Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə49/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

 
121
ması üçün, ikinci siqnal sisteminin qüdrətli yaddaş aləti kimi formalaşma-
sı üçün yol idi. Həm də müəyyən normalara əsaslanan müasir cəmiyyətin 
formalaşması üçün insanların girdiyi ilk ibtidai ictimai müqavilə idi. 
2. İşarə (şəkil) keçmişə və gələcəyə açılan pəncərə idi, faktiki ola-
raq zaman kateqoriyasının yaranması idi. İşarə xatırlama effekti yaratmaq-
la insanın öz yaxın keçmişinə yol aşdı.  İkinci tərəfdən işarəni tanımaq 
gələcək zamanı yaratdı, bir imkan kimi indiki davamedici zamandan 
çıxmaq imkanı yaratdı. Bu imkan gələcəyin özü idi, dünyanı dəyişən bilən 
insan iradəsinin meydana çıxması idi. 
3. İşarə kollektiv, sosial yaddaş daşıyıcısı kimi kollektiv iradə üçün 
fərdi pəhləvan iradəsinin digərlərinə diktə edilməsi üçün yol açdı. Bu, 
birinci  şəxs tərəfindən ikinci və üçüncü şəxslərin, fərdlərin və kollektiv-
lərin də idarə edilməsini mümkün etdi. Hakimiyyətin və dövlətin yaran-
masına və təkmilləşməsinə yol açdı. 
4.  İşarə  və ona əsaslanan yazı ikinci siqnal sistemini yaratdı. Bu 
sistem insan yaddaşında dünyanın virtual mənzərəsini yaratdı.  İşarə 
yaddaşın tanıma mexanizmində inqilab idi. İnstinktiv yaddaşdakı saysız-
hesabsız instinktiv qavrayış materialında sistem yaradır və onları yaddaş 
kimi məfhumlar üzrə sistemləşdirməyə imkan açırdı. 
5. İşarə yazısı yaddaşı real şeylərdən və hadisələrdən uzaqlaşdırdı, 
təcrid və abstraksiya üçün imkan yaratdı. İnsanlar görmədikləri, hətta real 
olaraq mövcud olmayan hadisələri yaddaşda saxlamağı bacardılar. Bu da 
dünyanın izahı idi, ilk miflərin yaranması idi, elmi fərziyyə və gümanların 
yarana bilməsi idi. Güman etmək qabiliyyəti, yaddaşda dünyanın hadisəvi, 
prosesvari mənzərəsini yaratmaq qabiliyyəti insan iradəsi tarixində inqilab 
yaratdı. 
6. Söz-işarə yaddaşı qavrayış yaddaşının davanı idi, onun bir 
forması idi. Söz-şəkillər maddi forma idi. Lakin elə forma idi ki, onun 
konkret maddi qarşılığı yox idi, ilkin maddi dünya ilə bağlı deyildi. Bu 
artıq insanın öz iradəsinin maddi məhsulu idi. Dünyanı insan yaddaşında 
əks etmək istiqamətində inqilab idi. 
Uşaq təzə doğulanda təkcə dili yox, heç işarə dilini də bilmir. Lakin 
insanlar arasında böyüyəndə dili və  işarə sistemini 2-3 ilə öyrənir. Bu 
ondan doğur ki, işarələri yadda saxlaya bilmək son 50 min ildə insan gen-
lərinə keçmiş irsi bir imkandır. İşarə yazısının və yaddaşının tarixi 90 min 
il, söz yazısının tarixi isə 5-6 min ildir. Məhz işarə dili 90 min il ərzində 
ibtidai təfəkkürü – dünyanın işarəvi mənzərəsini yadda saxlaya bilməyi 
formalaşdırmışdır. 
Sözlər bir-birinə qoşulub  söz birləşməsi, söz sırası yaradır. Yad-
daşda isə söz-işarə  sırası ona uyqun yaranan obraz sırasına çevrilir. 


 
122
Beləliklə, insanın istifadə etdiyi söz birləşmələri və cümlələr yaddaşda 
obraz sırası və obraz kombinasiyası yaradır, obrazlar arasında müvəqqəti 
rabitələr yaradır. Ona görə mətnin də ən sadə psixoloji tərifi belə ola bilər: 
mətn – fərdlərin yaddaşında  əzbər  şəkildə mövcud olan və özünə 
uyqun müvəqqəti və bir-biri ilə əlaqəli obraz sıraları qıcıqlandıra və 
yarada bilən sintaktik birləşmələrdir
Şifahi mətnlər dil daşıyıcılarının  əzbər bildiyi söz sıralarının məc-
musudur. Lakin ancaq bir adamın əzbər bildiyi söz sırası dil funksiyası da-
şıya bilməzdi. Mətn həm də əzbər bilinən söz sıralarının kollektiv bilinən, 
hamı tərəfindən, çoxlu dil daşıyıcıları tərəfindən istifadə edilə bilən hissə-
sidir. Yazını  mətnə çevirən onun çoxlu dil daşıyıcısı  tərəfindən identik 
şəkildə başa düşülməsi və istifadə edilməsi imkanıdır. Mətn bilgisi – dilə 
cəmiyyətdə kollektiv bələdlik və ondan kollektiv istifadə funksiyasıdır. 
Deməli, yaddaşda obraz sırası yarada bilməyən yazılar mətn deyil
çünki ixtiyarı bir yazı, söz sırası yaddaşda obraz sırası yarada bilmir. 
Məsələn, insanlar bilmədikləri dildə yazılan yazıdan heç bir informasiya 
ala bilmirlər. Bu o deməkdir ki, fərdin mətn bilgisi onun dil bilgisinin 
əsasıdır. Deməli, insan əzbər bildiyi və ya işarə sırası kimi istifadə etmək 
üçün variant kimi bildiyi söz işarələrindən istifadə edə bilir. 
Sadələşdirib deyə bilərik ki, adi şərti işarə sistemi olan yazı sıraları-
nın dil daşıyıcısının yaddaşında  əzbər mövcud olan hissəsi onun üçün 
mətn olur – başqa sözlə yaddaşını idarə edə bilən alət olur. Amma dil da-
şıyıcısının əzbər bilmədiyi işarə sıraları onun yaddaşı üçün yazı olaraq qa-
lır, boş formaya çevrilir.  
Mətn – söz-işarələri sırasının funksional şəklidir, fərdin istifadə edə 
bildiyidir, dildən  əzbər bildiklərinin məcmusudur. Bir adamın məktəbdə 
əzbərlədiyi şeir onun yaddaşından silinəndən sonra bu şeirin həmin adam 
üçün mətnlik funksiyası aradan gedir. Amma bu şeirin özünün hansı kitab-
dasa yazı  işarələri sırası kimi mövcudluğunu aradan qaldırmır. Beləliklə 
söz sırasının mətnlik xassəsi həm də onun dilin ünsiyyət və informasiya 
ötürmə funksiyasında istifadəsi kimi yaranır. 
 
 
2.9. Söz-mif. Onun mifliyi və mistikliyi, 
 obyektliyi və subyektliyi 
 
Sözün və ondan doğan digər söz sıralarının işarəvi təbiəti adamların 
ondan istifadəsi zamanı paradoksal bir vəziyyət yaradır: insanlar əzbər 
bildikləri söz sıralarından və söz birləşmələrindən istifadə edərkən həmin 
sözləri, cümlələri özlərinə məxsus sayırlar. Heç kəs danışanda uşaqlıqdan 


 
123
öyrəndiyi sözlərdən avtomatik istifadə etdiyini, bütün danışdıqlarının 
variant olduğunu, təkrar olduğunu nəinki hiss etmir, hətta danışığı  və 
yazını öz yaradıcılığı, öz şəxsiyyətinin funksiyası sayır. Söz adamların 
ağzından çıxan kimi sanki müstəqil bir həyat və sosial status qazanır: onu 
söyləyən də ona öz iradəsini ifadə edən fakt kimi inanır. Eşidənlər də 
həmin sözü azı hərfi mənada və operativ nəticə verməli olan bir informasi-
ya kimi qəbul edirlər. Şifahi söz söylənən kimi yox olur, amma insanlar, 
məsələn hərbi qulluqçular, onu fakt kimi qəbul edir, ona şübhəsiz yanaşır 
və icra edirlər. Bu icra bəzən ölümə getmək əmri də ola bilər. 
Başqa bir misal: cavan oğlan istədiyi qıza yüz illərlə təkrar olunan 
sözlərlə eşq elan edir və bu halda deyir: “Mən cəni sevirəm”. Qız da bu 
sözlərə inanır, onları oğlanın iradəsinin ifadəsi kimi qəbul edir və heç şüb-
hələnmir ki, minlərlə adam onlardan da əvvəl bu sözlərdən istifadə edib və 
əslinə qalanda bu sözlərin səmimiliyinə şübhə etmək üçün böyük əsaslar 
vardır. Lakin adamlar sözlə belə eşq elan edilməsini adətən səmimi qəbul 
edirlər, ona səmimi də inanırlar.  
Üçüncü bir misal: müasir adamların da böyük bir hissəsi fiziki 
qanunları yaxşı bilsələr də, ruha, cinə, şeytana, damdabacaya və s. mistik 
şeylərə inanırlar. Bu inam nəyə  əsaslanır? Həmin adamlar sadəcə olaraq 
bu barədə uşaqlıqdan dəfələrlə eşidiblər və ya oxuyublar. Amma heç bir 
zaman onlara cin və  şeytan kimi mistik
6
 məfhumların arxasında real 
nəyinsə mövcudluğu sübut olunmayıb. Amma insanlar onlara inanırlar. 
Misallardan nəticə kimi deyə bilərik: mif (yunanca – söz, söhbət) – fərdi 
düşüncənin sözlərə və mətnlərə dəlil-sübutsuz inanmaq xassəsidir. Məsə-
lən, ədəbi və estetik qavrayış bütünlüklə söz və mətnlərə ( görümlü obraz-
lara) insan düşüncəsinin təbii bir inamı üzərində qurulur. Bir hekayəni 
oxuyan oxucu kitabı  əlinə alan kimi həmin  əsərə mif kimi yanaşır, ilk 
cümlədən orada yazılanları şərti də olsa, bir reallıq kimi qəbul edir. Bun-
suz ədəbi qavrayış, estetik hadisə yarana bilməz. Əslində, ədəbi və ümu-
miyyətlə, incəsənət  əsərləri ilə insanların təması  və ünsiyyəti, kontaktı 
fərdin düşüncəsinin təbii və  fərdi mifdüzəltmə ehtiyacına  əsaslanır. 
Yəni istənilən əsəri oxumaq, bədii əsərlə təmasa girmək fərdi düşüncənin 
onu sərti və gerçək bir reallıq kimi qəbul etmək və  həm də  həmişə 
könüllü,  şüurlu qəbul etmək hazırlığı ilə müşayiət olunur. Mifin insan 
təbiətindəki psixoloji əsası elə budur, fərdi düşüncənin, iradənin söz və 
mətnlərə dəlil-sübutsuz inanmaq xassəsinə əsaslanır. İnsanın belə inanmaq 
xassəsinin iki əsası vardır: 
                                                 
6
 Mistika deyəndə biz maddi mövcudluğu görünməmiş və sübut olunmamış dini və ədəbi 
məfhumları nəzərdə tuturuq. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə