93
Yalnız yazı işarəsinin (həm də digər maddi işarənin) adı kimi kol-
lektiv istifadə edilən qovuşuq səslər sözün ibtidai şəkli
və dilin ilk ünsürü
sayıla bilər. Söz yazısının isə beş-altı min il tarixi var və bu tarix dilçiliyə
və dilin tarixinə aiddir. Yazının nitqə görə ilkinliyi orfoqrafiya ilə orfoepi-
yanın münasibətlərində aydın görünür. Yazının identiklik qaydaları tələf-
füzün identiklik qaydalarından qədimdir. Dialektlərdə danışanlar bir-birini
başa düşməyəndə yazıya müraciət olunur. Digər dil də öyrəniləndə, ilk
növbədə, sözlərin yazı forması öyrənilir.
İnsanlar yazıdan və yazılı şərti işarədən dil və söz mövcud olmadığı
zamanlardan istifadə etmişlər. Xətti və təsviri işarə sırası kimi yazı insanın
sözlərdən istifadəni öyrəndiyindən 80-90 min il əvvəl var idi. Heyvan və
insanların
qədimlərdən emosional, səs və əşya işarələrindən istifadə edir,
cütləşmə, ov, köç (miqrasiya), məhsul yığımı mərasimlərində iştirak edir-
dilər. Dilə qədər onların ünsiyyəti əsasən emosiyalar mübadiləsi yolu ilə
baş verirdi. Qarşı tərəfin qorxu, aqressiya, ağrı, ağlamaq və gülmək və s.
emosional hallarını tanımaq insanlarda, qismən də heyvanlarda dil yarana-
na qədər instinktiv yaddaşda var idi. Yəni ünsiyyət niyyəti
ilə qeyri-dil
işarələrindən istifadə geniş yayılmışdı. Bu isə insanlarda görməklə işarəta-
nıma qabiliyyətini inkişaf etdirmişdi. Bu qabiliyyət təfəkkürün ibtidai
forması idi. Yazılı işarələri tanımaq qabiliyyəti göstərdiyimiz 80-90 min il ər-
zində təkamül etmişdir. Lakin bu təkamülün hələ dillə heç bir əlaqəsi yox idi.
Bu
işarə yazısı idi və onun tarixi dilçiliyə yox, semiotikaya aiddir.
Ona görə yazının ancaq nitqlə bağlanması dilin mənşəyinə qeyri-
tarixi münasibətin yanlış nəticəsidir. Nəzərə almaq lazımdır ki, ibtidai in-
sanlar yazını fərdlər arası ünsiyyət niyyəti ilə yaratmayıblar. Yazı praktik
məqsədlər – əkinçilik,
dənizçilik, astronomik təqvimlər yaratmaq, uçot,
hesablamalar aparmaq üçün yaradılmışdır. İlkin yazı mədəniyyəti bu
məzmunlu informasiyanı maddi işarələr şəklində ifadə etmək və sonrakı
cavan nəsillərə ötürmək üsulu idi. Əkinçilik, ovçuluq, gəmiçilik, mono-
qam ailə dildən və sözdən istifadə qabiliyyətindən çox-çox qədimdir. Ona
görə qədim kökləri olan Platonizmin praktik mədəniyyətin söz, dil və
məfhumlardan törəməsi barədə təsəvvürü yanlışdır. Əksinə, fonetik söz
işarəsindən istifadə insanların inkişaf etmiş praktik mədəniyyətinin nəticə-
lərindən və maddiləşmə formalarından biridir.
Fonetik yazı informasiyanı söz işarələri vasitəsilə maddiləşdir-
mə üsuludur. Ona görə də yazı ilə danışığın fərqləri onların
istifadə etdiyi
söz işarələrinin də müxtəlif formullarını yaradır. De Sosürün və ondan
əvvəlki nəzəriyyəçilərin sözün vahid formulunu yaratmaq təşəbbüsləri
yazını nitq forması kimi başa düşməklə bağlı səhvdən gəlirdi.
94
Nitq, danışıq birinci və ikinci şəxs arasında şifahi, əzbər işarə-
söz formaları ilə informasiya mübadiləsi prosesidir. Bu vərdişin ibtidai
əsası instinktiv yaddaşda, mükəmməl əsası isə yazıya təqliddədir, əzbər-
lənmiş mətn parçalarından istifadədir. Danışıqda iki fərdi təfəkkür (baş)
arasında ani olaraq yaranıb yox olan fiziki söz-səs
işarələri vasitəsi ilə
kontakt yaranır. Bu kontakt prosesi
təfəkkürün iki müstəqil funksiyası
kimi baş verir.
Birinci şəxs üçün danışıq – mətnyaratmadır. Əzbər söz birləşmələ-
rindən fərdi niyyətli informasiya ötürmə vasitəsi kimi istifadədir. Bu,
birinci şəxsin mətnyaratmasıdır. Şifahi mətnyaratma yaddaşda əzbər olan
söz sıralarının aktuallaşması kimi, boğazda tələffüzü kimi baş verir. Danı-
şığın izləri həm birinci, həm də ikinci şəxsin yaddaşında qala bilir. Lakin
son nəticədə mütləq itir. Bunu nisbi mətnləşmə saymaq olar. Amma danı-
şıq yeni texniki vasitələrlə yazıya alınanda onun mütləq mətnləşməsi baş
verə bilir. Lakin bu artıq dilin təbiəti ilə yox, texnoloji tərəqqi ilə bağlıdır.
İkinci şəxs üçün danışıq – birinci şəxsin şifahi tələffüz etdiyi
mətnlərini tanımadır, başa düşmədir, eşitmə ilə identifikasiya prosesidir.
Eşitmə identifikasiyası insanlar üçün görüb oxuma identifikasiyasından
çətindir. Bunun səbəbi eşitmə identifikasiyasının təfəkkürün nisbətən
cavan funksiyası olması və diqqət enerjisi tələb etməsi ilə bağlıdır.
Deyilənlərdən görünür ki, şifahi və yazılı söz arasında prinsipial
fərqlər var. Onlara diqqət edək.
Şifahi sözün formulu belədir:
Bildirilən + onun fonetik səs işarəsi. Bu
söz eşitmə ilə identifika-
siya edilir. Şifahi söz hafizədə əzbər olaraq mövcud olan söz sıralarının
aktuallaşmasıdır və ancaq tələffüz edilə, eşidilə və əzbərlənə bilir. Şifahi
söz fərdi intonasiyaya bürünmüş variantlar kimi yaranır, tələffüz edilir.
Yazılı sözün formulu isə belədir:
Bildirilən + (bildirən yazılı işarə + yazılı işarənin fonetik səs işa-
rəsi). Yazılı söz görmə və eşitmə identifikasiyasının vəhdətidir. Yazılı
söz maddiləşməklə subyektlik və müəlliflik yaradır, oxuna, eşidilə və
görülə bilir.
Yazılı söz ən qədim quldar dövlətlərin ərazisində yazı vərdişləri ilə
bağlı yaranmışdır və digər istehsal alətləri kimi mənşəcə milli mənsubiy-
yətdən məhrumdur. Yazılı sözün əzbər şəkli olan şifahi söz yarandığı yazı
arealından uzaqlaşmış və eşitmə identifikasiyası sayəsində geniş yayıla
bilmişdir. Digər maddi işarələrə ehtiyacı olmadığından şifahi söz ünsiyyət
üçün çox əlverişli idi. Lakin yazıdan ayrılan şifahi söz 3-5
nəsildən sonra
öz identikliyini itirir. Eyni
yazı arealından yayılan şifahi söz ləhcələşir,
ləhcə variantlarına çevrilir. Bur-birini anlamayan ləhcələr miqrasiya