 60-80 faiz eyniyyəti ilə nəticələnib. Məhz bu 
isimlər yazılı dilin söz bazasının ən qədim hissəsidir. 
Qədim  ədəbi dillər.  Qədim  ədəbi dillər haqqında danışmaq çox 
çətindir. Çünki bu ədəbi dilləri bilən tək-tək mütəxəssislər olub. Onlara da 
ancaq bu mütəxəssislərdən biri tənqidi yanaşa bilərdi. Bu da çox az baş 
verib, çünki qədim dil mütəxəssislərini adətən onların bir-iki tələbəsi 
davam etdirib və onlar öz elmi məktəblərinə tənqidi münasibətdə olmayıb-
lar. Ümumilikdə isə  qədim dil mütəxəssislərini iki qrupa bölmək olar: 
onların bir hissəsi ayrı-ayrı qədim dilləri müxtəlif mədəniyyətlərə məxsus 
sayırdılar. İkinci qrup alimlər isə həmişə qədim ədəbi dillər arasında ox-
şarlığa diqqəti cəlb etmişlər. Bu sonuncular qədim dilləri yaxşı bilirdilər. 
Qədim dillərdən danışanda adətən sami, İran və yunan dillərini və onların 
ləhcələrini müxtəlif dillər kimi təqdim edirlər. 


 
135
Lakin bu əsassızdır. Məsələn, mütəxəssislər qədim Suriya dilini di-
gər sami dillərdən kəskin şəkildə ayırırlar, xüsusilə yəhudi dilləri haqqın-
da xüsusi şəcərə düzəldirlər. Eyni zamanda qeyd edilir ki, İsa Məsihin za-
manında Fələstində Suriya dilində danışırdılar. Bunun mənası odur ki, hə-
min dövrdə yazılı  ləhcə Suriya ləhcəsi idi və qalan çoxsaylı  ləhcələr isə 
(onların adlarının çoxu tayfa adlarıdır) onun şifahi ləhcələri idi. Amma 
əsas həqiqət odur ki, həm yazılı və həm də şifahi variantda bu dillər vahid 
yazılı dilin ləhcələri idi. Əhmənilər imperiyasının da Suriya dilindən 
istifadə etdiyi deyilir. Əslində yenə  də söhbət o zaman tərəqqi etmiş 
qədim Suriya yazı dillindən gedir. Və  həm  İran dilləri, həm də yunan 
dilləri bu yazılı dilin ləhcələri idi. Qədim dillər barədə kitablarda çoxsaylı 
qədim sami dilin adını tapmaq olar: akkad, ərəb, ivrit, qədim yəhudi
malta, moabit, Samariya, sokotriya, uqarit, Finikiya və s. Əslində bunlar 
bir yazının dialektləridir. Lakin bu dilin ləhcədə olan hər növbəti yazı 
materialının tapılması  və onların oxunuşundakı  çətinliklər yeni dillər 
barədə söhbətlərə  və elmi müzakirələrə çevrilib. Bu qədim dilləri yanlış 
təsəvvürdən doğur, o biri tərəfdən isə dilləri pis bilən mütəxəssislər tapılan 
mətnləri oxuya bilmirdilər. 
Bu çətinlik 1) fonem sisteminin o zaman zəif inkişafı, 2) sözlərin 
bir qayda olaraq ləhcə variantında yazılması, 3) orfoqrafiyanın yoxluğu ilə 
bağlı idi. Ona görə qədimdə də mətnləri əzbərləmək qayda idi, hətta Qura-
nı əzbər yadda saxlayan ravilərin varlığı məlumdur. Əzbərləmə – mətnin 
oxunması problemini həll edirdi, mətnin identik qavrayışını təmin edirdi. 
Ona görə qədim yazılı dillərə, hətta müqəddəs kitabların dilinə belə ədəbi 
dil demək bir şərtilikdir. Qədim mətnlərin oxunması problemi məhz bu 
xüsusiyyətdən gəlir. Tarixdə ərəb lüğətçiliyi deyilən hadisənin özü qədim 
mətnləri oxuma problemi ilə, başqa sözlə  qədim yazılarda yazılı sözün 
özünün identikliyinin hələ problem olduğunu əks edir. Bu lüğətlər Qura-
nın birmənalı başa düşülməsi niyyəti ilə yaradılırdı. 
Ona görə  qədim mətnlərdəki sözləri müasir identik sözlə tam 
eyniləşdirmək olmaz. Müasir ədəbi dillər identik orfoqrafik sözə əsaslanır, 
qədim yazılı mətnlərdə isə sözün qrafik şəkli ilə onun tələffüzü arasında 
tam eyniyyət yoxdur, böyük şərtiliklər vardır. Ona görə tapılan qədim 
yazıların oxunması zamanı sözün mənasını onun səslənmə variantından 
çox, yazı  şəklinə görə identifikasiya etmək lazımdır. Eyni əlifbada yazı-
lan, lakin sözləri çətin oxunan, çətin tanınan mətnlərə yeni bir dil kimi 
yanaşmağa başlayıblar. Beləcə  qədin yazının hər ləhcə variantına onu 
daşıyan tayfanın adı ilə xüsusi ad verib və nəticədə hind-Avropa dillərini 
tarixi və xəritəsi psevdoelmi dumana bürünüb. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə