Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə44/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   40   41   42   43   44   45   46   47   ...   137

 
108
Lakin bütün dövrlərdə və hallarda orijinal və obyektiv fərdi mətn-
yaratmanın  əsas kodu sabit kitab mətnləridir.  İdeologiyalar, nəzəriyyələr 
dəyişəndə köhnə kod-kitablar yeni kod – kitablarla əvəz olunur. Ona görə 
kitab bilikləri və  təsəvvürləri bütün dövrlərdə  mətnyaratma və  mətnoxu-
manın əsas və universal kodu olur. Ona görə növbəti yaxşı bir yeni kitab 
yaxşı bir köhnə kitabda mətn köklərinə malik olur. 
Fərdin söz yaddaşına əsaslanan fərdi təfəkkür qabiliyyəti – mətno-
xuma və mətnyaratma bacarığı – ancaq onun özü üçündür, bircə subyektin 
istifadə etdiyi koddur. Bu kod nə qədər unikal olsa da, onu daşıyan fərdin 
ölümü ilə  mədəni prosesdən çıxır, yox olur. Beləliklə  fərdi təfəkkür dil 
kodu kimi üç fundamental qüsura malikdir: birinci, o fərdin fiziki diriliyi 
qədər yaşaya bilir, ikinci isə, o bir subyektin istifadə edə bildiyi alətdir. 
Fərdi dil bilgisinin üçüncü qüsurunu da onun təhsil sayəsində əldə edilmə-
si hesab etmək olar. Fərdin bir kitabdan hansı informasiyanı anlaması və 
mühüm sayması – əslində onun özündən yox, onun keçdiyi təhsil sistemi-
nin tarixi şablonlarından və məzmunundan asılı olur.  
Antik məktəblərdə ritorika fənni tədris edilirdi. Bu fənn kitab dilini 
öyrədir və əzbərlədirdi, çünki şifahi ünsiyyət kitab dilinə nisbətən qat-qat 
bəsit idi. Ritorika haqqında gözəl danışmaq elmi kimi təsəvvür dərin bir 
səhvdir. Antik dövrdə bu fənn kitab dilini əzbərləməkdən ibarət idi, yəni 
fikri daha səlis və birmənalı ifadə etməyi öyrədirdi. Bu hərbi komanda-
ların dəqiqliyi və qulları effektik idarə üçün lazım idi. İndi ritorika tədris 
olunmur, çünki şifahi dil kitab dilinin əzbərlənmiş  şəklinə çevrilib və 
uşaqlar 6-7 yaşlarında bu kitab dilində danışırlar. 
Yunanlar kitab dilini bilməyən xalqları “bar-bar” adlandırırdılar. 
Çünki həmin xalqlarda nitq hissələrinə ayrılmış dil yox idi və “ba-ba” nida 
sözündən çox istifadə edirdilər. Ona görə bar-bar sözü vəhşi yox, danışa 
bilməyən adamlar və tayfalar mənasına daha uyğundur. 
Kitab həm də yazı dilinin və müasir insan təfəkkürünün ümumi 
kodudur, onun tərtib (mətnyaratma) və oxunma (mətnoxuma) qanunları-
nın daşıyıcısıdır. Belə çoxtərəfli funksiyalarına görə kitab və onun dili ki-
tab çapı icad ediləndən sonra beş  əsrdə (XV-XX) bəşəriyyəti feodalizm-
dən kosmos əsrinə yüksəltdi. Yazı dilindən, kitabdan istifadə artıq insanla-
rın genetik koduna keçmişdir. Maarif və təhsil sistemi qədim olan xalqla-
rın nümayəndələri öz genetik kodundan istifadə edərək müasir mədəniy-
yəti, kitab mədəniyyətini daha yaxşı mənimsəyir. 
Kitabdakı informasiya insanların kəşf etdiyi yeni bir qüvvə idi: 
müharibə vaxtı qələbə kimin informasiyadan daha çox istifadə etməsi ilə, 
təcrübədən istifadə etməsi ilə bağlandı. Kitab və informasiya, biliklər də 
döyüş aləti oldu və deməli, hakimiyyət yaradan bir alət oldu. Kitab mədə-


 
109
niyyəti hərbi qələbəyə  səbəb və  əsas olur və bu yolla hərbi biliklərin 
tərəqqisi formasında sosial tərəqqinin mənbəyinə çevrilirdi. 
Kitab mədəniyyətinin hərbi, dənizçilik və  əkinçilik  əhəmiyyətinin 
aşkarlanması ən qədimlərdə – 6-3 min il əvvəl fərdi təhsili formalaşdırdı: 
kitabların üzünü köçürmək, onları oxumaq və bunu başqalarına öyrətmək 
zərurəti yarandı. Bu ibtidai təhsil sistemi məhdud dairədə olduğundan 
qədim imperiya dövlətlərin vəsaiti ilə həyata keçirildiyindən ilk maarifçi-
lər, kahinlər kimi mifləşdirildi. Kitabın da mifi yarandı: kitabda yazı-
lanlar obyektiv, maddi həqiqətdir, gerçək dünyanın davamı  və bir 
parçasıdır. Quru sözdən ibarət mifik bütlərin hakimiyyəti hər cür real 
insan hakimiyyətindən güclü sayıldı. Bu da universal miflərdən biri oldu. 
Nitq hissələrinə bölünən yazının və nitqin ancaq fonetik kitab yazısı 
sayəsində indiki şəklə düşdüyünü qəbul edəndə razılaşmalıyıq: insanın 
nitq qabiliyyəti də, ilk miflərin mətni də, süjeti də fonetik yazı dövründə 
formalaşıb. Ən elementar mif süjetinin yarana bilməsi üçün isim, sifət, fel, 
say,  əvəzlik kimi nitq hissələri olmalı idi və insanlar onlardan istifadə 
etməklə danışmağı bacarmalı idilər. Bu isə fonetik kitab yazısından sonra 
formalaşıb.  
Yazıya qədər  söz-miflər olmuşdur.  İndi prinsipial cəhəti vurğula-
yaq: söz-miflər müasir nitq qabiliyyətindən 60-90 min il qədimdir. Bu söz 
miflər totemlər idi. İbtidai insanlar bu söz mifləri təbiət heyvanlarından və 
ya özlərindən biri kimi reallıq hesab edirdilər. Çünki hələ  şeyə ad 
arasındakı fərq dərk edilmirdi. Amma onlarla bağlı süjetlər ancaq fonetik 
yazı dilindən sonra yaranıb. 
 
 
Kitab dili 
 
2.6. Sosial, dini və ədəbi tərəqqidə 
 fonetik yazının rolu 
 
İndiyə qədər elmdə sosial tərəqqi ilə fonetik yazı mədəniyyətlərinin 
qarşılıqlı münasibətləri diqqətdən kənarda qalır, bunların hər biri ayrıca və 
təcrid şəklində öyrənilir. Bu yanlışlıqda marksizmin hər yerə tətbiq olunan 
bir müddəası da xeyli rol oynayıb. Hesab olunur ki, sosial tərəqqi ancaq 
məhsuldar qüvvələrin inkişafı ilə bağlıdır.  Halbuki məhsuldar qüvvələrin 
inkişafı həmişə informasiya sahəsindəki, elmi-praktik biliklər sahəsindəki 
çevrilişlərin nəticəsi olmuşdur. Beləliklə məhsuldar qüvvələrin həlledicili-


 
110
yi haqqında marksist tezis sosial tərəqqidə informasiya amilinin əhəmiy-
yətini kölgədə qoymuşdur. 
Bunun yanlış  nəticələrindən biri də  qədim cəmiyyətlərin, fonetik 
yazıya qədərki sivilizasiyaların tarixinə yanlış və sadələşdirilmiş münasi-
bətlə bağlıdır. Antik cəmiyyətin məhvi quldarlıq istehsal üsulunun böhra-
nından doğan nəticə sayılır. Eyni zamanda, yunan mədəniyyəti də quldar 
cəmiyyətin mədəniyyəti kimi təqdim edilir. Lakin faktlar göstərir ki, haki-
miyyət və mülkiyyət anlayışları meydana çıxandan, yəni azı 90 min il 
bundan əvvəl quldarlıq hüququ artıq var idi. Çünki qulsuz və istismar im-
kanı olmadan heç bir dövlət ola bilməzdi, çünki belə halda dövlətin və ha-
kimiyyətin sosial mənası sıfıra bərabər olardı. Hakimiyyətin birinci stimulu isə 
həmişə istismar, maddi sərvət bölgüsündə üstünlüklər qazanmaq olmuşdur. 
Lakin quldarlığın və hakimiyyətin digər zəruri şərtləri də vardır: bu 
təqvimi əkinçilik, hərbi alətlərin inkişafı, əmək məhsuldarlığının müəyyən 
səviyyəsidir. Yalnız bunlar olduqda qulu diri saxlamaq onun ətini yemək-
dən sərfəli olur. Bütün bunları deməkdə bizim bir mühüm tezisi əsaslan-
dırmaq məqsədimiz var: fonetik yazıya qədər dünyanın subtropik ərazilə-
rində çoxlu praktik – yəni fonetik yazısız sivilizasiyalar olmuşdur və onla-
rın tarixi təxminən 90 min ildir. Fonetik yazının tarixi isə 3500 ildir, yəni 
müasir sivilizasiyanın tarixi qədərdir. Biz sayırıq ki, həqiqi sivilizasiya 
dövrü ancaq fonetik yazıdan sonrakı dövrdür. 
Lakin sosial yaşayışın mədəni səviyyəsi baxımından insanlar hələ 
sənaye inqilabları dövrünə qədər təxminən 90 min il əvvəlki sosial uklad 
şəraitində yaşamışlar. Bu uklad 90 min il əvvəl də  təxminən Afrika və 
Avstraliya aborigenlərinin avropalılar gələnə qədər olan mədəni səviyyə-
sində olub. Bəs onların dili və nitq qabiliyyəti hansı səviyyədədir? Faktlar 
göstərir ki, leksik cəhətdən bu dillər təxminən 600-1200 ad-sözdən ibarət-
dir. Fonetik cəhətdən isə inkişaf səviyyəsindən asılı olaraq bu dillərdə bir 
neçə yüzdən 80-90-a qədər qovuşuq samitlər vardır. Həm də bu samitlərin 
tələffüzü fonetik yazılı müasir dillərdən kəskin seçilir. Belə fərqlərin əsas 
səbəbi mədəni dillərə fonetik yazının və  şifahi danışığın təsiridir. 
Aborigen xalqlar isə yazıdan istifadə etmədikləri üçün onların dilləri və bu 
dillərin fonetikası təxminən 90 min il əvvəl olduğu səviyyədə qalıb. 
Biz sayırıq ki, fonetik yazıya qədər subtropik ərazilərdə insanların 
dili də, nitq qabiliyyəti də həmin səviyyədə olub. 90 min il ərzində insan-
lar praktik əkinçilik, dənizçilik, hakimiyyəti səmərəli reallaşdırmaq niy-
yətləri ilə yazı yaratmaq, informasiyanı ifadə etmək təşəbbüslərində ol-
muşlar. Amma bu təşəbbüslər onların sosial tərəqqisində heç bir yeniləş-
mə yaratmayıb: qədim insanlar və onların varisləri, məsələn, Avstraliya 
aborigenləri 17-ci əsrdə də 90 min il əvvəlki səviyyədə olublar: onlarda da 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə