98
Təzə yazı işarələri köhnə işarələrə təzə cizgilər artırmaqla alınırdı.
Sözlər də belə idi. Köhnə varianta xırda əlavələr etmək yeni sözlərin və
qrafemlərin yaranmasının əsas üsulu olub. Lakin yazının ilk mərhələsində
sözlərin identikliyi anlayışı çox şərti olub, sözlərin müasir bitkin şəkli
anlayışı olmayıb. Bu mənada elmdə işlənən heca yazısı anlayışına ehtiyat-
la yanaşılmalıdır. Heca anlayışı orfoqrafiyadan sonra yaranmış hadisədir.
Ona görə yazının tarixində xüsusi heca yazısı dövrü olmayıb. Sami xalqla-
rın istifadə etdiyi saitsiz əlifbalar və yazı əslində saitlərin formalaşmadığı
mərhələnin yazısıdır. Lakin saitlər formalaşıb samitlərdən ayrılandan
sonra qədim yazılar saitlə oxunmağa başlayıb. Əslində isə qədim sami
yazısının yarandığı vaxtlarda uzun saitlər haqda təsəvvür belə yox idi. İndi
alimlər qədim mətnləri oxuyanda ora belə saitləri özlərindən artırırlar.
2.4. İbtidai söz yazısının və şifahi nitq qabiliyyətinin
qarşılıqlı təsiri haqqında
Dil termini haqqında. Müasir dilçilikdə və ədəbiyyat nəzəriyyə-
sində dil deyəndə sənaye inqilablarından və müasir icbari təhsilin
tətbiqindən sonra yaranmış ümumxalq milli danışıq dilləri nəzərdə tutulur.
Yazı isə bu milli danışıq dillərindən törəmə hesab olunur. Milli dillərdə
yazmaq və danışmaq dilin eyni funksiyaları sayılır. Hətta yazılı nitq və
şifahi nitq anlayışları yazı ilə danışığı eyniləşdirir. Dili ünsiyyət vasitəsi
adlandırıb yazı ilə nitqi onun iki forması sayır. Lakin bu Ferdinand De
Sösürdən sonrakı dilçiliyin fundamental səhvidir. Yazı dilin ünsiyyət və
nitq vasitəsi olmaq funksiyasının bir forması deyildir.
Yazı – dilin informasiya akkumulyatoru olmaq funksiyasıdır.
Yazı dünya və insanlar barədə informasiyanı işarə sırası kimi maddiləş-
dirən işarə sistemidir. Yazı ünsiyyət vasitəsi mənasında götürülən dilə aid
anlayış deyildir. Bəs yazı nədir? Yazı informasiyanı maddiləşdirilmiş
formada bildirmək və çoxlu adamların istifadə etməsi üçün saxlamaq
vasitəsidir. Yazının bu məqsədində və funksiyasında mənşəcə ünsiyyət di-
li ilə heç bir əlaqə yoxdur. Yazı insanların yalnız instinktiv ünsiyyət səslə-
rindən istifadə etdikləri və sosial dil haqqında heç bir anlayışları olmadığı
vaxtdan istifadə etdikləri sərti işarələrin bir formasıdır. Bu yazının fonetik
yazıdan çox-çox qədimliyinin bir neçə xüsusiyyətini göstərmək olar.
1. İşarə yazısı vəhşi insanın şərti işarələrdən istifadə üsullarından
biri kimi sosial dildən 200-300 min il əvvəldən mövcud olmuşdur.
99
2. Yazıya qədər insanlar instinktiv səslərdən, əşyalardan, şəkillər-
dən, emosional instinktiv işarə sıralarından istifadə etmişlər. Bu işarə
sıralarının hər biri semiotika elminin müstəqil sahəsidir.
3. Yazı ünsiyyət vasitəsi olan mədəni dilə yox, insanların bu dildən
300 min il əvvəldən istifadə etməyə başladıqları işarə sistemlərinə aiddir.
Yazı milli dillər haqda elmə yox, işarə sistemləri haqqında elm olan
semiotikaya aid anlayışdır.
4. Yazı mənşəcə işarədən instinktiv istifadə qabiliyyətinin, dildən
əvvəl formalaşmış praktik mədəniyyətin: təqvimi əkinçiliyin və ovçuluğun,
dənizçiliyin, hakimiyyət, quldarlıq və xüsusi mülkiyyətin yaranmasının nəticəsi
olaraq hesablama, uçot, maddi yaddaş üsullarından doğmuşdur.
Yazı ilə mətnin fərqi. Yazınım tarixi 300 min ildən çoxdur və o,
sosial dildən təxminən 295 min il əvvəl ortaya gəlmişdir. Yazı musiqi
əlifbası, xəritəçilik, rəssamlıq, morze əlifbası və s. kimi semiotika elminə,
mətn isə fonetik dilçilik elminə aid termindir. Yazıda fonetik sözdən
istifadənin elmə arxioloji faktlarla məlum olan tarixi 5300, təxmini tarixi
isə 7000 ildən çox deyildir. Yazıda xətti işarələrin bütün formalarından
istifadə olunur. Mətndə isə əsas və yeganə işarə vahidi fonetik səslərdən
ibarət sözlərdir. Fonetik söz instinktiv yaddaşla yox, sosial yaddaşla bağlı
olan işarə vahididir. Sosial söz digər xətti yazı işarələrindən azı 295 min il
cavandır
Yazılı söz – dil qanunlarının identikliyini təmin edən sosial təh-
sil və maarif alətidir. Dil sözlərdən işarə sistemi kimi istifadəyə əsasla-
nan sosial alətdir. Bu alətin ilk ibtidai elementləri yaranandan dil alətindən
istifadədən ayrı olmayan dili öyrənmə, təhsil və maarif sistemi yaranmış-
dır. Dildən istifadə sosial alət kimi təhsilsiz mümkün deyil, çünki dil
bilmə instinktiv deyil, bu, doğulandan sonra hər bir adamın öyrənməli
olduğu alətdir. Bu, dili təhsildən ayrılmaz edir. Təhsilin isə əsas aləti yazı
və yazılı mətnlərdir. Yazı dünya və insanlar barədə müəyyən informasi-
yaları maddiləşdirib saxlamaq, digər adamların da bu informasiyadan
istifadəsini təmin etmək üçün yaradılıb inkişaf etdirilmiş alətdir. Yazı
nəyisə sosial çoxluğa bildirmək, öyrətmək, təlim və təhsil etmək, dünya
haqda konkret anlayış vermək vasitəsidir. Yazılı sözdə obyektivlik və
doğruluq iddiası vardır. Bu mənada yazı mənşəcə ən çox sosial təhsil və
maarif sisteminin ən qədim, ən əsas alətidir. Sosial tərəqqi nəticəsində ya-
zıdan şəxsi alət kimi istifadə formaları da meydana çıxmışdır, lakin bunlar
onun törəmə və ikinci dərəcəli əlamətləridir. Gündəlik, məktub yazmaq,
teleqram mətni şəxsi də ola bilir.
Rəsmi çıxışlar , alimin mühazirəsi, tamadanın giriş sözü, diktorun
mətni də yazının bir şəklidir, yazılı mətndən əzbər istifadə üsuludur.
100
Yazı prosesi birsubyektlidir. Yazının hədəfi və predmeti dünya
haqqında məlumat və təsəvvürləri çoxlu adamlara ötürməkdir. Yazının
ünvanı çoxluq və cəmiyyətdir. Müəllif yazı prosesində öz yaddaşında
əzbər olan söz sıraları əsasında yeni variantlar – yeni söz və birləşmə
sıraları yaradır. Digər dili təzə öyrənənlər, zəif bilənlər həmin dildə yaza
bilmirlər. Hətta insanlar dil açmadığı dildə yaza bilmirlər. Xüsusilə bədii
əsər yazmağı bacarmırlar. Yazanda isə onların üslubu süni olur.
Yazıda mətn dilini bilmə əsas rol oynayır. Yazılı mətnlər və kitab-
larla daimi oxuma və işləmə sayəsində mətnləri və onların söz sırasını
əzbər bilmək qabiliyyəti yüksək səviyyəyə çatır (Söhbət formal dəqiqliklə
əzbərbilmədən yox, prinsipcə əzbərdən gedir). Folklor üslubunu bilib şeir
yazanlar lazım gəldikdə bir ərizə yaza bilmirlər. Çünki onlar kitab dilini
bilmirlər.
Sözdə və ondan törəyən söz sıralarında dünyanı göstərmək, ifadə
etmək, bildirmək xassəsi vardır. Yeni sıranın məqsədi – maddiləşdirilən
yazı ilə insanlarda əvvəl olan məlumatları və təsəvvürləri tamamlamaq və
ya dəqiqləşdirməkdir. Heç bir yazı təzə və prinsipcə orijinal deyil, çünki
bu mümkün deyil. Müəllif əslində istifadə etdiyi söz və ifadə sırasının
müəllifi deyil. Onun yeni variantını yaradandır. Əksinə hər bir yazı dəqiq-
ləşdirmədir. Yazı prosesində əzbər söz sıralarında sözlərin sırası və onla-
rın yeri dəyişir. Bu zaman söz sırasında əks olunan dünya mənzərəsi də
dəyişir, onun yeni variantı yaranır.
Yazı prosesi – söz və söz birləşmələrinin subyektdən kənar dünyanı
göstərmək, onun ifadəsi və işarəsi olmaq xassəsinə əsaslanaraq daha uzun
söz birləşmələri, dil işarəsi sistemləri yaratmaqdır. Yazıya alınan sözlərin,
birləşmələrin sayının artması onlardakı ümumu informativliyin də,
dünyanın daha böyük obrazına işarəetmə potensialının da böyüməsi ilə
nəticələnir. Daha çox söz dünyanın daha böyük obrazı olur.
Fonetik kitab yazısı yeni sözlər və xüsusilə anlayışlar yaratmaqda
inqilab yaratdı. Bu inqilabin formulu sadə idi: yazı prosesində bir sözü
dəqiqləşdirmək, konkretləşdirmək üçün digər sözdən istifadə qaçılmaz
oldu. Söz birləşməsində sözlərini sayının artması birləşmədə dünya
haqqında informasiyanın həcmini artırırdı: kəşf bu idi. Sözləri yanaşı
yazıb yeni anlayışlar yaratmağa başladılar. Bu söz birləşmələrinin, müasir
cümlənin ibtidai forması idi.
Sözü sözə qoşmaq dilin inkişaf tarixində inqilab idi, çünki söz
birləşməsi yazılı dilin, mətnyaratmanın əsas forması idi. İstənilən cümlə,
mətn söz birləşmələrinin sırasıdır. Mətndə isə istənilən söz digər sözə aid
olur və onun təyini kimi çıxış edir. Xəbər mübtədanı, o isə xəbəri təyin
Dostları ilə paylaş: |