Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə48/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   44   45   46   47   48   49   50   51   ...   137

 
118
Semiotika bütün mətn mədəniyyətinin vahidliyi nəzəriyyəsini 
ortaya atmışdır. Qədimlərdə dilçilik elmi cümləni dilin əsas mənadaşıyıcı 
vahidi sayırdı. Lakin əslində cümlə fərdin dildən istifadə edərək yaratdığı 
mətn parçasıdır və sərhəd baxımından çox şərti bir anlayışdır. Məhz cümlə 
nəzəriyyəsi dilçiliyi mətn nəzəriyyəsinə  çıxmağa mane olmuşdur. Çünki 
cümlə anlayışından çıxış edərək dili səciyyələndirmək olmaz: əslində 
cümlə uzun ya qısa söz birləşməsidir, yazını oxumanı rahatlaşdırmaq və 
mətnin qavrayışını asanlaşdırmaq üçün istifadə olunan fasilədir. Yalnız 
mətn anlayışı sayəsində dil haqqında  əsas həqiqət ortaya çıxır:  şifahi dil 
yazı dilinin əzbərlənmiş formasıdır. Uşaq nə üçün doğulan kimi dildən 
istifadə edə bilmir? Ona görə ki, dildən istifadə üçün mətnləri və danışıq 
şablonlarını əzbərləmək lazımdır. Uşaqlar dilaçma prosesində məhz bunu 
edirlər. Başqa dilləri öyrənənlər də  uşağın körpəlikdən keçdiyi yolu 
keçirlər və digər dili əzbərləyirlər. 
Məsələn “Dədə Qorqud” dastanlarında danışıqla bağlı iki termin və 
anlayış var: ayıtmaq – birinci şəxsə cavabdır. Söyləmə isə natiqin əzbər 
bildiyi mətni təkrarlamasıdır. Söyləmə – dilə bələdliyin daha yüksək for-
masıdır. Təsadüfi deyil ki, Dədə Qorqudun epitetlərindən biri söyləməçi 
olmasıdır. Bu onun başqalarının bilmədiyi mərasim məzmunlu  şifahi 
mətnlər əzbər bilməsidir. Bu mətnlərin süjetli hissəsi isə boy adlanır ki, bu da 
yəqin “söy” felindən yaranmış isimdir. Beləcə iki adi fel qədimlərdən bəri 
mətnbilmənin sosial hakimiyyət yaratmaq funksiyasını ortaya gətirmişdir. 
Mətn bilməyən adamlara savadsız deyilir, çünki onlar dili pis bilir-
lər, əzbərləmə praktikaları məhduddur. Belə adamların qurduğu cümlələr 
taftalogiyadan ibarət olur. Çoxdan məlumdur ki, dili əzbərləmək baxımın-
dan adamların fitri qabiliyyətləri fərqlidir. Bəzi adamlar öz ana dilində 
belə pis danışırlar və ya mətn yaza bilmirlər. Bəzi adamlar isə heç bir 
vərdişsiz gözəl üslubda və aydın yaza bilirlər. Bu, dil yaddaşının fərdi 
xüsusiyyətləri ilə bağlıdır.  
Ədəbi dilin normativliyi yazı ilə bağlıdır, onun mətn kimi mövcud 
olmasıdır. Adətən yazılı mətnlərdə işlənən qrammatik və sintaktik norma-
lar ədəbi dil norması sayılır. Bu mənada ədəbi dilin normativliyi şərti bir 
anlayışdır, sabit dərsliklərdən, ədəbi mətnlərdən, bütün nəsillərin istifadə 
etdiyi kitablardan ümumi istifadədən doğur. Yazı zamanı  əvvəllər oxun-
muş (və ya dəfələrlə eşidilmiş) mətn və kitabların əzbərlənmiş, yaddaşda 
həkk olunmuş dilindən - sintaktik konstruksiyalardan və sözlərdən fəhmlə is-
tifadə olunur, yazan şəxs isə bunu özü çox zaman hiss etmir. Normativlik iki 
əsasdan: təhsil prosesində öyrənilib oxunmuş mətn yaddaşından və bu yaddaş-
dan yazı zamanı, yazı praktikasında istifadə vərdişindən doğur. Fərdi yazı vər-
dişləri və şakərləri ədəbi dil normalarını zənginləşdirən əsas mənbədir.  


 
119
İki müxtəlif  şəxs eyni fikri heç zaman eyni söz və ifadələrlə deyə 
bilmir. Bu isə ədəbi dildəki üslub əlvanlığını yaradır. Hesab olunur ki, dili 
ən çox zənginləşdirən uşaqlar və şairlərdir. Uşaqlar dili pis bildiklərindən 
öz fikir və emosiyalarını orijinal sintaksisdə ifadə edirlər.  Şairlər isə 
həyəcan içində yazdığından ədəbi dil normalarını “dağıdırlar”, dilçilər isə 
bunu dil yaradıcılığı kimi qəbul edirlər.  Ədəbi dil nəzəriyyəsində buna 
fərdi üslub deyilir. Qələm sahibləri  ədəbi dil normalarına pedantcasına 
əməl etdikdə belə onların yazdıqları  mətnlər lüğət tərkibi, sintaksis 
fərdiliyi, dialekt xüsusiyyətləri ilə seçilir. 
Ədəbi dilin digər xüsusiyyəti – yazılı kitab dilinin şifahi dilə  əks 
təsiri ilə bağlıdır. Bu dilçilikdə çoxdan məlum olan bir həqiqətdir. Lakin 
tarixi aspektdə bu hadisənin roluna indiyəcən elmdə kifayət qədər fikir 
verilməyib. Televiziya, radio, mətbuat dili müasir cəmiyyətlərdə ədəbi di-
lin hakim olması ilə, yazı və danışıq dilli arasında fərqlərin silinməsi ilə 
nəticələnir. Beləliklə  təhsilin yüksək tərəqqi etdiyi cəmiyyətlərdə kapita-
lizmə  qədər mövcud olmuş canlı xalq danışıq dili aradan çıxır, xalqın 
şifahi danışığı da ədəbi dildə, kitab dilində gedir. Beləliklə parlaq fərdi 
üsluba malik olmaq get-gedə daha da çətinləşir. 
 
 
2.8. Söz-işarəsinin yaddaşı sistemləşdirmə potensialı.  
Əzbər (yazılı) söz sıralarının yaddaşda dünyanın 
virtual obrazını yaratmaq xassəsi 
 
Dil və yazının mənşəyi və bunlardan birinin ilkinliyi məsələsi toyuq 
və yumurta probleminə oxşayır. Bunların hər ikisinin izahı  təkamüllə 
aydınlaşdırıla bilər. Dilin sosial hadisə kimi mükəmməlliyi çoxlu mistik 
və idealist nəzəriyyələrin yaranmasına da səbəb olmuşdur.  İndiyə  qədər 
dilçiliyin dillin mənşəyi və etimologiyada ciddi nəticə əldə edə bilmədiyi-
nin  əsas səbəbi dilin mənşəyinin, ümumiyyətlə, yazının və  təfəkkürün 
mənşəyindən ayrılmasıdır. Yazıdan ayrı və ondan kənarda dil anlaşılmaz 
bir şeyə çevrilir. 
Dilin yaranma tarixi ikinci siqnal sisteminin, təfəkkürün yaranma 
tarixidir. Dil müstəqil bir işarələr sistemidir. Lakin bu sistem ancaq dil 
daşıyıcılarının başında və yazılı  mətnlərdə mövcud olur. Səs işarələri 
bütün adamların eşitmə orqanları  tərəfindən eşidilib identifikasiya edilə 
bilir. Bu baxımdan dil sosial alət və müqavilədir. İnsanın eşitmə qabiliy-
yətinin, yaddaşının bu səviyyəsi mənayaratma xassəsinə malikdir. Məna-
yaratma – səs işarəsini eşitməklə beyndə yaddaşın müəyyən sahəsinin 


 
120
oyanmasıdır, xatırlama effektinin yaranmasıdır. Heyvanlarda bu xassə çox 
məhduddur, insanda isə 100 min il ərzində inkişaf edib sərhədsiz bir 
keyfiyyətə çevrilib, insanın genetik koduna keçmişdir. 
İnsanlar nəqliyyatın, xüsusi ilə ev heyvanlarına və dənizçiliyə əsas-
lanan nəqliyyatın inkişafına nail olduqdan sonra məlumatları ötürmək, 
nəqliyyat vasitəsi ilə  məsafəyə aparmaq ehtiyacı aktuallaşdı.  Əlbəttə 
yazıya qədər də insanlarda məhdud ünsiyyət imkanları var idi. Lakin bu 
ünsiyyət birinci siqnal sistemi səviyyəsində idi, yəni adamlar ünsiyyət 
üçün ancaq gözləri qarşısında olan şeylərdən istifadə edir, onlara münasi-
bət ifadə edirdilər. Əşyalar və hadisələr gözdən itəndən sonra onlar barədə 
informasiya mübadiləsi mümkün deyildi. 
İkinci siqnal sisteminə qədər ünsiyyət ancaq indiki real zamanda və 
ancaq görmənin əhatə dairəsindəki şeylər barədə ola bilirdi. Bu o demək-
dir ki, ikincin siqnal sistemindən əvvəl ancaq insanlarda indiki davamedici 
zaman haqda təsəvvür vardı. Yəni gözlə görünməyən dünya sanki ibtidai 
insanlar üçün yox olurdu, bu dünya hələ onların yaddaşında yox idi. 
Düzdür insanlar əvvəllər gördükləri  şeyləri, yerləri və adamları görəndə 
tanıya, xatırlaya bilirdilər. Lakin bu xatırlama ancaq görməyə əsaslanırdı. 
Lakin yazı ilə birgə insanların keçmişi yaranır. Yazı işarəsi insana əvvəllər 
olmuş hadisələri,  əvvəlki təcrübəni yada salmağa imkan verir, bunun 
qıcıqlandırıcısı olur. Bu mənada təfəkkürün ən sadə tərifi belədir: yaddaş-
da olan canlı obrazlar xəzinəsini onların işarəsi və  qıcıqlandırıcısı 
rolunu oynaya bilən sözlər vasitəsi ilə idarə etmək, aktuallaşdırmaq 
qabiliyyətidir. Beyindəki saysız-hesabsız yaddaş obrazları arasında rabitə 
yaradan, onları sistemləşdirən və  mətnləşdirən söz – işarələridir. Lakin 
söz-işarənin unikallığı ondadır ki, yaddaşdakı çoxlu eyni cinsli obrazlar 
sırasının işarə-kodu rolunu oynayır. Yəni “it” sözü bir iti deyil, bizim gör-
düyümüz bütün itlərin işarəsidir, işarə kodudur. Bu mənada söz işarələri 
beyindəki saysız-hesabsız yaddaş obrazlarına qarşı həm də sistemləşdirici 
rolu oynayır. 
Şəkli (piktroqrafik) yazı hələ dilə aid deyildir, çünki nitqlə, səs yad-
daşı ilə bağlı deyildir. Amma görünən  şeylərin çəkilindən ibarət olan bu 
yazı çox-çox qədimdir və dildən əvvəl meydana çıxmış ibtidai təfəkkürün 
ünsürüdür.  Şeyləri, görünənləri onların  şəkli vasitəsi ilə çoxlu adamların 
tanıması üçün görümlü işarə-şəkillərin yaranması  təfəkkürün ilk eleme-
ntidir. Yazı işarəsinin, yəni sözün aşağıdakı xüsusiyyətləri çox mühüm idi. 
1. Söz-işarənin birinci əsas xüsusiyyəti və mahiyyəti ondan tanıma 
vasitəsi və kodu kimi çoxlu adamın istifadə etməsi idi. O çoxluğun istifa-
də etdiyi bir alət idi, kollektiv yaddaş  və bilik forması idi. Kollektiv, 
universal ünsiyyət üçün kod və vasitə idi. Gələcəkdə müasir dilin yaran-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə