Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə47/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   43   44   45   46   47   48   49   50   ...   137

 
116
oxunuş qaydaları ilə birgə  mətn mədəniyyəti yaratmadan itib-getmişdir. 
Mətn yazı  mədəniyyətinin elə bir formasıdır ki, o tarixi prosesi fasiləsiz 
hərəkət kimi əks etdirir, özü də fasiləsiz yaşayır. Onun təşəkkülü üçün bir 
sıra şərtlər vardır: 
1. Dövlət və onun törəməsi olan fonetik yazı. 
2. Bu yazı dilində ancaq monoteist mədəniyyətlərə  məxsus kano-
nikləşmiş, Allaha aid ediləm müqəddəs mətnlər. 
3. Müqəddəs mətnlərin oxunması və qorunması üçün yaradılan dini 
maarif sistemi. 
4. Yazılı dilin adamlar arasında operativ ünsiyyətdən başqa ikinci 
bir funksiyasının yaranmasına gətirib çıxardı: bu, informasiya toplamaq və 
maddi formada ifadə edib saxlamaq funksiyası idi. Mətn həm də informa-
siyanı fasiləsiz və itirmədən saxlamağa imkan verən yazı mədəniyyətidir. 
Bu dörd şərtin nəticəsi kimi fasiləsiz mətn mədəniyyətinin  əsas 
nəticəsi meydana çıxır. Fonetik yazı mədəniyyətinin şifahi danışığa təsiri 
ilə  və yalnız onun nəticəsi kimi yarana bilən və 400-1000 sözdən ibarət 
qədin ləhcələrin yaranması. Qədim ləhcələr yazıya alınan söz işarələrinin 
çoxalması  və yazı arealından uzaqlaşaraq  şifahi dildə  işlənməsindən 
yaranırdı. Yazısız şifahi ləhcələr şifahi sözlərin identikliyini itirir və sonda 
ləhcələrin ilkin yazı arealı və söz identifikasiyası ilə əlaqələrin itməsi ilə 
bitirdi. Beləliklə,  yazılı kitab mətnləri qədim  şifahi  ədəbi dillərin ya-
ranması üçün ilkin kod rolu oynamışdır. Yazılı mətndəki söz düzümü 
şərti kod kimi, söz birləşmələri yaratmaq qaydaları kimi sabitləşmişdir. 
İkinci tərəfdən, sözlərin sabitləşməsi, unudulmamağı və itməməyi üçün də 
yazlı  mətnlər identiklik kodu, yəni təqlid və yadda saxlama aləti rolu 
oynamışdır. 
Lakin fonetik yazı özü öz kodu olaraq qalmadı. Yazılı dil bir tərəf-
dən şifahi dili yaratdı, o biri tərəfdən danışıq vərdişini sosial alətə və so-
sial müqaviləyə çevirdi. Söz işarələrini öyrənmək cəmiyyətin bütün üzv-
ləri üçün açıq olan kodu könüllü mənimsəmək idi. Könüllülük isə dilin cə-
miyyətdə daha rahat yaşamaq və qida tapmağa xidmət etməsi ilə bağlı idi. 
Dildən istifadə ustalığı fərdlərə həmişə üstünlüklər gətirən və sonra haki-
miyyət yaradan amil olmuşdur.  Şifahi danışıq vərdişlərinin inkişafı dili 
dövlət məmurlarının elitar alətindən açıq sosial ünsiyyət koduna, informa-
siya mübadiləsi alətinə çevirdi. 
Bu yolla təfəkkür də fərdlərin həm yazılı, həm də şifahi dilinin fərdi 
insan başlarında yaranan kodu kimi formalaşmağa başladı. Müasir təfək-
kürün əsas funksiyası – insanın mətndən istifadə qabiliyyətini təmin etmə-
sidir. Ona görə mətndən əvvəl heç bir mükəmməl təfəkkürdən söhbət gedə 
bilməzdi, bunlar paralel təkamül etmişlər. Təfəkkür fərdi insan yaddaşının 


 
117
söz işarələri vasitəsi ilə idarə olunması qaydaları  və  şərti refleksləridir. 
Beləliklə, məhz yazı təfəkkürə söz işarələrini tanımaq, fərqləndirmək, bu 
işarələri bir-birinə qoşaraq, mürəkkəb işarələr yaratmağı öyrətdi. Dildən 
istifadənin fərdi aləti olan təfəkkür də yazının nəticəsi kimi dil işarələrin-
dən və işarə birləşmələrindən istifadə alətinə çevrildi. 
Mətn mədəniyyətinin sabitliyini və fasiləsizliyini təmin edən iki 
tarixi amil olub. 
1.  Allah ideyası  və monoteizm  sənaye inqilabları dövrünə  qədər 
bütün mətn mədəniyyətini vahid bir prosesə çevirdi. Musavilik, isavilik və 
islam müxtəlif dillərdə mətn yaratsa belə, bu mətnlərin tarixi və mifoloji, 
terminoloji kökləri eyni qaldı  və  əslində vahid bir mətn mədəniyyəti 
yaratdı. Bu mətn mədəniyyəti insanların 7-8 yaşınacan öz cəmiyyətində 
öyrəndiyi a/ şifahi dil bilgisinə və b/ dini təhsil sistemində öyrədilən yazılı 
mətnləri oxumaq və ondan istifadə vərdişlərinə əsaslanırdı. 
2. Allah ideyası aktuallığını itirəndən sonra, yəni sənaye inqilabları 
dövründən sonra dilin sosial funksiyası qat-qat mürəkkəb, ağır və 
çoxtərəfli oldu. Hələ sənaye inqilabları ərəfəsində fasiləsiz mətn mədəniy-
yəti artıq inkişaf etmiş Avropa xalqlarında dilin iki əsas funksiyasından 
birini – informasiya xəzinəsi rolunu qat-qat artırır. Elmi informasiyanın 
artması onu dilin elitar bir sferasına çevirir. Yəni elementar danışıq üçün 
yeddi yaşınacan toplanan dil bilgisi kifayət edir, amma tam mətn bilgisi 
üçün isə azı on illik təhsil lazımdır. Mətn mədəniyyətinə dərin bələdlik isə 
ömürlük və fasiləsiz təhsil sayəsində əldə edilir. Mətn mədəniyyətinin fa-
siləsizliyi mütləq xarakter alır və  mətnlər insan mədəniyyətinin  əsas 
mövcudluq forması olur. İnsanların başında olan mədəni informasiya isə 
onlarla birgə öldüyündən yeni nəsillərin mətn mədəniyyətindən asılılığı 
başlanır. Yəni mətn mədəniyyətinin vahidliyi və fasiləsizliyi mütləq xa-
rakter alır və sosial zərurətə çevrilir. İnsanlar get-gedə ömürlərinin daha 
çox hissəsini təhsilə sərf edirlər. 
Bir dildə  mətnlər nə  qədər çoxdursa, ədəbi dil də o qədər zəngin 
hesab olunur. Bu mənada semiotiklərin dilçiliyə gətirdikləri “vahid və sər-
hədsiz mətn” termini ədəbi dil anlayışının sinonimi sayıla bilər.  Əslində 
ədəbi dil normaları mətnləri yaratmaq qaydalarının məcmusudur. Bu qay-
dalar mətnləri yadda saxlamağı, onlardan istifadə etməyi və təzələrini ya-
ratmağı asanlaşdırır. İnsanlar həm mətnlərdən istifadə edəndə, həm də şi-
fahi danışanda fonetik işarə materialına qənaət etməyə çalışırlar: bu mətn-
də işarə materialını azaldır, hər işarəyə düşən informasiya yükünü artırır. 
Bədii dil nəzəriyyəsində buna lakonizm deyilir. Lakonizm fərdi üslub 
əlaməti olmaqla mətnyaratmada, ədəbi dil normalarının təkmilləşməsində və 
standartlaşmasında, mətnoxumanın asanlaşmasında mühüm rol oynayır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə