Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə46/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

 
113
Dillərin xalq dili sayılması sonrakı dövrə, yəqin ki, şifahi dilin daha 
genişləndiyi dövrə aiddir. Bu mərhələdə yazıda artıq müəyyən regionda 
adamların çoxunun bildiyi sözlərə üstünlük verilmişdir. Yəni mətn yazan-
da əvvəlki kitabdakı sözlərdən istifadə bir prinsip olmuşdur. Lakin kitabın 
hansı mədəni regionda yazılması mühüm sayılmamışdır. Hesab olunub ki, 
söz kitabda işlənibsə, o mötəbərdir və nə qədər adamın onu anlamasından 
asılı olmayaraq onu işlətmək olar. Məsələn, bizim XIV əsrdə yaradılan 
klassik dini şeir üslubunda da belə olmuşdur. Çox zaman sözləri onu 
yazan müəllifdən başqa heç kəs bilmirdi .Bu sözlər dini maarif sayəsində 
sonralar öyrənilir və yayılırdı. İlk yazılı dillərin təşəkkülü zamanı sözdən 
istifadə belə olmuş  və bu qayda təxminən intibah dövrünə  qədər elmi 
termin yaratmanın  əsas prinsipi olmuşdur. Həmin dövrdə  tərcümə haqda 
təsəvvür olsa da şifahi dillərdə sözlər az idi. 
Yunanıstanda bizim ədəbiyyat saydığımız mifoloji süjetyaratma 
prosesi isə əslində bütpərəst maarifçiliyi dövrü idi. Homer və ondan əvvəl-
ki və sonrakı süjetlər, yunan faciə  mətnləri hazır yunan dilindən istifadə 
etmirdi. Bu mifyaratma prosesi elə  həm də yunan dilinin şifahi danışıq 
mədəniyyəti kimi yayılması  və kütləviləşməsi dövrü idi. Bu prosesin 
mahiyyətini anlamaq üçün monoteizmin yayılma dövrünü xatırlamaq olar. 
Monoteizmin peyğəmbərləri özlərini həqiqət və  işıq carçısı kimi təqdim 
edir və bir olan Allahı insanların xilas yolu kimi dünyada yaymağa 
çalışırdılar. 
Qədim Yunanıstanda mifik süjet yaradıcılığının yayılması dövrü də 
bunun bütpərəst analoqu idi. Məlumdur ki, yunan tayfaları böyük icmalar 
şəklində yaşayırdılar və bu icmalarda torpaq mülkiyyəti kollektiv olduğu 
kimi, büt-allahlar da tayfa xarakteri daşıyırdı. Hər tayfanın bütü onların öz 
əcdad-totemləri saydıqları  qəhrəmanları, qoruyucuları idi. Yunan dilində 
dilaçmadan sonra bu qəhrəmanlar haqqında süjetlər yayılırdı: yunan tayfa-
ları onları real güc saydığına və onların təhlükəsizliyinin qoruyucusu bil-
diyinə görə onlara pərəstiş edirdilər (sitayiş monoteizm dövründə yaranır). 
Yunan mifologiyasına hazır süjet bazası kimi yox, çoxbütlü (çoxal-
lahlı demək dəqiq olmaz) inamların fəal yayılma və  təbliğat dövrü kimi 
baxmaq daha dəqiqdir. Y.e. əvvəl 1Y-1 əsrlərdə  əsas yunan allahlarının 
heykəlləri hazırlanır, keramika üzərində  şəkilləri çəkilirdi və onlar üçün 
məbədlər tikilirdi. Bizin yazıçı kimi tanıdığımız müəlliflərin çoxu bu 
məbədlərin kahinləri idi. Bu mifik bütlər (onları adətən yunan allahları 
adlandırırar ki, bu səhvdir) və onların yaradılması, süjetləşdirilməsi əslin-
də mifyaratma prosesinin özü idi, bu mifyaratmanın bütün sistemə çevir-
mək və tamamlamaq cəhdləri idi. Tarixi baxımdan yanaşdıqda bu cəhdlər 


 
114
monoteizmə  qədər davam edir və monoteizmlə tamamlanır. Bəşəriyyət 
birmiflilik erasına daxil olur. 
Lakin Yunanıstanda faciə janrının özü də Dionisi kultuna pərəstişlə 
bağlı idi və bu dərsliklərdə kifayət qədər dəqiq əksini tapıb. Faciə yazan-
ların, mifləri danışanların kahin sinfinə  mənsubluğu  şübhəsizdir və xris-
tianlığın yaranması ərəfəsində bu təsəvvürlər möhkəmlənmişdi. 
Yunanıstanda mifoloji mətnyaratma tayfa və tayfa birləşməsi olan 
cəmiyyətlərdə  məxsusi bütlər sistemini və onlar barədə  təsəvvürləri sis-
temləşdirmək prosesi gedirdi. Antik mifyaratmada və mifsöyləmədə, xü-
susilə yazıya aludəlikdə təqlid elementi var idi: yunanlar qonşu mədəniy-
yətlərdə öz böyük bütlərinin haqqında süjetlərin kitablaşdığını bilirdilər. 
Bu kitablaşdırmaq meyli mistik bir inam idi, pərəstişin qoruyucu bütlərin 
gücünü artırmasına inam idi.  
Bu inam bizim üçün yazı dilinin yayılmasını izah edən  əsas tarixi 
səbəblərdən biri idi. Çünki söz və yazı insanlar üçün gerçək dünyadan 
başqa ikinci bir dünya obrazı yaratdı. Bu obraz qədin adamların yaddaşın-
da olsa da, insanlar onun gerçəkliyin davamı olduğuna inanırdılar. Yəni 
dünyanın reallığından başqa mistik bir söz və təsəvvür obrazını real möv-
cudluq kimi qəbul edirdilər. Mistisizm də dildən istifadənin köklü qüsurla-
rından biri idi: mistika insanı reallıqdan çox, fantaziyadakı obraza, əslində 
ancaq sözdən ibarət olan obraza inandırır və bağlayırdı. Hətta “İlliada” və 
“Odisseya”dakı dramatik müharibələrin  əsas rejissoru Allahlar, xüsusilə 
Zevs kimi təsəvvür edilirdi. Əsərin məntiqinə görə müharibəni onlar 
törədir və istədikləri tərəfin qələbəsi ilə bitirirlər. 
Bu, bəşəriyyətin mistisizm dövrünü açdı.  
 
 
2.7. Yazılı dil və mətn anlayışı 
 
Dilçilikdə  ədəbi dil anlayışını  ən çox normativliklə  və bunun 
mühüm əsası kimi mətbuat dili ilə bağlayırlar. Sayılır ki, ədəbi dil qram-
matik və leksik tərkib baxımından sabitləşmiş dildir. Belə normativlik ya-
zılı  mətnlərin bütün oxucular tərəfindən birmənalı başa düşülməsi üçün 
imkan yaradır. Elə buna görə sabitləşməmiş qədim dillərdə olan material-
ları ancaq tarixçilər və  məhdud sayda mütəxəssislər başa düşür. Belə 
mətnləri ədəbi dildə yazılmış saymaq çətindir. 
Bu mənada ədəbi dillər sivilizasiyanın tərəqqisi, yazılı informasiya-
nın sonrakı nəsillərə ötürülməsində böyük, əvəzsiz rol oynamışdır. Əslin-
də  mədəni informasiya aləti olan ümumiyyətlə dil yox, onun ümumişlək 


 
115
forması olan ədəbi dillərdir.  Ədəbi dilin mahiyyəti onda sözlərin və 
terminlərin yekməna  şəkildə  işlədilməsi ilə bağlıdır. Bunun nəticəsində 
latın dilində gördüyümüz kimi, dili daşıyan xalq tarix səhnəsindən getsə 
də, onun yaratdığı  ədəbi dildə yazılan informasiya mətnlər  şəklində 
yaşayır və digər xalqların nümayəndələri tərəfindən başa düşülür və 
istifadə edilir. Antik dövrdə bar-bar adlandırılan indiki Avropa xalqları öz 
ədəbi dilləri formalaşana qədər latın ədəbi dillindən elm və rəsmi katolik 
kilsəsinin beynəlmiləl dili kimi istifadə etmişlər. 
Ədəbiyyat da mədəni hadisə kimi yalnız yazılı dil vasitəsi ilə möv-
cud olur və onun ən yetkin üslubunu – bədii dili yaradır.  Ədəbiyyatdan 
danışmaq üçün dilin, tədris prosesində öyrənilən  ədəbi dilin varlığı ilkin 
şərtdir. Adətən hesab olunur ki, əvvəlcə hazır, yetkin şifahi dillər olub və 
bu dildə folklor olub. Lakin əslində belə deyildir. Folklorun bütün forma 
və janrları kitab dilində formalaşıb və bundan sonra əzbər mətn kimi 
yayılıb və yaşayıb. 
Yazılı dilin ən əsas funksiyalarından biri onun informasiya daşıma 
aləti olmasıdır. Ədəbi dil olmadan az-çox mədəni informasiyanı əks etdi-
rən mətnlər yaratmaq mümkün deyildir. Bu mənada  ədəbi dil həm də 
fikirləri, bədii və elmi informasiyanı konkret bir dildə ifadə etmək üsulla-
rının məcmusudur.  Ədəbi dilə çevrilməmiş  şifahi dildə nitqi təşkil edən 
əsas vasitə intonasiyadır. Lakin yazılı dil yaranandan sonra cümlədə söz 
sırasını  və sözlər arasında məna  əlaqələrini yaradan qanunlar- sintaksis 
yüksək dərəcədə  tərəqqi edir. Bu mənada,  ədəbi dil yazılı dil anlayışına 
çox yaxındır. Məhz tərəqqi etmiş ədəbi dillər sayəsində savadlı yazı vərdi-
şi müasir cəmiyyətdə əksəriyyət üçün mövcud olan bir imkandır. Halbuki 
qədim cəmiyyətlərdə  hər hansı  məlumatları  mətn çəkilində yaza bilən 
adamlar tək-tək idi və bu nadir peşə sayılırdı. Şərqdə belə adamlara mirzə 
deyirdilər. 
Yazılı dil həm də fasiləsiz proses kimi bir-birinə bağlı olan mətnlə-
rin məcmusudur. Yazı ilə mətn anlayışlarının fərqi də bundan yaranır. Ya-
zı  mədəniyyətinin tarixi, irəlidə gördüyümüz kimi, mətn mədəniyyətinin 
tarixindən min dəfə  qədimdir. Yazı, işarə, səs,  şəkil, simvol və  nəhayət 
söz şəklində ola bilən informasiyanı maddiləşdirmək üsullarıdır. Həm də 
qədimlərdə yazıda işarələrin bütün formalarından qarışıq  şəkildə istifadə 
olunurdu. Amma mətndə yeganə işarə sözdür, yerdə qalan işarələr köməkçidir. 
Sözləri və birləşmələri aydınlaşdırmağa və rahat qavramağa xidmət edir. 
Mətn informasiyanı maddiləşdirməyin üsullarından biridir, semiotik 
işarə  sıralarının  ən geniş yayılmış növüdür. Hər bir yazı  mətn sayıla 
bilməz. Mətn – yazılı fonetik söz sırasıdır və ya onun fərdi yaddaşda 
əzbər formasıdır.  Yazının tarixinin 80-90 min illik uzun bir dövrü öz 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə