Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə52/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

 
128
aparılır. Lakin bildirilən şeylər və hadisələr konkret obrazlar əsasında və 
timsalında təqdim olunur, yəni birinci siqnal sisteminin təsəvvürləri 
əsasında aparılır. Bu bir tərəfdən ibtidai sözlərin hələ konkret həyat 
təsəvvürləri (canlı obrazlar) ilə ayrılmaz olduğunu göstərir. O biri tərəfdən 
isə insanların birinci siqnal sistemini daha səhih sayması ilə bağlıdır. 
Mİf ilkin suallarla bağlı idi və  hələ ibtidai insanlar doğulma və 
ölümü, yad və qohumu, təbiət hadisələrinin səbəblərini bizim mif adlan-
dırdığımız izah-düşüncə üsulu ilə  təsəvvür etməyə çalışırdılar. Ona görə 
mif dünyanın izahı kimi elm, sübutsuz izah kimi fəlsəfə, arqumentlərin 
mistikliyinə görə din idi. Mif həm də ədəbiyyat idi, çünki dünyanın fərdi 
obrazlara  əsaslanan obrazını yaradırdı  və bu yaradıcılıq bütün hallarda 
dünyanı təsvir və izah etmək üsulu idi və indi belə olaraq qalır. Qədim in-
san səbəb-nəticə əlaqələrində ancaq insan iradəsindən, onun hərəkət qabi-
liyyətindən çıxış edirdi. Məsələn, yağışın səbəbini təsəvvür edə bilmirdi-
lər, ona görə onu da hansısa fərdi iradə kimi təsəvvür edirdilər: sayırdılar 
ki, yağış yağmırsa, demək bunu istəmir. Yağış allahı yağışı öz iradəsi ilə 
yağdıran insandan başqa bir şey deyildi. Dəniz, torpaq, günəş Allahları da 
insan kimi iradəsi və öz istəyi ilə  qərar vermək qabiliyyəti olan insanlar 
idi. Mifdə insan iradəsinin məntiqi hər  şeyə köçürülür. Allahlara qurban 
verilirdi, çünki onların da aclıqdan azğınlaşdığı təsəvvür olunurdu. 
Qədim insanlar bir-birinin ətini də yeyirdilər.  İnsanların qurban 
verilməsi mərasimi də bunun qalığıdır.  İbtidan müharibələrin qalibləri 
əsirləri yeyirdilər. Bu da Allahlara köçürülüb və onlara güclülər və qalib-
lər kimi insan qurbanları göndərilirdi ki, onları yeyib yerdə qalan insanlara 
qarşı mərhəmətli olsunlar. Axı ən qədin müharibələr aclıq və yemək prob-
lemi ilə bağlı idi və bu məsələni həll edirdi. Əgər yağış allahı  qəddarlıq 
edirdisə, yağış yollamırdısa, sayırdılar ki, müharibə edib məğlubları yeyən 
insanlar kimi, yağış allahı da acdır, ət (qurban) tələb edir. 
Mif haqlı olaraq ədəbiyyata aid edilir və onun rüşeymi sayılır. 
Mifin fəlsəfə və din olması düzgün olduğu kimi, onun ədəbiyyat sayılması 
da düzgündür. Ədəbiyyat bir növ ibtidai mif yaradıcılığının – dünyanı izah 
etmək, söz-obrazda bildirmək sənətinin davamadır.  
Ədəbiyyatda mifdən iki fundamental keyfiyyət qalmaqdadır. Bun-
lardan birincisi dünyanın ədəbiyyatda yaradılan obrazının insanlar tərəfin-
dən mistik şəkildə, din kimi dəlil-sübutsuz ciddi qəbul edilməsi, qavran-
masıdır. Bu, dünyanın dini səkildə izah edilməsinin bir şəklidir və insan 
şüurunda bunun üçün əsasların varlığını təsdiq edir. Müəyyən hadisə  və 
obraza dini məntiqlə, sübut istəmədən, şübhə etmədən inanmaq təfək-
kürün fundamental prinsipidir.  İkinci siqnal sistemi, sözlərlə  təsvirə 
inanmaq bu prinsipə  əsaslanır.  İnsanlar sözlə adlandırılan, identifikasiya 


 
129
edilən  şeylərin düzgünlüyünə inanır. Məsələn, itlərin çoxlu növləri və 
cinsləri vardır: amma biz itlər haqda kitab oxuyanda heç vaxt görmədi-
yimiz it şəkillərindəki obrazların it olduğunu sübutsuz olaraq qəbul edirik. 
Bu, sözlər vasitəsi ilə  əşya, hadisə  və  məfhumların tanınmasının, identi-
fikasiyasının mistikliyindən doğur. 
Romanda və dastandakı  bədii obrazların oxucu tərəfindən  şərti bir 
reallıq kimi qəbul edilməsi də buna əsaslanır. Bu, dildə, yəni ikinci siqnal 
sistemində mistik bir şərtilik olmasından gəlir. Hətta elə adamlar var ki, 
oxuduğu, televiziyada gördüyü hər şeyi həqiqət kimi qəbul edir. İncəsənət 
və  ədəbiyyata adamların meylində bu mistisizmin əlamətləri vardır. Mif 
mistisizmi sübutsuz inamdır, yəni demək olar ki, insanların obyektiv 
olaraq mövcud olmayanları həqiqət kimi qəbul etməyə meylliliyidir. 
Bu meylliliyin səbəbi nədir? Yəqin odur ki, ikinci siqnal sistemində 
və onun vasitəsi ilə yaradılan obrazlar insanlarda real şey və hadisələrin 
yaratdığı emosional təəssüratları yarada bilir. Mif və  ədəbiyyat həm də 
insanın sublimasiyaya meylidir, çünki sublimativ və ya mistik aləm, yəni 
dünyanın dil vasitəsi ilə yaradılan virtual obrazları  və bildirilmələri 
insanların yoxsul emosional daxili həyatını yeni yaşantılarla zənginləşdi-
rir. Bu yaşantıların mistik, sublimativ xarakteri insan üçün, elə müasir 
insan üçün də fərqsizdir. Hətta biz görürük ki, kino və televiziya, kompü-
ter formasında insanları sublimativ yaşantılara və yaşamaya meylliliyi 
artır. Bu mənada, dediyimiz sənət növlərinin funksiyası qədim cəmiyyət-
lərdə dinin daşıdığı mistik funksiyanı da ehtiva edir. 
Beləliklə müasir ədəbiyyat və incəsənət iki ayrılmaz başlanğıcın 
vəhdətidir: insan həyatının müəyyən həqiqətlərini birinci siqnal sisteminə 
xas görümlü obrazlarda (bilik və informasiya kimi) bildirmək, ikinci isə 
bu şərti izahatda yaranan dünya obrazını mistik həqiqət kimi qəbil etmək, 
bu obrazı izləmə prosesində onu emosional həqiqət kimi sublimativ və 
mistik səkildə yaşamaq. Bu mif və ədəbiyyatın idraki və əyləndirici funk-
siyalarının ayrılmazlığıdır. Ədəbiyyat bütün hallarda mifdir, həqiqətin 
sublimasiyasıdır və mistikadır, eyni dərəcədə  ədəbiyyat dünyanı  və 
müəllifin öz ekzistensiyasını şərh etməkdir, fərdi miflərdir. Sübutsuz, 
insan həqiqətinin variantıdır. 
Mifin dünyanı izah etmə funksiyasının davamı  mənasında  ədəbiy-
yat da elmdir. Lakin ədəbiyyat elmi konkret biliyə, obrazın fərdiliyinə 
əsaslanır, fərdi təcrübənin həqiqət sublimasiyasıdır. Müasir elm də dünya-
nı izah edir, lakin bunu terminlər, mücərrəd məfhumlarla edir. Elmin 
mifdən fərqi bir də onun həqiqəti bilmə iddiasıdır. Mifdə və ədəbiyyatda 
isə həqiqət – iddiasızdır, şüurlu olaraq şərti, sublimativ və mistikdir. Hər-
çənd ki, müəyyən dövrlərdə elmin nailiyyətlərini bədii şəkildə ifadə etmək 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə