103
Avropa dillərində söz bazası ümumidir, morfoloji
fərqlər isə dialekt
fərqlərini əks edir). Bu yayılmanın birbaşa kontakt və miqrasiya ilə bağlı
getdiyini güman etmək olar. Aleksandr Makedonskinin istilaları bu əlifba-
nın və yazının yunan variantını daha geniş yaymışdır. Gil kitabələrdən də
informasiya toplayıcısı kimi ilk istifadə edən Finikiya mədəniyyətinin nü-
mayəndələri olmuşdur. Qədim yunan kitab mədəniyyətinin bu mədəniy-
yətlə qohumluğu şübhəsizdir.
İnformasiyanı özündə toplayan və mühafizə edən mətn sırası kimi
kitablar bəşəriyyətin mədəni tərəqqisində inqilab yaratdı. Kitablar
sözlərin itməsinin qarşısını aldı və yazı dilini ictimai müqaviləyə çevirdi.
Çoxlu adamın eyni kitabı oxuyub eyni cür anlaması artıq müqavilə idi. Bu
müqavilənin məğzi sadə idi: fonetik sözlər ibtidai insanların yaddaşında
mövcud olan saysız hesabsız yaddaş obrazlarının kollektivin bütün üzvləri
üçün vahid işarəsinə çevrildi. Əvvəlcə onlarla,
sonralar yüzlərlə, sonralar
isə milyonlarla insan bir təbiət hadisəsinin, məsələn itin, minlərlə canlı
variantını bir sözlə tanımağı öyrəndi.
Yuxarıda şərh olunan üç mərhələdən birinci ikisində hələ mətnya-
ratma yoxdur.
Çünki hələ fonetik sözün özü və onu tanıma qabiliyyətinin
inkişafını göstərən sözəzbərləmə (bu sonra təfəkkür səviyyəsinə qalxdı)
yoxdur. Söz hələ özündəki instinktiv nidalıq xassəsindən tam ayrılmayıb.
Əsasən ikinci mərhələdə ilk sözlərdən istifadə ilə sintaksisin ibtidai ünsürləri
yaranır: intonasiya eyni sözdən müxtəlif mənalar yaradır. Bunlardan təh-
lükədən xəbərdarlıq, müəyyən işlər görməyə və hərəkətlər etməyə çağırış və
s. üçün operativ istifadə edilir. Müasir insanların istifadə etdiyi işarə xarakterli
hərəkət, jest və əşya işarələr də ilk sözlərə paralel işlənmişdir.
Ümumən işarədən istifadə insanların təfəkkürün formalaşması-
na aparan kəşfi idi, insan fəaliyyətinin inkişafında mərhələ idi, çünki
məhz işarələrdən istifadə insan kollektivlərinin, qulların
məqsədli istifadə-
sinin təkmilləşməsi və deməli sosial tərəqqi üçün yol açdı. Bu yolun
töhfələrindən biri ad-nidaların ad-sözlərə, onlardan isə müasir dilin yaran-
masına istiqamət götürülməsidir. Dilin yaranmasının əsil tarixi insan yad-
daşının işarə sözləri və ifadələri əzbərləmə və onlardan
praktik məqsədlər-
lə istifadə qabiliyyətinin inkişafıdır.
Haqqında bəhs etdiyimiz birinci iki mərhələdə mövcud olmuş yazı
materialları xeyli dərəcədə tapılmış və böyük çətinliklərlə oxunmuşdur.
Bu oxunuşları də dəqiq saymaq olmaz, çünki sözlərin indi istifadə olunan
mənaları o zamanlar yox idi. Ona görə fonetik yazıya qədərki yazıları
mətn hesab etmək olmaz, çünki onlar qəbilə mədəniyyəti hadisəsi idi. On-
ları yaradan qəbilə tarix səhnəsindən getdikdə onların yazısı aktiv mədəni
alət kimi fəaliyyətini dayandırırdı, növbəti mədəni dövriyyə fazasında
104
davamını tapmırdı. Başqa sözlə,
yazının informasiya qoruyuculuğu
funksiyası hələ yox idi. Qəbilə yazısı informasiyanı daşıyır və ötürürdü.
Müəyyən mənada yazı hələ ünsiyyət üsullarından biri idi.
Lakin
kitab yazısı (gil, dəri, papirus, perqament formasından asılı
olmayaraq) onu yaradanlardan asılı olmayan bir inqilab yaratdı. Bu inqi-
lab yazı dilinin insanların hələ anlamadığı yeni bir funksiyasının ortaya
çıxması idi: informasiyanı toplamaq və qorumaq funksiyası! İnsanlar in-
formasiyanın iki baxımdan inqilabi əhəmiyyətini anladılar: ondan istifadə
bir tərəfdən döyüşlərdə qələbə çalmağa və hakimiyyət yaratmağa kömək
edirdi. O biri tərəfdən isə kitab informasiyasına, yazıya yiyələnmək dolayı
yolla da hakimiyyət yaradırdı. Bu səbəblərdən qədim ibtidai dövlət – cə-
miyyətlərdə informasiya qoruyucusu olan kitablardan
sosial alət kimi isti-
fadə olunmağa başladı. Kitabdan çoxlu adamların rahat istifadəsi üçün
yazı-
nın normativliyinin və identikliyinin inkişafına əhəmiyyət verilməyə baş-
ladı. Artıq Finikiyada iyirmi dörd hərfdən ibarət fonetik əlifbanı bir gil löv-
hədə yerləşdirirdilər və arxeoloqlar belə lövhələrdən birini aşkar etmişlər.
Fonetik yazı bu identikləşdirmə, müasir terminlə orfoqrafiya
yaratma prosesini tamamladı və bu, inqilabi nəticələr verdi. Əgər ibtidai
insanlar fonetik yazıya qədərki mərhələni 90
min ilə keçdilərsə, fonetik
yazıdan (kitab dövründən) müasir sivilizasiyaya qədərki dövrün tarixi
cəmi 3 min ildir. Deməli, son 3 min ildə yazının, dillərin, təfəkkürün,
sivilizasiyanın inkişafı əvvəlki dövrə görə 30 dəfə cürətlə gedib. Sənaye
inqilabları və maşınla kitab çapından sonrakı 5 əsrdə tərəqqi
yenə fonetik
yazıya qədər olduğundan 180 dəfə sürətlənib (90000 : 500 = 180).
Sözlər insanın yaddaşındakı yüz minlərlə adsız obrazları idarə
etmək, onları cins və növlər kimi sistemləşdirmək imkanı yaratdı.
Məsələn, əvvəlcə balaca və böyük su anlayışı olmuşdur. Su ilə bağlı bütün
sonrakı anlayışlar ancaq fonetik sözdən sonra yarana bilərdi. Məhz söz
yaradıcılığı sayəsində insanlar okean, dəniz, göl, nohur, çay, şəlalə, hovuz,
qab, stəkan, nəlbəki və nəhayət litr kimi su həcmi ilə bağlı anlayışları
fərqləndirdilər, yəni sözlə işarə edib sistemləşdirdilər.
Dilin başlıca funksiyalarından biri fərdlərin yaddaşını və nəticə
kimi iradəsini idarə edən alət olması idi. Hakimiyyət və müharibələr min-
lərlə insanı bir-iki rəhbərin əlində alətə çevirirdi: ovçuluq, əkinçilik, mü-
haribə texnologiyalarının inkişafı bu qullardan əvvəlcə
alət, sonra isə
istehsalçı,
sonra isə idarə olunan çoxiradəli kollektiv kimi istifadə im-
kanlarını ortaya qoydu. Bundan sonra əsir qulları yemək praktikası azaldı.
Digər işarə növləri ilə yanaşı söz işarəsindən istifadə meydana çıxdı.
Başçılar sözlə öz qullarını uzaq məsafədən də idarə etməyi öyrəndilər:
bunlar qulların əmrləri icra etməyə öyrədilməsinin nəticəsi idi. Dilin ilkin