Microsoft Word Rehim m son doc


nəticəsində minlərlə  şifahi dillər yaratmışdır



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə39/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   35   36   37   38   39   40   41   42   ...   137

 
95
nəticəsində minlərlə  şifahi dillər yaratmışdır.  Çoxsaylı  şifahi dillər 
yazıdan ayrılıb uzaqlaşan  şifahi sözün öz identiklik xassəsini və sosial 
kodluğunu itirməsinin nəticəsində yaranmışdır. Bunu hind-Avropa dil 
ailəsinin tarixi timsalında aydın görmək olar. Bu dillərdəki çoxlu kök 
sözlər onların bir mərkəzdən, bir quldarlıq dövləti ərazisindən yayılması-
nın nəticəsidir. 
Çoxsaylı  şifahi dillərin yaranması sübut edir ki, yazının aradan 
çıxması son nəticədə  şifahi sözün ünsiyyət potensialını itirməsi ilə 
nəticələnə bilərdi. Lakin qədim quldarlıq dövlətlərində sosial alət kimi 
zəruri olan qədim  yazılı dillər  və sonralar isə müqəddəs mətn anlayışı 
bunun qarşısını almışdır. Yalnız yazı  və yazılı  mətn mədəniyyətinin 
fasiləsizliyi XIV-XX əsrlərdə şifahi danışıq mədəniyyətinin çiçəklənməsi 
ilə nəticələnmişdir. 
 
 
2.3. Söz yazısının mənşəyi və qısa tarixi 
 
Söz işarəsindən istifadənin başlanması. Yazı – dulusçuluqdan –
gildən qablar hazırlamaq mədəniyyətindən doğmuşdur. Gil qabları hazır-
layan insan əlləri simmetriyaya, mütənasibliyə yiyələnəndən sonra gilin 
üzərində fiqur və şəkillər düzəltməyi də öyrəndi. Bu şəkil yazısının baş-
lanğıcı idi. İlk  şəkil yazısı  təbiət obyektlərinin – quşların, heyvanların, 
ayın və s. təxmini şəklindən ibarət olan qrafik işarələri meydana çıxardı. 
Yazının inkişafı, işarələrin sayının artması şəkil yazısının öz yerini 
şəkilin çoxvariantlı formasına çevrilən heroqlif yazısına verdi. Çoxlu ya-
zılı işarələrdən istifadə yazı işarələrinin səslərlə adlandırılması və fərqlən-
dirilməsi zərurəti ilə nəticələndi. İşarəni xüsusilə mühüm işarələri digərin-
dən fərqləndirən nida səslər həm yazı işarəsinin, həm də onun obyektinin 
adına çevrildi.  
Beləliklə ilk ad sözlər yazı  işarəsinin  şərti adı, işarəsi kimi ya-
randı. İlk ad sözlər instinktiv yaddaşda olan emosional səslərin variantları 
da ola bilirdi. Lakin bunlar yalnız yazı işarəsini adı kimi, işarəsi kimi işlə-
nəndə ilk fonetik sözlər hesab edilə bilər. Lakin əşya və emosiya işarələ-
rinin adları da söz yaradıcılığı mənbəyi olmuşdur. Həm də ilk fonetik söz 
işarələri yaranan kimi yazıya daxil olmayıb və ola bilməzdi.  
Söz dilinin elitar mənşəyi anlayışı. Yazının konkret peşə  vər-
dişləri ilə bağlılığı dilin mənşəyinin izah edilməsində köklü əhəmiyyət 
daşıyır. Bunlar dulusçular və qismən miqrasiya və əkinçilik təqvimlərini 
izləyən tayfa liderləri idi. İlk işarə sözləri – təbiət hadisələrinin və sayla-


 
96
rın yazı işarələrinin adlarını bilən və onlardan istifadə edən bir qrup peşə 
adamı olmuşdur.  İbtidai insanlar özlərini və öz məişətlərini bəzəməyi 
sevirdilər və bu Afrika aborigenlərinin məişətində  də görünür. Ona görə 
çox güman ki, gil üzərində yazının inkişafında  şəkil yazısının həm də 
bəzək kimi qəbul edilməsi də mühüm rol oynamışdır. 
Yazının peşə  vərdişləri ilə bağlılığı  və deməli, elitarlığı onun icti-
mai təbiətini təyin etmişdir. Yazı və dil insan mədəniyyətini yaradan digər 
peşə vərdişlərindən biri kimi təkamül etmişdir. Dildən istifadə bu gün də 
ictimai vərdiş olaraq qalır: uşaqlar dilin elementar hissəsini ailədə, onun 
sosial alət kimi bütün imkanlarını isə orta və ali təhsildə öyrənirlər. Müa-
sir müəllim – yazını yaradan ilk dulusçu ustanın indiki sosial variantıdır, 
yeni doğulan nəsillər sosial alət olan dilin imkanlarını onlardan öyrənirlər. 
Bu həm də yazının və dilin elitar təbiətinin nisbi şəkildə cəmiyyətlərdə qa-
lıb davam etməsidir. Bəs ilk sözlərdən istifadənin yayılma səbəbi nə idi? 
İlk  şifahi sözlərdən peşə aləti və  işarəsi kimi istifadə edilməsi
Bu şifahi dilin ilk forması sayıla bilər. Ad-sözdən istifadə əmək, müharibə 
və ov prosesində kollektivliyi təmin edən alət kimi yayılmağa başlayır. 
Digər adamlardan məqsədli, məhsuldar istifadəyə – yəni quldarlığın inki-
şafına yol açırdı. Fonetik söz idarəçilikdə, digər insanların iradəsini idarə 
etməyə yol açmaqla sosial tərəqqini sürətləndirdi: hakimiyyət, xüsusi 
mülkiyyət, müharibədə mütəşəkkil iştirak – yəni müasir ordunun ibtidai 
şəkli şifahi sözdən istifadə sayəsində yarandı. Lakin şifahi sözlərdən belə 
istifadə  hələ nitqin yaranması deyildi. Bu ilk mərhələdə sözdən digər 
işarələrdən biri kimi istifadə idi. 
Bəs sözlər yazı işarəsindən yox, digər yolla nə üçün kütləvi şəkildə 
arta bilməyib?  İbtidai insan təbiət hadisələri ilə konkret əşya kimi ko-
ntaktda olurdu. Bu halda şəxsi ünvanlı ad-söz yarana bilərdi.  Şəxsi ad-
sözdə isə sözün əsas xassəsi – abstraksiya, işarəvilik olmur. Konkret əşya-
nın adına çevrilən söz bircə nüsxənin işarəsi olur, deməli mütləq sözlük 
xassəsini daşıya bilmir. Dilə aid söz isə çoxluğun işarəsidir, abstraksiya-
dır. Ona görə dilin ilk ünsürü olmaq mənasında söz yazılı işarənin, çəkil 
və heroqlifin səslə ifadə edilən şərti işarəsi olur. Bu mənada şifahi söz 99 
faiz yazılı şəkil və heroqlifdən törəmədir və ondan ayrılmazdır. 
Şifahi söz işarəsindən dilin ünsiyyət funksiyasının meydana 
çıxması. Müharibə, ov, əmək kimi kollektiv fəaliyyətlərdə ibtidai insanlar 
emosional, nida xarakterli, əşyavi işarələrdən istifadə edirdilər. Peşə 
sözləri meydana çıxanda bu sözlər insanların istifadə etdiyi digər işarə 
sıraları arasında özünə yer tutmağa başladı. Lakin bu hələ sözün ünsiyyət 
funksiyası deyildi. Çox güman ki, min illər dövründə sözlər instinktiv 
işarə ünsiyyətinin üzərində, onu tamamlayan bir alət sırası kimi istifadə 


 
97
olunmuşdur. Bəs instinktiv ünsiyyət dövrü necə qurtarır? Əslində heç vaxt 
qurtarmır. Dildən istifadə  mədəniyyəti xalqlar və tayfalar arasında elitar 
bir vərdişdir. Bur sıra xalqlar yüksək tərəqqi etmiş dillərdən istifadə etdiyi 
vaxtda Afrika və Avstraliyada aborigenlər lələ instinktiv və söz dilinin 
qarışığından istifadə edirlər. 
Heroqlif yazısı söz yazısı kimi. Yazının inkişafı cinsləri növlərdən 
ayıran yeni-yeni sözlərin yaranması ilə  nəticələnir.  İnstinktiv işarə 
ünsiyyətində fonetik sözlərin sayı çoxluq təşkil edir və bu yazıda da 
şeylərin heroqlifləri ilə yanaşı sözlərin də heroqlif və  işarələrinin yaran-
ması ilə tamamlanır. Yazı işarələrinin adları əvvəlcə şəkil yazısının içində 
ad-sözlər kimi işlənir və azlıq təşkil edirdi. Lakin yazı  işarələrinin sayı 
artdıqca çəkil işarələrin sayı azalır, söz-işarələr isə artırdı. Güman ki, uzun 
zaman yazıda şəkil və söz-heroqlif yazısı qarışıq və paralel işlənib. Yazı 
işarələrinin yüzlərlə artması  şəkil yazısını  əlverişsiz edir, indiki heroqlif 
yazısı ilə  nəticələnir. Heroqlif hər sözə  məxsusi yazılı  işarə yaradan 
yazıdır. Amma heroqlifli yazısı olan dillərdə heroqliflərin və onların ob-
yektinin ümumi adı olan fonetik söz-işarələr sistemi də  təşəkkül tapıb. 
Buna indi şifahi xalq dili deyirlər. Çin dili bu yolla inkişaf edib: bu dildə 
şifahi sözlər işarənin işarəsi kimi çıxış edir. Yəni şifahi söz həm daş, inək, 
ağac, divar və s kimi şeylərin heroqliflərinin adıdır, həmdə heroqliflərin 
işarə etdiyi obyektlərin söz-adıdır. Fonetik yazıda isə söz həm şifahi sözün 
yazılı formasının və həm də onun obyektinin adıdır. 
Qrafik yazı heca və fonem yazısı kimi. Aralıq dənizi adalarında 
isə daha mükəmməl yazı sistemi yarandı.  İşarə yazısındakı ad-işarələrin 
sayı artandan sonra yazı  işarəsini çəkil işarəsinə uyğunlaşdırmaqdan 
imtina edildi. Bunun əvəzinə  çəkil işarələrinin sözlə bildirilən adlarının 
yazıda təsvirinə cəhd edildi. Yəqin ki, bu da birdəfəlik baş verməyib. Bir 
sıra heroqlifik və şəkil işarəsi ilə yanaşı səs işarələrini bildirən səs heroq-
liflərindən də istifadə olunmağa başlayıb. İbtidai səsləri indiki fonetik səs-
lərə bənzətmək yanlış olardı: danışıq orqanı inkişaf etmədiyindən əsasən 
qovuşuq səslərdən istifadə edilirdi, indiki saitlər belə yox idi, və ya ibtidai 
formada qısa tələffüz edilirdi. 
İlk səs işarələri – qrafemlər – də şeylərin öz səslərinə təqlid əsasın-
da yarana bilərdi. İlk əvvəl məsələn, Su işarəsi şırıltı səsinə uyğun ibtidai 
Ş səsinin işarəsi kimi işlənib. İnstinktiv nida səslərindən də yazı işarələrini 
adlandırmaq üçün yəqin ki, istifadə olunub. Fonemlərin və qrafemlərin – 
hərflərin formalaşması  təqlidi sözlər və  səslərin bazasında, onların yazılı 
işarələrindən doğub. Təqlid və təkrar ilk ibtidai və şifahi söz yaradıcılığı-
nın, morfologiyaya qədərki söz yaradıcılığının əsas forması olub. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə