Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə38/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

 
93
Yalnız yazı işarəsinin (həm də digər maddi işarənin) adı kimi kol-
lektiv istifadə edilən qovuşuq səslər sözün ibtidai şəkli və dilin ilk ünsürü 
sayıla bilər. Söz yazısının isə beş-altı min il tarixi var və bu tarix dilçiliyə 
və dilin tarixinə aiddir. Yazının nitqə görə ilkinliyi orfoqrafiya ilə orfoepi-
yanın münasibətlərində aydın görünür. Yazının identiklik qaydaları tələf-
füzün identiklik qaydalarından qədimdir. Dialektlərdə danışanlar bir-birini 
başa düşməyəndə yazıya müraciət olunur. Digər dil də öyrəniləndə, ilk 
növbədə, sözlərin yazı forması öyrənilir. 
İnsanlar yazıdan və yazılı şərti işarədən dil və söz mövcud olmadığı 
zamanlardan istifadə etmişlər. Xətti və təsviri işarə sırası kimi yazı insanın 
sözlərdən istifadəni öyrəndiyindən 80-90 min il əvvəl var idi. Heyvan və 
insanların qədimlərdən emosional, səs və əşya işarələrindən istifadə edir, 
cütləşmə, ov, köç (miqrasiya), məhsul yığımı mərasimlərində iştirak edir-
dilər. Dilə qədər onların ünsiyyəti əsasən emosiyalar mübadiləsi yolu ilə 
baş verirdi. Qarşı tərəfin qorxu, aqressiya, ağrı, ağlamaq və gülmək və s. 
emosional hallarını tanımaq insanlarda, qismən də heyvanlarda dil yarana-
na qədər instinktiv yaddaşda var idi. Yəni ünsiyyət niyyəti ilə qeyri-dil 
işarələrindən istifadə geniş yayılmışdı. Bu isə insanlarda görməklə işarəta-
nıma qabiliyyətini inkişaf etdirmişdi. Bu qabiliyyət təfəkkürün ibtidai 
forması idi. Yazılı işarələri tanımaq qabiliyyəti göstərdiyimiz 80-90 min il ər-
zində təkamül etmişdir. Lakin bu təkamülün hələ dillə heç bir əlaqəsi yox idi. 
Bu işarə yazısı idi və onun tarixi dilçiliyə yox, semiotikaya aiddir.  
Ona görə yazının ancaq nitqlə bağlanması dilin mənşəyinə qeyri-
tarixi münasibətin yanlış nəticəsidir. Nəzərə almaq lazımdır ki, ibtidai in-
sanlar yazını fərdlər arası ünsiyyət niyyəti ilə yaratmayıblar. Yazı praktik 
məqsədlər – əkinçilik, dənizçilik, astronomik təqvimlər yaratmaq, uçot, 
hesablamalar aparmaq üçün yaradılmışdır.  İlkin yazı  mədəniyyəti bu 
məzmunlu informasiyanı maddi işarələr  şəklində ifadə etmək və sonrakı 
cavan nəsillərə ötürmək üsulu idi. Əkinçilik, ovçuluq, gəmiçilik, mono-
qam ailə dildən və sözdən istifadə qabiliyyətindən çox-çox qədimdir. Ona 
görə  qədim kökləri olan Platonizmin praktik mədəniyyətin söz, dil və 
məfhumlardan törəməsi barədə  təsəvvürü yanlışdır.  Əksinə, fonetik söz 
işarəsindən istifadə insanların inkişaf etmiş praktik mədəniyyətinin nəticə-
lərindən və maddiləşmə formalarından biridir.  
Fonetik yazı informasiyanı söz işarələri vasitəsilə maddiləşdir-
mə üsuludur. Ona görə də yazı ilə danışığın fərqləri onların istifadə etdiyi 
söz işarələrinin də müxtəlif formullarını yaradır. De Sosürün və ondan 
əvvəlki nəzəriyyəçilərin sözün vahid formulunu yaratmaq təşəbbüsləri 
yazını nitq forması kimi başa düşməklə bağlı səhvdən gəlirdi.  


 
94
Nitq, danışıq birinci və ikinci şəxs arasında şifahi, əzbər işarə-
söz formaları ilə informasiya mübadiləsi prosesidir. Bu vərdişin ibtidai 
əsası instinktiv yaddaşda, mükəmməl  əsası isə yazıya təqliddədir,  əzbər-
lənmiş  mətn parçalarından istifadədir. Danışıqda iki fərdi təfəkkür (baş) 
arasında ani olaraq yaranıb yox olan fiziki söz-səs işarələri vasitəsi ilə 
kontakt yaranır. Bu kontakt prosesi təfəkkürün iki müstəqil funksiyası 
kimi baş verir. 
Birinci şəxs üçün danışıq – mətnyaratmadır. Əzbər söz birləşmələ-
rindən fərdi niyyətli informasiya ötürmə vasitəsi kimi istifadədir. Bu, 
birinci şəxsin mətnyaratmasıdır. Şifahi mətnyaratma yaddaşda əzbər olan 
söz sıralarının aktuallaşması kimi, boğazda tələffüzü kimi baş verir. Danı-
şığın izləri həm birinci, həm də ikinci şəxsin yaddaşında qala bilir. Lakin 
son nəticədə mütləq itir. Bunu nisbi mətnləşmə saymaq olar. Amma danı-
şıq yeni texniki vasitələrlə yazıya alınanda onun mütləq mətnləşməsi baş 
verə bilir. Lakin bu artıq dilin təbiəti ilə yox, texnoloji tərəqqi ilə bağlıdır. 
İkinci  şəxs üçün danışıq – birinci şəxsin  şifahi tələffüz etdiyi 
mətnlərini tanımadır, başa düşmədir, eşitmə ilə identifikasiya prosesidir. 
Eşitmə identifikasiyası insanlar üçün görüb oxuma identifikasiyasından 
çətindir. Bunun səbəbi eşitmə identifikasiyasının təfəkkürün nisbətən 
cavan funksiyası olması və diqqət enerjisi tələb etməsi ilə bağlıdır. 
Deyilənlərdən görünür ki, şifahi və yazılı söz arasında prinsipial 
fərqlər var. Onlara diqqət edək. 
Şifahi sözün formulu belədir: 
Bildirilən + onun fonetik səs işarəsi. Bu söz eşitmə ilə identifika-
siya edilir. Şifahi söz hafizədə  əzbər olaraq mövcud olan söz sıralarının 
aktuallaşmasıdır və ancaq tələffüz edilə, eşidilə və əzbərlənə bilir. Şifahi 
söz fərdi intonasiyaya bürünmüş variantlar kimi yaranır, tələffüz edilir. 
Yazılı sözün formulu isə belədir: 
Bildirilən + (bildirən yazılı işarə + yazılı işarənin fonetik səs işa-
rəsi). Yazılı söz görmə və eşitmə identifikasiyasının vəhdətidir. Yazılı 
söz maddiləşməklə subyektlik və müəlliflik yaradır, oxuna, eşidilə və 
görülə bilir. 
Yazılı söz ən qədim quldar dövlətlərin ərazisində yazı vərdişləri ilə 
bağlı yaranmışdır və digər istehsal alətləri kimi mənşəcə milli mənsubiy-
yətdən məhrumdur. Yazılı sözün əzbər şəkli olan şifahi söz yarandığı yazı 
arealından uzaqlaşmış  və  eşitmə identifikasiyası sayəsində geniş yayıla 
bilmişdir. Digər maddi işarələrə ehtiyacı olmadığından şifahi söz ünsiyyət 
üçün çox əlverişli idi. Lakin yazıdan ayrılan şifahi söz 3-5 nəsildən sonra 
öz identikliyini itirir. Eyni yazı arealından yayılan şifahi söz ləhcələşir, 
ləhcə variantlarına çevrilir. Bur-birini anlamayan ləhcələr miqrasiya 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə