105
yaranışı sözün bu funksiyalarına ehtiyacla bağlı idi. Yazıya qədər ibtidai
dil nida sözlərlə (fonetik söz çox cavandır) digər insanlara işarə-informasi-
ya vermək, indiki hərbi komandaların sadə formasını vermək vasitəsi idi.
Əmr formasının ibtidai şəkli idi. Bu, dildə indiyəcən qalır, çünki ünsiyyət
prosesində, idarəçilik və əməkdə, məişətdə ən çox xəbərin əmr formasın-
dan istifadə olunur.
2.5. Yazılı söz şifahi sözün identikliyinin
əsası və təminatı kimi
Biz yuxarıda dedik ki, fonetik yazının sivilizasiya tarixindəki
inqilabi rolu onun kitab mədəniyyətini yaratması idi. Kitab mədəniyyəti
deyəndə biz indiki mənada kitabı yox, yazının müxtəlif materiallardan
olan kitabələr üzərində yazılma prosesinin başlanğıcını nəzərdə tuturuq.
İlk gil, papirus və s. kitabələr dilin mənşəyi baxımından əsas bir məsələni
həll etdi: işarə sözün identikliyi məsələsini həll etdi. Yalnız kitabdakı
orfoqrafik identiklik sayəsində işarə söz sosial alət ola bilərdi. Yazılı ad
sözün şifahi sözün də identikliyinə səbəb olması müəyyən tarixi dövrdə,
proses kimi baş vermişdir. Yalnız bundan sonra tayfanın içində belə
insanlar sözləri eyni cür başa düşə bilərdilər.
Müasir dövrə milyonlarla adam milyonlarla sözü identik şəkildə
başa düşür. Lakin bu, müasir təhsilin və maarif sisteminin bəhrəsidir. Belə
sistem hələ mövcud olmadığı vaxtlarda səs dilindən istifadənin əsas
problemi həmin bu identiklik idi. Bu identikliyin yoxluğu şəraitində min-
lərlə şifahi ləhcələr yaranıb və yazılı dillərdən gələn əzbər kalkaların və
mətnlərin sayəsində müasir vəziyyətə düşüb. Yalnız insanlar kitabələr
üzərində yazıdan istifadə edəndən sonra müasir sözün tarixindən danış-
maq olar. Lakin buna qədər bütün yazı formaları diləqədərki yazı sayılma-
lıdır. Yalnız yazılı kitabələrin yaranması və onlardan ilk maarifçilərin isti-
fadəsi sözün sosial, kollektiv işarə aləti olmaq funksiyasının inkişafına sə-
bəb oldu. Bu müasir nitqin başlanğıcı idi , sözün və dilin yeni, ikinci
funksiyası idi və yazının törəmə funksiyası kimi ortaya gəlirdi. Kitabələ-
rin insanlığın taleyində inqilabi əhəmiyyəti Musa peyğəmbərə Allah tərə-
findən verilən ilk on əmrlik kitabə şəklində də mifləşib. Yazı kitabəsi
maddi bir şey kimi miqrasiya prosesində yayılırdı. Müharibələr isə bu
miqrasiyanın ayrılmaz bir ünsürü idi, forması idi.
Kitab mədəniyyəti ictimai müqavilə kimi dilin ən birinci funksiyası-
nı, onun sivilizasiyaya, sosial tərəqqiyə xidmət baxımından ən inqilabi
106
funksiyasını yaratmışdır. Bu funksiya iri həcmli mətnlərin kitab şəklinə
salınaraq informasiyanı toplayan və qoruyan akkumulyator kimi istifadə
edilməsidir.
Kitabdan istifadənin yayılması təhsilin ortaya gəlməsinə və kitab-
lardan istifadənin tədris edilməsinə səbəb oldu. Təhsil prosesində yazı di-
linin identikliyi və normativliyi ictimai müqaviləyə çevrildi, inkişaf etmə-
yə başladı: bu yazını sadələşdirmək və daha çox adamın və daha rahat
mənimsənilməsi üçün yol açmağı tələb edirdi. Amma yazı mədəniyyəti
intellektual əməklə məşğul olmaq üçün peşəkar sinfin gücləndiyi dövrə
qədər qeyri-bərabər inkişaf etmişdir. Lakin peşəkar təhsil prosesi və onun
əsası olan dərslik həm də kitabın, mətnin üç funksiyasının daha da
inkişafına imkan yaratdı: bunlar əslində müasir dilin əsas funksiyaları idi.
1. Mətnyaratma (əvvəlcə yazılı, sonra həm də şifahi)
2. Mətnoxuma (əvvəlcə kitabdan, sonra isə əzbərdən).
3. Əzbərlənmiş yazılı söz sıralarından nitq və ünsiyyətdə istifadə
funksiyası (birinci və ikinci şəxsin müvafiq olaraq mətnyaradan və
mətnoxuyan kimi çıxış edərək danışıq, nitq prosesinə girə bilməsi. Yəni
dilin müasir nitq funksiyası kitab mədəniyyəti dövründə yaranıb və ondan
əvvəl müasir mənada mövcud ola bilməzdi).
Kitab mədəniyyəti və fonetik yazıya qədər adamlar ünsiyyətdə
əsasən əmr cümlələrindən istifadə edə bilirdilər. Felin digər formaları və
indiki, keçmiş və gələcək zaman formaları, hətta xəbər şəkli də kitab
dilindən törəmədir. Yazı dilinin ilk mərhələsində ismin halları, sifətlər,
zərflik, bağlayıcı, sözdəyişmənin morfoloji prinsipləri yox idi. Qədim
dillərdə söz yaradıcılığı, yeni söz birləşmələri ancaq sintaktik yolla,
sözün-sözə qoşulması ilə yaranırdı. Durğu işarələri, cümlə haqqında təsəv-
vür yox idi. Məsələn, XIV əsrin sonlarında yazılmış Qazi Bürhanəddin
divanında nəinki zaman şəkilçiləri, heç xəbər şəkilçisi də sabitləşməyib.
Sabitləşə bilməzdi də, çünki bu sabitləşmiş kitab dilində və ona əsaslanan
təhsildə yarana və ərsəyə gələ bilərdi. Bunlar isə həmin əsrdə hələ yox idi.
Ona görə dillər ancaq kitab dili olandan sonra formalaşır və mədəni və
tərəqqi yaradan potensial qazanır, sosial alət olur.
İnsanın müasir nitq qabiliyyətini kitab dilindən əvvəl olmuş ünsiy-
yət imkanları ilə eyniləşdirmək dərin bir səhvdir. Kitab dilinə qədərki
danışığın bazası əsasən instinktiv səs yaddaşı idi. Kitab yazısından törə-
yən çoxüzvlü cümlələrlə, söz birləşmələri ilə danışmaq isə təfəkkür qabi-
liyyətinə əsaslanır. Təfəkkür qabiliyyəti insanların doğulandan sonra qa-
zandıqları vərdişdir, yəni söz, söz birləşməsi, cümlə, mətn kimi dilə
məxsus işarə sıralarını bilməkdir. Belə dil bilgisi qazanmadır, doğulandan
sonra mənimsənilir.
107
İşarə sırası olan yazı mətnlərinin ilkin və əsas kodu kitab mədəniy-
yətindədir. Məhz kitab yaradılması prosesinin fasiləsizliyi ondakı mətno-
xuma kodunun yaşamasını da şərtləndirir. Bu dil kodunun birinci və əsas
səviyyəsidir. Təhsil prosesinin meydana çıxması dil mətnlərini oxuma
kodunun ikinci bir səviyyəsini də yaradır: bu məktəb keçmiş fərdlərin dil
bilgisidir, fərdi təfəkkür qabiliyyətidir, dil işarələrindən fərdi yaddaşı idarə
edən kod kimi istifadə qabiliyyətidir.
Kitabı da fərdlər yazır, onlar konkret adamların mətnyaratma fəaliy-
yətinin nəticəsidir. Amma o maddi qabıqlı işarə sisteminə, kitaba dönən
kimi universal kodluq xassəsi kəsb edir. Kitabdan mətnoxuma aləti və
informasiya mənbəyi kimi əsrlər boyu saysız insanlar istifadə edə bilirlər.
Kitab şəklinə düşən mətn universal kodluq kəsb edir. Kitab və fərdi
yaddaş, bunların kodluğu əks qütblər olsa da, dialektik vəhdət təşkil
edirlər. Kitaba məxsus universal kodluq dildəki informasiya ifadə etmək
xassəsinin sabitliyini və identikliyini təmin edir. Tək-tək adamların təfək-
kürü və dildən istifadə qabiliyyəti isə informasiya yaratmağın, dünyanı
təsvirin intəhasız variantlılıq potensialıdır. Fərdi mətnyaratma dünyanı
mətndə əks etməyin qeyri-sabitliyini, bəlkə də qeyri-identikliyini fasiləsiz
prosesə çevirir. Fərdlər, hətta böyük alimlər də diri olduqca bir informasi-
yanın, təlim və nəzəriyyənin yeni-yeni mətn variantlarını yaradırlar. Pro-
fessor hər dəfə öz mühazirəsinin yeni variantını deyir.
Bu baxımdan kitab mədəniyyətinin universal kodluq funksiyası
bunun əksinədir. Kitabda informasiyanın, dünyanı göstərmənin maddi şə-
killi sabit mətn sırası kimi həkk olunması dünyanın sabit və tədris olunan
mənzərəsini yaradır. Bu mənzərə dərslik şablonlarına çevrilir, həmin
şablonlar isə insanların dillə, xüsusilə elmi dildə ünsiyyətinin identikləşdi-
rici əsasını təşkil edir. Dövrdən dövrə dərsliklər dəyişsə də, onların əvvəl-
ki kodluğundan tam imtina edilmir, yeni təhsil ancaq kitabın kodluğunu
təkmilləşdirməkdən ibarət olur.
Beləliklə, kitabın universal kodluq funksiyası unikal bir mətnyarat-
ma və mətnoxuma qabiliyyəti olan fərdi təfəkkür alətinin fundamental
qüsurlarının – subyektiv variantlılığının aradan qaldırmağa xidmət edir.
Lakin fərdi mətnyaratmanın çoxvariantlığı da dialektik hadisədir: o, həm
qüsur, həmdə təfəkkürün ən mühüm məziyyətidir, həqiqətə daimi can at-
masını ifadə edir. Bu mənada fərdi mətnyaratmanın çoxvariantlığı kitab
mətninin sabitliyindəki mühafizəkarlığı, ehkamçılığa yol açan qüsurunu aradan
qaldırır. Kitabın informasiya sabitliyi baxımından fərdi mətnyaratmanın
çoxvariantlığı qüsurdur. Və əksinə, fərdi mətnyaratmanın dünya mənzərəsini
zənginləşdirməsi və tamamlaması baxımından kitabın mətn sabitliyi qüsurdur.
Əslində bunların qüsurluğu digərinin sayəsində aradan qalxır.
Dostları ilə paylaş: |