Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə41/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   37   38   39   40   41   42   43   44   ...   137

 
101
edir və konkretləşdirir. Qalan cümlə üzvləri isə təyinetmə prinsipi ilə bu 
iki baş üzvə aid olur.  
Ona görə birmənalı olaraq demək olar: yazıya qədər işlənən  əmr 
mənalı  xəbər sözlərə mübtədaları qoşmaq bacarığı ancaq yazı dilində 
yaranmışdır.  İbtidai cümlə  əmr formasında xəbərdən və onun subyektini 
bildirən ad-nidadan ibarət idi. Yalnız yazı dili bu iki cümlə üzvünə yeni-
yeni sözlər qoşdu: bu sözlər təyinlər idi. İlk təyinlər də  hələ ayrıca nitq 
hissəsi yox, ad-sözlər idi. İnsanlar söz birləşmələrini və cümlələri əvvəlcə 
yazıda yaratmışlar və sonradan bunlar əzbərlənmişdir, təkamül prosesində 
müasir təfəkkürə çevrilmişdir. Təsadüfi deyil ki, dil bilgisi söz bilgisi kimi 
yox, söz birləşmələri, onlardan istifadə qaydaları kimi mənimsənilir. 
Xarici dil öyrənmədə bu qabarıq görünür. Ona görə dil baxımından hər bir 
mətnyaratma söz birləşmələri sırası yaratmadır. Bu yaratma yazıda sözü 
sözə qoşmaqdır, danışıqda isə sözləri intonasiya ilə bir-birinə bağlayaraq 
onların informativ dəqiqliyini artırmaqdır. 
Sadələşdirərək demək olar ki, mətnyaratma sözləri bir birinə qoş-
maqla dünyanı təsvir, izah etmək, işarə etməkdir. Belədirsə, mətn – bir bi-
rini aydınlaşdıran söz və söz birləşmələri sırasıdır. Yazıda bu sıra müəy-
yən informasiyanı ifadə edir, danışıqda əsə bu informasiyanı ikinci şəxsə 
ötürür. 
Yazılı mətndə doğruluq, obyektivlik iddiası var. Yazının obyektiv-
lik iddiası  şifahi nitqin subyektivliyi ilə  əks qütbdə durur. Ona görə 
subyekt və subyektlik yazı prosesində ikinci planda olur və  təhtəlşüur 
şəkildə iştirak edir. Yazı və oxuda ikinci subyektə ehtiyac yoxdur. Yazı və 
oxu prosesinin məqsədi və predmeti bilgini ötürmə  və alma ilə bağlıdır. 
Yazı zamanı bilginin maddi variantı (aləti) yaradılır və bu yaratma vahid 
əlifba, vahid orfoqrafiya, ədəbi dil normaları kimi sosial qayda və alətlər 
vasitəsi ilə icra edilir. Onu icra edən adam dünya haqqında nəyi isə 
bildirmək və bu bilgini maddiləşdirmək istəyir. Bu maddiləşdirmənin əsas 
səbəbi bildirilənin, məlumatın bir fərd üçün yox, çoxluq üçün, sosial qu-
rum üçün nəzərdə tutulmasıdır. Yazı canlı ünsiyyətin onun canlı subyekti 
olmadan maddi alət – yazılı  mətni oxumaq vasitəsi ilə  əvəz edilməsidir, 
mexanikləşdirilməsidir.  
Yazı ilə nitqin fərqi.  Nitq birinci və ikinci şəxs arasında canlı 
informasiya mübadiləsidir, ikisubyektlidir. Danışıq prosesi fərdlər arası 
informasiya mübadiləsi vərdişidir. Nitqin bir zamanı var: indiki zaman. 
Yazı isə maddi gerçəkliyin bir şəklidir, onun varlığı zaman hüduduna 
malik deyil. Yazı təbiətə təqliddən doğub. Nitq isə yazıya təqliddən. Yazı 
maddənin xassəsindən istifadə ilə yaranır, nitq isə canlı təfəkkür xassəsin-
dən istifadə ilə. Yazmaq vərdişi bilavasitə təfəkkürlə deyil, insanın öz ət-


 
102
raflarından onurğa beyni vasitəsi ilə  məqsədli istifadəyə bağlı olan 
vərdişdir. Nitq isə canlı fərdi təfəkkür qabiliyyətindən törəmə olan vərdiş-
dir. İnsan öləndə onun nitq qabiliyyəti itir. Amma insanın yazıları maddi 
bir şey kimi qalır, maddi dünyanın davamı və bir hissəsi olur. 
Nitqin hədəfi fərdi niyyətdir. Onun hədəfi subyektivdir, şəxsi mara-
ğa bağlıdır. Fərdi danışıqda obyektivlik yox, problem həll etmək,  şəxsi 
məqsədə nail olmaq əsasdır. Nitqlə insanlar dildən operativ alət kimi isti-
fadə edirlər: əməkdə, kollektiv işdə, müharibədə, şəxsi münasibətlərdə və 
s. Yazı və nitq ayrılmaz olmuşlar. Lakin ümumi icbari təhsil yaranandan 
sonra insanların şifahi nitqi çox yüksək inkişaf edib, şifahi sözdən cəmiy-
yətdə təşkiledici amil kimi çox istifadə olunur, nəticədə son beş-altı əsrdə 
dil danışıq qabiliyyəti ilə eyniləşdirilir. Əslində isə dilin varlığının 99 faizi 
mətnlərdədir. Mətn isə yazılı sözdür. Ona görə yazı ilə danışığın münasi-
bətlərini doğru təsəvvür etmək üçün onun tarixinə qayıtmaq lazım gəlir.  
Dilin yaranma tarixi baxımından səs ünsiyyətini və mətnyaratmanı 
üç mərhələyə bölmək olar: 
1. Fonetik sözə  qədər ibtidai insanların istifadə etdikləri nida 
sözlərin ritmik və emosional intonasiya ilə ibtidai mərasimlərdə oxunması 
və adi istifadəsi. 
2. Nidaların ad-sözə çevrilməsindən sonra bu nida hecalı sözlərin 
ritmik nida oxumasına (mərasim zamanı) daxil olması. Bu mərhələ dilin 
mənşəyi baxımından 80-90 min il davam etmişdir. Dövlətin və xüsusi 
mülkiyyətin yaranması ilə, əkinçilik və dənizçilik mədəniyyətinin inkişafı 
ilə işarə əvəzliklərinin, say adlarının və qidalanma ilə bağlı şeylərin söz—
adlarının yaranmasına səbəb olmuşdur. Bu mərhələdə  əvvəlcə 1/ təsviri, 
sonra 2/ işarə və axırda isə 3/ fonetik səs yazısı yaranmışdır.  
Bu mərhələdə  hələ morfoloji söz yaradıcılığı yoxdur, sözyaratma 
qanunları yoxdur. Yeni sözlər köhnə sözlərin fonetik təhrifindən, müxtəlif 
qəbilələrdə müxtəlif şəkillərə, mənalara düşməsindən – dialektləşmə kimi 
yaranır. 1/ Təqlid, 2/ təkrar, 3/ intonasiya həm mənayaratma, həm də 
sözyaratmanın əsas formaları kimi çıxış edir. 
3. Sonuncu müasir fonetik yazı  mərhələsidir: indiyəcən davam 
edən bu mərhələni  kitab mədəniyyəti dövrü  də adlandırmaq olar. Bu 
mərhələdən bizə məlun olan ən qədim faktlar y.e. 1300 il əvvələ aid edilən 
22 həriflik Finikiya əlifbası ilə başlanır (Bizə  məlum olan ilk yazı isə 
bundan 2000 il əvvələ aiddir, yəni y. e. 3300 il əvvələ aid edilən Uruk 
yazısıdır). Finikiya əlifbasından sonrakı dövrdə yaranan bütün əlifbalar 
fonetik Finikiya əlifbasından törəmədir. Biz sayırıq ki, bu əlifbanın 
müxtəlif dillərə  tətbiqi barədə yazılanlar mifdir. Fonetik əlifba ancaq 
vahid fonetik yazı və onun söz bazası ilə birgə yayıla bilərdi (Ona görə də 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə