Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə36/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   32   33   34   35   36   37   38   39   ...   137

 
88
bir xassədir. Hətta qovuşuq səslərin fonemlərə parçalanması, şifahi sözdən 
ictimai müqavilə kimi istifadə, minlərlə şifahi sözü insan yaddaşının tanı-
ması xassələri də yazıdan törəmədir. Yəni mənşəcə yazı bilənlərin istifadə 
etdiyi (onlar əvvəllər kahinlər idi, az saylı adamlar idi) dil materialının sa-
vadsızlar tərəfindən əzbərlənməsinin nəticəsi idi. Dili belə şifahi əzbərlə-
mə bütün hallarda mətndən istifadədir, mətn bilgisidir, yazı dilindən 
istifadədir. Müasir Azərbaycan şifahi ədəbi dili buna parlaq misaldır. İndi 
bizdə işlədilən şifahi ədəbi dil əzbərlənmiş yazılı ədəbi dildir. 
Müasir adamın əzbər bildiyi elmi və bədii məlumatların hamısı ya-
zılı  mətn mədəniyyətinin fərdi yaddaşlarda yaşayan  şifahi formasıdır, 
variantıdır və insanlar arasında elmi və bədii yaradıcılıq məhz yazılı mətn 
mədəniyyətinin fərdi insan yaddaşlarında yaşayan  şifahi variantları 
sayəsində mümkün olur. Yeni informasiya yaranması üçün, yaradıcılıq 
üçün yüzlərlə kitablarda olan məlumatların (mətnlərin) fərdi yaddaşda əz-
bərlənməsi lazımdır. Bu mənada kitablar və digər yazılı mətnlər ölü işarə 
sırasıdır, onlardan heç nə yarana bilmir. Kitablar, dərsliklər, elmi əsərlər 
əzbərləndikdən sonra onların  əsasında ayrı-ayrı  fərdlərin başında yeni 
mətn variantının yaranması mümkün olur . Bu qabiliyyət təfəkkür adlanır 
və elmdə çox mistikləşdirilib. Təfəkkür yaddaşın əzbər bilinənlər əsasında 
yeni variant və mətnyaratma (danışma və yazma) xassəsidir. 
F.Sösürün əsas nəzəriyyələrindən biri dil, nitq və  mətn anlayışla-
rını  fərqləndirməsi idi. Dilin funksiyası, iş mexanizmi nitq  prosesində 
meydana çıxır. Nitq isə prosesdir və dilə aid anlayışların ən mürəkkəbidir. 
Nitq nədir? Nİtq, ən əvvəl, iki dil subyekti arasında prosesdir, həm 
də  sosial  prosesdir. Bu subyektin biri birinci şəxsdir, o birisi isə ikinci 
şəxsdir. Danışan və anlayan (oxuyan) iki əks qütblərdir. Nitq prosesində 
onlar vahid bir işi yox, dildə mövcud və bir-birindən ən uzaq və fərqli işi 
icra edirlər. Birinci şəxs işarə göndərən, ikinci şəxs isə işarəni anlama-
ğa çalışandır. Bunlar təfəkkürün iki müstəqil və  əks qütblərdə duran 
funksiyalarıdır. Uşaqlar və dili yeni öyrənənlər adətən mətnanlamanı daha 
tez mənimsəyirlər. Bu mənada mətnyaratma mətnanlamadan daha mü-
rəkkəb və çətin prosesdir və bütün mədəniyyətlərdə istedad hesab olunur. 
Birinci şəxs həmişə variant və ya mətnyaradandır (şifahi və yazılı). 
Danışan – dili bilən təfəkkürün  variantyaratma  funksiyasından istifadə 
edir. Variantyaratma əvvəlcədən yaddaşda olan və subyektin əzbər bildiyi 
mətnlərdən (sözlərdən, söz birləşmələrindən, söz birləşməsi sıralarından) 
müəyyən problem situasiyada istifadədir.  
Əslində hər bir fərdi yaddaş da mətndir, yəqin ilk mətn lövhəsidir. 
Ən güclü yaddaş akkumulyatoru beynidir. O təkcə hifz etmir, beyin həm 
də yeni informasiya variantları yaradandır. Onun fundamental qüsuru 


 
89
insanla birgə ölməsi, yox olmasıdır. Yazının yaranması insan yaddaşına 
oxşar alətin icadı idi, yaddaşda olanları digər lövhələrə köçürmək idi. 
Kompüter isə təfəkkürün analoqudur, o yeni informasiya variantları yara-
dır. Adamlar bunu variant kimi qəbul edir, amma kompüter fiziki eyniyyət 
kimi mövcud olan məlumatları təkrarlayır. İnsan yaddaşında belə adekvat 
hifz etmə xassəsi yoxdur, lakin yaradıcılıq, yeni informasiya variantlarının 
yaranması insanın bu “qüsuru” sayəsində mümkün olur. 
Birinci  şəxsin mətn yaratması  həmişə  yeni variant yaratmadır
Hətta söz sırası tam təkrar olanda belə, fərdi intonasiya sayəsində birinci 
şəxsin danışdıqları  həmişə yeni variant olur. Variantlılıq – təfəkkürün 
müxtəlif problem vəziyyətləri eyni söz işarələri və işarə sıraları vasitəsi ilə 
təsvir etməsidir. Günün doğmasının gözəlliyini təsvir üçün eyni dildə mil-
yon adam təsvir edə bilər. Lakin bu təsvir zamanı onlar 15-20 eyni sözdən 
və bir sıra söz birləşmələrindən istifadə edirlər. Yəni dünyanın sözlə (mətnlə) 
təsviri həmişə variantdır, əvvəlcədən eşidilmiş və yadda saxlanmış variantlar-
dan istifadədir. Bu sözün, mətnin və dilin işarəvi təbiətindən doğur.
  
Nitqin ikinci qütbü ikinci şəxsdir.  İkinci  şəxs  həmişə birincinin, 
niyyətli və danışanın nəzərdə tutduğu ünvandır. Yazı sayəsində yazı ilə 
oxuma arasında zaman fərqi min illərlə ola bilir və dilin mədəni alət kimi 
əsas keyfiyyəti bu funksiyadadır. Aristotelin kitabını yazıldıqdan iyirmi 
dörd əsir sonra oxumaq həmin nitq prosesidir. Məhz yazı mətnyaratma ilə 
onu oxuma arasında qeyri-məhdud vaxt məsafəsinin mümkünlüyünü 
yaratdı  və bu məsafənin mümkünlüyü təfəkkürün, mədəni yaddaşın 
əsasıdır. Bu mənada təfəkkür də yazıdan törəmədir, yazı sayəsində inkişaf 
edib sabitləşmiş qabiliyyətdir. 
Beləliklə “dil ünsiyyət vasitəsidir” formulu əslində dilin təbiəti 
haqda çox az şey deyir. Əslində isə nitq (ünsiyyət) prosesi bir-biri ilə 
dialektik  əkslik təşkil edən mətnyaratma və  mətnoxuma kimi iki sosial 
hadisədir: siqnalgöndərmə və qəbul etmədir. Həm də birinci şəxsin yara-
dıb göndərdiyi mətnin həcmi və keyfiyyəti heç zaman onu qəbul edən 
ikinci şəxsin başında yaranan mətn oxunuşu ilə üst üstə düşmür. Məsələn 
mətnyaradan alim, oxuyan isə savadsız olanda ikinci şəxsin başında danı-
şanın (mətn yaradanın) mətninin 10-20% oxuna bilir. İkinci tərəf birinci 
şəxsin dilini pis bilirsə, mətnoxumanın faizi sıfıra bərabər olur. Müəllimin 
mühazirəsini eşdən tələbələrin 10-25 faizi onu dinləyə bilir: deməli bu 
tələbələrdə  şifahi mətnoxuma qabiliyyəti yüksəkdir və pedaqogikada bu 
qabiliyyət sayılır. 
Mətnyaratma və mətnoxuma əks qütblərdir: bunların hər biri təfək-
kürün ayrıca funksiyaları kimi formalaşmışdır. Buna uyğun dilin iki 
mövcudluq forması, müstəvisi yaranmışdır.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə